Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-550/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.502,50 manat sığorta ödənişi məbləğinin və 45,25 manat dövlət rüsumunun, cəmi 2.547,52 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-ci il tarixdə “Daewoo Gentra" markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Salamzadə küçəsində yol-nəqliyyat aadisəsi törətmiş və "QAZ 31105-120” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə, “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə və AR Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə məxsus olan “Seat Toledo” markalı, 99 R 188 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “QAZ 31105-120” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 410,00 (dörd yüz on) manat, “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1 430,00 (bir min dörd yüz otuz) manat, AR Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə məxsus olan “Seat Toledo” markalı, 99 R 188 dövlət qeydiyyat nişanlı avtomobilə görə 662,50 (altı yüz altmış İki manat, əlli qəpik) manat, cəmi 2.502,50 (iki min beş yüz iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən ünvanlarına xx.xx.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1 -ci və 327.1 -ci maddəsi ilə təqsirli bilinmişdir. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASCyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 091-7161-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2021-ci il tarixli, AS-SHTD-21/1165 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" ASC-yə ödənilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş həcminin çox olması səbəbindən məhkəmə baxışı iclaslarını nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. AD seriyalı, 067493 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-dir. xx.xx.2018-ci il tarixli, PPA ********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus olan “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi sığortalanmışdır. TP seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbəh vermə haqqında qərın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. AD seriyalı, 031559 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “İlkin Defekt” aktına əsasən “Seat Toledo” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 1.325 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli hesablamaya əsasən “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1.430 manat (dəyişilməli hissələrin qiyməti 1.050 manat + təmir-bərpa işlərinin qiyməti 380 manat) olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, X3 məxsus olan “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ümumi məbləği 1.325,00 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 004282 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 1.430,00 manat məbləğində sığorta ödənişini X3 məxsus hesaba köçürülmüşdür. AC seriyalı, 091870 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "QAZ 31105-120” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, X5 məxsus olan "QAZ 31105-120” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ümumi məbləği 410 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 006659 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 410 manat məbləğində sığorta ödənişini X5 məxsus hesaba köçürülmüşdür. AC seriyalı, 689767 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Seat Toledo” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi AR Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyidir. xx.xx.2019-cu il tarixli hesablamaya əsasən “Seat Toledo” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 662,50 manat (dəyişilməli hissələrin qiyməti 387,50 manat + təmir-bərpa işlərinin qiyməti 275 manat) olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, AR Nazirlər Kabinetinə məxsus olan “Seat Toledo” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ümumi məbləği 662,50 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli 005418 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 662,50 manat məbləğində sığorta ödənişini Bakı Nəqliyyat Agentliyi PHŞ-yə məxsus hesaba köçürülmüşdür. xx.xx.2021-ci il pretenziya məktubundan görünür ki, Cavabdeh sığorta ödənişini 10 gün ərzində "xxxx" ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh "xxxx" ASC-yə məsxus “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx.xx.2019-cu il tarixdə saat 12:00 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinin tələblərini pozmaqla X5 məxsus "QAZ 31105-120” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsus “Seat Toledo” markalı, 99 R 188 dövlət qeydiyyat nişanlı və X3 məxsus “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə hər üç avtomobilə zərər dəymişdir. Dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 2.547,52 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdə sığorta ödənişi zərər çəkən şəxslərə həyata keçirilmişdir. Qeyd edilməlidir ki, cavabdehin “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi inzibati məsuliyyətə səbəb olmaqla yanaşı, iddiaçının cavabdehə qarşı, verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaratmışdır. Beləliklə, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən və iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilindiyindən sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı və 25.1.3-cü maddələrinə əsasən sığorta ödənişini vеrdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərsə, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ sığorta olunana qarşı yaranır. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş 9/832 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1.240 manat, 2015-ci il buraxılışlı “Seat Toledo” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 662 manat məbləğində olduğu müəyyən edilmişdir. 2005-ci il buraxılışlı “QAZ 31105-120” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində tərtib edilmiş qüsur aktı iş materiallarına əlavə edilmədiyindən isə həmin avtomobilə dəymiş zərər üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C230” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.240 manat, “Seat Toledo” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə 662 manat məbləğində maddi ziyanın vurulduğu müəyyən edilmiş (9/832 saylı, xx.xx.2022-ci il tarixli eskpert rəyinə əsasən), “QAZ 31105-120” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün sığortaçı tərəfindən ödənilmiş məbləğdən daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə sığorta ödənişi qismində 2.312 (1.240+410+662) manat məbləğində pul tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.312 manat və dövlət rüsumu kimi ödənilmiş 45,025 manatın 41 manatı, cəmi 2.353 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 8 manatı iddiaçı "xxxx" ASC-dən, 92 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-550/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-550/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver