Məhkəmə qərarları › İş №2(006)-5704/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5704/2021

22.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5704/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlunun nümayəndəsi və vəkili Vəkil Səməd oğlunun, cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçılar Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlunun, X2 cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqavilələrinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlu, X5 cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqavilələrinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" KB QSC ilə aralarında bağlanmış 30.10.2007-ci il tarixli, **********/01 saylı və **********/02 saylı ipoteka müqavilələri ilə mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 558-ci məhəllədə olan 0.5562 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın birinci girişində, 4-cü mərtəbəsində, 36,2 kv.m ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 10 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 558-ci məhəllədə olan 0.5562 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın birinci girişində, 4-cü mərtəbəsində, 38,8 kv.m ümumi, 20,4 kv.m. yaşayış sahəsindən ibarət bir otaqlı 11 nömrəli mənzilləri "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanmış 30.10.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan qarşısında yüklü etmişlər. İddiaçı öz öhdəliklərini icra edə bilmədiyindən 2009-cu ildə "xxxx" KB QSC iddiaçıları məhkəməyə verərək müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Yasamal Rayon Məhkəməsinin 13 avqust 2009-cu il tarixli, 2-(004)-566/2009 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB QSC-nin cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanmış 30.10.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı öhdəliklərinin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 558-ci məhəllədə olan 0.5562 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın birinci girişində, 4-cü mərtəbəsində, 36,2 kv.m ümümi, 20 kv.m. yaşayış sahəsindən ibarət 10 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 558-ci məhəllədə olan 0.5562 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın birinci girişində, 4-cü mərtəbəsində, 38.8 kv.m ümümi, 20.4 kv.m. yaşayış sahəsindən ibarət bir otaqlı 11 nömrəli mənzilə tutma yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və mənzillərin satışından əldə edilmiş vəsait hesabına cavabdeh İddiaçı 61.347,34 manat məbləğində əsas borc, 21.860,36 manat məbləğində faiz borcu, 9085,81 manat məbləğində cərimə üzrə, cəmi 92.293,51 manatın və 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB QSC-yə ödənilməsi, mənzillərin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, məbləğin qalan hissəsinin İddiaçı məxsus olan əmlaklardan tutulması hissəsinin təmin edilməməsi qət edilmişdir. Bundan sonra həmin qətnamənin icra edilməsi məqsədi ilə icra işi zamanı hərrac təşkil edilmiş və keçirilmiş hərracda iştirak edən olmadığından mənzil iddiaçıya (tələbkara) təklif edilmiş lakin imtina etmişdir. Bundan sonra isə iddiaçı tərəfindən Banka kifayət qədər böyük məbləğdə pul ödənilmiş və hazırda Banka çox az məbləğdə borcu qalmışdır. Bank tərəfindən heç bir halda mənzil qəbul edilməmişdir. Qanunvericiliyə əsasən isə 1 ay müddətində Bank mənzili qəbul etməli və ya imtina etməli idi. Həmin qətnamənin üzərindən 11 il müddət ötməsinə və Bankın da mənzili qəbul etmədiyinə və borcun çox az qalmasına baxmayaraq, ipoteka müqavilələri hələ də ləğv edilməmiş və yüklülük aradan qalxmamışdır. Tərəflər arasında bağlanmış 25.06.2014-cü tarixli, 097/14 saylı ipoteka müqaviləsinin bağlanmasının üzərindən 11 il, həmin müqavilənin müddətinin bitməsinin üzərindən isə 13 il keçməsinə baxmayaraq, cavabdehin müqaviləni ləğv etməməsi səbəbindən iddiaçı mənzili üzərində sərəncam hüququnu həyata keçirdə bilmir. Həmçinin, həmin ipoteka müqaviləsi üzrə əsas kredit müqaviləsi də məhz 2 il müddətinə bağlanmış və həmin müqavilənin də müddətinin bitdiyi tarixdən 11 il müddət keçmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, “Bank Standard» KB QSC ilə İddiaçı və X5 arasında bağlanmış 30.10.2007-ci il tarixli, **********/01 və **********/02 saylı ipoteka müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlunun nümayəndəsi və vəkili Vəkil Səməd oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı X5 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, QSC "xxxx" Kommersı̇ ya Bankı ilə Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlu arasında bağlanmış 30 oktyabr 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğluna 24 ay müddətinə, illik 24 faiz olmaqla, 84.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC "xxxx" Kommersı̇ ya Bankı ilə Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlu və X5 arasında bağlanmış 30 oktyabr 2007-ci il tarixli, **********/02 saylı ipoteka müqaviləsindən görünür ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 4, mənzil 11 banka ipoteka qoyulmuşdur. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti 70.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan QSC "xxxx" Kommersı̇ ya Bankı ilə Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlu arasında bağlanmış 30 oktyabr 2007-ci il tarixli, **********/01 saylı ipoteka müqaviləsindən görünür ki, Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 4, mənzil 10 banka ipoteka qoyulmuşdur. Müqavilənin 2.1ci maddəsinə əsasən ipoteka predmeti 70.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan «Hərracın yekunları barədə» 10 avqust 2012-ci il tarixli, Y- 1121 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı – "xxxx" MMC-nin direktoru İ.Bayramov ilə alıcı QSC "xxxx" Kommersı̇ ya Bankının etibarnamə üzrə nümayəndəsi A.A.Xankişiyev Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 4, mənzil 11-in 79.050 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankı tərəfindən verilmiş 12.11.2021-ci il tarixli arayışından görünür ki, Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlunun banka 31334,34 manat əsas borcu, 137023,39 manat faiz borcu, 45590,65 manat cərimə borcu, 19074,75 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 236.023,13 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, QSC "xxxx" Kommersı̇ ya Bankı ilə Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlu arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı kimi QSC "xxxx" Kommersı̇ ya Bankı ilə Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlu və X5 arasında ipoteka müqavilələri bağlanmış, hazırda iddiaçılar borcun az miqdarda qaldığını bildirərək, ipoteka müqavilələrinin ləğv edilməsini tələb edirlər. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı 30 oktyabr 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə öhdəliyini tam olaraq yerinə yetirməmiş, həmin kredit müqaviləsi üzrə banka öhdəliyinin qalması müəyyən edilmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlunun, X2 cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqavilələrinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Əlı̇ yev Zı̇ yatxan Seyfəddı̇ n oğlunun, X2 cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersı̇ ya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqavilələrinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar