Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-625/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı X1, İddiaçı6, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla Cavabdehnə qarşı «əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla Cavabdehnə qarşı «əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıların əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərinə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq iddiaçılara ödənilməsi, cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyləri 50 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 364 nömrəli, xx.xx.2021-ci il tarixli, 379 nömrəli, xx.xx.2021-ci il tarixli, 380 nömrəli, xx.xx.2021-ci il tarixli, 368 nömrəli, xx.xx.20201-ci il tarixli, 366 nömrəli və xx.xx.2021-ci il tarixli, 363 nömrəli Əmrlərin ləğv olunaraq işə bərpa olunmaları, məcburi buraxdıqları (işləmədiyləri) dövr üçün əmək haqqı (əlavələr daxil) hesablanaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi, cavabdeh tərəfindən iddiaçıların əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq iddiaçılara ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyləri 50 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar cavabdehlə müxtəlif vaxtlarda, yəni 2011-ci ildə və sonrakı vaxtlarda əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələr üzrə işə qəbul olunmuşlar. Bu illər ərzində üzərilərə düşən əmək funksiyalarını vicdanla, məsuliyyətlə və tam həcmdə yerinə yetirmişlər. Barələrində heç bir zaman intizam tənbehi və ya xəbərdarlıq belə tətbiq olunmamışdır. Amma bu ilin yanvar ayında, Cavabdeh MMC-nin sabiq direktoru Ceyhun Əliyev tərəfindən törədilən qanunsuzluq nəticəsində demək olar ki, müəssisədə çalışan işçilərin hamısının qeyri-rəsmi olaraq əmək haqqının 50% həcmində birtərəfli qaydada azaldılması və digər qanunsuzluqlar səbəbindən iddiaçılar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cənab Prezidentə, 1-ci Vitse-Prezidentə şikayətlə müraciət etmişlər. Nəticədə, araşdırma aparılmış və müəssisənin əvvəlki direktoru Ceyhun Əliyev qanuna müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmuş və daha sonra isə o, işdən ümumiyyətlə kənarlaşdırılmışdır. Beləliklə, aprel ayından etibarən müəssisəyə yeni (hazırki) direktor - X8 təyin olunmuşdur. Məhz bundan sonra iddiaçılara və digər işçilərə qarşı müxtəlif qanunsuzluqların törədilməsi başlanmışdır. Nəticədə, müəssisənin - kadrlar şöbəsi rəisi, təchizat şöbəsinin rəisi, maliyyə rəisi, anbardarları, daha sonra isə anbarın rəisini, istehsalatın rəisi, nəqliyyat şöbəsi və sairə işçilər işdən çıxarılmışdır. "AAC” MMC-nin hüquqşünası - Natiq Məmmədov işçiləri yığıraq, yeni rəhbərin onlarla çalışmaq istəmədiyini bildirmiş və öz xahişləri ilə işdən çıxmağını təklif etmiş, əks təqdirdə iddiaçıları “maddə” ilə işdən çıxaralacağı ilə hədələmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində səhər saatlarında müəssisədə xəbər yayılmışdır ki, qanuni əsas olmadan iddiaçılar işdən çıxarılırlar və bu səbəbdən də işə buraxılmırlar. Bununla əlaqədar müəssisəsinin giriş hissəsində olan mühafizə xidməti iddiaçıları darvazadan kənara çıxartmış və bir daha müəssisəyə buraxılmamışlar. Yaranmış problemlə əlaqədar iddiaçılar aidiyyatı qurumlara şikayətlə müraciət etməyə məcbur olmuşlar. Orada bildirilmişdir ki, araşdırma aparılaraq iddiaçılara məlumat veriləcəkdir. İddiaçılar növbəli iş rejimi ilə çalışırmışlar və buna baxmayaraq bu hadisədən sonra demək olar ki, hər gün işə müəssisəyə gəlirmişlər, lakin müəssisənin rəhbərliyinin qanunsuz göstərişinə əsasən işə buraxılmamışlar. Bu problem bu günə qədər həll olunmamışdır. Qanunvericilikdə baş vermiş dəyişikliklərə əsasən yaranmş əmək mübahisələrinin məhkəmədən kənar həlli prosedurunun keçirilməsi zəruriliyini nəzərə alaraq iddiaçılar mediasiya prosessinin təşkili məqsədilə medaitorun təyin olunması təklifini cavabdehə göndərsələr də, ondan hər hansı bir cavab gəlməmişdir. Daha sonra Mediasiya Şurası tərəfindən Zaur Osmanov medaitor qismində təyin olunmuş və ilkin mediasiya sessiyasının keçirilməsi günü təyin olunsa da, cavabdeh qərəzli olaraq iştirak etməkdən boyun qaçırmışdır. Məhz bu səbəbdən də, mediyasının keçirilməsi baş tutmamışdır. Bu haqda mediator tərəfindən müvafiq arayış da verilmişdir. Cavabdeh iddiaçılara qarşı qərəzli mövqedə olmaqla yanaşı, onların konsitusiya hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçılara həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Bu da yolverilməzdir. İddiaçıları qanunsuz olaraq, müvafiq sənədləşmə işi aparmadan işdən kənarlaşdırılması da qanunsuzdur. Aralarında olan əmək müqaviləsi qüvvədə ola-ola cavabdeh əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, dünyada, eləcə də Respublikada hökm sürən pandemiya dövründə iddiaçıları ağır maddi vəziyyətə salaraq zərər vurmuşdur. İddiaçıların ailələri var və bu çətin dövrdə onları qanunsuz olaraq işlərindən kənarlaşdırmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların, onların nümayəndəsinin (vəkili), cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, "AAC” MMC-nin rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş məktub və sənədlərdən işçilərin artıq iş saatlarında işə cəlb olunduğu, lakin ödənişlərin düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. İşçilərin əmək haqqlarının düzgün hesablanıb ödənilmədiyindən "AAC” MMCnin Baş direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli 89/D saylı Əmək müqaviləsindən görünür ki, İddiaçı2 cavabdeh "AAC” MMC-yə əsas iş yeri olaraq operator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında Razılaşmadan görünür ki, İddiaçı2 cavabdeh "AAC” MMC-yə əsas iş yeri olaraq “Avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 364 saylı əmrindən görünür ki, İddiaçı1 14 sentyabr 2021-ci il tarixdə cəmiyyətin operatoru qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməkdən imtina etmişdir. Həmin tarixdən etibarən üzürsüz səbəbdən işə gəlməmişdir və işçinin bu hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə ( Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) 17 sentyabr 2021-ci il tarixindən tutduğu vəzifədən/peşədən azad edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 363 saylı əmrindən görünür ki, Cəmiyyətin avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı2 14 sentyabr 2021-ci il tarixində saat 08:30 radələrində iş yerini birbaşa rəhbəri və ya müəssisənin rəhbərliyi ilə razılaşdırmadan özbaşına tərk edərək müəssisənin avtomatika, qazanxana və nasosxana qurğularını, habelə kompüterləşdirilmiş texniki istismar sistemini nəzarətsiz qoyaraq qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməkdən imtina etmişdir. İddiaçı2 14 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlti səbəb olmadan işə gəlməmişdir. İşçinin qeyd ediliən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, kompüterləşdirilmiş texniki istismar sistemi nəzarətsiz qaldığından, müəssisədə istehsal məcburi dayandırılmışdır. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı2 yuxanda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin «a» və «b» bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X12 qaydaları” nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, “AAC MMC-nin “X12 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətin avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı2 ilə bağlanmış əmək müqaviləsi 17 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 366 saylı əmrindən görünür ki, Cəmiyyətdə operator vəzifəsində çalışan İddiaçı3 14 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. İşçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, əhəng dəyirmanı nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı3 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, «a» və «b» bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X12 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMC-nin “X12 Qaydalan”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə operator vəzifəsində çalışan İddiaçı3 ilə bağlanmış əmək müqaviləsi 20 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 368 saylı əmrindən görünür ki, Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı6 14 sehtyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. İşçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, avtoklav nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı6 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddäsinin, «a» və «b» bəndlərinin, Əmək müqaviləsinin 3cü bəndinin, Cavabdeh MMC-nin “X12 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması (kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasım və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMC-nin “X12 Qaydalan”m və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə opedator (avtoklav) vəzifəsində çalışan İddiaçı6 Şamil oğlu ilə bağlanmış əmək müqaviləsi 21 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 380 saylı əmrindən görünür ki, Cəmiyyətdə mexanik vəzifəsində çalışan İddiaçı4 14 sentyabr 2021-ci il tarixdə bir qrup işçi ilə birlikdə sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə etmədən, insan həyatı və sağlamlığı üçün təhlükəli olan, bir neçə təhlükə potensiallı obyektlərin yerləşdiyi zavod ərazisində razılaşdırılmamış toplantıda iştirak etdikdən sonra ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. Həmçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur Belə ki, mexanik sahəsi nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı4 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, «a» və «b» bəndlərinin, Əmək müqaviləsinin 3cü bəndinin, Cavabdeh MMC-nin “Müəssisə daxili ini izam qaydalan” nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, “AAC' MMC-nin “X12 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə mexanik vəzifəsində çalışan İddiaçı4 ilə bağlanmış əmək müqaviləsi 23 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 379 saylı əmrindən görünür ki, Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı5 14 sentyabr 2021-ci il tarixdə bir qrup işçi ilə birlikdə sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə etmədən, insan həyatı və sağlamlığı üçün təhlükəli olan, bir neçə təhlükə potensiallı obyektlərin yerləşdiyi ərazisində razılaşdınlmamış toplantıda iştirak etdikdən sonra ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir, işçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, operator sahəsi nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı5 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin maddəsinin, «a» və «b» bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X12 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMC-nin “X12 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı5 ilə bağlanmış əmək müqaviləsi 23 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh müvafiq əmrləri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiylərinə, Cavabdeh MMC-nin “X12 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduqlarına, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiylərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 72-ci maddəsinin «a» bəndinə istinad edilməklə iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçılar barəsində qəbul etdiyi əmək müqaviləsinə xitam verilməsinə dair əmrləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göstərilən əmrlərlə iddiaçılar ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas olan hallar, yəni iddiaçıların üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmələri, bütün iş günü işə gəlməmələri kimi hallar öz təsdiqini tapmamış, bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla da onlarla bağlanmış əmək müqavilələrinə əsassız olaraq xitam verilmişdir. Əksinə işin faktiki hallarından (təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından, video görüntülərdən) göründüyü kimi, iddiaçılar öz üzərinə düşən əmək funksiyalarını yerinə yetirmişlər, iş yerində olmuşlar, məcburi olaraq işə buraxılmamışlar və işin ahəngini pozmamışlar. İşəgötürən tərəfindən onlara qarşı edilən haqsızlığa X7 Xidmətinə müraciət etmişlər. Bundan başqa, X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən cavabdehin Baş direktoru X9 barəsində xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək, törədilmiş inzibati xətanın mahiyyəti (İXM-in 192.4cü maddəsi) göstərilmişdir. Belə ki, işçilərin artıq iş saatlarında işə cəlb olunduğu, lakin ödənişlərin düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, sadalanan normalarda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrlərdən görünür ki, iddiaçılar barəsində əmrlər iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin «ç» bəndinə, həm də 72ci maddəsinin «a» bəndinə istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin «a» bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin «ç» bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. Məhkəmə işin araşdırılış halları üzrə bu nəticəyə gəlir ki, iddiaçılar özlərinin əmək funksiyalarını, əmək müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişlər, əmək vəzifələrini pozmamışlar, barələrində əmrlərin verilməsinə əsas kimi göstərilənlər öz təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, əmrlərin ləğv edilməsi hissələrində iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab etdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçıların iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçılar, onların hər birinə maddi zərər qismində 2500 manat ödənilməsini tələb etsələr də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar onlara vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişlər. İş materiallarından göründüyü kimi, hazırda iddiaçılar onlara vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsələr də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin birinci məzmunundan göründüyü kimi iddiaçılar cavabdeh tərəfindən onların əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılmasını məhkəmədən xahiş etmişlər ki, bu hal iddiaçıların, onların işdən azad olunması barədə cavabdehin əmrlərindən məlumatlarının olmamasını təsdiq edir. Mübahisələndirilən əmrlərdən iddiaçılar yalnız cavabdeh tərəfindən məhkəməyə verilən qarşılıqlı iddia ilə birlikdə həmin əmrlərin məhkəməyə təqdim olunmasından sonra məlumatları olmuş, bundan sonra həmin əmrlərin ləğv edilməsi ilə bağlı iddia tələbi dəqiqləşdirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən mübahisələndirilən əmrlərin iddiaçılara təqdim olunması, habelə iddiaçıların həmin əmrlərdən məlumatlı olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia müddəti keçmədiyindən hazırki iddiaya münasibətdə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 364 saylı əmri ləğv edilsin. xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı1 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilsin. Cavabdeh, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 363 saylı əmri ləğv edilsin. xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı2 əvvəlki işinə - avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsinə bərpa edilsin. Cavabdeh, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 366 saylı əmri ləğv edilsin. xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı3 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilsin. Cavabdeh, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 368 saylı əmri ləğv edilsin. xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı6 əvvəlki işinə - operator (avtoklav) vəzifəsinə bərpa edilsin. Cavabdeh, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 380 saylı saylı əmri ləğv edilsin. xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı4 əvvəlki işinə - mexanik vəzifəsinə bərpa edilsin. Cavabdeh, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 379 saylı əmri ləğv edilsin. xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı5 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və İddiaçı6 əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələr, qanunsuzluqlar Cavabdehnə qadağan edilsin, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılsın. Mediasiya xərci qismində ödənilmiş ümumilikdə 300 manat pul Cavabdehndən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 və İddiaçı6 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-625/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-625/2022
18.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver