Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-609/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi əsasında "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi Cəmiyyətin təchizat və təmirtikinti xidmət departamenti, təchizat anbarının YSM üzrə mütəxəssis vəzifəsi olmuşdur. Həmin müəssisədə 40 ildən çox qüsursuz işləmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, yalnız müxtəlif mükafatlarla mükafatlandırılmışdır. Cəmiyyətin 1/3 nömrəli, 07.01.2021-ci il tarixli əmri ilə ştat vahidinin ləğv edilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Əmrdə həmkarlar təşkilatının qərarına istinad edilsə də, həmin qərarın tarixi kimi 23 sentyabr 2020-ci il göstərilmişdir. Həmkarlar təşkilatının qərarından 4 ay sonra onun işdən çıxarılması haqqında qərar qəbul edilmişdir. Həmkarlar təşkilatının üzvü olsa da, həmin qərarın qəbul edilməsi zamanı iclasda iştirak etməmiş, qeyd edilən iclasın keçrilməsi barədə onda məlumat olmamışdır. "xxxx" QŞC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokoluna əsasən "xxxx" QSC-nin işçisi həmkarlar ittifaqının üzvü olaraq barəsində olan təqdimata baxaraq, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Cəmiyyətin Təchizat və təmir-tikinti xidməti departamentinin, təchizat anbarında mövcud olmuş 1 ştat vahidi «YSM üzrə mütəxəssis» vəzifəsini tutmuş həmkarlar ittifaqının üzvü olaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilməsinə verilmiş razılıq qanuni əsaslarla olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatnın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunan maddəni düzgün tətbiq etmək üçün işəgötürən və müəssisənin həmkarlar ittifaqı təşkilatı aşağıda qeyd olunanlara əməl etməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürən həmkarlar İttifaqı təşkilatına təqdimat göndərməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməlidir. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri təqdimata əlavə etməlidir. Təqdim edilmiş materiallar, müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən əsaslı öyrənilir və baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin işlasına çıxarılır. İclasa işəgötürənin nümayəndəsi, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldiyi halda şahidlər, mütəxəssislər əvvəlcədən rəsmi dəvət olunmalıdır. Həmkarlar ittifaqı təşkilatı məsələnin müzakirəsi zamanı əmək qanunvericiliyinin normalarının pozulmasına yol verməməli, işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə etməlidir. Həmkarlar ittifaqı təşkilatı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənin təqdimatına baxmaqla eyni zamanda, əmək qanunvericiliyinə riayət edilməsi sahəsində nəzarət funksiyasını həyata keçirmiş olur. Belə ki, yuxarıda qeyd etdiyi razılıq barədə cavadehin qərarı komitənin iclasında qəbul edilməmişdir. Özbaşına olaraq cavabdeh orqanın rəhbəri protokol tərtib etmişdir. Heç bir yetərsaya əməl etməmişdir. Bu barədə bir müddət əvvəl komitənin üzvlərindən şifahi məlumat almışdır. Dövlət Vergi Xidmətinin saytından cavabdeh "xxxx" QŞC işçilərinin «Limançı» həmkarlar ittifaqının ünvanı AZ1108 ünvan 2a iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmənin qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Səbəb olaraq cavabdehin hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonu ərazisində olması, eləcə də mediasiya qurumundan müvafiq arayışın ərizəyə əlavə edilməli olduğu bildirilmişdir. Əlavə olaraq qeyd edir ki, bu səbəbdən iddia müddətini bir aydan bir neçə gün çox olmaqla üzürlü səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının əmək müqaviləsinə ixtisar nəticəsində xitam verilməsi artıq məhkəmə baxışı predmeti olmuşdur. Nəsimi Rayon Məhkəməsinin həmin iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə əmək müqaviləsinə xitam qanuni hesab edilmişdir. İddiaçının iş yerinə bərpası ilə bağlı iddia ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və qüvvəyə minmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5721/2021 nömrəli iş üzrə 16 iyun 2021 -ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)-6315/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qərardadı bu etirazla birlikdə təqdim edilir). Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsində cavabdehin 23 sentyabr 2020-ci il tarixli 13 saylı qərarına qiymət verilərək qərar qanuni hesab edilmişdir. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə «res judicata» prinsipi əks olunmuşdur: «Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». Odur ki, həmin qərarın etibarsızlığı iddiaçı tərəfindən mübahisələndirilə bilməz. Qeyd olunmalıdır ki, iddia ərizəsində həmkarlar ittifaqı tərəfindən qərarların qəbul edilməsi proseduru ilə bağlı mülahizələr hər hansı normativ akta və ya daxili qaydaya əsaslanmır və iddiaçının subyektiv fikridir. Bundan başqa, iddiaçı həmkarlar təşkilatının üzvü olsa da, iclasda iştirak etmədiyini iddia ərizəsində bildirmişdir ki, bu da əsassızdır. Belə ki, İddiaçı həmkarlar ittifaqının əsas seçkili icra orqanı olan həmkarlar ittifaqı komitəsinin üzvü olmamış və bu səbəbdən müvafiq qərarın qəbul edilməsində iştirak etməmişdir. Ümumiyyətlə, belə iştirakı nəzərdə tutan hər hansı norma qanunvericilikdə və ya həmkarlar ittifaqının daxili sənədlərində müəyyən edilməmişdir. Məlumat üçün məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığı müraciətlə bağlı X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 13.11.2020-ci il tarixli **********9 nömrəli və 01.12.2020-ci il tarixli **********4 nömrəli məktublarına baxılmış və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə 03.12.2020-ci il tarixli 2/02-17/1070 nömrəli və 09.12.2020-ci il tarixli 2/02-17/1084 nömrəli məktublarla müvafiq müraciətlər aidiyyəti qaydada cavablandırılmışdır. Hesab edirlər ki, təqdim edilmiş məlumat və sənədlərin qanunvericiliyə uyğun olması səbəbindən X2 Xidməti tərəfindən bundan sonra hər hansı əlavə məlumat, sənədlər tələb olunmamış və əlavə araşdırma həyata keçirilməmişdir. İddiaçı qeyd edir ki, həmkarlar ittifaqının qərarı 23 sentyabr 2020-ci ildə qəbul edilsə də, onunla əmək müqaviləsinə 4 ay sonra xitam verilmişdir. Lakin burada hər hansı ziddiyyətli məqam yoxdur. Belə ki, iddiaçının əmək müqaviləsinə ixtisar nəticəsində xitam verilmişdir və bu səbəbdən xəbərdarlıq müddəti Əmək Məcəlləsinin tələblərinə əsasən 9 həftə olmuşdur. Bununla yanaşı, xəbərdarlıq dövründə iddiaçı tərəfindən təqdim olunmuş 850861 və 853877 nömrəli digər xəstəlik vərəqələri təqdim etmişdir. Xəstəlik vərəqələrinin müddəti bitdikdən sonra 2021-ci il 07 yanvar tarixli 1/3 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin b) bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir və son haqq-hesab üzrə ödənişlər həyata keçirilmişdir. Həmkarlar ittifaqının razılığının əmək müqaviləsinin ləğv edilməsindən «4 ay» öncə verilməsinin düzgün olmaması ilə bağlı iddiaçının mülahizələrinə dair isə bildirir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əsaslandırılmış təqdimat «Limançı» həmkarlar ittifaqı komitəsinə 2020-ci il 23 sentyabrda təqdim edilmiş və bu tarixdə həmin komitə əsaslandırılmış yazılı qərarını Bakı Limanına təqdim etmişdir. Əlavə olaraq bildirir ki, Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı və ştatı ixtisar edildikdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir ki, işəgötürən də göstərilən normanın tələblərinə uyğun olaraq həmkarlar ittifaqı komitəsinin razılığını qabaqcadan, əmək müqaviləsinin ləğvindən öncə almışdır. Qeyd olunan faktlar Nəsimi Rayon Məhkəməsinin 2(006)-2096/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsində əks olunmuşdur. Həmçinin, iddiaçının iddia ərizəsi fərdi əmək mübahisəsindən irəli gəlir. Bu səbəbdən, Əmək Məcəlləsinin 296-cu maddəsi ilə nəzərdə tutulan iddia müddətləri həmin iddia ərizəsinə şamil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün ümumi iddia müddəti işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müəyyən edilmişdir. İddia müddətinin ötürülməsi şübhəsizdir. Belə ki, iddiaçının əmək müqaviləsinə 2021-ci ilin yanvar ayında xitam verilmişdir. Ştat vahidinin ixtisar edilməsi haqqında bildiriş isə iddiaçıya 2020-ci il 14 sentyabr tarixində yazılı surətdə təqdim edilmişdir. İddiaçı iddia müddətinin bərpası ilə bağlı məhkəməyə hər hansı vəsatət təqdim etməmişdir. İddia ərizəsində iddiaçı iddia müddətinin ötürülməsini cavabdehin ünvanını səhv salması ilə izah edir. Lakin bu inandırıcı deyil. Belə ki, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı qeyri-kommersiya qurumu olduğu üçün Dövlət Vergi Xidmətinin apardığı kommersiya hüquqi şəxslərin reyestrində qeydiyyatda deyil. Bu səbəbdən, cavabdehin ünvanının öyrənilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət edilməsi və ünvanın Binəqədi rayonunda olması barədə məlumatlar həqiqətə uyğun deyil. "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqının nizamnaməsinə əsasən onun hüquqi ünvanı ünvan 6arət Limanı» QSC işçilərinin «Limançı» həmkarlar ittifaqının təsis edildiyi vaxtından onun üzvü olmuşdur və həmkarlar ittifaqının yerləşdiyi yeri yaxşı bilirdi. Bundan başqa, ünvanın səhv salınması halının mövcud olub-olmamasının böyük əhəmiyyəti yoxdur. Çünki, bundan asılı olmayaraq, iddia müddəti istənilən halda keçmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokolundan çıxarışdan görünür ki, «Limançı» həmkarlar ittifaqı komitəsində "xxxx" QSC-nin Təchizat və təmir-tikinti xidmət departamentində ixtisar edilmiş ştat vahidi üzrə müvafiq vəzifəni tutmuş, həmkarlar ittifaqının üzvü İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsinə dair gündəlikdə olan məsələyə baxılmışdır. Səsvermə keçirilərək qərara alınmışdır ki, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Cəmiyyətin Təchizat və təmir-tikinti xidmət departamentinin, Təchizat anbarında mövcud olmuş 1 ştat vahidi «YSM üzrə mütəxəssis» vəzifəsini tutmuş həmkarlar ittifaqının üzvü olan İddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)- 2096/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı "xxxx" QSC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)- 5721/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-2096/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli 2(102)-6315/2021 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)-5721/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 noyabr 2021-ci il tarixli 2021-005204 saylı arayışdan görünür ki, arayış Mediasiya Şurasının təyin etdiyi mediator X1 tərəfindən İddiaçı «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilmişdir. Qeyd olunmuşdur ki, arayış "xxxx" QSC-nin nümayəndəsinin İddiaçı tərəfindən təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə 02 noyabr 2021-ci il tarixdə 12:00 - 12:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini (iştirak etməkdən yazılı şəkildə imtina etdiyini) təsdiq etmək üçün verilir. "xxxx" QSC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırda "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, tələbin əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsi üçün əsaslar mövcud deyil. Çünki, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsi 23.09.2020-ci il tarixli 13 saylı protokolu tərtib edərkən və iddiaçının tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərar qəbul edərkən, əmək qanunvericiliyinin və digər aidiyyəti normativ aktların tələblərini pozmamışdır. Cavabdehin təqdim etdiyi, müvafiq sənədlərlə təsdiq olunan izahatdan da göründüyü kimi: 1) İddiaçı həmkarlar ittifaqının əsas seçkili icra orqanı olan həmkarlar ittifaqı komitəsinin üzvü olmamış və bu səbəbdən müvafiq qərarın qəbul edilməsində iştirak etməmişdir; ümumiyyətlə, belə iştirakı nəzərdə tutan hər hansı norma qanunvericilikdə və ya həmkarlar ittifaqının daxili sənədlərində müəyyən edilməmişdir; 2) İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığı müraciətlə bağlı X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 13.11.2020-ci il tarixli **********9 nömrəli və 01.12.2020-ci il tarixli **********4 nömrəli məktublarına baxılmış və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə 03.12.2020-ci il tarixli 2/02-17/1070 nömrəli və 09.12.2020-ci il tarixli 2/02-17/1084 nömrəli məktublarla müvafiq müraciətlər aidiyyəti qaydada cavablandırılmışdır; təqdim edilmiş məlumat və sənədlər qanunvericiliyə uyğun olduğundan X2 Xidməti tərəfindən hər hansı əlavə məlumat, sənədlər tələb olunmamış və əlavə araşdırma həyata keçirilməmişdir; 3) iddiaçının əmək müqaviləsinə ixtisar nəticəsində xitam verilmişdir və bu səbəbdən xəbərdarlıq müddəti Əmək Məcəlləsinin tələblərinə əsasən 9 həftə olmuşdur; xəbərdarlıq dövründə iddiaçı tərəfindən təqdim olunmuş 850861 və 853877 nömrəli digər xəstəlik vərəqələrinin müddəti bitdikdən sonra 2021-ci il 07 yanvar tarixli 1/3 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin b) bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir və son haqq-hesab üzrə ödənişlər həyata keçirilmişdir; həmkarlar ittifaqının razılığının əmək müqaviləsinin ləğv edilməsindən 4 ay öncə verilməsinin düzgün olmaması ilə bağlı iddiaçının mülahizələri əsassızdır; işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əsaslandırılmış təqdimat «Limançı» həmkarlar ittifaqı komitəsinə 2020-ci il 23 sentyabrda təqdim edilmiş və bu tarixdə həmin komitə əsaslandırılmış yazılı qərarını Bakı Limanına təqdim etmişdir; Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı və ştatı ixtisar edildikdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir ki, işəgötürən də göstərilən normanın tələblərinə uyğun olaraq həmkarlar ittifaqı komitəsinin razılığını qabaqcadan, əmək müqaviləsinin ləğvindən öncə almışdır. Yuxarıda şərh olunanlardan göründüyü kimi, iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin ötürülməsi halına yol verilməmişdir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən yanlışlığa yol verilərək, hazırki iddia tələbi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, həmkarlar ittifaqı tərəfindən müvafiq qərar qəbul edilərkən, əmək qanunvericiliyin tələbləri pozulmamış və bu səbəbdən iddiaçının iddia tələbinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-609/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-609/2022
31.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver