Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5470/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 280,00 manat sığorta ödənişi məbləğinin, 500,00 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 810,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 280,00 manat sığorta ödənişi məbləğinin və 30,00 manat dövlət rüsumunun, cəmi 310,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə X5 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün «xxxx» ASC 280,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən ünvanımıza xx xxxx 2019-cu il tarixli, AP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin «xxxx» ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 091- 35824-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1 maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prossesual qanunvericiliyə uyğun olaraq cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizəyə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AD seriyalı 272260 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında olan AC seriyalı 811433 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarında olan X2 tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 ona məxsus “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh 9 il 11 ay 26 gün müddətinə etibar etmişdir. İş materiallarında olan sığortaçı «xxxx» ASC ilə X6 arasında elektron sənəd formasında bağlanmış xx.xx.2018-ci il tarixli PAA********** saylı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, sığortalı X3 mülkiyyətində olan “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdən - xx.xx.2019cu il tarixinədək «xxxx» ASC-də icbari sığorta növü üzrə sığortalamışdır. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən tərtib edilmiş № AP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Hyundai Tucson” markalı, ** CB *** qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Ak.H.Əliyev küçəsindən Tbilisi prospektinə çıxarkən sağa manevr edərkən özündən sağda onunla bir istiqamətdə manevr edən “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub maddi zərər yetirmiş, hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Hadisə nəticəsində X1 məxsus “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktından görünür ki, “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 280 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə Tbilisi prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «xxxx» ASC-də sığortalanmış “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 280 manat, ödənilmiş sığorta ödənişinin məbləği 280 manat təşkil edir. İş materiallarında olan «xxxx» ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2019-cu il tarixli, AS-19/3587 saylı məktubdan görünür ki, cavabdeh «xxxx» ASC tərəfindən “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş məbləğin qaytarılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ümumilikdə 280 manat məbləğində pul «xxxx» ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Ak.H.Əliyev küçəsindən Tbilisi prospektinə çıxarkən sağa manevr edərkən özündən sağda onunla bir istiqamətdə manevr edən “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub həmin avtomobilə maddi zərər yetirmiş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E240” markalı, ** SK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə «xxxx» ASC tərəfindən 280 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh “Mercedes Benz S320” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşınla törətdiyi yol nəqliyyat hadisəsində təqsirli hesab olunduğundan sığorta şirkətinin hadisə nəticəsində zərər çəkmiş nəqliyyat vasitəsinə dəyən ziyanın əvəzi kimi ödənilmiş məbləğ həddində Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 280 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin məbləği kimi 280 (iki yüz səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-5470/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5470/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver