Məhkəmə qərarları › İş №2(006)-613/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-613/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-613/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasının əlilliyi hərbi xidmətlə bağlı olduğundan, İ qrup əlil kimi atasına verilməli olan 8.800 manat məbləğində sığorta ödənişinin vərəsə kimi ona ödənilməsi vəzifəsinin Dövlət X5 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, çoxlu sayda odlu silah qəlpələri, sol bud nahiyəsinin amputasiyası diaqnozu ilə xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi ordudan tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının qərarında göstərilmişdir ki, qeyd olunanlar «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır». Azərbaycan Respublikasının Müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin, Sabunçu rayonu 28 saylı TSEK-in xx.xx.1993-cü il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi ona İ qrup əlillik təyin olunmuşdur. xx.xx.2014-cü il tarixdə xroniki virus hepatit xəstəliyindən vəfat etmişdir. Hərbçi olaraq qanunla atasına verilməli olan (əlil olduğuna görə) icbari sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət X8 müraciət etsə də, sığorta ödənişini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət X8 ünvanladığı müraciətinə cavab olaraq DSKŞ-nin xx.xx.2019-cu il tarixli 07-07-495 saylı məktubu ilə bildirilmişdir ki, «Hərbi qulluqçuların dövlət sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən «Hərbi qulluqçuların dövlət sığortası haqqında» Azərbaycan Respublikasının xx.xx.1997ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin qulluqçu müraciət etdikdən sonra sığorta ödənişinin verilib-verilməməsi məsələsinə baxılacaqdır. Bundan sonra sığorta ödənişinin verilməsində ona köməklik göstərilməsi üçün «Qanunun hədəfində» Beynəlxalq, ictimaisiyasi və hüquq qəzeti redaksiyasına ərizə ilə müraciət etmişdir. Həmin qəzetin redaksiyasının Qarabağ müharibəsi əlillərinə sosial sığortanın verilməsi barədə müraciətinə xx.xx.2019-cu il tarixli cavabda bildirilir ki, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyində aidiyyatı üzrə baxılmışdır. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçuların sığortası Azərbaycan Respublikası Dövlət X6. Bunları nəzərə alaraq, sığorta ödənişinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət X8 müraciət etməsi tövsiyə olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanuna əsasən sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Bununla da hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mərhum X4 doğma qızıdır. Rəsmi sənədlərdən göründüyü kimi, X10 xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, çoxlu sayda odlu silah qəlpələri, sol bud nahiyəsinin amputasiyası diaqnozu ilə xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi ordudan tərxis olunmuş və həmin Komissiyanın qərarında göstərilmişdir ki, X4 çoxlu sayda odlu silah qəlpələri, sol bud nahiyəsinin amputasiyası hərbi travma olmaqla, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin Sabunçu rayonu 28 saylı TSEK-in xx.xx.1993-cü il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi X7 İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X10 xx.xx.2014-cü il tarixdə xroniki virus hepatit xəstəliyindən vəfat etmişdir. Digər vərəsələr mərhuma ödənilməli olan sığorta məbləğinin hazırkı iş üzrə iddiaçı tərəfindən alınmasına etiraz etməmişlər. Mərhumun qızı İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət X8 müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə sığorta ödənişinin ona verilməsini xahiş etmiş, nəticə əldə etməyərək məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İ qrup — 80 faiz. İddiaçının atasının İ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar