Məhkəmə qərarları › İş №2(006)-587/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-587/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-587/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı "sığorta pulu" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxx” ASCdən ona məxsus “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1540 manat sığorta haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınsa da, həmin avtomobil xx xxxxxx 2019-cu il tarixli etibarnaməyə əsasən onun sahibliyində olmuş, həmin avtomobili o idarə etmiş, o təmir etmiş, bütün saxlanma xərclərini o çəkmişdir. Qardaşı X5 xəstə olduğuna görə xx xxxxx 2019-cu il tarixdə o, “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Azərə baş çəkməyə getmiş, ora digər qardaşı X4 da gəlmişdir. X4 “QAZ-3302” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərkən ona məxsus “Chrysler Concord” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ona məxsus avtomobilə zərər vurmuşdur. Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları gəlmiş və X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 idarə etdiyi avtomobil “xxxxxxxxxxx” ASC-də sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı aldığından, hadisə yerinə “xxxxxxxxxxx” ASC-nin əməkdaşları gəlmiş və zəruri sənədləşmə işləri aparılmışdır. Bundan sonra ona məxsus “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “xxxxxxxxxxx” ASC tərəfindən hesablanmış və dəymiş zərərin məbləği 1540 manat müəyyən edilmişdir. Lakin həmin zərər ona ödənilən anda cavabdeh “xxxxxxxxxxx” ASC tərəfindən ona ödəniş edilməsindən imtina edilmiş, bu barədə ona xx xxx 2019-cu il tarixli AS-19/1303 saylı məktub göndərilmişdir. Cavabdeh öz imtinasının əsasını isə onun sahibliyində olan “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə X2 məxsus olmasını göstərmişdir. Cavabdeh öz məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.3-cü maddəsinə istinad etmiş və göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin iştirakçısı olan X4 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən baş vermiş hadisə üzrə müqavilənin tərəfi olduğundan üçüncü şəxs, yəni zərərçəkən hesab edilmir və “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta təminatına daxil deyildir. Cavabdehin bu imtinası əsassızdır və baş vermiş sığorta hadisəsi nəticəsində mənim idarə etdiyim “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta haqqı ona ödənilməlidir. Belə ki, cavabdehin öz məktubunda göstərdiyi kimi X5 ilə “xxxxxxxxxxx” ASC arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və “QAZ-3302” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Göründüyü kimi burada “QAZ-3302” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icbari sığorta X5 ilə bağlanmışdır. Yəni xx.xx.2018-ci il tarixdə bağlanmış PAA********** saylı sığorta müqaviləsinin tərəfi X5 olmuş və o, “QAZ-3302” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair öz mülki məsuliyyətini sığortalamışdır. Həmin avtomobil isə qanuni əsaslarla X4 tərəfindən idarə edildiyi zaman onun qanuni sahibliyimdə və istifadəsində olan avtomobilə zərər yetirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş X1 mülkiyyətində olsa da, həmin avtomobil onun istifadəsində və sahibliyində olmuş, o həmin avtomobilin istifadəsini davam etdirmək üçün avtomobilə dəymiş zərəri aradan qaldırmaq məcburiyyətində qamış və onun həmin avtomobillə bağlı sığorta marağı olmuşdur. Qeyd edilən avtomobil onun sahibliyində olduğuna görə hətta onun həmin avtomobilə dəymiş zərərin aradan qaldırılmasını avtomobilin mülkiyyətçisindən də tələb etmək hüququ yaranmışdır. Qeyd edilənlərdən əlavə X1 “QAZ-3302” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətməsi və onun törətdiyi inzibati xəta nəticəsində “Chrysler Concord” minik markalı **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi xx xxxxx 2019-cu il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokolla sübuta yetmişdir. Beləliklə də, cavabdeh “xxxxxxxxxxx” ASC-dən ona məxsus “Chrysler Concord” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1540 manat sığorta haqqı tutulub ona ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cəmiyyətləri ilə X5 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və “QAZ-3302” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə şirkətə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə qəzaya uğradığını və nəticədə X2 məxsus “Chrysler Concord” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Bundan sonra hadisə əməkdaşları tərəfindən tam təfsilatı ilə araşdırılmış, xx.xx.2019-cu il tarixli, AS-19/1303 saylı məktubla İddiaçı sıığorta ödənişinin veriıməsindən imtina edilməsi haqqında məlumat verilmişdir. Daha sonra İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cəmiyyətlərində sığortalanmış “QAZ-3302” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 hadisə nəticəsində zərər dəymiş “Chrysler Concord” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Ona görə də xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin iştirakçısı olan X4 “İcbari sığortalar haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən baş vermiş hadisə üzrə müqavilənin tərəfi olduğundan üçüncü şəxs (zərərçəkən) hesab edilmir və “Chrysler Concord” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta təminatına daxil deyildir. Buna görə də hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında İXP № ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2019-cuil tarixdə saat 10:00-da X4 “QAZ-3302” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan AB seriyalı 927582 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarında olan 689304 №-li, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X4 özünə məxsus “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2020-ci il tarixədək İddiaçı etibar etmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1540 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxxxxxxxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli, AS-19/1303 saylı məktubun surətindən görünür ki, “xxxxxxxxxx” ASC bildirir ki, X5 ilə Cəmiyyətarasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “QAZ-3302” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Ərizə ilə şirkətə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə qəzaya uğradığını və nəticədə X2 məxsus “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. Qeyd edilir ki, Cəmiyyətdə sığortalanmış “QAZ-3302” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 hadisə nəticəsində zərər dəymiş “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. xx.xx.2019-cu ii tarixdə baş vermiş hadisənin iştirakçısı olan X4 “İcbari sığortalar haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən baş vermiş hadisə üzrə müqavilənin tərəfi olduğundan üçüncü şəxs (zərərçəkən) hesab edilmir və “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta təminatına daxil deyildir. Göstərilənlərə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/519 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, “Chrysler Concord” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1290 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 22-ci maddəsindən görünür ki,bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 80 manatı cavabdeh "xxxxxxxxxxx" ASC-dən, 20 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxxxxxxxxx" ASC-dən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 1290 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 80 manatı cavabdeh "xxxxxxxxxxx" ASC-dən, 20 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxxxxxxxxx" ASC-dən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 1290 (min iki yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 80 (səksən) manatı cavabdeh ASC "xxxxxxxxxxx" ASC-dən, 20 (iyirmi) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar