Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-610/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1200 manat avtomaşına dəymiş ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04.04.2020-ci il tarixdə idarə etdiyim ** PV *** qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomaşınla yol nəqliyyat hadisəsi baş vermiş və avtomaşına ziyan dəymişdir. Məlumat üçün bildirir ki, onunla "xxxx" ASC-də 22.11.2018-ci il tarixdə MB********** saylı sığortası müqaviləsi bağlanmış və ** PV *** qeydiyyat nişanlı «Mercedes Benz» markalı avtomabillə bağlı müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. Avtomobilə ziyan dəydikdən sonra o, 04.04.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilən hadisənin baş verdiyini bildirməklə sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, DYPŞ-i tərəfindən hadisənin 04.04.2020-ci il tarixdə baş verməsi və hadisə vaxtı avtomobilin onun tərəfindən idarə edildiyi DYPŞ-nin verdiyi sənədlərdə öz əksini tamışdır. Sığorta müqaviləsininə əsasən sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin nüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal sığorta hadisəsidir. Həmin hal və hadisə də sığorta hadisəsi baş verən gün mövcud idi. Bildirir ki, o, "xxxx" ASC-dən avtomobilinə dəymiş ziyanı tələb etsə də lakin sığortadan ona imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddiaya etiraz edərək bildirmişdir ki, Cəmiyyət ilə İddiaçı arasında 22.11.2018-ci İl tarixdə MB********** saylı sığorta müqaviləsi bağlanmış və "Mercedes Benz" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tərəflərindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı şirkətə ərizə ilə müraciət edərək həmin avtonəqliyyat vasitəsinin 04.04.2020-ci il tarixdə qəzaya uğradığı və nəticədə "Mercedes Benz“ markalı. ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə İlə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Sənədlər araşdırılarkən hadisə vaxtı İddiaçı hadisə baş verdiyi vaxt avtomobili Almaniya Federativ Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş Hİ4İQ016H72 saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi müəyyən olunmuşdur. Bilindiyi kimi "Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli. 407-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə "Yol hərəkəti haqqında” AR Qanununa yeni 35-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu pimdən bir ay ərzində idarə elmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Bildirmək istəyirlər ki, Cəmiyyətə təqdim edilmiş P4545353 saylı xarici pasportdan İddiaçı AR ərazisinə son olaraq 27.02.2020-ci il tarixdə daxil olduğu görsənir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi N.A.X2 Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş H1410016H72 saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni 27 mart 2020-ci il tarixinədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsində qeyd olunur ki, "Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya. sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır". Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin qeyd etmək istəyirlər ki, 22.11.2018-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsinə əsasən "Nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir." Bununla da yuxarıda qeyd olunanlara əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi 04.04.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi haqqında qərarları qanuni və əsaslı olduğu üçün İddiaçı “AtaSığorta" ASC-yə qarşı "pul” tələbinə dair iddiasının rədd olunmasını xahiş edirlər. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “AtaSığorta" ASC-nin AD seriyalı, 358698 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ minik” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. MB********** saylı, 22.11.2018-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Mercedes Benz E 200” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.11.2021-ci il tarixədək “AtaSığorta" ASC tərəfindən sığortalanmışdır. Qeyd hissəsinə əsasən isə nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına aid deyildir. İddiaçı xarici passportunun 28-ci səhifəsinin surətindən görünür ki, İddiaçı 27.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. 07.04.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı 04.04.2020-ci il tarixdə, saat 19:00-da Mir Cəlal küçəsində “Mercedes Benz E 200” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirilməklə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 60 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 06.05.2020-ci il tarixli arayışdan görünür ki, 04.04.2020-ci il tarixdə, saat 19:40-da M.Cəlal küçəsində toqquşma yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, "xxxx" MMC-yə məxsus “Mercedes Benz E 200” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İddiaçı X1 idarə etdiyi “Mercedes” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsini vurmuşdur. “AtaSığorta" ASC tərəfindən İddiaçı ünvanlanmış 08.06.2020-ci il tarixli, AS-20/818 saylı məktubdan görünür ki, onunla cəmiyyət arasında 22.11.2018-ci il tarixdə MB********** saylı sığorta müqaviləsi bağlanmış və "Mercedes Benz" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tərəflərindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. O, şirkətə müraciət edərək 04.04.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyala keçirilməsini xahiş etmişdir. Hadisə ilə bağlı Binəqədi RPİ-nin DYRŞ-si tərəfindən "AtaSığorta” ASC-yə təqdim edilmiş 06.05.2020-ci il tarixli, 059-18926 saylı Arayışda və digər sənədlərdə hadisənin 04.04.2020-ci il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobilin tərəflərindən idarə edildiyi göstərilmişdir. Sənədlər araşdırılarkən hadisə vaxtı onun hadisə baş verdiyi vaxt avtomobili Almaniya Federativ Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş H**********2 saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi müəyyən olunmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli, 407-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə "Yol hərəkəti haqqında" AR Qanununa yeni 35-1-ci maddə əlavə edilmişdir. Bildirmək istəyirlər ki, Cəmiyyətə təqdim edilmiş 04545252 saylı xarici pasportdan onun AR ərazisinə son olaraq 27.02.2020-ci il tarixdə daxil olduğu görsənir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi onun Almaniya Federativ Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş H**********2 saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni 27 mart 2020-ci il tarixinədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarəetmək hüququ olmamışdır. Bununla da yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru tərəfindən “AtaSığorta" ASC-yə və İddiaçı ünvanlanmış 23.09.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC ilə bağlı daxil olmuş müraciətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) baxılmışdır. Bildirilmişdir ki, Mülki Məcəllənin 933.1.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirilir. "AtaSığorta” ASC tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığortaçı ilə İddiaçı arasında 22.11.2018-ci il tarixində MB********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz" markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta təminatı verilmişdir. 04.04.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə maddi zərər dəymişdir. Binəqədi RPİ tərəfindən təqdim edilmiş arayışa əsasən həmin avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri və mülki məsuliyyəti yaranmış və sığorta ödənişinin verilməsi üçün tələb olunan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları həmin arayışda müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən İddiaçı hadisə baş verdiyi vaxt avtomobili Almaniya Federativ Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş H1410016H72 saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi əsas gətirilərək avtomobilə dəymiş zərərin ödənilməsindən imtina edilmişdir. Lakin Binəqədi RPİ tərəfindən təqdim edilmiş arayışda İddiaçı hadisə baş verdiyi vaxt nəqliyyat vasitəsini idarə etmək hüququnun olması öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1-ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq, “Mercedes Benz” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcminin müəyyən edilməsindən sonra 7 (yeddi) iş günü müddətində faydalanan şəxsə sığorta ödənişinin verilməsi, bu barədə məlumatın həmin müddətdə Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi tələb olunur. Eyni zamanda bildirilmişdir ki, 7 iş günü müddətində sığorta ödənişi həyata keçirilmədiyi təqdirdə Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən ondan hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi tələb edilə bilər. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı 27.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. 04.04.2020-ci il tarixdə, saat 19:40-da M.Cəlal küçəsində "xxxx" MMC-yə məxsus “Mercedes Benz E 200” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İddiaçı X1 idarə etdiyi “Mercedes” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsini vurmuşdur. "xxxx" MMC-yə məxsus “Mercedes Benz E 200” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.11.2021-ci il tarixədək “AtaSığorta" ASC tərəfindən sığortalanmışdır. İddiaçı avtomobilə dəymiş zərərin ödənilməsi üçün “AtaSığorta" ASC-yə müraciət etsə də “AtaSığorta" ASC tərəfindən hadisə baş verən zaman onun sürücülük hüququnun olmadğı bildirilərək zərərin ödənilməsindən imtina edilmişdir. MB********** saylı, 22.11.2018-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən sığorta ödənişi verilməli olan şəxsin (faydalanan şəxsin) avtomobilin mülkiyyətçisi "xxxx" MMC olduğu müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1200 manat avtomaşına dəymiş ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə öz növbəsində İddiaçı yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz E 200” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etdiyinə istinad edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının sığorta ödənişini tələb etməsinə hüquqi ixtiyarı yoxdur. Belə ki, sığorta müqaviləsi onun iştirakçıları olan, Mülki Məcəllənin 884-cü maddəsində sadalanan sığorta münasibətlərinin subyektləri üçün müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Lakin sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmuşdursa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayıla bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində tanınmamış və bununla da müqavilə üzrə sığorta ödənişini tələb etmək hüququnun ona məxsus olması faktı istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı, cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin verilməsinə dair tələbini irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığından, iddiası rədd edilməlidir. Məhkəmə həmçinin iddianın mahiyyəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 6-cı bəndinin 8-ci hissəsinə əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 35-1-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmçinin qeyd edilməlidir ki, həmin Qanunun 34-cü maddəsinin 8-ci bəndi (Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir) ““Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 11 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən çıxarılmışdır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı və 25.1.3-cü maddələrinə əsasən sığorta ödənişini vеrdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərsə, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ suğorta olunana qarşı yaranır. MB********** saylı, 22.11.2018-ci il tarixli sığorta şəhadətnaməsində edilmiş qeydşərtin məzmununa görə nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlərin sığorta təminatına aid olmadığı müəyyən edilmişdir. Beləliklə həmin şəhadətnaməyə əsasən icbari sığorta üzrə sığorta hadisəsi baş verən zaman sığorta ödənişini tələb etmək hüququ o zaman yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olan şəxs tərəfindən istismar edilsin. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla sığorta hadisəsi baş verən zaman Respublikanın ərazisində bir aydan çox müddətdə olduğundan və avtomobili, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə (qanunvericilklə müəyyən edilmiş qaydada dəyişdirmədən) idarə etdiyindən sığorta şirkətinin sığorta ödənişi həyata keçirməkdən imtina etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-610/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-610/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver