Məhkəmə qərarları › İş №2(006)-587/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-587/2024

08.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-587/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (oğlu) Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2 X3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı «ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməs və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı «ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ilin fevral ayından indiki "xxxx" QSC-nin Mühafizə Departamentində işləmişdir. Həmin təşkilatda sıravi (atıcı) vəzifəsindən şöbə rəisinə qədər müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirərək 27 ildən artıq əmək təcrübəsi əldə etmişdir. Ali təhsillidir. Hazırda iki övladı tələbədir. Himayəsində üç işləməyən ailə üzvü var. Dörd nəfərlik məcburi köçkün ailəsinin yeganə qazanc gətirəni idi. ADY Mühafizə Departamenti rəhbərliyi ADY sədrinin «ADY-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə» 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı əmrindən sui-istifadə edərək ixtisar adı altında tutduğu müvafiq ştat vahidinin guya ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixində iddiaçıya xəbərdarlıq təqdim etmiş, bundan sonra hüquqlarını qərəzli şəkildə dəfələrlə pozmuş, 2*.*9.2*23-cü il tarixdə isə 13-1-18/3-1*-6632/2*23 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Hesab edir ki, ona təqdim olunmuş 18.*7.2*23-cü il tarixli, 71 saylı xəbərdarlıq etibarsız, əmək müqavilənin ləğv olunması haqqında əmr və həmin əmrə əsas kimi göstərilən ştat ixtisarı qanunsuz və əsassızdır. Bütün bunlar isə işəgötürənin iddiaçıya qarşı aşkar qərəzli münasibətinin nəticəsidir və hüquqlarını kobud şəkildə pozur.Təqdim edilmiş xəbərdarlıqla bağlı bildirir ki, bu xəbərdarlığı imzalayaraq iddiaçıya işəgötürən qismində təqdim etmiş Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq üzrə müavini X6 ADY sədrinin *1.*3.2*23-cü il tarixli 13-1/3-17-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən müvəqqəti icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.S.Quliyev isə işəgötürən qismində çıxış edərək qeyd edilən xəbərdarlığı 18.*7.2*23-cü il tarixdə,onun bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalamışdır. ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri *5.*9.2*23-cü il tarixədək uzadılsa da, düşünür ki, sonuncu əmr Azərbaycan Respublikası ƏM-nin 61.3-cü maddəsinin tələblərınə ziddir. Belə ki, həmin maddənin tələbinə görə Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Göründüyü kimi, T.S.Quliyevin göstərilən səlahiyyətlərinin uzadılması ilə bağlı ADY sədrinin *3.*6.2*23-cü il tarixli 13-1/3-17-2*295/2*23 saylı əmri qanunun normasının tələblərini aşkar şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, həmin əmr və əmrin verdiyi səlahiyyətlər qanuni hesab edilməməli və qeyd olunmuş səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanaraq təqdim edilmiş xəbərdarlıq məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçıya təqdim edilmiş xəbərdarlıqda «Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi» ştatının ixtisar olunması göstərilmiş və aparılmış ştat ixtisarının əsası kimi ADY sədrinin müvafiq əmrinə istinad edilmişdir. ADY sədrinin istinad edilən 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 saylı əmrindən də göründüyü kimi həmin əmr korporativ strukturun və ştat cədvəllərinin təsdiq edilməsi haqqında olub, hər hansı ştat ixtisarını özündə ehtiva etmir. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan müvafiq yüklərin mühafizə və müşayiəti, həmçinin oğurluq və digər qeyri-qanuni qəsdlərlə mübarizə üzrə Mühafizə Departamentinin yeganə xidmət şöbəsi olaraq mühafizə kontingentinin (yerlərdəki mühafizə bölmələrinin) təmin etdiyi mühafizə işlərində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən struktur vahididir (şəxsi işində olan vəzifə təlimatında əksini tapmışdır). Şöbənin adı 2**1-2**2-ci illərədək Xidmətin Təşkili şöbəsi, daha sonra bir müddət Yüklərin və obyektlərin təhlükəsizliyi şöbəsi, son ştat cədvəli təsdiq edilənə qədər Yüklərin və obyektlərin mühafizəsi şöbəsi, hazırkı - yeni ştat cədvəlində isə yenidən Xidmətin Təşkili şöbəsi adlandırılmışdır. Buna gorə də təbii ki, xidməti fəaliyyəti mühafizə işlərindən ibarət olan Mühafizə Departamentində yuxarıda qeyd edilmiş mühafizə fəaliyyətləri üzrə xidməti təşkil edən yeganə struktur vahidinin və onun alt struktur vahidlərinin ləğv edilməsi inandırıcı görünmədiyindən yeni ştat cədvəlinin təqdim olunması haqqında 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı ərizə ilə cavabdeh Mühafizə Departamentinə müraciət etmişdir. Lakin yeni ştat cədvəli iddiaçıya təqdim olunmamış, həmin ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamışdır və bununla da cavabdeh Mühafizə Departamenti Azərbaycan Respublikası ƏM-nin 12-ci maddəsinin «e» bəndinin tələblərim aşkar şəkildə pozmuşdur. Qanunun normasının tələbinə görə işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq İşəgötürənin əsas vəzifələri və məsuliyyətlərindəndir. Düşünür ki, cavabdeh Departament tərəfindən yeni ştat cədvəlinin iddiaçıya təqdim edilməməsi və bununla əlaqədar təqdim etdiyi 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58- 3868/2*23 saylı ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmaması məhkəmə tərəfindən qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda ştat cədvəlini hər bir vasitə ilə gizlədən cavabdeh Mühafizə Departamenti 26.*7.2*23-cü il tarixdə iddiaçıya 1*7 saylı məktubla iş təklifi barədə bildiriş təqdim edərək vəzifəsinə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan bir neçə şöbə rəisi, bir neçə böyük mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştatları vakant olmasına baxmayaraq, tutduğu rəhbər kateqoriyasına aid vəzifədən 9 pillə aşağı, fənlə kateqoriyasına aid ən sonuncu - atıcı (səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini bir daha nümayiş etdirmişdir. Həmin iş təklifi məktubunda xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməyi xahiş olunsa da, bununla bağlı qarşıda tam 8 həftə xəbərdarlıq müddətinin olmasına baxmayaraq, bir daha cavabdeh Mühafizə Departamentinin rəhbərliyi iddiaçıya qarşı qərəzli addım ataraq təklif edilən vəzifədən imtina etməsi haqqında akt tərtib etmiş bundan sonra isə xəbərdarlıq müddətinin gedişində Departament rəisi X6 ona təklif edilməmiş, yuxarıda göstərilən rəhbər və mütəxəssis kateqoriyasından olan vəzifələrə vakant vəzifə kimi kənardan özünün şəxsi münasibətləri olan əksəriyyəti pensiyaya çıxarılmış şəxsləri işə qəbul etmişdir. Hesab edir ki, xəbərdarlıq müddəti dövründə Mühafizə Departamentində mövcud olan kifayət qədər rəhbər və mütəxəssis kateqoriyasına aid vakant ştat vəzifələrinə Departameni rəisi T.S.Quliyevin özünün əvvəllər işlədiyi təşkilatlardakı tanışlarını işə qəbul etdiyi halda iddiaçıya həmin vəzifələrdən hər hansı birini deyil, yalnız struktur üzrə ən aşağı - fəhlə kateqoriyasından sonuncu vəzifənin təklif etməsi məhkəmə tərəfindən qərəzli və qanunsuz hesab edilməlidir.Qeyd edir ki, ştat cədvəli ilə bağlı sonradan iddiaçıya məlum olmuşdur ki, yeni təsdiq edilmiş ştat cədvəlində nəinki vakant yerlər (boş vəzifələr) ləğv edilməmişdir, hətta əvvəlki ştat sayı ilə müqayisədə ümumilikdə Departament üzrə 1**-ə yaxın ştat vahidi artırılmış şöbələrin sayı isə əksəriyyətinin adlarında dəyişikliklər edilməklə 5 şöbədən 6 şöbəyə çoxaldılmışdır. O cümlədən «Yüklərin və obyektlərin mühafizəsi şobəsi»nin adı dəyişdirilərək, yeni təsdiq edilmiş ştat cədvəlində «Xidmətin təşkili şöbəsi» kimi qeyd edilmişdir. Ona görə də cavabdeh Mühafizə Departamentinin rəhbərliyinə Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən «Yüklərin və obyektlərin mühafizəsi şöbəsi»nin, yeni təsdiq edilmiş ştat cədvəlində «Xidmətin təşkili şöbəsi» kimi qeyd edilməsini nəzərə alaraq iddiaçının tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən şöbə rəisi vəzifəsinə keçirilməsinin təmin olunmasına dair *1.*8.2*23-cü il tarixdə ərizə ilə rəsmi müraciət etmişdir. Lakin cavabdeh Mühafizə Departamenti bu müraciətinə də hər hansı cavab verməmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «e» bəndinin tələblərini bir daha aşkar şəkildə pozmuşdur. Hesab edir ki, bu müraciətinə də qanunvericilikdə nəzərdə tutulmuş muddətdə və qaydada baxılmaması məhkəmə tərəfindən qanunsuz və qərəzli hesab edilməlidir. Eyni zamanda, hüquqlarının cavabdeh Mühafizə Departamentinin rəisi X6 tərəfindən dəfələrlə pozulması və onun iddiaçıya qarşı qərəzli hərəkətlərı barədə 1*.*8.2*23-cü il tarixli ərizələrlə Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına və "xxxx" QSC-nin sədrinə müraciət etmişdir. Müvafiq müraciətlər baxılması üçün "xxxx" QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC müraciətində göstərdiyi xüsusatları araşdırmaq, hüquqlarının pozulmasının və iddiaçıya qarşı qərəzli hərəkətlərin qarşısının alınması baxımından tədbirlər görmək əvəzinə «X1» Azərbaycan Respublikası Qanununun 7.13-cü bəndinin tələblərinə zidd olaraq şikayətini araşdırılması üçün şikayət olunan şəxsə - Mühafizə Departamentinin rəisi X4 göndərmişdir. T.Quliyev isə ərizəsində göstərilmiş xüsusatların təbii olaraq hər hansı birini araşdırmadan tutduğu ştat vahidinin ixtisar olunması və ona bu barədə xəbərdarlıq təqdim edilməsi haqqında məlumat vermişdir. Hesab edir ki, şikayətini araşdırmaq əvəzinə onun haqqında şikayət etdiyi şəxsə göndərilməsi və ərizəsinin məzmununa uyğun olmayan, mənasız cavab verilməklə qərəzli münasibətə məruz qoyulması məhkəmə tərəfindən qanunsuz hesab edilməlidir. Nəhayət bildirir ki,əmək müqavilənin ləğv edilməsi barədə cavabdeh Departamentin 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrinin hər hansı hüquqi əsası yoxdur və həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, müvafiq mübahisəli əmrin məzmunundan da görünür ki, əmrin yeganə əsası kimi ADY-nin müvafiq əmri ilə tutduğu ştat vahidinin guya ixtisar edilməsinə istinad olunmuşdur. Göründüyü kimi qanunun qeyd olunan tələbi işəgötürən üçün həmin Məcəllənin 7*-cı maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə o cümlədən 7*-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt qoymuşdur ki, bu əsasla işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Deməli ƏM-nin 7*-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsi ləğv edilərkən ilk olaraq işçilərin sayının azaldılması və ştatın ixtisarının zəruriliyinin əsaslandırılması qanunun işəgötürən qarşısında qoyduğu əsas şərt kimi çıxış edir. Lakin konkret olaraq «Yüklərin və obyektlərin mühafizəsi şöbəsi»nin bir struktur vahidi və ya həmin şöbənin rəisi vəzifəsinin bir ştat vahidi kimi ixtisar edilməsinin zəruriliyini əsaslandıran hər hansı əmr və ya tənzimləyici akt yoxdur. Həmçinin mübahisəli əmrdə istinad edilən ADY-nın 13.*7.2*23-cü il tarixli əmri də yuxarıda qeyd edildiyi kimi hər hansı ştat vahidinin ləğv edilməsinin əsaslandırılması ilə əlaqədar deyildir. Mübahisəli əmrdən göründüyü kimi cavabdeh Departament qanunun normasının tələblərinə riayət etməmiş, ümumi sözlərə əsaslanaraq, sadə söz yığınından ibarət əmr vermiş və əsassız olaraq əmək müqaviləsi ləğv etmişdir. Göründüyü kimi işəgötürən qismində çıxış edən cavabdeh Departament heç bir ixtisar olmadığı halda ştat vahidlərinin adlarının dəyişməsini bəhanə etmiş, əmək hüquqlarını pozmuş, 16**-dən artıq kontingenti olan Departamentdə hamını öz vəzifəsinə uyğun vəzifələrə keçirdiyi halda iddiçının da vəzifəsinə uyğun olan və xəbərdarlıq müddətində vakant olan kifayət qədər vəzifə olmasına baxmayaraq, hər hansı uyğun vəzifəyə keçirilməsini təmin etməmiş, ayrıseçkiliyə yol vermiş, məcburi köçkünlüyü kimi diqqətəlayiq halları qətiyyən nəzərə almamış və aşkar şəkildə qərəzli münasibət nümayiş etdirərək əmək müqaviləni ləğv etmək haqqında əmr vermişdir. 25.*9.2*23-cü il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərmiş, 19.1*.2*23-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır.Göstərilənlərə əsasən ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabden "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X4 göndərilməsinin qanunsuz hesab edilməsi, aparılmış ştat ixtisarının qanunsuz hesab olunması, cavabden "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli, 71 saylı xəbərdarlığın 26.*7.2*23-cü il tarixli, 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əvvəlki «Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili» şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, aydın şəkildə görünür ki, qanunun norması tərəfindən əsaslandırılması tələb edilən zərurət, hüquqi mənasına özündə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməməsi üçün bütün imkanların müzakirə edilərək qiymətləndirilməsi ilə bərabər həm də işçinin başqa işə keçirilməsinin mümkün olmamasını da ehtiva etməlidir. Mübahisəli əmrdən göründüyü kimi, cavabdeh Departament qanunun normasının tələblərinə riayət etməmiş, ümumi sözlərə əsaslanaraq sadə söz yığınından ibarət əmr vermiş və əsassız olaraq əmək müqaviləsi ləğv etmişdir. Düşünür ki, işin müəyyən hallarının uyğunluğu baxımından məhkəmə presedentlərinin nəzərə alınması da məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-6115/2*23 saylı, 31.1*.2*23-cü il tarixli qərarında məhkəmə işin hallarına uyğun olaraq AR ƏM-nin 78-ci maddəsinin tətbiqi zərurətini ona çəkərək hüquqi mövqeyini belə ifşa etmişdir. «…«Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.*7.2*11-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımından daha güclü tərəf olmaqla təşkilatı-sərəncamverici səlahiyyətlərə malik olur. Kollegiya qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, sonradan digər şəxslərlə əmək müqavilələri bağlanaraq onların işə götürülməsi həmin işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Hazırda "xxxx"ASC-də iddiaçının əvvəlki vəzifəsinə uyğun vəzifənin olmaması fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz. Belə ki, əgər "xxxx" ASC-də iddiaçının işləmiş olduğu vəzifə ştatı mövcud deyildirsə, bu halda o, işlədiyi vəzifəyə uyğun (əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifə) digər işlə təmin edilməlidir». Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2(1*2)-2996/2*23 saylı, 17.1*.2*23cü il tarixli qərarında hüquqi mövqeyini belə ifşa etdirmişdir ki, «…5*.Qeyd edilməlidir ki, mülkidövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi da bilavasitə işəgötürənin üzərinə düşür… 74. Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixti sarı) başa düşülür. İxtisar keçirilən zaman bəzi tələblərə əməl etmək lazımdır. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir. İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə barədə sənəd və s». Yuxarı instansiya məhkəmələrinin təqdim edilmiş qərarlar üzrə hüquqi mövqelərindən də göründüyü kimi məhkəmələr hazırkı işlə müəyyən hallar üzrə eyni olan işlərdə işçinin işlədiyi vəzifəyə uyğun vakant vəzifələr olduğu halda işçi ilə bağlanmış əmək müqaviləsini AR ƏM-nin 7*-ci maddəsinin «b» bəndi ilə ləğv edərək, kənardan işçilərin işə qəbul edilməsini ayrı-seçkilik kimi qiymətləndirmiş, ştat ixtisarı zamanı ixtisarla bağlı əsaslandırılmış əmri və işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə müvafiq sənədi əsas tələblər kimi təqdim etmişdir. Beləliklə işəgötürən qismində çıxış edən cavabdeh Departament heç bir ixtisar olmadığı halda ştat vahidlərinin adlarının dəyişməsini bəhanə etmiş əmək hüquqlarını pozmuş16**-dən artıq kontingenti olan Departamentdə hamını öz vəzifəsinə uyğun vəzifələrə keçirdiyi halda iddiaçının da vəzifəsinə uyğun olan və xəbərdarlıq müddətində vakant olan kifayət qədər vəzifə olmasına baxmayaraq hər hansı uyğun vəzifəyə keçirilməsini təmin etməmiş, ayrı-seçkiliyə yol vermiş məcburi köçkünlüyü kimi diqqətəlayiq halları qətiyyən nəzərə almamış və aşkar şəkildə qərəzli münasibət nümayiş etdirərək əmək müqaviləni ləğv etmək haqqında əmr verilmişdir. 25.*9.2*23-cü il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərmiş, 19.1*.2*23-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır. Göstərilənlərə əsasən ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X4 göndərilməsinin qanunsuz hesab edilməsi, aparılmış ştat ixtisarının qanunsuz hesab olunması, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli, 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli, 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*- 6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əvvəlki «Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili» şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması, məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X4 göndərilməsinin qanunsuz hesab edilməsi, ona münasibətdə aparılmış ştat ixtisarının qanunsuz hesab olunması, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli, 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli, 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əvvəlki «Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili» şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması, məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddianı tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, uzun illər cavabdeh qurumda çalışmışdır. Belə ki, 1996-2***-cı illərdə «atıcı» vəzifəsində, 2***-2**1-cı illərdə «böyuk atıcı» vəzifəsində, 2**1-2*17-cı illərdə indiki «növbə rəisi» əvvəlki «qaravul bolmə rəisi» vəzifəsində, 2*17-ci ildə bir ay yarım əvvəlki «komanda rəisinin müavini» vəzifəsində bundan sonra 4 ay müddətində həmin komandanın «rəis»i vəzifəsində, bundan sonra isə, yəni 2*18-ci ilin 2* fevral tarixindən 2*23-cü ilə qədər «yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi» vəzifəsində işləyərək 27 ilə yaxın həmin qurumda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2*23-cü ilin iyul ayının 19-da mühafizə departamentinin rəisi ona xəbərdarlıq təqdim etmiş, həmin xəbərdarlıqdan məlum olmuşdur ki, guya 13.*7.2*23-cü il tarixli əmrlə onun tutduğu vəzifə ləğv edilmişdir. Onun işdən çıxarılması yeni ştat cədvəli ilə bağlı olduğuna görə o, onunla tanış olmasına şərait yaradılması üçün ərizə təqdim etmişdir. Həmin ərizə 25.*7.2*23-cü il tarixdə tərəfindən elektron kargüzarlığa yüklənmişdir. Lakin bu günə kimi ona cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Bununla da, cavabdeh AR ƏM-nin 12-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Daha sonra 26.*7.2*23-cü il tarixdə cavabdeh qurum tərəfindən ona iş təklif olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, xəbərdarlıq müddəti ərzində yəni 2*.*9.2*23-cü il tarixinədək təklif olunmuş vəzifəyə razı olubolmaması barədə məlumat verməlidir. Lakın həmin müddəti gözləmədən elə həmin gün akt tərtib edərək guya təklif olunan vəzifədən imtina etməsi rəsmiləşdirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun çalışdığı «yüklərin və obyektlərin mühafizəsi» şöbəsinin əvəzinə sadəcə ad dəyişikliyi edilərək «xidmətin təşkili» şöbəsi yaradılmışdır və onun tərkibində bu neçə mütəxəssis və aparıcı mütəxəssis vəzifələri mövcuddur. O, yeni yaradılmış olduğu bildirilən, lakin sadəcə ad dəyişikliyı olunan şöbənin rəisi təyin olunması barədə *1.*8.2*23-cü il tarixdə cavabdeh guruma müraciət etmişdir. Lakin həmin məktuba da bu günə kimi cavab verilməmişdir. Qeyd edir ki, ona verilmiş xəbərdarlığa əsas kimi yuxarıda qeyd etdiyi 13.*7.2*23-cü il tarixli ştat ixtisarı ilə bağlı əmrə əsaslanır. İlk öncə qeyd edir ki, xəbərdarlıq cavabdeh qurumun mühafizə departamentinin rəsmi blankında departamentin şəxsi heyətinin fiziki hazırlıq üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X15 tərəfindən imzalamışdır. Həmin xəbərdarlığın nə üçün etibarsız hesab olunmalı olduğunu bildirmələrinə gəlincə isə nəzərə çatdırır ki, adıçəkilən şəxs cavabdeh qurumun sədrinin *1.*3.2*23-cü il tarixli əmri ilə AR ƏM-nin 61-ci maddəsinin tələblərini əsas gətirərək departament rəisinin vəzifələrinin müvəqqəti icra edilməsi barədə əmri əsasında işəgötürən qismində çıxış etmişdir. AR ƏM-nin 61-cı maddəsində bu müddətin üç ay olduğu nəzərdə tutulmuşdur. Həmin müddət bitdikdən sonra isə əvəzedici işçi ya həmin vəzifəyə keçirilir, ya da hər iki vəzifə birləşdirilir, ya da həmin vəzifəyə başqa bir şəxs təyin olunur. Lakin cavabdeh qurum bu tələbləri pozaraq *3.*6.2*23-cü il tarixdə yenidən 3 ay müddətinə həmin müddəti uzatmışdır. Adıçəkilən xəbərdalıq da qeyd etdikləri ikinci 3 aylıqda verildiyindən hesab edirlər ki, etıbarsızdır. Bundan başqa xəbərdarlıqda istinad olunan əmrə gəlincə isə bildirir ki, həmin əmrdə ştatların ixtisarından ümumiyyətlə söhbət getmir. Həmin əmr adından da göründüyü kimi AR ADY-nın yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədədir. Orada qeyd olunub ki, AR ADY-nin yeni kooperativ strukturu təsdiq edilsin və əlavə 1-ə istinad edilib ki, onun nədən ibarət olması öz əksini tapmayıb. 2-i olaraq isə AR ADY-nın 2*23-cü il üçün ştat cədvəlləri təsdiq edilsin və orada da əlavə 2-yə istinad edilir ki,. onun da nədən ibarət olması öz əksini tapmayıb. Orada qeyd edilən ştat cədvəlini onlar uzun müddət əldə edə bilməmişlər. Yalnız sadəcə keçən məhkəmə iclasında qarşı tərəfin nümayəndələri onu təqdim etdilər. Digər bir məsələ aparılmış ştat ixtisarının ona münasibətdə qanunsuz hesab edilməsi ilə bağlıdır. Belə ki, qarşı tərəf bildirir ki, guya müraciət olunub müşahidə şurasına ştat cədvəllərinin və kooperativ strukturun müəyyən olunması ilə bağlı, lakin bununla bağlı heç bir sübut təqdim edilməyib. Qarşı tərəf bir sənəd, hüquqi əsaslandırma təqdim edib ki, o heç bir imza möhür və s. ilə təsdiq edilməyib. Bundan başqa qarşı tərəfin təqdim etdiyi müşahidə şurasının protokoluna baxsalar görərlər ki, orada cəmi 3 dənə məsələyə baxılıb. Onlardan ikisi ümumiyyətlə ştat, struktur ilə bağlı deyil. Yalnız 3-cü məsələ AR ADY-nın yeni kooperativ strukturunun təsdiq edilməsinə razılıq verilməsi ilə bağlıdır ki, o du ştatların ixtisarını özündə ehtiva etmir. Bununla bağlı AR Prezidentinin 3*.*3.2*21-ci il tarixli sərəncamı vardır ki, burada AR ADY-nın kooperativ strukturu və ştat cədvəlinin ixtisarının müşahidə şurasının razılığı əsasında həyata keçirilməsini özündə ehtiva edir. Lakin müşahidə şurası sadəcə kooperativ strukturun təsdiq edilməsi məsələsinə baxmışdır. Orada ştatların ixtisarına toxunulmamışdır. Buradan da bu nəticəyə gəlmək olar ki, cavabdeh qurum bunu özbaşına etmişdir. Əlavə olaraq nəzərinə çatdırır ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdə kifayət qədər ziddiyyətlər vardır. Belə ki, cavabdehin nümayəndələri bir neçə məhkəmə iclasında bildirdi ki, 582 nəfər işçinin ümumi AR ADY üzrə ixtisarı nəzərdə tutulmuşdur. Bu məhkəməyə təqdim edilən ştat cədvəlinin ixtisarı ilə bağlı sənəddə də öz əksini tapmışdır. Lakin təqdim edilən 21.12.2*23-cü il tarixli sənəddə də qeyd edilir ki, mühafizə departamentindən əldə olunmuş məlumatlara əsasən qeyd edilən tarixlər arasında, yəni 19.*7.2*23-2*.*9.2*23-cü illər arasında 692 ştat ixtisar olunmuşdur. Necə ola bilər ki, AR ADY-nın tərkibində olan ümumi ixtisar sayından daha artıq olsun. Buradan bu qənaətə gəlmək olur ki, cavabdeh qurum məhkəməyə təhrif olunmuş, səhv məlumatlar təqdim edilmişdir. Bundan başqa qarşı tərəf məhkəməyə ştat cədvəlini mötəbər sübut hesab etmirlər. Belə ki, həmin sənəd hər hansı formada təsdiq edilməyib. Bundan başqa həmin sənəd təhrif olunmuşdur. Belə ki, 29.*9.2*23-cü il tarixli sənədə diqqət etsələr görərlər ki, mühafizə departamentini rəisi insan resursları şöbəsinə müraciət edərərək bildirir ki, məsləhətçi və s. vəzifələr üzrə yer vakantdır. Daha sonra işə qəbulla bağlı əmr verilib, lakin məhkəməyə təqdi edilmiş ştat cədvəlində həmin vəzifə qeyd edilməyib. Ona görə də hesab edirlər ki, təqdim olunan ştat cədvəli saxtadır. Bundan başqa nə üçün ona münasibətdə nə üçün aparılmış ştat cədvəlinin etibarsız hesab olunmasına gəlincə isə bildirir ki, o, «yüklərin və obyektlərin mühafizəsi» şöbəsi adlandırılmış struktur hissədə çalışırdı. Həmin şöbənin funksiyaları ADY-nın obyektərinin və daşınar yüklərinin mühafizə və muşahidəsindən ibarət idi. Hazırda da həmin funksiyalar həyata keçirildiyi halda həmin bölmənin adını dəyişdirərək «xidmətin təşkili» qoymaqla 27 illik iş təcrübəsi olan onu iki il müddətinə gözləmə mövqeyində saxlamaqla, ümumiyyətlə AR ADY-yə aid olmayan orqanlardan yeni işçilər gətirmiş və onlarla əmək müqaviləsi bağlamışdır. Gətirilmi işçilərin də bir neçəsi onun öz yaxın adamlarıdır. Odur ki, bura da hər hansı ixtisardan söhbət gedə bilməz. Bundan başqa qarşı tərəf təqdim edib ki, ona verilən xəbərdarlıq müddəti ərzində 295 vəzifə vakant olmuşdur. Həmin siyahıda xidmətin təşkili şöbəsində olan vakant vəzifələrin sayı 5 dənə göstərilib. Lakın özlərinin təqdim etdiyi ştat cədvəlində xidmətin təşkili şöbəsinin 7 nəfərdən ibarət olduğu göstərilir. Vakant vəzifəyə çıxarılmayan yeni yaradılmış struktur hissədə o, iki nəfərin nə vaxt təyin edilməsi isə məlum deyildir. Ya ştat cədvəli təsdiq edilməmişdən öncə təyin olunub, ya da onlar məhkəməni aldadaraq o iki vakant vəzifəni gizlədiblər. Bundan başqa məsləhətçi vəzifəsinin vakant olması həmin cədvəldə də oz əksini tapmamışdır. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, ümumi AR ADY ilə bağlı fikir söyləyə bilməz. Lakin AR ADYnin mühafizə departamentində ştatların sayı köhnə ştat cədvəli ilə 1547 nəfər olduğu halda, yeni stat cədvəli ilə 1623 nəfərə qaldırılıb. Belə olan halda hansı ixtisardan söhbət gedə bilər? Bundan başqa mühafizə departamentinin tabeliyində əvvəl 5 şöbə olduğu halda yeni ştat cədvəlində şöbələrin sayı 6-ya qaldırılıb. Bundan başqa onun rəhbərlik etdiyi «yüklərin və obyektlərin mühafizəsi» şöbəsinin adı dəyişdirilərək «xidməti təşkili» şöbəsi adlandırılmışdır, hansı ki, eyni funksiyaları həyata keçirirlər. Orada işçilərin sayı 6 nəfərdən 7 nəfərə qaldırılıb. Yəni mühafizə departamentındə ixtisar aparılmayıb. Ona 17.*7.2*23-cü il tarixdə xəbərdarlıq olunub, əmr 2*.*9.2*23-cü il tarixdə verilib. AR ƏM-nin 2*18-ci il tarixli kommentariyasında olan AR ƏM-nin 7*-ci maddəsinin «b» bəndinə olan izahına baxsalar onun 9*% müddəaları hazırkı mülkı iş üzrə cavabdehin hərəkətlərinin qanunsuz olduğunu deməyə əsas verir. Bundan başqa hazırkı mübahisəli hallar üzrə yuxarı instansiya məhkəməsinin müvafiq qərarları mövcuddur. Bakı Apellyasıya Məhkəməsinin müvafiq hallarla bağlı 31.11.2*23-cü il tarixli məhkəmə aktı mövcuddur. AR Ali Məhkəməsinin 17.1*.2*23-cü il tarixli qərarında da kifayət qədər məsələlərə aydınlıq gətirilir. O, hesab edir ki, cavabdeh qurum ona qarşı qərəzlı münasibət bəsləmiş, onun tutduğu vəzifədən 9 dəfə aşağı vəzifəni təklif etmiş, kənar şəxsləri gətirərək yüksək vəzifələrə təyin etmiş və bununla da onun hüquqlarını kobudcasına pozmuşdur. O, bilavasitə yüklərin və obyektlərin rəisi vəzifəsini icra edirdi və həmin şöbə ölkə üzrə bu sahədə mühafizəni və bu sahədə sənədləşməni həyata keçirmişdir. Əgər həmin şöbə ixtisar olunurdusa hesab edir ki, onunla oxşar funksiyaları həyata keçirən şöbə və ştat vahidləri də ixtisar olunmalı idi. Lakin T.Quliyev sırf öz ətrafını işlə təmin etməsinə ehtiyac olduğundan bu addımı atmışdır. AR ƏM-nin 71-ci maddəsində qeyd edilir ki, işəgötürən işçinin tutduğu vəzifənin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, AR ADY-nın mühafizə departamentınə işə götürmək və işdən çıxarmaq səlahiyyəti verilib, lakin o ayrıca hüquqi şəxs deyil. O, subyektiv cavabdeh kimi çıxış edə bilməz. Burada yeganə cavabdeh AR ADY ola bilər İddiaçı iddia ərızəsinin tələb hissəsində bir çox hallara toxunub ki, onların hec birinin hüquqi əsası yoxdur. Belə ki, hazırkı məsələdə onların diqqət etməli olduqları nüans AR əmək qanunvericiliyinin tələbinin pozulub-pozulmaması ilə bağlıdır. Belə AR ƏM-nin 7*-cı maddəsi ştatların ixtisarı ilə bağlı işçinin işdən çıxarılması ilə bağlı məsələləri tənzimləyir. Orada qeyd edilir ki, işçi AR ƏM-nin 7*-ci maddəsinin «b» bəndi ilə işdən çıxarılarkən bəzi qaydalara riayət olunmalıdır ki, həmin normalara da tərəflərindən tam riayət olunub. Belə ki, işçiyə xəbərdarlıq olunub işdən çıxma ilə əlaqədar müavinət verilib, əmək məzuniyyəti ilə əlaqədar kompensasiya ödənilib, hətta işəgötürənin belə bir öhdəliyi olmadığı halda yeni iş təklifi belə edilib. Yəni əmrin qanunsuzluğundan söhbət gedə bilməz. Onlar əmrin zəruriliyini göstərən kifayət qədər sübutları məhkəməyə təqdim etmişlər. İddiaçı T.Quliyevin rəis səlahiyyətlərini icra etməsi müddətinin uzadılmasının qanunsuzluğunu bildirir, lakin bildirməku istəyirlər ki, onun belə bir hüququ yoxdur. Belə ki, T.Quliyevə bu səlahiyyətlər birbaşa AR ADY-nin sədri tərəfindən verilib. Onun qanuni olub-olmamasını mübahisələndirməyə iddiaçının subyektiv hüququ yoxdur. Yekun olaraq bildirmək istəyir ki, tərəflərindən bütün prosedurlar tam qanuni olaraq həyata keçirilib. AR ƏM-nin 3**-cü maddəsində hansı qaydaların işəgötürən tərəfindən pozulması halında işçinin işə bərpa oluna biləcəyi müəyyənləşdirilib ki, hazırkı mübahisəli hallar həm maddədə öz əksini tapmayıb. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı yuxarı instansiya məhkəmələrinin qərarlarına istinad etdi ki, həmin qərarların aid olduğu mübahisədə işin faktiki halları tamami ilə fərqlidir və hesab edir ki, hazırkı mübahisə ilə eyniləşdirilə bilməz. Orada müharibə veteranı olan işçinin hər hansı vəzifə ilə təmin olunmaması ilə bağlıdır, həmçinin xəbərdarlıq müddəti ilə bağlı normalar işəgötürən tərəfindən pozulub. Bu səbəbdən iddia tələbini qəbul etmirlər və rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edirlər.

8. Cavabdehin nümayəndəsi X11 iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə Departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəis ştatı ixtisar edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nın mühafizə departamentinin 18.*7.2*23-cü il tarixli 71 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 19.*7.2*23-cü il tarixdə təqdim edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Xəbərdarlıq müddəti ərzində 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nın Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilmiş, lakin həmin tarixli akta əsasən iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 13.*9.2*23-cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarışa əsasən "xxxx" QSC Mühafizə departamentinin X19 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 nömrəli əmr ilə Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Mühafizə departamentinin rəisi vəzifəsini X12 26.*7.2*23-cü il tarixə kimi müvəqqəti icra etmiş, 31.*7.2*23-cü il tarixdən isə həmin vəzifəyə təyin olunmuşdur. Həm müvəqqəti icra zamanı, həm də həmin vəzifəyə təyin olunduğu müddətdə X8 ADY sədrinin əmrinə əsasən işəgötürən səlahiyyətinə malikdir. Bu hissədə də iddia tamamilə əsassızdır. Yuxarıda qeyd olunanları əsas tutaraq İddiaçı cavabdehlər "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı «aparılmış ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi və s»nə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

9. Cavabdehin nümayəndəsi X11 iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə yazılı etiraz məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçı cavabdehlər "xxxx" QSC-yə (ADY) və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı «aparılmış ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi»nə dair iddia ərizəsini dəqiqləşdirərərk məhkəmədən ştat cədvəlinin təqdim edilnməsi ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1- 18/3-58-3868/2*23 saylı uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" QSC tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X4 göndərilməsinin qanunsuz hesab edilməsi, aparılmış ştat ixtisarının qanunsuz hesab olunması, cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" QSC-nin Mühafizə Departamentinin əvvəlki «Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili» şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. ADY-nin aparatı və tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət idi. Korporativ strukturun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq 13.*7.2*23-cü il tarixli 13-1/3- 5-22*11/2*23 nömrəli yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmr ilə ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Həmin ştat cədvəlinə əsasən yeni korporativ strukturda 12 struktur bölmə ləğv edilmiş, 7 struktur bölmə yaradılmış, hal-hazırda 26 struktur bölmə fəaliyyət göstərir. ADY-də struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidi azaldılmışdır. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658 44 manat (vergilər daxil) məbləğində qənaət olunmuşdur. Eyni zamanda, Mühafizə Departamentində 13.*7.2*23-cü il tarixli, 13-1/3-5- 22*11/2*23 nömrəli ştat cədvəlinə əsasən 692 ştat ixtisar edilmişdir. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi və həmin şöbədəki bütün ştat vahidləri ləğv edilmişdir. Müvafiq departamentdə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmişdir. İddiaçının çalışdığı şöbə və vəzifə ixtisara düşdüyündən ona həmin dövrdə vakant olan ştatlar üzrə iş təklifi edilmiş, iddiaçı isə həmin təklifi qəbul etməmişdir. Belə ki, o hesab etmişdir ki, ona öz vəzifəsinə uyğun, yəni şöbə rəisi vəzifəsinə uyğun analoji iş təklifi olunmalıdır. Lakin məhkəməyə təqdim etdikləri siyahıya uyğun olaraq məlum olur ki, həmin dövrdə vakant şöbə rəisi vəzifəsi olmamışdır. İddiaçıya uyğun vakant olan vəzifələr ona təklif edilmişdir. Həmçinin qeyd edirlər ki, Əmək Məcəlləsində işəgötürənin ştat ixtisarı zamanı işçini əvvəlki vəzifəsinə uyğun vəzifəylə təmin etmə öhdəliyi yoxdur. Hazırki mübahisədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Bundan sonra, qanunvericiliyin tələbinə əsasən iddiaçıya ADY-nın mühafizə departamentinin 18.*7.2*23-cü il tarixli 71 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 19.*7.2*23-cü il tarixdə təqdim edilmiş, xəbərdarlıq müddəti ərzində 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli məktubla İddiaçı həmin vaxtda ADY-nın Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilmiş, lakin həmin tarixli akta əsasən iddiaçı təklif edilmiş işlərdən imtina etmişdir. Həmçinin, əmək müqaviləsinin ləğv edilməsinə "xxxx" QSC Mühafizə departamentinın X19 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yəni, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütun tələblərinə riayət edildiyindən müvafiq xəbərdarlığın, iş təklifi barədə bildirişin və aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin qanunsuz hesab edilməsi barədə iddiaçının tələbi tamamilə əsassızdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi Xidmətin təşkili şöbəsi isə yeni yaradılmış şöbədir, fəaliyyət istiqamətləri, əsasnamələri ləğv edilmiş Yüklərin və obyektlərin mühafizəsi şöbəsi ilə tamamilə fərqlidir, həmçinin, həmin şöbədə şöbə rəisi vəzifəsi mövcud deyildir. Ümumiyyətlə, hal-hazırda iddiaçının tələbi üzrə əmək şəraitinin şərtləri əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun vakant vəzifə yoxdur. Əlavə olaraq bildirmək istəyirlər ki, iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavə edilmiş "xxxx"-nin Mühafizə Departamentinin əsasnaməsi və daxili yazışma sənədləri qeyri-qanuni yolla əldə edilmiş, iddiaçı cavabdehin kommersiya sirrini qanunsuz yaymışdır. Belə ki, «Kommersiya sirri haqqında» Qanuna əsasən kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. Qeyd olunan Qanunun 17.1-ci maddəsinə əsasən kommerstya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edilən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu səbəbdən İddiaçı təqdim etdiyi sənədlər qəbul edilməməlidir. Yuxarıda qeyd olunanları əsas tutaraq İddiaçı cavabdehlər "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı «aparılmış ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi»nə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. 1*. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onlar ixtisardan danışarkən tək mühafizə departamentinə yox, ümumi AR ADY üzrə baxmalıdırlar məsələyə. Belə ki, AR ADY-də optimallaşdırma, restrukturizasiya gedir. Yəni ola bilsin ki, hansısa şöbə, vəzifə ləğv olunsun və onun yerinə başqa şöbələrdə işçilərin sayı artırılsın. İddiaçını işdən azad edən mühafizə departamentinin rəisinin səlahiyyəti var. Onda olan məlumatlara əsasən iddiaçının bir sıra məktublarına cavab verilib. Lakin tələb etdiyi ştat cədvəli təqdim edilməyib. Hətta o bir sıra orqanlara da müraciətlər ünvanlayıb. Həmin müraciətlər AR ADY-yə göndərilib və ərizələrə münasibət bildirilməsi üçün aidiyyatı üzrə AR ADY-nın mühafizə departamentınə və onun rəisi T.Quliyevə göndərilir. Buna səbəb isə odur ki, mübahisəli məsələlər bilavasitə T.Quliyevin rəhbərlik etdiyi departamentlə bağlı olub. O, həmin məsələlərin bilavasitə içində olub, ondan məlumatlı olub. ADY-nin sədri də o qənaətə gəlib ki, ərizələrə T.Quliyev cavab verməlidir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, AR ADY dövlət qurumudur. Səhmlərinin 1**%-i dövlətə məxsusdur. Həmin qurumda restrukturizasiya və optimallaşma aparılmışdır. Nəticədə müəyyən ştatların ixtisarı aparılmışdır. Bu birbaşa müşahidə şurasının qərarı əsasında aparılmış və iddiaçıya qarşı hər-hansı qərəzlilikdən söhbət gedə bilməz. Ümumilikdə 582 ştat vahidi ixtisar olunub. Onu da qeyd edir ki, iddiaçının işlədiyi şöbədə 7 işçı işləyib. Onların 7-si də ixtisara düsüb. Lakin onlardan 5-i onlara təklif olunan vəzifələri qəbul edib. Buna görə də işləməyə davam edib. Lakin iddiaçı və digər bir işçi bundan imtina edib. Bu proseslər çərçivəsində tərəflərdən bütün qaydalara tam riayət olunub. Heç bir pozuntuya yol verilməyib.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan "xxxx" QSC-nin boş vəzifə üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında *1.*3.2*23-cü il tarixli, 13-1/3-17-13*1*/2*23 saylı əmrin surətindən görünür ki, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X1* Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən *1.*3.2*23-cü il tarixdən *1.*6.2*23-cü il tarixədək boş olan Mühafizə Departamentinin rəis vəzifəsini müvəqqəti icra edən təyin edilmişdir.

14. İş materiallarında olan "xxxx" QSC-nin boş vəzifə üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi haqqında *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı əmrin surətindən görünür ki, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X1* Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən *5.*6.2*23-cü il tarixdən *5.*9.2*23-cü il tarixədək boş olan Mühafizə Departamentinin rəis vəzifəsini müvəqqəti icra edən təyin edilmişdir.

15. İş üzrə "xxxx" QSC-nin Müşahidə Şurasının iclasının *3.*7.2*23-cü il tarixli 2 nömrəli protokolununun surətindən görünür ki, "xxxx" QSC-nin Müşahidə Şurası "xxxx" QSC-nin Gürcüstan filialının Əmamnaməsinin təsdiq edilməsi, "xxxx" QSC ilə aidiyyəti şəxslər arasında əqdlərin təsdiq edilməsi, "xxxx" QSC-nin yeni korporativ strukturunun təsdiq edilməsinə razılıq verilməsi qərara alınmışdır.

16. İş materiallarında olan "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmadan görünür ki, "xxxx" QSC-nin korporativ strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinin layihəsi hazırlanmışdır. Hazırda ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarətdir. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filialı daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Eyni zamanda ADY-nin Müşahidə Şurasının 2*21-ci il 11 iyun tarixli 2 nömrəli protokolu ilə təsdiq edilmiş "xxxx" QSC-nin Müşahidə şurasının Təyinat və mükafatlandırma komitəsi haqqında Əsasnamə»yə əsasən ADY-nin korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi adıçəkilən komitənin funksiyalarından biri kimi müəyyən olunmuşdur. Qeyd olunanlara uyğun olaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi üçün məsələyə Təyinat və mükafatlandırma komitəsinin iclasında baxılması məqsədəuyğun hesab olunur.

17. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X1* tərəfindən "xxxx" QSC-nin Mühafizə departamentinin Yuklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı ünvanlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 18.*7.2*23-cü il tarixli 71 saylı xəbərdarlıqdan görünür ki, "xxxx" QSC-nin Mühafizə departamentində aparılmış struktur dəyişikliklərin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ləğv ediləcəkdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən İddiaçı sözügedən xəbərdarlıq müdddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Həmçinin qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırki xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə İddiaçıla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsinin «b» bəndinə əsasən xitam verilə bilər. Eyni zamanda ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış «2*23-2*25-ci illər üçün X26»in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli miqdarında birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur.

18. İş materiallarında olan "xxxx" QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*1/2*23 saylı əmrin surətindən görünür ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturu təsdiq edilmiş, ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir.

19. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı tərəfindən Mühafizə Departamentinin rəisi vəzifəsini icra edən Tikrar Quliyevə, surəti İnsan resursları İdarəsinin rəisi Ceyhun Nağıyevə ünvanlanmış 25.*7.2*23-cü il tarixli, 13-118/3-58-3868/2*23 saylı ADY-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliklərinə əsasən mühafizə departamentinin bir sıra ştat vahidlərinin, həmçinin həmin departamentdə tutduğu Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi ştat vahidinin ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixdə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, həmin vaxtdan etibarən dəfələrlə müraciət etsə də, struktur dəyişikliklərinə uyğun təsdiq edilmiş yeni ştat cədvəli ona bu günə qədər təqdim edilməyib. Bu haqda şifahi müraciətləri nəticəsiz qaldığına görə rəsmi müraciət edərək, ADY-nin sədrinin "xxxx" QSC-nin yeni korporativ strukturunun və ştata cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 sayl əmri ilə təsdiq edilmiş Mühafizə departamentinin 2*23-cü il üzrə ştat cədvəli ilə tanış edilməsinin təmin olunmasını xahiş etmişdir. 2*. İş materiallarında olan "xxxx" QSC-nin başqa işə keçirilmə haqqında 28.*7.2*23cü il tarixli, 13-1/3-9-2281/2*23 saylı əmrin surətindən görünür ki, Mühafizə Departamentinin Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini X1* Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 31.*7.2*23-cü il tarixdən Mühafizə Departamentinin rəisi vəzifəsinə keçirilmişdir. Əsas kimi T.S.Quliyevin ərizəsi və onunla 3*.11.2*22-ci il tarixdə bağlanmış 139 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 2 nömrəli əlavə razılaşma göstərilmişdir.

21. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X1* tərəfindən "xxxx" QSC-nin Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı ünvanlanmış iş təklif edilməsi barədə 26.*7.2*23-cü il tarixli 1*7 saylı məktubundan görünür ki, bildirirlər ki, "xxxx" QSC-nin (ADY) Mühafizə departamentinin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi vəzifəsi üzrə mövcud olan ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş 19.*7.2*23-cü il tarixdə İddiaçı təqdim olunmuşdur. İddiaçı hal-hazırda vakant olan ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilir. Xəbərdarlıq müddətli ərzində təklif olunan vəzifəyə münasibət bildirməyi xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam veriləcək.

22. İş materiallarında "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X18, Mühafizə Departamentinin şəxsi heyətin fiziki hazırlığı üzrə departament rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən X1*, İnsan resursları şöbəsinin rəisi X14, İnsan resursları şöbəsinin aparıxı mütəxəssis X13, Mühafizə Departamentinin X19 Komitəsinin sədri Əlizadə Mehman Vəkil oğlu tərəfindən tərtib edilmiş 26.*7.2*23-cü il tarixli aktın surətindən görünür ki, departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı təqdim edilmiş 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etmişdir.

23. İş materiallarında olan "xxxx" QSC-nin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı tərəfindən "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyevə ünvanlanmış *1.*8.2*23-cü il tarixli ərizənin surətindən görünür ki, məlum olduğu kimi "xxxx" QSC-nin sədrinin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 saylı müvafiq əmri ilə Mühafizə Departamentinin 2*23-cü il üzrə yeni ştat cədvəli təsdiq edilmişdir. Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən «Yüklərin və obyktlərin mühafizəsi şöbəsi»nin yeni təsdiq edilmiş həmin ştat cədvəlində «Xidmətin təşkili şöbəsi» kimi qeyd edilməsini nəzərə alaraq, Mühafizə departamentinin xidmətin təşkili şöbəsinin rəisi vəzifəsinə uyğun yeni xidməti vəsiqənin ona verilməsini və hazırda qüvvədə olan müqavilə tərəfi olduğu əmək müqaviləsində şöbənin adında müvafiq qeydlər edilməsinin və ya əgər Xidmətin təşkili şöbəsinin rəisi vəzifəsi adının fərqliliyi baxımından başqa iş hesab edilirsə, onun vakant olan həmin vəzifəyə keçirilməyinin təmin olunmasını xahiş etmişdir.

24. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı tərəfindən "xxxx" QSC-nin sədrinə, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına ünvanlanmış 1*.*8.2*23-cü il tarixli ərizəsindən görünür ki, QSC-nin müvafiq əmri ilə təsdiq edilən struktur dəyişikliyindən sui-istifadə edərək Mühafizə departamentinin rəhbərliyi ixtisar adı altında onun əmək qanunvericiliyində və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarını aşkar şəkildə pozur. Belə ki, təsdiq edilmiş struktur dəyişikliklərinə və ştat cədvəllərinə əsasən onun departamentində tutduğu müvafiq ştat vahidinin guya ixtisar olunması barədə 19.*7.2*23-cü il tarixdə ona xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq təqdim edilən andan şifahi və rəsmi müraciətlərinə ğaxmayaraq hər bir vasitə ilə yeni təsdiq edilmiş ştat cədvəli ondan gizlədərək təqdim edilməmişdir. Lakin buna baxmayaraq məlum olmuşdur ki, əvvəlki ştat cədvəli ilə müqayisədə yeni təsdiq edilmiş ştat cədvəlində ümumilikdə departament üzrə 1**-ə yaxın ştat vahidi artmış, əvvəlki ştat cədvəlində nəzərdə tutulan 5 şöbədən biri istisna edilməklə digərlərinin adında dəyişiklik edilmiş, bir şöbə isə əlavə edərək şöbələrin sayı 6-ya artırılmışdır. Hazırda tutduğu vəzifəyə əmək funksiyası və əmək vəzifələri baxımından uyğun olan «Xidmətin təşkili şöbəsinin rəisi» ştatı vakant olmasına baxmayaraq, rəhbərlik ixtisar adı ilə onu işsiz qoymaqla bərabər, həmin vəzifəyə və departament üzrə olan digər rəhbər vəzifələrə vakant vəzifə kimi kənardan, özünün şəxsi münasibətləri olan, bir çoxu pensiyaya çıxarılmış şəxsləri gətirməkdə davam edir, ona isə tutduğu rəhbər kateqoriyasına aid vəzifədən 9 pillə aşağı, fəhlə kateqoriyasına aid ən sonuncu – atıcı ( səyyar atıcı) vəzifəsini təklif etməklə qərəzli münasibətini rəsmi şəkildə nümayiş etdirir. Fəaliyyət istiqamətləri üzrə müvafiq Dəmiryol obyektlərinin mühafizəsi və dəmir yolu ilə daşınan yüklərin mühafizə və müşayiətində xidmətin təşkili ilə bağlı funksiya və vəzifələri həyata keçirən «Yüklərin və obyektlərin mühafizəsi şöbəsi»nin, yeni təsdiq edilmiş ştat cədvəlində «Xidməti təşkili şöbəsi» kimi qeyd edilməsini nəzərə alaraq, onun tutduğu vəzifəyə uyğun olaraq həmin şöbədə vakant hesab edilən şöbə rəisi vəzifəsinə keçirilməsinin təmin olunmasına dair Departament rəisinə poçt vasitəsi ilə rəsmi ərizə təqdim etsə də, həmin ərizə *3.*8.2*23-cü il tarixdə, saat 1*.47-də poçt vasitəsi ilə Departamentə təqdim edilməsinə baxmayaraq hazırkı günə qədər ərizə qeydiyyata belə alınmamış və bununla da hüquqları bir daha əhəmiyyətli dərəcədə pozulmuşdur. Hazırda vəzifəsində əmək fəaliyyətini davam etdirilməsinə baxmayaraq 31.*7.2*23-cü il tarixdən etibarən rəhbərlik «İddiaçı» adına açılmış «i.shukurov» loqinli e_Doc girişini bağlatdırmış və onun daxili elektron yazışma üzrə hüquq və vəzifələrinin həyata keçirilməsini tam şəkildə blokadaya aldırmışdır. ADY mühafizəsi sahəsində atıcı, böyük atıcı, bölmə rəisi, qarovul rəisi, komanda rəisinin müavini, komanda rəisi və şöbə rəisi olmaqla təkcə dəmiryolmühafizəsində 1996-cı ildən hazırkı vaxta qədər 27 ildən artıq əmək təcrübəsi var. Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə, daha sonra aspiranturanı bitirmiş, 3 elmi əsərin müəllifidir. ADY-nin mühafizə sahəsindəki əsasnamələrin, təlimatların, qaydaların və sair tənzimləyici aktların əksəriyyətinin tərtibi və təkmilləşdirilməsi istiqamətində də xidmətləri yoxdur. Hazırda iki övladı tələbədir və dörd nəfərlik ailənin yeganə qazanc gətirəni kimi himayəsində üç işləməyən ailə üzvü var. Hər kəsə məlumdur ki, ölkəmizdə bütün sahələrdə gedən sürətli inkişaf möhtərəm prezidentinin sərrast siyasətinin və qətiyyətli iradəsinin məntiqli nəticəsidir. Məhz bu inkişafın fonunda sosial istiqamətdə icrası uğurla davam etdirilən layihələrdən biri məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması baxımından son dövrlərdə inşa edilmiş «Qobu Park» yaşayış kompleksinin istifadəyə verilməsidir, qayğıkeş prezidentin bu diqqət və qayğısından onların ailəsinin də payına düşmüşdür və onlar həmin kompleksdə evlə təmin edilmişlər. «Məcburi köçkünlərə daim diqqət və qayğı göstərilməlidir» tələbini müxtəlif çıxışlarında dəfələrlə səsləndirən möhtərəm prezidentinin məcburi köçkün ailəsinə göstərdiyi qayğı və diqqətini və laqeyd edilən tələbinin əksinə olaraq, "xxxx" QSC-nin Mühafizə departamentinin rəhbərliyinin, işində hər hansı qüsuru olmayan, qeyd edilən göstəricilərə və sosial şəraitə malik bir ailə başçısının qərəzli şəkildə işsiz qoymaq istəməsi təəcüb doğurur. Qeyd olunan ciddi neqativ hallar barədə qanunamüvafiq tədbirlər görülməsinə, heç bir ixtisar olmadığı halda onu məqsədli şəkildə işsiz qoymaq istəyən rəhbərliyin qərəzli və qanunsuz əməllərinə son qoyulmasına, hamının öz vəzifəsinə uyğun vəzifələrə keçirildiyi kimi onun da vəzifəsinə uyğun olan Xidmətin təşkili şöbəsinin rəisi vəzifəsinə keçirilməsinin (bərpa olunmasının) təmin olunmasına göstəriş verilməsini və onu şəxsən qəbul edilməsini xahiş etmişdir.

25. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyev tərəfindən İddiaçı ünvanlanmış 25.*8.2*23-cü il tarixli, 13-1-18/2-Ş-3493/1-1/2*23 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası, X7 Bakı şəhər idarəsinə ünvanlanmış 26.*7.2*23-cü il tarixli, "xxxx" QSC-yə ünvanlanmış 1*.*8.2*23-cü il tarixli müraciətinə aidiyyəti üzrə Mühafizə departamentində baxılmışdır. Bildirirlər ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, Yüklərin və obyektlərin mühafizəsi şöbəsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu şöbə rəisi ştatı da ixtisar olunmuşdur. Həmçinin İddiaçı qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin İddiaçı iş təklifindən imtina etmişdir.

26. İş materiallarında "xxxx" QSC Mühafizə departamentinin X19 Komitəsinin 96 nömrəli, 13.*9.2*23-cü il tarixli iclas protokolundan çıxarışının surətindən görünür, "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliyinə uyğun olaraq Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatından və 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.

27. İş materiallarında olan "xxxx" QSC-nin Mühafizə Departamentinin 2*.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*-6632/2*23 nömrəli əmrindən görünür ki, "xxxx" QSC-nə işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 nömrəli əmr ilə ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi ştatı ixtisar edilmişdir. Bununla əlaqədar Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəyi barədə 18.*7.2*23-cü il tarixli 71 nömrəli xəbərdarlıq bildirişi ona təqdim edilmişdir. İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Mühafizə departamentinin X19 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yuxarıda göstərilənlərə əasən, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*,71 və 77-ci maddəsinin tələblərini rəhbər tutaraq Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilməsi, İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi dövrdə istifadə etmədiyi 42.4 təqvim günü (17.*9.2*21-17.*9.2*22-ci iş ili üçün 12 təqvim günü, 17.*9.2*22-17.*9.2*23-cü iş ili üçün 3* təqvim günü, 16.*9.2*23-21.*9.2*23-cü iş ili üçün *,4 təqvim günü) əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin, habelə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsini təmin etməsi Mühafizə departamentinin İnsan resursları şöbəsinə tapşırılması əmr edilmişdir. Əsas kimi ADY-nin 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 nömrəli əmri, Mühafizə departamentinin X19 Komitəsinin 13.*9.2*23cü il tarixli 96 nömrəli iclas protokolundan çıxarış göstərilmişdir.

28. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-*553 nömrəli, 19.1*.2*23-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi «Aparılmış ştat ixtisarının qanunsuz hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» barədə mübahisə üzrə 19.1*.2*23-cü il tarixdə, saat 1*.3*-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında «X17» QSC-nin və "xxxx" QSC-nin Mühafizə Departamentinin nümayəndələri iştirak etməmişlər.

29. İş materiallarında olan "xxxx" QSC-nin İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev tərəfindən Hüquq departamentinin müdiri Nicat Quliyevə ünvanlanmış 21.12.2*23-cü il tarixli, 13-1/3-58-33*76/2*23 nömrəli məktubun surətindən görünür ki, Mühafizə departamentindən əldə olunan məlumatlara əsasən məhkəmənin tələb etdiyi tarixlər arasında 692 ştat ixtisar edilmişdir. Məlumat üçün qeyd edilir ki, 48 nəfər işçi əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsini qəbul edərək, 2 nəfər işçi öz zahişi ilə, İddiaçı da daxil olmaqla 2 nəfər işçinin müqaviləsinə isə ixtisarla bağlı xitam verilmişdir. Bundan əlavə ixtisara düşmüş ştatları tutan 637 nəfər işçi onlar üçün təklif olunan digər vəzifə və peşələrə keçirilmişdir. İxtisara düşmüş ştatları tutan 3 işçi isə xəstəlik və sosial məzuniyyət məsələləri ilə bağlı bu proseslərə cəlb edilməmişdir. 19.*7.2*23-cü il tarixdən 2*.*9.2*23-cü il tarixədək olan müddət ərzində ADY QSC-nin Mühafizə lepartamentdə vakant olmuş bütün vəzifələrin siyahısı məlumat sənədində nəzərinə çatdırılır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 3*. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 1996-cı ildən indiki "xxxx" QSC-nin mühafizə sahəsində müxtəlif vəzifələrdə işləmiş, sonuncu tutduğu vəzifəsi - "xxxx" QSC-nin Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsinin şöbə müdiri vəzifəsi olmuşdur. "xxxx" QSC-nin Mühafizə departamentində aparılmış struktur dəyişikliklərin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, o cümlədən iddiaçının tutduğu Mühafizə departamentin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar 18.*7.2*23-cü il tarixdə iddiaçıya ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə ləğv edilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində - 26.*7.2*23-cü il tarixdə iddiaçıya "xxxx" QSC-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı və səyyar atıcı vəzifələri təklif edilmiş, lakin iddiaçı iş təklifindən imtina etmişdir. Eyni zamanda cavabdeh təşkilatı xəbərdarlıq müddəti ərzində iddiaçıya hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə iddiaçı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin "xxxx" QSC-nin Mühafizə departamentinin X19 Komitəsinin 13.*9.2*23-cü il tarixli qərarına əsasən "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliyinə uyğun olaraq Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin rəisi İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatından və 26.*7.2*23-cü il tarixli 1*7 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. "xxxx" QSC-nin Mühafizə Departamentinin 2*.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*-6632/2*23 nömrəli əmri ilə iddiaçının tutduğu ştat ixtisar edildiyində görə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1- 18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" QSC tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X5 göndərilməsinin qanunsuz hesab edilməsi, ona münasibətdə aparılmış ştat ixtisarının qanunsuz hesab olunması, cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli, 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli, 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında 2*.*9.2*23-cü il tarixli 13-1-18/3-1*-6632/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" QSC-nin Mühafizə Departamentinin əvvəlki «Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili» şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması, məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

32. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

36. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 7*-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək stajı on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftə qabaq işçiyə rəsmi xəbərdar edilməlidir.

37. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

38. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı on ildən çox olan işçilərə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı doqquz təqvim həftəsi olmalıdır.

39. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin maddənin 2-ci hissəsind isə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilməsi müəyyən edilmişdir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 4*. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən aşağıdakı şəxslərlə əmək müqaviləsinin xitam verilməsinə yol verilmir: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

41. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən əmək münasibətlərini tənzimləyən qanunvericiliyin normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan edən heç bir bənd müəyyən edilməmiş və içşilərin ixtisarı zamanı isə üstünlük hüququnu tanıyan normanın təsir dairəsinə də düşməmişdir. Bundan əlavə isə həmçinin işə götürən tərəfindən iddiaçıya mütləq işin təklif edilməsi (işçi tərəfindən seçilərək) qanunvericilikdə nəzərdə tutulmamışdır.

42. Göründüyü kimi ştat ixtisar edilərkən, iddiaçıya "xxxx" QSC-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində vakant olan atıcı vəzifəsi və səyyar atıcı vəzifəsi təklif edilmiş, lakin iddiaçı bu təklifdən imtina etmişdir.

43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun 9 təqvim həftə əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində ona hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə iddiaçı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.

44. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən səsləndirilən cavabdehin ixtisarlar aparmasının qanunsuz hesab edilməsi hissəsi tamamilə əsassız hesab edilməlidir. Belə ki, mülki işin materiallarına əsasən müəyyən edilmişdir ki, "xxxx" QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmasından görünür ki, "xxxx" QSC-nin korporativ strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinin layihəsi hazırlanmışdır. ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət olmuşdur. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filialı daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Həmçinin "xxxx" QSC-nin yeni kooperativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*1/2*23 saylı əmrin surətindən görünür ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY-nin yeni korporativ strukturu təsdiq edilmiş, ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qərəz aşkar edilməmiş, cavabdeh orqan tərəfindən 6** yaxın işçi ixtisarı nəzərdə tutularaq həyata keçirilmişdir.

45. Məhkəmə hesab edir ki, bu səbəbdən cavabdeh təşkilatı tərəfindən qəbul edilmiş 2*.*9.2*23-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir.

46. Məhkəmə iddiaçının cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 18.*7.2*23-cü il tarixli, 71 saylı xəbərdarlığın, 26.*7.2*23-cü il tarixli, 1*7 nömrəli iş təklifi barədə bildirişin və 26.*7.2*23-cü il tarixli aktın etibarsız hesab edilməsi ilə bağlı isə qeyd edir ki, mülki iş materiallarına , həmçinin tərəflərin izahatlarına əsasən ona edilmiş təklif cavabdehin humanizm prinsiplərindən irəli gəlmiş və əmək qanunvericiliyin bununla bağlı mütləq tələbinin olmadığı (ixtisar zamanı təklifin edilməsi) müəyyən edilmişdir. Bu halda iddiaçının bu hala istinad etməsi əsassız hesab edilməlidir.

47. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 2*.*9.2*23-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan, digər tələblər – onun "xxxx" QSC-nin Mühafizə Departamentinin əvvəlki «Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili» şöbəsinin rəisi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifə üzrə gördüyü işə uyğun) bərpa olunması və məcburi iş buraxma müddət üçün əmək haqqının ödənilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.

48. Məhkəmə iddiaçının ştat cədvəlinin təqdim edilməsı ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3868/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1.*8.2*23-cü il tarixli ərizələrinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X4 göndərilməsinin qanunsuz hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi tərəfindən qanunauyğun qaydada cavab verilmiş, iddiaçının həmin cavab məktubu ilə razı olmaması onun qanun pozuntusu olması mənasına gəlməməlidir.

49. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı «ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və s» tələblərinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 5*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin Bakı şəhər İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinə qarşı «ştat ixtisarının qanunsuz hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və s» tələblərinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar