Məhkəmə qərarları › İş №2(006)-556/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-556/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-556/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı RHK tərəfindən xx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətdə olmuşdur. xx.xx.1994-cü ildə və xx.xx.1994-cü ildə N saylı hərbi hissənin kəşfiyyat dəstəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, “Sağ gözün kənar bucağında dəri çapığı. Qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvi nevroloji nişanələr. (Kontuziya)” diaqnozu ilə yaralanmışdır. 2 saylı hərbi səhra cərrahiyə hospitalında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi xx.xx.1996-cı ildə ordudan təxris olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli, 52 nömrəli qərarı ilə “Hərbi travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin İsmayıllı rayon 19 saylı X8 Komissiyasının xx.xx.2005-ci il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi ona ilk dəfə 2-ci qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə İsmayıllı rayon 19 saylı X8 Komissiyasında 2-ci qrup əlil kimi xx.xx.2016-cı ildə müayinə olunmuş, xx.xx.2021-ci ildə əmək qabiliyyətsiz kimi 2-ci qrup əlil kimi növbəti müayinə təyin edilmişdir. Hərbiçi olaraq qanunla ona verilməli olan (əlil olduğuna görə) icbari sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etsə də, sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin verilməsində ona köməklik göstərilməsi üçün “Qanunun hədəfində” Beynəlxalq, ictimai-siyasi və hüquq qəzeti redaksiyasına ərizə ilə müraciət etmişdir. Redaksiyanın Dövlət X4 (bundan sonra DSKŞ) ünvanladığı müraciətinə cavab olaraq DSKŞ xx.xx.2017-ci il tarixli, 07-07-722 saylı məktubu ilə bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilmişdir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin qulluqçu müraciət etdikdən sonra baxılacaqdır. Ona görə də bu məsələ ilə bağlı təkrar müraciət etməməniz xahiş olunur. Göstərilənlərə əsasən, onun əlilliyi hərbi xidmətlə bağlı olduğundan 2-ci qrup əlil kimi ona verilməli olan 6600 (altı min altı yüz) manat məbləğin ödənilməsi vəzifəsini Dövlət X3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasınında cavabdeh Azərbaycan Respublikası Dövlət X3 nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçını və cavabdehin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2004-cü il tarixli, 63 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının surətindən görünür ki, İsmayıllı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1994-cü ildə və xx.xx.1994-cü ildə aldığı yaralanma və travma-diaqnoz: “Sağ gözün kənar bucağında dəri çapığı. Sağ gözün görmə itiliyi 0,7 sol gözün görmə itiliyi 1,0 olmaqla. Keçirilmiş qapalı kəllə-beyin travmasının (1994cü il) – mikroocaqlı üzvi nevroloji nişanələr, kəskin asteno-nevrotik təzahürlərlə müşayət olunan, kəllədaxili təzyiqin artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri”, nə səbəbə ki, xx.xx.1994-cü ildə 2 saylı hərbi səhra cərrahiyyə hospitalında müayinə və müalicə olunmuşdur (MN MHKH-nın verdiyi xx.xx.2004-cü il tarixli 221 və 221 “a” saylı arayışlar, N saylı hərbi hissədən verilmiş xidməti xasiyətnamə, MN Arxivinin xx.xx.2002ci il tarixli,16/2-1586 saylı arxiv arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, N saylı hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 7397 saylı arayış, İsmayıllı RHK-nın xx.xx.2004-cü il tarixli 4/66 saylı arayış), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 və Reablitasiya Xidmətinin 19 saylı X11 Komissiyasının arayışından görünür ki, İddiaçı 2ci qrup əlildir, ona qoyulmuş diaqnoz keçirilmiş qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvi nevroloji nişanələr. Kəskin asteno-nevrotik təzahürlərlə müşayət olunan kəllədaxili təzyiqin artası ilə keçən serebral araxnoidit ilə nəticələnən qalıq əlamətlər. Tez-tez kəskinləşmələrlə xroniki astmoidli bronxit, tez-tez baş verən boğulma tutmaları ilə Tənəffüz çatışmamazlığı İİ dərəcə, əlilliyin səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafisə ilə əlaqədar əlillikdir. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli, 07-07-775 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilmişdir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin qulluqçu müraciət etdikdən sonra baxılacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəməhesabedirki, iddiaərizəsitəminolunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət X3 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 (altı min altı yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar