Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5623/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədən tərtib edilmiş, iddia tələbi aydın göstərilməmişdir. Belə ki, cavabdeh qismində Cavabdeh ASC göstərilsə də, iddia tələbinin həm məzmunundan, həm də nəticə hissəsindən aydın olur ki, iddia tələbi Cavabdeh ASC-yə deyil, "xxxx" ASC-yə yönəlmişdir.
4. İddiaçı iddia ərizəsinin məzmununda iddiaçı "xxxx" ASC-nin hüquqi varisi kimi Cavabdeh ASC-nin müəyyən edildiyini qeyd etmişdir. Lakin, məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi veb-saytında yayımlanmış 25 iyul 2024-cü il tarixli "xxxx" ASC-nin yenidən təşkili prosesi çərçivəsində lisenziyasının ləğv edilməsi və onun hüquqi varisi olan "xxxx" MMC-yə lisenziya verilməsi ilə bağlı Mərkəzi Bankın məlumatı»na əsasən müəyyən edir ki, Azərbaycan Respublikası Mərkəzi X1 24 iyul 2024-cü il tarixli Qərarı ilə "xxxx" ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan "xxxx" MMC-yə keçmişdir. "xxxx" MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin əvvəlki hüquqi ünvanında (ünvan 2a keçirəcəkdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2, 149.2.3, 149.2.5-ci maddə. İddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
6. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.
Nəticə:
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova