Məhkəmə qərarları › İş №2(006)-586/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-586/2024

25.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-586/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ştat cədvəlinin təqdim edilməsi ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3869/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1 avqust 2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi; cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X5 göndərilməsinin qanunsuz hesab edilməsi; aparılmış ştat ixtisarının qanunsuz hesab olunması; cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2* *7 2*23-cü il tarixli. 87 saylı xəbərdarlığın və 21.*7 2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi; əmək müqaviləmin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*- 6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi; onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki Yüklərin və obyektlərin mühafizəsi", hazırkı “Xidmətin təşkili şöbəsi"-nin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması; məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2*12-ci ilin may ayından “Azərbaycan Dəmir Yolları“ QSC-nin Mühafizə Departamentındə işləmişdir. Həmin təşkilatda sıravi (atıcı) vəzifəsindən “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı vəzifəsinə qədər müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirərək 11 ildən artıq əmək təcrübəsi əldə etmişdir. Ali təhsillidir, azyaşlı üç övladı olmaqla beş nəfərlik ailənin yeganə qazanc gətirəni olmuşdur. ADY Mühafizə Departamenti rəhbərliyi ADY sədrinin "xxxx"-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə" 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı əmrindən sui-istifadə edərək ixtisar adı altında tutduğu müvafiq ştat vahidinin güya ixtisar olunması barədə 21 iyul 2*23-cu il tarixində ona xəbərdarlıq təqdim etmiş, bundan sonra hüquqlarını qərəzli şəkildə, dəfələrlə pozmuşdur. 22 sentyabr 2*23-cü il tarixdə isə 13-1-18/3-1*-6687/2*23 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Hesab etmişdir ki, ona təqdim olunmuş 2*.*7.2*23-cu il tarixli, 87 saylı xəbərdarlıq etibarsız, əmək müqaviləsinin ləğv olunması haqqında əmr və həmin əmrə əsas kimi göstərilən ştat ixtisarı qanunsuz və əsassızdır. Bütün bunlar isə işəgötürənin ona qarşı aşkar qərəzli münasibətinin nəticəsidir və hüquqlarını kobud şəkildə pozur. Təqdim edilmiş xəbərdarlıqla bağlı bildirmişdir ki, bu xəbərdarlığı imzalayaraq ona işəgötürən qismində təqdim etmiş Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq uzrə müavini X6 ADY sədrinin *1.*3.2*23-cü il tarixli, 13-1/3-17-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən müvəqqəti icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.S.Quliyev isə işəgötürən qismində çıxış edərək qeyd edilən xəbərdarlığı 2*.*7.2*23-cu il tarixdə, onun bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalamışdır. ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri *5.*9.2*23-cü il tarixədək uzadılsa da düşünür ki, sonuncu əmr AR ƏM-in 61.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbinə görə boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvələ edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçı onun razılığı ilə həmin vəzifəyə keçirilir ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Göründüyü kimi T.S.Quliyevin göstərilən səlahiyyətlərinin uzadılması ilə bağlı ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı əmri qanunun normasının tələblərini aşkar şəkildə pozmuşdur. Ona görə də hesab etmişdir ki, həmin əmr və əmrin verdiyi səlahiyyətlər qanuni hesab edilməməli və qeyd olunmuş səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanaraq təqdim edilmiş xəbərdarlıq məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Onu da qeyd etmək lazımdır ki, ona təqdim edilmiş xəbərdarlıqda “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı ştatının ixtisar olunması göstərilmiş və aparılmış ştat ixtisarının əsası kimi ADY sədrinin müvafiq əmrinə istinad edilmişdir. ADY sədrinin istinad edilən 13.*7.2*23-cü il tarixli, 13-1/3-5- 22*11/2*23 saylı əmrindən də göründüyü kimi, həmin əmr korporativ strukturun və ştat cədvəllərinin təsdiq edilməsi haqqında olub, hər hansı ştat ixtisarını özündə ehtiva etmir. Yüklərin və obyektlərin mühafizəsi şobəsi dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan müvafiq yüklərin mühafizə və müşayiəti, həmçinin oğurluq və digər qeyriqanuni qəsdlərlə mübarizə üzrə Mühafizə Departamentinin yeganə xidmət şöbəsi olaraq mühafizə kontingentinin (yerlərdəki mühafizə bölmələrinin) təmin etdiyi mühafizə işlərində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən struktur vahididir. Şöbənin adı 2**1-2**2-ci illərədək “Xidmətin Təşkili şöbəsi”, daha sonra bir müddət Yüklərin və obyektlərin təhlükəsizliyi şöbəsi, son ştat cədvəli təsdiq edilənə qədər “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”, hazırki - yeni ştat cədvəlində isə yenidən “Xidmətin Təşkili şöbəsi” adlandırılmışdır. Buna görə də təbii ki, xidməti fəaliyyəti mühafizə işlərindən ibarət olan Mühafizə Departamentində yuxarıda qeyd edilmiş mühafizə fəaliyyətləri üzrə xidməti təşkil edən yeganə struktur vahidinin və onun alt struktur vahidlərinin ləğv edilməsi inandırıcı görünmədiyindən yeni ştat cədvəlinin təqdim olunması haqqında 25.*7.2*23-cü il tarixli, 13-1-18/3-58-3869/2*23 saylı ərizə ilə cavabdeh Mühafizə Departamentinə müraciət etmişdir. Lakin, yeni ştat cədvəli ona təqdim olunmamış, həmin ərizəyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamışdır və bununla da cavabdeh Mühafizə Departament AR ƏM-in 12-ci maddəsinin “e" bəndinin tələblərini aşkar şəkildə pozmuşdur. Qanunun qeyd olunan normasının tələbinə görə işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq İşəgötürənin əsas vəzifələri və məsuliyyətlərindəndir. Düşünür ki, cavabdeh Departament tərəfindən yeni ştat cədvəlinin ona təqdim edilməməsi və bununla əlaqədar təqdim etdiyi 25.*7.2*23-cü il tarixli, 13-1-18/3-58-3869/2*23 saylı ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmaması məhkəmə tərəfindən qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda, ştat cədvəli hər bir vasitə ilə gizlədən cavabdeh Mühafizə Departamenti 21.*7.2*23-cü il tarixdə ona 96 saylı məktubla iş təklifi barədə bildiriş təqdim edərək, vəzifəsinə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan bir neçə böyük mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştatları vakant olmasına baxmayaraq, tutduğu mütəxəssis kateqoriyasına aid vəzifədən 7 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu - atıcı (səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini bir daha nümayiş etdirmişdir. Bundan sonra isə xəbərdarlıq müddətinin gedişində Departament rəisi X7 ona təklif edilməmiş, yuxarıda göstərilən mütəxəssis kateqoriyasından olan vəzifələrə vakant vəzifə kimi kənardan, özünün şəxsi münasibətləri olan, əksəriyyəti pensiyaya çıxarılmış şəxsləri işə qəbul etmişdir. Azərbaycan Rerspublikasının Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasının AR ƏM-in 7*-ci maddəsinin "xxxx" bəndi üzrə olan şərhindəki hüquqi yanaşmaya görə: AR ƏM-in 7*-ci maddəsinin "xxxx" bəndi üzrə işdən çıxarılmış şəxslərin işə bərpası haqqında iddialara baxan məhkəmələr, ilk növbədə, işçilərin sayı və ya ştatlarının ixtisarı üçün əsasların mövcudluğunu və yalnız bundan sonra işdə saxlananlarla müqayisədə işdən çıxarılan işçinin yüksək ixtisasa malik olub-olmamasını və peşəkarlıq səviyyəsini yoxlamalıdır. Əmək müqavilələri AR ƏM-in 7*-ci maddəsinin “b" bəndi üzrə ləğv edilmiş şəxslərin işə bərpası haqqında iddialara baxarkən məhkəmə bu əsas üzrə işdən çıxarmanın əsasına riayət olunub-olunmadığını yoxlayır. Bir işçinin AR ƏM-in 7*-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxarılması və onun yerinə əvvəllər müəssisədə işləməmiş yeni işçinin qəbul edilməsi məhkəmə tərəfindən faktiki ştat ixtisarının aparılmaması kimi nəzərdən keçirilə və işdən çıxarılmış işçinin işə bərpası üçün əsas qismində çıxış edə bilər. Beləliklə, AR ƏM-ın 7*-ci maddəsinin “b" bəndi üzrə əmək müqaviləsi ləğv edilmiş işçinin başqa işə keçirilməsi müəssisədə belə işin olmaması və işçinin başqa işə keçirilməyə yazılı formada razılıq verməsi halında işəgötürənin vəzifəsidir. Buna görə də işəgötürən işçiyə yalnız xəbərdarlıq etdiyi gün deyil, həm də işçinin işdən çıxarılmasına qədərki bütün dövr ərzində mövcud olan boş iş yerləri haqqında məlumat verir. AR ƏM-in 7*-ci maddəsinin bu bəndi üzrə əmək müqaviləsi ləğv edilmiş işçi, işəgötürənin əmək müqaviləsinin ləğvi üçün əsaslara malik olmasına baxmayaraq, işçinin işə düzəldilməsi vəzifəsini yerinə yetirməməsi, yəni ona başqa iş təqdim etməməsi hallarında da işə bərpa olunmalıdır. İşçi ilə əmək müqaviləsi AR ƏM-in 7*-ci maddəsinin "xxxx" bəndi üzrə ləğv edildikdə məhkəmə işə bərpa haqqında mübahisəyə baxarkən işdən çıxarılmış işçinin işə düzəldilməsi imkanını aydınlaşdırmalıdır. Məhkəmə təcrübəsi göstərir ki, işəgötürən özünün işə düzəlmək vəzifəsini yerinə yetirmədikdə məhkəmə işdən çıxarılmış işçini əvvəlki işinə bərpa edir. Məhkəmə qətnaməsində boş vəzifə, yaxud peşə deyil, məhkəmə tərəfindən müəyyən olunduğuna görə ləğv edilməsinə baxmayaraq, işçinin qanunsuz olaraq çıxarıldığı vəzifə, yaxud peşə göstərilir. Məhkəmə təcrübəsi göstərir ki, işçiyə təklif edilməli olan başqa iş dedikdə, işçiyə boş işin (vəzifənin) təklif edilməsi nəzərdə tutulur. Belə iş (vəzifə) kimi həm işçinin əmək müqaviləsinə xitam verilməsinədək tutduğu vəzifəyə uyğun vəzifə, həm də işçinin təhsili, ixtisası, iş təcrübəsi və sağlamlıq vəziyyəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi daha aşağı boş vəzifə (əmək haqqı aşağı olan vəzifə) çıxış edə bilər. İşçiyə əsasən, boş olan bütün iş yerləri təklif edilməlidir. Hesab etmişdir ki, xəbərdarlıq müddəti dövründə Mühafizə Departamentındə mövcud olan kifayət qədər mütəxəssis kateqoriyasına aid vakant ştat vəzifələrinə Departament rəisi T.S Quliyevin özünün əvvəllər işlədiyi təşkilatlardakı tanışlarını işə qəbul etdiyi halda, ona həmin vəzifələrdən hər hansı birini deyil, yalnız struklur üzrə ən aşağı - fəhlə kateqoriyasından sonuncu vəzifənin təklif etməsi məhkəmə tərəfindən qərəzli və qanunsuz hesab edilməlidir. Qeyd etmişdir ki, ştat cədvəli ilə bağlı sonradan ona məlum olmuşdur ki, yeni təsdiq edilmiş ştat cədvəlində nəinki vakant yerlər (boş vəzifələr) ləğv edilməmişdir, hətta əvvəlki ştat sayı ilə müqayisədə ümumilikdə Departament üzrə 1**-ə yaxın ştat vahidi artırılmış, şöbələrin sayı isə əksəriyyətinin adlarında dəyişikliklər edilməklə 5 şöbədən 6 şöbəyə çoxaldılmışdır. O cümlədən "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin adı dəyişdirilərək, yeni təsdiq edilmiş ştat cədvəlində ”Xidmətin Təşkili şöbəsi” kimi qeyd edilmişdir. Azərbaycan Respublıkasının Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasının AR ƏM-ın 7*-cı maddəsinin "xxxx" bəndi üzrə olan hüquqi şərhində həmçinin belə bir yanaşma göstərilir ki, “İşəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, bir qayda olaraq, əvvəlcə müəssisədə boş vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilir. Məhkəmələr köhnə və yeni ştat cədvəlinin təhlili əsasında ştat ixtisarının həqiqətən aparıldığını, lakin müəssisədə boş (vakant) vəzifələrin olduğunu müəyyən etdikdə AR ƏM-in 7*-ci maddəsinin ‘‘b" bəndi üzrə əmək müqaviləsi ləğv edilmiş iddiaçıları əvvəlki vəzifələrinə bərpa etməlidirlər. Əmək funksiyalarının xarakteri və məzmunu saxlanılmaqla vəzifənin yalnız adının dəyişdirilməsi də AR ƏM-ın 7*-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas qismində çıxış edə bilməz. Müəssisədə yeni ştat cədvəlinin tətbiqi AR ƏM-in 7*-ci maddəsinin "xxxx" bəndi üzrə əmək müqaviləsinin ləğv edilməsini şərtləndirə bilməz. Ona görə də cavabdeh Mühafizə Departamentinin rəhbərliyinə fəaliyyət istiqamətləri üzrə müvafiq dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin, yeni təsdiq edilmiş ştat cədvəlində “Xidmətin Təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, onun tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən bir neçə “aparıcı mütəxəssis" və ya "mütəxəssis” vəzifələrindən birinə keçirilməsi təmin olunmasına dair *1 avqust 2*23-cü il tarixdə ərizə ilə rəsmi müraciət etmiş, lakin cavabdeh Mühafizə Departamenti bu müraciətinə də hər-hansı cavab verməmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “e" bəndinin tələblərini bir daha aşkar şəkildə pozmuşdur. Hesab etmişdir ki, bu müraciətinə də qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmaması məhkəmə tərəfindən qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda, hüquqlarının cavabdeh Mühafizə Departamentinın rəisi X7 tərəfindən dəfələrlə pozulması və ona qarşı qərəzli hərəkətləri barədə 1*.*8.2*23-cü il tarixli ərizələrlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına və “Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinə müraciət etmişdir. Müvafiq müraciətlər baxılması üçün “Azərbaycan Dəmir Yolları'' QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC müraciətində göstərdiyi xüsusatları araşdırmaq, hüquqlarının pozulmasının və ona qarşı qərəzli hərəkətlərin qarşısının alınması baxımından tədbirlər görmək əvəzinə, “X1" Azərbaycan Respublikası Qanununun 7.13-cü bəndinin tələblərinə zidd olaraq şikayətini araşdırılması üçün şikayət olunan şəxsə - Mühafizə Departamentinin rəisi X5 göndərmişdir. T.Quliyev isə ərizəsində göstərilmiş xüsusatların təbii olaraq hər-hansı birini araşdırmadan, tutduğu ştat vahidinin ixtisar olunması və ona bu barədə xəbərdarlıq təqdim edilməsi haqqında məlumat vermişdir. Hesab etmişdir ki, şikayətini araşdırmaq əvəzinə onun haqqında şikayət etdiyi şəxsə göndərilməsi və ərizəsinin məzmununa uyğun olmayan, mənasız cavab verilməklə qərəzli münasibətə məruz qoyulması məhkəmə tərəfindən qanunsuz hesab edilməlidir. Nəhayət bildirmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh Departamentin 22.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6687/2*23 saylı əmrinin hər hansı hüquqi əsası yoxdur və həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, müvafiq mübahisəli əmrin məzmunundan da görünür ki, əmrin yeganə əsası kimi ADY-nin müvafiq əmri ilə tutduğu ştat vahidinin guya ixtisar edilməsinə istinad olunmuşdur. AR ƏMin 71-cı maddəsinin üçuncü hissəsinin tələbinə görə İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi qanunun qeyd olunan tələbi işəgötürən üçün həmin Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən 7*-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt qoymuşdur ki, bu əsasla işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Deməli ƏM-in 7*-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsi ləğv edilərkən ilk olaraq işçilərin sayının azaldılması və ştatın ixtisarının zəruriliyinin əsaslandırılması qanunun işəgötürən qarşısında qoyduğu əsas şərt kimi çıxış edir. Lakin konkret olaraq “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin bir struktur vahidi və ya həmin şöbənin böyük təlimatçı vəzifəsinin bir ştat vahidi kimi ixtisar edilməsinin zəruriliyini əsaslandıran hər hansı əmr və ya tənzimləyici akt yoxdur. Həmçinin mübahisəli əmrdə istinad edilən ADY-nin 13.*7.2*23-cü il tarixli əmri də yuxarıda qeyd edildiyi kimi hər hansı ştat vahidinin ləğv edilməsinin əsaslandırılması ilə əlaqədar deyildir. Mübahisəli əmrdən göründüyü kimi cavabdeh Departament qanunun normasının tələblərinə riayət etməmiş ümumi sözlərə əsaslanaraq, sadə söz yığınından ibarət əmr vermiş və əsassız olaraq əmək müqaviləsini ləğv etmişdir. Göründüyü kimi işəgötürən qismində çıxış edən cavabdeh Departament heç bir ixtisar olmadığı halda ştat vahidlərinin adlarının dəyişməsini bəhanə etmiş, əmək hüquqlarını pozmuşdur. 16**-dən artıq kontingenti olan Departamentdə hamını öz vəzifəsinə uyğun vəzifələrə keçirdiyi halda onun da vəzifəsinə uyğun olan və xəbərdarlıq müddətində vakant olan kifayət qədər vəzifə olmasına baxmayaraq hər hansı uyğun vəzifəyə keçirilməsini təmin etməmiş ayrı-seçkiliyə yol vermiş, diqqətəlayiq halları qətiyyən nəzərə almamış və aşkar şəkildə qərəzli münasibət nümayiş etdirərək əmək müqaviləsini ləğv etmək haqqında əmr vermişdir. 25.*9.2*23-cü il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərilmiş, 19.1*.2*23-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli əmri ilə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən, Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı ştatı ixtisar edilmişdir. Bundan sonra, qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nin mühafizə departamentinin 2* iyul 2*23-cü il tarixli 87 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 21.*7.2*23-cü il tarixdə təqdim edilmiş, iddiaçı bildirişi imzalayaraq qəbul etmiş və bildirişlə tanış olmuşdur. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Xəbərdarlıq müddəti ərzində 21 iyul 2*23-cü il tarixli 96 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı, həmçinin, həmin bölmədə səyyar atıcı vəzifələri təklif edilmiş, lakin iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 13 sentyabr 2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarışa əsasən "xxxx" QSC Mühafizə departamentinin X13 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra 22.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6687/2*23 nömrəli əmr ilə Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 22.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Əmək Məcəlləsinin 3**-cü maddəsinə əsasən, işəgötürən 68, 69, 7*, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Hazırki mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunmasını tənzimləyir. Belə ki, əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğundan və müqavilə bağlamaq və ləğv etmək azadlığı qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tələblərə riayət etmək şərti ilə hər iki tərəfə məxsusdur və Əmək Məcəlləsinin 7*-ci maddəsində nəzərdə tutulan hallarda bu hüquqdan istifadə etmək imkanı işəgötürənə verilmişdir. Müşahidə edildiyi kimi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Həmin Məcəllənin 71-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər nəzərdə tutulmuşdur. Maddəyə görə həmin tədbirlər işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən həyata keçiriləcək tədbirləri nəzərdə tutur. Beləliklə, Əmək Məcəlləsinin 3**-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, Mühafizə departamentinin rəisi vəzifəsini X8 26.*7.2*23-cü il tarixə kimi müvəqqəti icra etmiş, 31.*7.2*23-cü il tarixdən isə həmin vəzifəyə təyin olunmuşdur. Həm müvəqqəti icra zamanı, həm də həmin vəzifəyə təyin olunduğu müddətdə X8 ADY sədrinin əmrinə əsasən işəgötürən səlahiyyətinə malikdir. Bu hissədə də iddia tamamilə əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh qurum tərəfindən onun uzun illər çalışmasına baxmayaraq barəsində əmək müqaviləsinə ixtisar adı altında xitam verilməsi sonradan digər şəxslərlə əmək müqaviləsi bağlanaraq işə götürülməsi, həmin işçilərlə müqayisədə ona qarşı edilən ayrı-seçkilik kimi qəbul edilməlidir. "xxxx" QSC-də onun işlədiyi ştat vəzifəsi mövcud deyildirsə bu halda işlədiyi vəzifəyə uyğun olaraq əmək şəraitinə həmin vəzifə uyğun digər vəzifə olmaqla işlə təmin etməlidirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh təşkilat ştat ixtisarı altında iddiaçını işdən azad etmiş və bu hal sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin sənədlər əsasında müəssisədə işçilərin sayı azalmaq əvəzinə əksinə çoxalmışdır. İddiaçı barəsində tərtib edilmiş əmr əsassızdır. İddiaçıya xəbərdarlıq edildiyi tarixdən və işdən azad edildiyi tarixə kimi əlavə 7 şəxs işə qəbul olunmuşdur. Belə olan halda ştat ixtisarı aparılmamış və Əmək Məcələsinin 7*-ci maddəsinin b bəndi düzgün tətbiq olunmamışdır. Bununla yanaşı müəssisədə boş vakansiya yəni mütəxəss ştatı olduğu halda iddiaçını işə qəbul etmək əvəzinə digər şəxsləri işə qəbul etmişlərdir. Həmin vəzifənin ixtisar olunması barədə əmr olmamış, yalnız bildiriş mövcud olmuşdur. İddiaçı işdən azad edilməmişdən qabaq tutduğu vəzifəyə uyğun olaraq boş vakansiya mövcud olmuş və ona iş təklif olunmalı idi. İddiaçının 11 illik iş təcrübəsinə baxmayaraq ona qarşı ayrı-seçkillik etməklə aşağı vəzifədə olan fəhlə vəzifəsini təklif etmişlər. Lakin həmin vaxt digər şəxsləri iddiaçının tutduğu vəzifəyə uyğun olaraq boş vakansiyaya işə qəbul etmişdirlər. Bu hal təqdim etdiyi sənədlərdə öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi bildirir ki, "xxxx" QSC-nin Mühafizə Departamentində 692 ştat ixtisar olunmuş ancaq tərəflərindən "xxxx" QSC-də 582 ştat ixtisar olunmuşdur. Bu həqiqi hal ilə ziddiyət təşkil edir. Digər tərəfdən əsasnamə üzrə iyul ayı üçün təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq mövcud 1547 işçi olduğu halda həmin əsasnamədə isə struktur dəyişikliyinə görə 1613 nəfər işçi sayı artırılacağı göstərilmişdir. Struktur dəyişikliyinə görə 5 şöbə ləğv olunmuş və əvəzinə 6 şöbə yaradılmışdır. Həmin 6 şöbənin təsdiq olunmasına görə 66 nəfər işçi sayı artırılmışdır.Belə olan halda iddiaçıya yeni yaradılmış şöbədə yeni vəzifə təqdim etməmişdirlər. Digər tərəfdən isə əgər şöbə ləğv olunursa və yeni şöbə yaradılırsa o zaman ixtisar aparılmamışdır. Sadəcə olaraq həmin şöbədə ixtisar aparılmamış və yalnız şöbənin adı dəyişdirilmişdir. Həmçinin əmək qanunvericiliyinə əsasən işdən azad olma əmri əsaslandırılmamışdır. Bu səbəbdən hesab etmişdir ki, əmr əsassızdır. Odur ki, iddiaçı barəsində tərtib edilmiş işdən azad olma barədə əmr ləğv olunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, "xxxx" QSC-nin Mühafizə Departamentində 13.*7.2*23-cü il tarixli stat cədvəlinə uyğun olaraq 692 ştat ixtisar olunumuşdur. Həmin 692 statdan 48 nəfər işçi əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinatı almış 2 nəfər işçi öz ərizəsi əsasında işdən çıxmış, 2 nəfər isə İddiaçı və Şükürov İlham onlara təklif edilmiş vəzifəni qəbul etməyərək ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Ümumilikdə 637 nəfər təklif edilmiş vəzifə ilə təmin olunmuşdurlar. Ştat ləğv olunarkən, yeni funksiyaya uyğun olaraq yaradılmış yeni şöbəyə və işəgötürən məcbur deyil ki, əvvəlki işçini işə qəbul etsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, müəssisə ştat tərkibini özü müəyyən edir. Belə ki, struktur və ştat cədvəlində dəyişiklik edilmiş, yəni ştatların sayı optimallaşdırılmışdır. Həmçinin Yüklərin və obyektlərin mühafizə şöbəsini adı, fəaliyyət istiqaməti dəyişdirilmiş və oradakı ştatlar ixtisar olunmuşdur. Eyni zamada "xxxx" QSC-nin Mühafizə Departamenti ayrıca hüquqi şəxs olmamaqla ümumilikdə "xxxx" QSC-də 582 stat ixtisarı aparılmışdır. İddiaçıya ixtisarla bağlı xəbərdalıq və iş təklifi qanunu müfaviq surətdə edilmişdir. ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli 13-1/3-5- 22*11/2*23 nömrəli əmri ilə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən, Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı ştatı ixtisar edilmişdir. Bundan sonra, qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nin mühafizə departamentinin 2* iyul 2*23-cü il tarixli 87 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 21.*7.2*23-cü il tarixdə təqdim edilmiş, iddiaçı bildirişi imzalayaraq qəbul etmiş və bildirişlə tanış olmuşdur. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Xəbərdarlıq müddəti ərzində 21 iyul 2*23-cü il tarixli 96 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı, həmçinin, həmin bölmədə səyyar atıcı vəzifələri təklif edilmiş, lakin iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 13 sentyabr 2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarışa əsasən "xxxx" QSC Mühafizə departamentinin X13 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ADY-nin Müşahidə Şurasının 2*23-cü il *3 iyul tarixli *2 nömrəli qərarının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*1*-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X12" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsimin 8.1.5-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq verilmiş əmrdə göstərilmişdir ki, ADY-nin yeni korporativ strukturu və 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilsin. Həmçinin bu əmrin icrası ilə əlaqədar İnsan resursları idarəsinə aidiyyəti struktur qurumlar ilə birlikdə əmək qanunvericiliyindən irəli gələn məsələləri aidiyyəti üzrə həll etməsi; 6 ay müddətində aidiyyəti struktur vahidləri ilə birlikdə müvafiq vəzifə və peşə təlimatlarının layihələrini hazırlayıb ADY sədrinə təqdim etməsi göstərişi verilmişdir. Hüquq idarəsi isə 3 ay müddətində aidiyyəti üzrə struktur bölmələrlə (qurumlar) birlikdə müvafiq əsasnamə və ya onlara dəyişiklik layihələrini hazırlayıb təsdiq edilməsi üçün ADY sədrinə təqdim edilməsi tapşırılmış, Sədr müavinləri, Maliyyə və iqtisadiyyat idarəsi, İnsan resursları idarəsi, Hüquq idarəsi, Təsərrüfat departamenti və digər aidiyyəti struktur qurumlar bu Əmrdən irəli gələn məsələləri aidiyyəti üzrə həll etməyi göstərişi verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 2*.*7.2*23-cü il tarixdə İddiaçı ünvanlanmış 87 saylı xəbərdarlıqda göstərilmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Mühafizə departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b” bəndinə əsasən ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinin əsasən ona sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Həmçinin qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilə bilər. Eyni zamanda, ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2*23-2*25-ci” illər üçün X16 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 21.*7.2*23cü il tarixdə İddiaçı ünvanlanmış 96 saylı məktubda göstərilmişdir ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mühafizə departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdınlmasının təmin ediməsi zərurəti ilə əlaqədar Mühafizə departamentinin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin „Yüklərin və obyektlərin mühafizəsi şöbəsi“-nin böyük təlimatçısı vəzifəsi üzrə mövcud olan ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş 21.*7.2*23-cü il tarixində ona təqdim olunmuşdur. Ona hal-hazırda vakant olan ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində atıcı, həmçinin həmin bölmədə səyyar atıcı vəzifəsi təklif edilir. Xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməsi xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinn "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İddiaçı "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 2*.*7.2*23-cü il tarixli xəbərdarlıqla və 21.*7.2*23-cü il tarixdə ona ünvanlanmış məktubla 21.*7.2*23-cü il tarixdə tanış olmuşdur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin rəisi X17 İsmayılova ünvanladığı 25.*8.2*23-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu böyük təlimatçı ştatı da ixtisar olunmuşdur. Həmçinin ona qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərinin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin iş təklifindən imtina edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin rəisi Tikrar Quliyevin 22.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6687/2*23 saylı əmrində göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli əmr ilə ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçı ştatı ixtisar edilmişdir. Bununla əlaqədar “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəyi barədə 2*.*7.2*23-cü il tarixli 87 nömrəli xəbərdarlıq bildirişi ona təqdim edilmişdir. İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Mühafizə departamentinin X13 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*, 71 və 77-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 22.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsi əmri verilmiş. Mühafizə departamentinin insan resursları şöbəsinə tapşırılmışdır ki, İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi dövrdə istifadə etmədiyi 49.3 təqvim günü (*7.*5.2*21-*7.*5.2*22-ci iş ili üçün 8 təqvim günü, *7.*5.2*22-*7.*5.2*23-cü iş ili üçün 3* təqvim günü. *7.*5.2*23- 22.*9.2*23-cü iş ili üçün 11.3 təqvim günü) əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin, habelə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsini təmin edilsin. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sədri tərəfindən 29.12.2*22-ci il tarixdə verilmiş “bəzi kadr məsələlərinin tənzimlənməsi barədə” əmrində göstərilmişdir ki, ADY hüquqi şəxs statusuna malik olmayan qurumlarının rəislərinə rəhbərlik etdikləri struktur qurumları üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyəti infrastruktur, yük daşımaları, sərnişin daşımaları, mühafizə, texniki xidmət və istismar və lokomotivlərin təmiri departamentlərinin rəislərinə verilmişdir. İş materiallarında olan İddiaçı adına 14.*5.2*22-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, o, *7.*5.2*12-ci il tarixdə Bakı Yüklərin və obyektlərin mühafizə komandasına atıcı vəzifəsinə işə qəbul edilmiş, 1*.*8.2*12-ci il tarixdə həmin komandanın daimi komanda rəislərinin müavini vəzifəsinə keçirilmiş, *8.*9.2*17-ci il tarixdə həmin komandada qaravul rəisi vəzifəsinə keçirilmiş, *1.1*.2*18-ci il tarixdə İdarənin böyük təlimatçısı vəsifəsinə keçirilmiş, *4.*6.2*19-cu il tarixdə həmin idarə ADY QSC-nin mühafizə departamenti adlandırılmış, 22.*9.2*23-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Mühafizə Departamentinə ünvanladığı 25.*7.2*23-cü il tarixli, 13-1-18/3-58-3869/23 saylı məktubda göstərilmişdir ki, 21.*7.2*3-cü il tarixdə ona xəbərdarlıq təqdim edilərək vəzifələrinin yeni ştat cədvəli üzrə ixtisar edildiyi bildirilmişdir. Bildiriş təqdim edilərkən yeni ştat cədvəli ilə tanış edilməmiş, ona görə də xəbərdarlıqda bu haqda qeyd aparmışdır. Xahiş etmişdir ki, mühafizə departamentinin yeni təsdiq edilmiş ştat cədvəli ona təqdim edilsin. İş materiallarında olan İddiaçı Mühafizə Departamentinə ünvanladığı *1.*8.2*23-cü il tarixli məktubda göstərilmişdir ki, 13.*7.2*23-cü il tarixdə təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin ştat cədvəlində “Xidmətin Təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, həmin şöbənin böyük təlimatçısı vəzifəsinə uyğun olaraq yeni xidməti vəsiqənin ona verilməsi və hazırda qüvvədə olan müqavilə tərəfi olduğu əmək müqaviləsində şöbənin adında müvafiq qeydlər edilməsinin və ya əgər “Xidmətin Təşkili şöbəsi”-nin böyük təlimatçısı vəzifəsi adının fərqliliyi baxımından başqa iş hesab edilirsə, onun vakant olan həmin vəzifəyə keçirilməsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı həmçinin "xxxx" QSC-yə ünvanladığı 1*.*8.2*23-cü il tarixli ərizədə “Xidmətin Təşkili şöbəsi”-nin aparıcı mütəxəssisi vəzifəsinə keçirilməsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC Mühafizə departamentinin X13 Komitəsinin iclas Protokolundan 13 sentyabr 2*23-cü il tarixli çıxarış № 96-dan görünür ki, Mühafizə departamentinin rəisi X3 *6.*9.2*23-cü il tarixli 114 nömrəli məktubuna əsasən Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı Nurəddin oğlunun Azərbaycan Məcəlləsinin 7*-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi haqqında X13 Komitəsinin iclası qərara almışdır ki, "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliyinə uyğun olaraq Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı Nurəddin oğlunun Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatından və 21.*7.2*23-cü il tarixli 96 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan X18 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, həmin bölmənin bütün ştat vahidləri, həmçinin tutduğu böyük təlimatçı ştatların ixtisar edildiyi, bununla bağlı ona xəbərdarlıq məktubları göndərilmişdir. Beləliklə, iddiaçı F.N. İsmayılov tələbləri aşağıda göstərilənlərdən ibarətdir:

1. "xxxx" QSC-nin 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3869/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1 avqust 2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi;

2. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X5 göndərilməsinin qanunsuz hesab edilməsi;

3. Aparılmış ştat ixtisarının qanunsuz hesab olunması;

4. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2* *7 2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7 2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi;

5. Əmək müqaviləsinin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*- 6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi;

6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki Yüklərin və obyektlərin mühafizəsi", hazırkı “Xidmətin təşkili" şöbəsinin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması;

7. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi. Məhkəmə ilk öncə iddia tələbinin “ştat cədvəlinin təqdim edilməsi ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3869/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1 avqust 2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə iş materiallarında olan sənədləri nəzərdən keçirməklə müəyyən etdi ki, işəgötürənin iddiaçıya ünvanladığı 25.*8.2*23-cü il tarixli məktubu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu böyük təlimatçı ştatının da ixtisar olunması bildirilmiş, həmçinin ona qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərinin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin iş təklifindən imtina etməsi göstərilmişdir. İşəgötürən 2*.*7.2*23-cü il tarixli 87 saylı xəbərdarlıqla ştatların ixtisarı barədə xəbərdar etmiş və 21.*7.2*23-cü il tarixli 96 saylı təkliflə işçiyə vakant vəzifə təklif edilmiş, iddiaçının oxşar məzmunlu 25.*7.2*23-cü il tarixli, *1.*8.2*23-cü il tarixli və 1*.*8.2*23-cü il tarixli müraciətlərinə 25.*8.2*23-cü il tarixli məktubla cavab verilmişdir. Odur ki, iddiaçının bu hissədə iddiası tamamilə əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələsinin araşdırılması üçün şikayət edilən şəxs X5 göndərilməsinin qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, "xxxx" QSC-nin 29.12.2*22-ci il tarixli əmri ilə Mühafizə departamentinin rəisinə rəhbərlik etdiyi struktur qurumları üzrə təyinatı ADY-nın sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nın adından işəgötürən səlahiyyətləri verilmişdir. Bu o anlama gəlir ki, ərizə cavablandıran dövrdə (25.*8.2*23-cü il) X7 Mühafizə departamentin sədri olmuş və həmin ərizənin araşdırılmaqla onun tərəfindən cavablandırılması tam qanuni əsaslarla həyata keçirilmişdir. Odur iddia ərizəsi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “aparılmış ştat ixtisarının qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarına aid edilmişdir. Məhkəmə qeyd edir ki, X13 Komitəsi İddiaçı Nurəddin oğlunun 21.*7.2*23-cü il tarixli 96 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. Həmçinin iş materiallarından görünür ki, *3.*7.2*23-cü il tarixli "xxxx" QSC-nin Müşahidə Şurasının iclasının 2 saylı protokouna əsasən ADY QSC-nin yeni korporativ strukturunun və 2*23-cü il üzrə ştat cədvəlinin təsdiq edilməsinə dair razılıq verilmiş, "xxxx" QSC tərəfindən 13.*7.2*23-cü il tarixdə “2*23-cü il üzrə ştat cədvəlinin təsdiq edilməsi” barədə 13-1/3-5-22*11/2*23 saylı əmr verilmişdir. Göründüyü kimi ştatların ixtisarı "xxxx" QSC-nin müvafiq əmri ilə həyata keçirilməklə tam qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İş materiallarında olan "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmada göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) korporativ strukturunun optimallaşdırılması və idarə etmənin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq masləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu ve stat cədvəlinin layihəsi hazırlanmışdır. Hazırda ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarətdir. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filial daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Eyni zamanda ADY-nin Müşahidə Şurasınn 2*21-ci il 11 iyun tarixli 2 nömrəli protokolu ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin X1* və mükafatlandırma komitəsi haqqında Əsasnamə"yə əsasən ADY-nin korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi adı çəkilən komitənin funksiyalarından biri kimi müəyyən olunmuşdur. Qeyd olunanlara uyğun olaraq, ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi üçün məsələyə Təyinat və mükafatlandırma komitəsinin iclasında baxılması məqsədəuyğun hesab olunur. Beləliklə göründüyü kimi ştatların ixtisar olunmasına hüquqi əsaslandırma verilmiş, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmi sənədlərdə öz əksini tapmışdır. Odur ki, bu hissədə də iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2*.*7.2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7.2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İstər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilati-hüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 7*-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. İddiaçının həmin bildirişlərin “səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanması” dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, onları imzalayan şəxs Tikrar Quliyev daha öncə yuxarıda adı çəkilən əmrə əsasən səlahiyyətli olmuşdur. Məhkəmə iddia tələbinin “əmək müqaviləmin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*-6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi; onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki Yüklərin və obyektlərin mühafizəsi", hazırkı “Xidmətin təşkili" şöbəsinin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması; məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda göstərilənlərə uyğun olaraq iş materialları ilə müəyyən edilmişdir ki, ştatların ixtisarı barədə ADY QSC tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq və iş təklifi göndərilmişdir. Odur ki, 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*- 6687/2*23 saylı əmrin qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. İddiaçı F.N. İsmayılov iddia tələbində göstərilənlərin, o cümlədən onunla bağlı verilmiş əmrin ona qarşı qərəzli münasibət və hərəkətlər, əmr qəbul edilərkən və iş təklif edilərkən ona münasibətdə ayrı-seçkiliyin edilməsi ilə əsaslandırmağa çalışmışdır. Bu halların sübutetmə yükü iddiaçının üzərində olduğundan F.N İsmayılov qərəzli münasibətə dair fikrini belə ifadə etmişdir ki, yeni şöbədəki vəzifə təlimatları və funksiyaları ixtisar olunmuş şöbədə olan vəzifə təlimatları, funksiyalarla ilə eyni olduğu halda ona yeni yaradılmış şöbədə tutduğu vəzifəyə uyğun deyil, təhsili, stajı və peşəkarlığı nəzərə alınmadan 7 pillə aşağı vəzifə təklif edilmişdir. Məhkəmə proseslərində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin 13.*7.2*23-cü il və ondan əvvəlki, *7.*2.2*23-cü il tarixli ştat cədvəllərində vəzifələrin adları ilə və “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi"-nin işçilərinin 2*17-ci il və 2*2*-ci il tarixli vəzifə təlimatları ilə hazırkı “Xidmətin təşkili" şöbəsinin işçilərinin 2*23-ci il tarixli vəzifə təlimatları müqayisə edildikdə vəzifələrin və əmək funksiyaların fərqli olması aşkar edildi. Qeyd olunmalıdır ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İddiaçının işəgötürən tərəfindən ixtisar zamanı və yeni iş təklif edilərkən ayrı-seçkiliyə məruz qalması dəlillərinə münasibətdə fikrini belə əsaslandırmışdır ki, Mühafizə Departamentinin rəhbəri özünün tanıdığı və əvvəlki iş yerindən olan yoldaşlarını işə qəbul etmişdir. İlk olaraq qed olunmalıdır ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəssisə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə xeyli saylı işçi ixtisar prosesinə cəlb edilmişdir və cavabdehin nümayəndələrinin iclaslarda səsləndirdiyinə görə ixtisar prosesinə cəlb edilmiş iddiaçının da işlədiyi şöbədəki işçilərdən yalnız iddiaçı və ixtisar edilmiş şöbənin rəisi yeni iş təklifini qəbul etməmişlər. Göründüyü kimi, bu səbəblə də iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyi müəyyən edilmir. Məhkəmə iclasları zamanı da iddiaçı məhkəmə iclasında onunla əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona digər vəzifənin təklif edilməsini sahib olduğu təhsilinə, stajına, peşəkarlığına uyğun olmadığı üçün qəbul etməkdən qəti imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3**-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar