Məhkəmə qərarları › İş №2(006)-596/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-596/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-596/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən sığorta hadisəsinə görə, Daşınmaz Əmlakın İcbari Sğortası Şəhadətnaməsində göstərilən məbləğ, yəni 15 (on beş) min manat, dövlət rüsumuna görə ödədiyi 135 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Bayxanlı kəndində yaşayır. Həmin kənddə 0,12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində qeydiyyatdan keçmiş 79,6 kvadratmetr fərdi yaşayəş evi vardır. Mülkiyyət hüququ dövlət qeydiyyatından keçməklə adına Çıxarış da vardır. Son 5 ildir ki, cavabdeh təşkilatla sığorta müqaviləsi bağlamaqla Şəhadətnamə də almışdır. Sonuncu dəfə 22 may 2023-cü il tarixdə cavabdeh təşkilatla sığorta müqaviləsi bağlamaqla Daşınmaz əmlakın İcbari Sığortası Şəhadətnaməsi almışdır. Müqavilə müddətim 22 may 2024-cü il tarixdə bitəcəkdir. 23 avqust 2023-cü il tarixdə kəndlərində 4,5-5 bal gücündə zəlzələ baş verdi. Zəlzələ nəticəsində sığortalanmış əmlakın olan evi qəzalı vəziyyətə düşdü. O dərhal cavabdeh təşkilata məlumat verdi. Həmin təşkilatın nümayəndələri gəlib əmlakına baxdılar və müəyyən etdilər ki, sığortalanmış əmlakı olan evində artıq yaşamaq mümkün deyildir. Belə ki, evin divarlarını dirəklər vasitəsi ilə dayanır. Bundan sonra sığorta təşkilatı əsassız olaraq zərərin 491 manat dəyərində qiymətləndirdi. O bu məbləğlə razılaşmadı. Çünki evi yaşamaq üçün artıq mümkünsüzdür. Sığorta əmlakına dəyən ziyan əsassız qiymətləndirilmişdir. Digər tərəfdən o əmlakını 15 min manat dəyərində qiymətləndirmiş və bu müqavilələrində və şəhadətnamədə də öz əksini tapmışdır. O məcburiyyət qarşısında qalıb müxtəlif orqanlara şikayətlər etdi. Mərkəzi Bankdan ona 08 yanvar 2024-cü il tarixli məktub gəldi ki, zərərin məbləği ilə razılaşmadığından müstəqil ekspert gələcək. 8 ay keçməsinə baxmayaraq və dəfələrlə müraciətlərinə baxmayaraq bu günə kimi ona nə cavab verilir, nə də ki, ekspert göndərilir. Əgər bu şəhadətnamənin əhəmiyyəti yox idisə onda o niyə aldadılmalıydı? Hesab edir sğorta təşkilatı onun sığorta ödənişini ödəmək istəmir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 79.6 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1i ünvanında yerləşən yaşayış evi xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək “Daşınmaz Əmlakın İcbari Sığortası” üzrə 15.000 manat məbləğində sığortalanmışdır. - İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, o, Balaşov X6 Bayxanlı kəndində yaşayır, yaşadığı yaşayış evi 1989-cu ildə inşa edilmiş hazırda qəzalı vəziyyətdədir. Ev sürüşmə zonasında yerləşdiyində yağış suları nəticəsində divarlarında catlar əmələ gəlmiş, yaşayış üçün çox təhlükəli vəziyyətə düşmüşdür. Evin divarları köməkci vasitəsilə bərkidilmiş olmağına baxmayaraq, bu yaxınlarda baş verən zəlzələ nəticəsində xx.xx.2023-cü ildə divarlardakı catlar daha böyümüş , təhlükəli miqyas artmışdır, 79.6 m2 dır. Divarlar çiy kərpic, dam örtüyü şiferdir. Hal hazırda evdə yaşamaq təhlükəlidir. Hər zaman divarlar uça bilər. Ona köməklik edilməsini xahiş edir. - İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, o, Balaşov X6 rayonu Bayxanlı kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evi 1989-cu ildə inşa edilmiş, hal-hazırda qəzalı vəziyyətdədir. Ev sürüşmə zonasında yerləşdiyindən, yağış suları nəticəsində divarlarında catlar əmələ gəlmiş, yaşayış üçün təhlükəli vəziyyətə düşmüşdür. Evin divarları köməkci vasitələrlə bərkidilmiş olmağına baxmayaraq, bu yaxınlarda baş verən zəlzələ nəticəsində divarlardakı çatlar daha da böyümüş, təhlükə miqyası artmışdır. Evin ümumi sahəsi 79,6m2-dır, Divarlar çiy kərpicdən, dam örtüyü şiferdən ibarətdir, 2 otaqlıdır. Haı-hazırda evdə yaşamaq təhlükəlidir, hər an divarlar uça bilər. Xahiş edir ki əlaqədar təşkilatların evə texniki baxış keçirməsinə və müvafiq akt tərtib etmələrinə kömək edəsiniz. - Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı 08 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Hörmətli İddiaçı, Mərkəzi Banka daxil olmuş müraciətlə əlaqədar tərəflərindən "xxxx" ASC-yə (bundan sonra - sığortaçı) sorğu göndərilmişdir. Sığortaçının xx.xx.2023-cü il tarixli, 6-1/1-29719/2023 nömrəli məktubuna əsasən Onlarla sığortaçı arasında xx.xx.2023-cü il tarixində ünvan 2i ünvanında yerləşən əmlakın sığortalanması üçün "Daşınmaz əmlakın icbari sığortası" üzrə PİC822737/23 sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixində tərəflərindən sığortaçıya müraciət edilərək xx.xx.2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində sığortalanmış əmlaka zərər yetirilməsi barədə məlumat verilmişdir. Əmlaka dəymiş zərər sığortaçı tərəfindən 491 (dörd yüz doxsan bir) manat məbləğində qiymətləndirilmişdir. Təklif olunan məbləğə dair sığortaçı ilə aralarında razılıq əldə olunmadığından seçiminizə uyğun olaraq sığortalı əmlakın yenidən qiymətləndirilməsi üçün müstəqil ekspert Fərid Bayramlı təyin edilmişdir. Qiymətləndirmə yekunlaşdıqdan sonra sığortaçı tərəfindən məlumat təqdim olunacaqdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı ünvanladığı 01 aprel 2024-cü il tarixli məktubundan görünür ki, yaşadığı evin torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşməsi və bununla bağlı müvafiq köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı 06 mart 2024-cü il tarixli ərizəyə Nazirliyin Tikintidə X3 Agentliyində baxılmışdır. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində yalnız xüsusi hallarda təbii fəlakətin miqyasından asılı olaraq yuxarı mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş tapşırıqlar əsasında müvafiq tədbirlər görə bilər. Qeyd olunan təbiət hadisəsi ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanı tərəfindən onlara hər hansı bir tapşırıq daxil olmadığından tərəflərindən müraciətiylə bağlı köməklik göstərilməsi mümkün deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə uyğun olaraq təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalı və sığortaçı ilə sığortalanan arasında müvafiq müqavilə bağlanmalıdır. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın ödənilməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq zəruri sənədlər təqdim edilməklə tənzimlənir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı ünvanladığı 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinə ziyan dəyməsi, bununla bağlı tərəflərindən texniki baxış keçirilməsi və köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı 05 avqust 2023-cü il tarixli məktuba Tikintidə X3 Agentliyində baxılmışdır. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində yalnız kütləvi xarakterli fövqəladə hal baş verdikdə, yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının tapşırığı əsasında onun nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görür. Qeyd etdiyi məsələnin həlli Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığından tərəflərindən hər hansı köməklik göstərilməsi mümkün deyil. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 İddiaçı ünvanladığı 24 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, “Cəlilabad rayonu, Bayaxanlı kəndində fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi" barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətti"nə ünvanladığı müraciətə X2 aidiyyəti üzrə baxılmışdır. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ünvan ərazisində vizual hidrogeoloji və mühəndisi-geoloji araşdırmalar aparılmış və müvafiq arayış tərtib edilərək Cəlilabad Rayon icra Hakimiyyətinə göndərilmişdir. - “Cəlilabad rayonu, Bayaxanlı kəndi ərazisinin mühəndisi-geoloji şəraiti” haqqında arayışdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətti"nə Cəlilabad rayonu, Bayaxanlı kənd sakini İddiaçı tərəfindən daxil olmuş 04 sentyabr 2023-cü il tarixli müraciətə əsasən X1 mütəxəssisi Xətai Mirzəyev 17 sentyabr 2023-cü il tarixində qeyd olunan ünvanın yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik nöqteyi-nəzərdən Burovar antiklinoriumunun hüdudlarında yerləşən kənd ərazisinin geoloji quruluşunda Paleogen-Neogen sisteminin Maykop lay dəstəsinin gillərinin, argillitlərinin, qumdaşlarının, alevrolitlərinin qeyri-bərabər növbələşməsindən ibarət süxur kompleksi iştirak edir. Bunlar da öz növbəsində Xvalın yaşlı elüvial-delüvial mənşəli gillicələr, qumlucalarla örtülüb. Bayaxanlı kəndi rayon mərkəzindən 43-44 km cənub-qərbdə, mütləq yüksəkliyi 550- 600 m, mailliyi 15-25° olan ərazidə yerləşir. İddiaçı məxsus sahə (39914'47", 48°13'49" koordinatlarında) mailliyi 15-22° olan yamacın ətək hissəsində yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ərazinin geoloji quruluşunda bərkiməmiş və ya zəif bərkimiş çöküntülər üstünlük təşkil edir. Atmosfer çüküntüləri nəticəsində çöküntülərin su ilə doyması və texnogen amillərin təsirindən isə fərdi tikilinin yerləşdiyi sahədə sürüşmə-oturma prosesi baş vermişdir. Proses nəticəsində tikilinin divarlarında müxtəlif ölçülü çatlar və deformasiya prosesləri qeydə alınmışdır. Vizual araşdırma zamanı ev sahibi bildirmişdir ki, 26 iyul 2023-cü il, 23 avqust 2023-cü il və 03 sentyabr 2023-cü il tarixlərində baş vermiş zəlzələ hadisəsindən sonra tikilinin divarlarındakı çatların ölçülərində artım baş vermişdir. Bundan əlavə tikilidən 150-160 m aralıda yamac hissədə qədim sürüşmə sahəsi mövcuddur. Baxış zamanı atmosfer çöküntülərinin təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə edilmişdir. - Respublika Seysmoloji Xidmət Mərkəzinin "xxxx" ASC-nin Qəza komissarları şöbəsinin rəhbərinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 01:23-də Masallı rayonu ərazisində maqnitudası Ml=4.9, dərinliyi h=35 km olan zəlzələ baş vermişdir. Zəlzələ Cəlilabad rayonu, Bayxanlı kəndi ərazisində 12 ballıg MSK-64 seysmik cədvali üzrə 4 bulla hiss olunmuşdur. 4 bal intensivlikli zəlzələ zamanı tikililərdə zədələnmələr əmələ gəlmir. Əgər tikili mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti-Az.DTN-2.3.-l) uyğun tikilməmişsə, istismar müddətini keçmişsə və bu zəlzələdən əvvəl müəyyən təsirlərdən zədəli olarsa, həmin zədələr bir qədər də artmış olacaqdır. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan mülahizədən görünür ki, iddiaçının müraciətlərini təhlil etdikdə müraciətlər arasında ziddiyyətlər olduğunu görmək mümkündür. Belə ki: xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə ünvanlanan müraciət məktubunda (ərizədə) iddiaçı evin sürüşmə zonasında yerləşdiyindən yağış suları nəticəsində divarlarda çatların əmələ gəldiyini və evin yaşayış üçün təhlükəli vəziyyətə düşdüyünü qeyd etmişdir. xx.xx.2023-cü il tarixində baş verən zəlzələ nəticəsində isə divarlardakı çatların daha da böyüdüyünü qeyd etmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə ünvanlanan müraciət məktubunda (izahatda) iddiaçı 2022-ci ilin aprel ayı ərəfəsində yağan yağışlar nəticəsində evin divarlarında çatların əmələ gəldiyini və xx.xx.2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində köhnə çatların böyüdüyünü və yeni çatların əmələ gəldiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciət məktubunda isə iddiaçı evin sürüşmə zonasında yerləşdiyindən yağış suları nəticəsində divarlarda çatların əmələ gəldiyini və evin yaşayış üçün təhlükəli vəziyyətdə düşdüyünü qeyd etmiş, bu yaxınlarda baş verən zəlzələ nəticəsində çatların daha da böyüdüyünü vurğulamışdır. 3 müraciət məktubunu təhlil etdikdə müraciətlər arasında ziddiyyətlərin olduğu açıq-aşkar görünür. Belə ki, iddiaçı 23 avqust 2023-cü il tarixində baş vermiş zəlzələni əsas gətirərək məhkəməyə müraciət edib. Belə olduğu təqdirdə sadə məntiqlə 05 avqust 2023-cü il tarixində zəlzələ ilə bağlı (23 avqust 2023-cü il tarixli) Fövqəladə Hallar Nazirliyinə müraciət edə bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələblərini nəzərə alaraq, səlahiyyətli dövlət orqanına - Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə sorğu ünvanlanmışdır. Seysmoloji Xidmət Mərkəzinin sorğumuza cavab olaraq ünvanlandığı məktubda xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 01:23-də Masallı rayonu ərazisində maqnitudası Mİ=4.9, dərinliyi h=35 km olan zəlzələ qeydə alındığı, zəlzələnin Cəlilabad rayonu, Bayxanlı kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 balla hiss olunduğu və 4 bal intensivlikli zəlzələ zamanı tikililərdə zədələnmələrin əmələ gəlmədiyi qeyd olunmuşdur. İddiaçının bütün müraciətlərində əmlakın zədəli olduğu ilə bağlı, yəni çatların çox daha öncədən yarandığı ilə bağlı qeydlər vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir. 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Məhkəmə iddiaçının cavabdeh tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin, habelə “İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən, sığorta ödənişinin verilməsi üçün zərərin məhz sığorta hadisəsi nəticəsində yaranması, zərərin miqyasının sığortaçı tərəfindən müəyyən edilməsi və bu qiymətləndirilmənin sübutlarla təkzib edilməsi tələb olunur. Sığorta hadisəsindən əvvəl mövcud olmuş qəzalı vəziyyət, konstruktiv qüsurlar sığorta ödənişinin predmeti hesab edilmir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən 79,6 kv.m sahəsi olan fərdi yaşayış evi sığorta müqaviləsi üzrə xx.xx.2023–xx.xx.2024 tarixləri ərzində 15.000 manat məbləğində sığortalanmışdır. Lakin iş üzrə təqdim edilmiş çoxsaylı rəsmi sənədlər bir mənalı şəkildə göstərir ki, iddiaçıya məxsus tikili zəlzələdən xeyli əvvəl, uzun müddət ərzində davam edən geoloji və hidrometeoroloji proseslər, torpaq sürüşməsi, yağış sularının təsiri və tikilinin istismar müddətinin keçməsi nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Məhkəmə qeyd edir ki, X1 arayışında aydın şəkildə qeyd olunur ki, tikili yerləşdiyi sahədə bərkiməmiş süxurların olması, yamacın 15–22° maililiyi, atmosfer çöküntülərinin yaratdığı su doyması, həmçinin ərazidə sürüşmə sahəsinin mövcudluğu səbəbindən tikilidə oturma və sürüşmə prosesi baş vermiş, bu proses nəticəsində divarlarda müxtəlif ölçülü çatlar əmələ gəlmişdir. Bu zədələr zəlzələdən əvvəl mövcud olmuş və tikilinin uzunmüddətli istismar nəticəsində yararsız hala düşməsi ilə bağlıdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, xx.xx.2023-cü il tarixində 4 bal intensivlikli zəlzələ Cəlilabad rayonunda zədələnmə yarada biləcək gücdə olmamışdır. Mərkəzin rəyində də vurğulanır ki, belə intensivlikli zəlzələlər konstruksiyası normal olan tikililərə ziyan vurmur və yalnız əvvəlcədən zədələnmiş, istismar müddəti bitmiş və ya tikinti qaydalarına uyğun olmayan tikililərdə mövcud çatların cüzi böyüməsinə səbəb ola bilər. Bu isə sığorta hadisəsi sayılmır. İddiaçının sığortaçıya və dövlət qurumlarına ünvanladığı müxtəlif tarixli müraciətlərində ziddiyyətlər də mövcuddur və bu müraciətlərdən görünür ki, iddiaçı zəlzələdən əvvəl – xx.xx.2023 tarixində belə – evin sürüşmə zonasında yerləşməsi, yağışlar nəticəsində divarlarda çatların yaranması və evin qəzalı vəziyyətdə olması barədə dövlət orqanlarına məlumat vermişdir. Bu isə zəlzələnin evin qəza vəziyyətinin yaranmasına səbəb olmadığına, yalnız əvvəlki zədələrin təbii davamına işarə edir. Bundan əlavə İddiaçı zərərin məbləğinin 15.000 manat həddində olduğunu təsdiq edən heç bir rəy, ekspertiza və ya digər müstəqil sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının evinin qəzalı vəziyyətə düşməsi xx.xx.2023 tarixli zəlzələ ilə səbəb-nəticə əlaqəsində deyil, zəlzələdən əvvəl mövcud olmuş təbiigeoloji proseslərin nəticəsidir. Bu səbəblər sığorta müqaviləsi üzrə ödəniş üçün əsas yaratmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar