Məhkəmə qərarları › İş №2(006)-5748/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5748/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5748/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ata-oğul, ana-oğul arasında doğma olub-olmamasını müəyyən edən DNK analizinin keçirilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ata-oğul, ana-oğul arasında doğma olub-olmamasını müəyyən edən DNK analizinin keçirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin tələb hissəsində iddiaçı “şübhələrin doğruluğunun araşdırılması, ata-oğul, ana-oğul arasında doğma olub-olmamasını müəyyən edən DNK analizinin keçirilməsini, iddiaçının təqdim etdiyi sənədlər əsasında və iddiaçının 2-ci qrup əlil olmasını nəzərə alınaraq obyektiv qərar verilməsini” xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı yönələn tələbini düzgün formada müəyyən etməmiş, iddianın təmin ediləcəyi təqdirdə cavabdehlərin üzərinə hansı öhdəliyin qoyulmalı olduğunu ərizəsində bildirməmişdir. Həmçinin DNK testinin keçirilməsi isə məhkəməyə iddia ərizəsinə əlavə olaraq vəsatət formasında verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Cavabdeh1 və Cavabdeh2 qarşı «ata-oğul, ana-oğul arasında doğma olubolmamasını müəyyən edən DNK analizinin keçirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar