Məhkəmə qərarları › İş №2(006)-565/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-565/2022

06.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-565/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) - Nümayəndə2, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - Nümayəndə1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olmaqla cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olmaqla cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlaklar üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan (23.12.2021-ci il tarixdə) - iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlakın üzərində ipotekanın ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnun təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-382/2016 saylı, 26 aprel 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 10.10.2013-cü il tarixli, 1473Y nömrəli kredit müqaviləsi üzrə 44918 manat əsas kredit borcu, 18651 manat faiz borcu, 440 manat cərimə borcu, ümumilikdə 64009 manat, 18.11.2013-cü tarixli, 1520Y nömrəli kredit müqaviləsi üzrə 45681 manat əsas kredit borcu, 18778 manat faiz borcu, 450 manat cərimə borcu, ümumilikdə 64909 manat, 03.03.2014-cü il tarixli, 1622 Y nömrəli kredit müqaviləsi üzrə 74413 ABŞ dolları əsas kredit borcu, 30593 ABŞ dolları faiz borcu, 750 ABŞ dolları cərimə borcu, ümumilikdə 105756 ABŞ dolları borc ödəniş gününə manata olan məzənnə ilə manatla, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutulub iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc tələbinin 10.10.2013-cü il tarixli, 1473Y nömrəli və 03.03.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinə və 18.11.2013- cü il tarixli, 1520Y nömrəli və 03.03.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələr üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X4 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 110000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, mənzil və qeyri-yaşayış sahəsinin satılması və ondan əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərini satışından qalan məbləğin cavabdehlər İddiaçı və X2 qaytarılması, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5807/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən - cərimə borcunun və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 10.10.2013-cü il tarixli, 1473Y saylı kredit müqaviləsi üzrə 381 manat cərimə məbləği, 18.11.2013-cü il tarixli, 1520Y saylı kredit müqaviləsi üzrə 3653 manat cərimə məbləği, 03.03.2014-cü il tarixli, 1622Y saylı kredit müqaviləsi üzrə 4506 ABŞ dolları ödəniş gününə manata məzənnə ilə cərimə məbləği tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 145000 manat. Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 220000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən bank tərəfindən kassasiya şikayəti verilsə də, şikayət təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5807/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və nəticədə icraya yönəldilmişdir. Hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış qaytarılmalıdır. Belə ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 03.01.2019-cu il tarixli, 53- 292714/17-15-5 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq “Birja yenilikləri” qəzetinin 15.03.2019-cu il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəsinə müvafiq olaraq hər iki ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni müvafiq olaraq - 140250 manat və 92437.50 manat olmaqla ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “İpoteka haqqında” Qanunun 43.8- ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi, İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Birinci şərtdə, Cavabdeh1 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd olunduğu kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 15.03.2019-cu il tarixli nömrəsində elan dərc etdirilmiş və Cavabdeh1 ASC-yə ipoteka predmetlərinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə, Cavabdeh1 ASC tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Qeyd edim ki, “İpoteka haqqında qanun”un 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi” termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki, məhz “ipoteka predmetinin əldə edilməsf’nin anlayışı “İpoteka haqqında” Qanunun 46.1-ci bəndində konkret olaraq qeyd olunmuşdur. Həmin bəndə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Normanın tələbindən də göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılıq razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində onunla hərrac təşkilatçısı arasında notarial qaydada təsdiqlənməklə alqı-satqı müqaviləsi bağlamalıdır. Belə ki, “əldə etmə” termini əmlaka faktiki sahibliyi, ondan istifadə və ona dair sərəncam verməyi bildirir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddəsindən də bilindiyi kimi, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eləcə də, Mülki Məcəllənin 139- 1.1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasın keçməsinin, məlıdııdlaşdırılmasının (yüklü! üyün ün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılıq razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh1 ASC nəinki öz hüququnu reyestr orqanında qeydiyyat aldırmamış, hətta həı c təşkilatının təklifinə belə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitanı verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayam öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Beləliklə, Cavabdeh1 ASC-nin “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi mənim ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciəti üçün əsas yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-382/2016 saylı, 26 aprel 2016-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 10.10.2013-cü il tarixli, 1473Y nömrəli kredit müqaviləsi üzrə 44918 manat əsas kredit borcu, 18651 manat faiz borcu, 440 manat cərimə borcu, ümumilikdə 64009 manat, 18.11.2013-cü tarixli, 1520Y nömrəli kredit müqaviləsi üzrə 45681 manat əsas kredit borcu, 18778 manat faiz borcu, 450 manat cərimə borcu, ümumilikdə 64909 manat, 03.03.2014-cü il tarixli, 1622 Y nömrəli kredit müqaviləsi üzrə 74413 ABŞ dolları əsas kredit borcu, 30593 ABŞ dolları faiz borcu, 750 ABŞ dolları cərimə borcu, ümumilikdə 105756 ABŞ dolları borc ödəniş gününə manata olan məzənnə ilə manatla, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutulub iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc tələbinin 10.10.2013-cü il tarixli, 1473Y nömrəli və 03.03.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinə və 18.11.2013- cü il tarixli, 1520Y nömrəli və 03.03.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələr üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X4 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 110000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, mənzil və qeyri-yaşayış sahəsinin satılması və ondan əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərini satışından qalan məbləğin cavabdehlər İddiaçı və X2 qaytarılması, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5807/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən - cərimə borcunun və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 10.10.2013-cü il tarixli, 1473Y saylı kredit müqaviləsi üzrə 381 manat cərimə məbləği, 18.11.2013-cü il tarixli, 1520Y saylı kredit müqaviləsi üzrə 3653 manat cərimə məbləği, 03.03.2014-cü il tarixli, 1622Y saylı kredit müqaviləsi üzrə 4506 ABŞ dolları ödəniş gününə manata məzənnə ilə cərimə məbləği tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 145000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 64/68 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 220000 manat müəyyən edilməsi qət edilmişdir. Respublika Xammal və X6 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 mart 2019-cu il tarixli 01/1046 saylı təklifin surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 53-292714/17-15-5 saylı, 03.01.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 15.03.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. "İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipotek predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 140250 manat və 92437.50 manat olmaqla Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin 29.03.2019-cu il tarixli İH-0600779 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclardan satılmamış İddiaçı Yumis oğluna məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilin bank tərəfindən alınması barədə təkliflə bağlı bildirir ki, həmin əmlakın 92437,50 manata alınmasına razıdır. Respublika Xammal və X6 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.05.2021-ci il tarixli a/2847 saylı məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilinin protokolu Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 317.2-ci maddəsinə əsasən satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. - 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. - 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. - 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. İşin faktiki halları ilə müəyyən olunur ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzil hərraclar zamanı satılmamış, bundan sonra həmin əmlak ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif edilsə də, sonuncu mənzilin bank tərəfindən alınmasına razı olmuşdur. Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bank “İpoteka haqqında” Qanun ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində mənzilin əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamış, mübahisəli əmlakın öz balansına götürülməsi barədə müvafiq qurumlara müraciət etməmiş, 29 mart 2019-cu il tarixdən bu günədək ümumiyyətlə heç bir aktiv hərəkətlər (alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun imzalanması və.s) etməmiş, sadəcə olaraq formal qaydada bildirişə cavab verməklə kifayətlənmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka saxlayan Cavabdeh1 ASC sözügedən mənzilə dair təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi üçün ipoteka qoyan İddiaçı hazırki iddia tələblərinə əsasən həmin mənzil üzərində olan ipotekaya xitam verilməsi üçün qanuni əsaslar əmələ gəldiyindən iddia təmin edilməlidir. Eyni hüquqi mövqe “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında da təsbit edilib göstərilib. Belə ki, Konstitusiya Məhkəməsinin Qərarda şərh edilən hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilsin, həmin mənzil üzərində ipoteka ləğv edilsin və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış İddiaçı qaytarılmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilsin, həmin mənzil üzərində ipoteka ləğv edilsin və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar