Məhkəmə qərarları › İş №2(006)-6173/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6173/2021

12.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6173/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təminatlı kredit müqaviləsinin ləğvi“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təminatlı kredit müqaviləsinin ləğvi“ tələbi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə "xxxx" MMC arasında 07.03.2015-ci il tarixində "mənzilin alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 55 N-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat pul vəsaitini "AAAF Park” MMC-yə ödəmişdir. İddiaçı mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən təminatlı kredit müqaviləsi əsasında, 38250 manat məbləğində illik 10% olmaqla kredit götürmüşdür. Müqavilənin 4.3-cü bəndində kredit müqaviləsi üzrə təminat kimi "AAAF” İNŞAAT" MMC tərəfindən inşa olunan yaşayış binasında yerləşən və alqı-satqı müqaviləsinin predmeti olan mənzilin çıxış etdiyi qeyd edilmişdir. Müqavilə bağlanan zaman qısa müddət ərzində mənzilin təhvil veriləcəyi bildirilmişdir, lakin artıq 4 ildən çox müddət keçməsinə baxmayaraq, mənzil təhvil verilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə növbəti il üçün təhvil veriləcəyi bildirilir, ötən 5 il ərzində fasilələrlə tikinti işi aparılmışdır. Hal-hazırda tikinti işi aparmır. Qeyd İddiaçı cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC-nə hər ay 412 manat ödəniş etmişdir və hal-hazırda ödəməyə davam edir, yaranmış vəziyyətlə əlaqədar İddiaçı AAAF İnşaat MMC-nə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə qarşı iddia ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən edilərək, alqı-satqı müqaviləsi ləğv edilmişdir, mənzilə görə ödənilmiş 42510 manat pul vəsaitinin və maddi ziyanın AAAF İnşaat MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin qətnamədən şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, İddiaçı mənzilin dəyərini ödəmək məqsədilə kredit müqaviləsi bağlamışdır. Hal-hazırda isə müqavilə bağlanan vaxtdan əhəmiyyətli dərəcədə dəyişmişdir. Məlum olduğu ki, əgər iddiaçı bu dəyişməni şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni ümumiyyətlə bağlamazdı. Alqı-satqı müqaviləsi ləğv edildikdən sonra təminatlı kredit müqaviləsi üzrə münasibətlərin davam etməsinə zərurət yoxdur. AAAF İnşaat MMC tərəfindən lə üzrə pul vəsaiti qaytarıldığı halda birbaşa "xxxx" ASC-nə olan borc birdəfəlik ödəniləcəkdir. Lakin, hal-hazırda müqavilə münasibətləri davam etdiyi halda iddiaçı ləğv olunacaq bir müqavilə üzrə ödəniş etməli olur və ödəmədiyi halda isə gecikmə faizi və cərimə hesablanır. İddiaçı nümayəndəsi Nümayəndə təminatlı kredit üqaviləsinin ləğvi barədə təklif məktubu ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC müraciət etmişdir. Lakin, bugünə qədər cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən təklifə münasibət bildirməmişdir. Ona görə də, İddiaçı hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin edərək, "xxxx" ASC ilə bağlanmış 10.03.2015-ci il tarixli təminatlı kredit müqaviləsinin ləğvi barədə qətnamə qəbul etməlidir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında 07.03.2015-ci il tarixində "mənzilin alqı-satqı” müqaviləsindən görünür ki, həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5. 55 N-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat pul vəsaitini "AAAF Park” MMC-yə ödəmişdir. İddiaçı mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən təminatlı kredit müqaviləsi əsasında, 38250 manat məbləğində illik 10% olmaqla kredit götürmüşdür. Müqavilənin 4.3-cü bəndində kredit müqaviləsi üzrə təminat kimi "AAAF” İNŞAAT" MMC tərəfindən inşa olunan yaşayış binasında yerləşən və alqı-satqı müqaviləsinin predmeti olan mənzilin çıxış etdiyi qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, alqı-satqı müqaviləsi ləğv edilmiş, mənzilə görə ödənilmiş 42.510 manat pul vəsaitinin və maddi ziyanın AAAF İnşaat MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 07.03.2015-ci il tarixində "mənzilin alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 55 N-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat pul vəsaitini "AAAF Park” MMC-yə ödəmişdir. İddiaçı mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən təminatlı kredit müqaviləsi əsasında, 38250 manat məbləğində illik 10% olmaqla kredit götürmüşdür. Müqavilənin 4.3-cü bəndində kredit müqaviləsi üzrə təminat kimi "AAAF” İNŞAAT" MMC tərəfindən inşa olunan yaşayış binasında yerləşən və alqı-satqı müqaviləsinin predmeti olan mənzilin çıxış etdiyi qeyd edilmişdir. Müqavilə bağlanan zaman qısa müddət ərzində mənzilin təhvil veriləcəyi bildirilmişdir, lakin artıq 4 ildən çox müddət keçməsinə baxmayaraq, mənzil təhvil verilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC, İddiaçı qarşısında götürdüyü öhdəliyi icra etmiş və mənzilin alınması üçün ona 38250 manat məbləğində kredit vermiş və həmin məbləğ "AAAF” İNŞAAT" MMC-yə ödənilmişdir. Lakin, "AAAF” İNŞAAT" MMC 4 ildən keçməsinə baxmayaraq, mənzili təhvil verməmişdir. Həmin hal da şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aralarında bağlanılmış təminatlı kredit müqaviləsinin ləğvi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təminatlı kredit müqaviləsinin ləğvi“ tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təminatlı kredit müqaviləsinin ləğvi“ tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar