Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-627/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipoteka müqavilənin etibarsız hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka müqavilənin etibarsız hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-67351/2 saylı «Kommersiya Krediti müqavilələri» və onun tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiklər və əlavələr edilməsi barədə 20 may 2016-cı il tarixli 02 saylı Razılaşma bağlanmışdır. xx.xx.2016-cı il tarixli 02 saylı Razılaşmaya əsasən «Kredit Alanın» Banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapılallaşdırılaraq, 24 ay müddət ərzində aylıq 16%, 81.745 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. Kreditin təminatı kimi həyat yoldaşı X6 onlara məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 1-ci yaşayış massivi, döngə 9-da istifadədə olan 0,0425 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 145,68 kv.m yaşayış, 89,4 kv.m.köməkçi sahədən ibarət 423 nömrəli fərdi yaşayış evini xx.xx.2013-cü il tarixli 112918-NEDVİJ-1230 saylı «Daşınmaz əmlakın ipoteka müqaviləsi» əsasında Bank qarşısında ipoteka ilə yuklü etmişdir. Kredit götürülməsindən xəbəri olsa da, əri İ.D.Nəzərov tərəfindən ümumi əmlakları olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 1-ci yaşayış massivi, döngə 9-da istifadədə olan 423 nömrəli fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etməsindən xəbəri olmayıb. Razılığı olmadan onların ümumi əmlakları üzərində onun tərəfindən sərəncam əqdi bağlamasından indi xəbər tutulmuşdur. Belə ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Lakin onun tərəfindən belə bir razılıq verilməmişdir. Buna görə də İ.D.Nəzərovla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-NEDVİJ- 1230 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Nikah müddətində əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 9-ca istifadədə olan 0,0425 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 145,68 kv.m. yaşayış, 89,4 kv.m. köməkçi sahədən ibarət 423 nömrəli fərdi yaşayış evi onların ümumi birgə mülkiyyəti sayılır. Hesab edir ki, qeyd olunan ev onların ümumi birgə mülkiyyəti olduğundan, İ.D.Nəzərov tərəfindən bank qarşısında ipoteka ilə yüklü edilərkən iddiaçının razılığı olmalı idi. Göstərilənlərə əsasən İ.D.Nəzərovla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-NEDVİJ-1230 saylı ipoteka müqaviləsinin və xx.xx.2016-cı il tarixli Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 mülki işə yeni qoşulduğundan məlumatı olmadığı üçün faktiki olaraq izahat verməsi və çıxış etməsi mümkün olmadığını göstərmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hazırki məhkəmə artıq uzun müddətdir ki, davam edir, əvvəlki məhkəmə iclaslarında iddaçının özüdə iştirak etmiş, nümayəndəsi və vəkilidə məhkəmədən vaxt istəmiş, iddiaçının nümayəndəsi isə banka ödəniş etmək üçün vaxt verilməsini xahiş etmişdir. İddia tələbinin əsassızlığı təqdim etdikləri sübutlar və ekspert rəyi ilə təsdiq olunmuşdur. Bunun üçün də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
5. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı etiraz ərizəsi məhkəməyə təqdim edərək göstərmişdir ki, İddiaçı sözügedən əmlakın Bank qarşısında ipoteka ilə yüklü edilməsindən xəbərinin olmamasını və onun tərəfindən hamin əmlakın ipoteka qoyulmasına razılığın verilməməsini qeyd etsə də. hazırkı etiraza əlavə ədilən Bakı şəhəri, 28 saylı notariat kontorunda notariat qaydasında təsdiq edilmiş xx.xx.2013-cü il tarixli razılıq ərizəsinin surətindən görünür ki, İddiaçı əri X5 məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh ASC-də ipoteka ilə yüklü edilməsinə şəxsən razılıq vermişdir. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, hesab edirlər ki. iddiaçının tələbi əqdin (müqavilənin) etibarsız hesab olunması olduğundan iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli 112928-NEDVİJ-1230 nömrəli “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin bağlandığı gün, yeni 2013-cü ilin iyul ayının 19-u iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündür. Göründüyü kimi, iddiaçının Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112928-NEDVİJ-1230 nömrəli “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin etibarsız hesab edilməsi tələbi əsassız olmaqla yanaşı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirilməmişdır.Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2018-ci il tarixli 2(006)-484/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı X5 aid edilməsi, Cavabdeh ASC-nbn iddiaçı X5 qarşı "kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, 65497,30 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65697,30 ABŞ dollan məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın X2 alınaraq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməsi, tələbin X5 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 423 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 65.697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın Cavabdeh ASC-yə yönəldilməsi, qalan məbləğin X5 verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində X4 fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, məhkəmətikinti ekspertizasının tədqiqat dəyəri olan 150 manatın X9 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-11698/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsin xx.xx.2018-ci il tarixli 2(006)-484/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4821/2019 nömrəli qərarı ilə iİk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasıya Məhkəməsı Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsinın dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi Cavabdeh ASC-nin kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetınə yönəldilməsi və s. tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılarkən məhkəmələr tərəfindən yoxlanılmış, hüquqi qiymət verilmiş və həmin müqavilə ilə Bank qarşısında yüklü edilmiş fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən qətnaməsi qəbul edilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4821/2019 nömrəli qərarının qəbul edilməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsəsən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır.Həmçinin iddia tələbi əqdin (müqavilənin) etibarsız hesab olunması olduğundan iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Bu səbəbdən cavabdehin nümayəndəsi İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin və razılaşmanın etibarsız hesab edilməsi“ tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş 28 saylı Notariat Kontorununun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan «Bank» qismində Cavabdeh ASC-nin 3 №-li Nizami filialı ilə «Kredit alan» qismində X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-1-6735/1 No-li kommersiya krediti müqaviləsinin surətinə əsasən bank tərəfindən İ.Nəzərova istehlak məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə, illik 19%-lə, 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan «Bank» qismində Cavabdeh ASC-nin 3 №-li Nizami filialı ilə «Kredit alan» qismində X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2 №-li «Kommersiya krediti müqavilələri»nə və onun tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı, xx.xx.2016-cı il tarixli Razılaşmadan görünür ki, «Kredit alan»ın «Bank»a xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 81.745 ABŞ dolları məbləğdə müəyyən edilmiş, hazırki «Razılaşma»nın imzalandığı tarixdən «Kredit alan» «Kredit məbləği»ni «Kredit Müqaviləsi» ilə müəyyən olunan şərtlərlə və qaydada 24 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a illik 16% faiz ödəməyi öhdəsinə götürmüş, «Kredit alan» xx.xx.2016-cı il tarixinə kapitallaşdırılmış «Kredit məbləği»ndən əlavə 4949 ABŞ dolları məbləğində cərimə borcu mövcud olmuş, bu Razılaşmanın tərkib hissəsi sayılan Əlavələr (ödəniş qrafikləri) imzalandığı tarixdən, xx.xx.2013 cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2 №-li «Kommersiya krediti müqavilələri»nin tərkib hissəsi olan 1 saylı razılaşma üzrə imzalanmış Əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin «Kommersiya krediti müqavilələri»nin mətni üzrə Əlavə yeni Əlavə ilə əvəz olunmuş, xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2 №-li «Kommersiya krediti müqavilələri»nin tərkib hissəsi olan 1 saylı razılaşma qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2 №-li «Kommersiya krediti müqavilələri»nin digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır.
10. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, əri X5 məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC-ya ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4821/2019 saylı qərarın surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 11698/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2018-ci il tarixli 2(006)-484/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı X5 aid edilməsi, Cavabdeh ASC-nin iddiaçı X5 qarşı "kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, 65497,30 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın X2 alınaraq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməsi, tələbin X5 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 423 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 65.697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın Cavabdeh ASC-yə yönəldilməsi, qalan məbləğin X5 verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində X4 fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, məhkəmə-tikinti ekspertizasının tədqiqat dəyəri olan 150 manatın X9 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-11698/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsin xx.xx.2018-ci il tarixli 2(006)-484/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1712/2021 saylı qərarın surətindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6098/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddiaçı X4 Cavabdeh ASC-yə qarşı «kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6098/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. İş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(006)-627/2022 nömrəli mülki işin 130cu vərəqəsində olan xx.xx.2013-cü il tarixli 112918-NRDVİJ-1230nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013cü il tarixli 7E/10-8023 reyestr saylı razılıq ərizəsində «İmza» qrafasındakı imza və «Nəzərova» soyadı – İddiaçı tərəfindən icra olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Cavabdeh ASC ilə X6 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İnqilab Nəzərova 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ASC ilə X6 arasında 20 may 2016-cı il tarixli razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən İnqilab Nəzərovun banka xx.xx.2016cı il tarixə mövcud olan borcu kapılallaşdırılaraq, 24 ay müddət ərzində aylıq 16%, 81.745 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. Kreditin təminatı kimi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 1-ci yaşayış massivi, döngə 9 ünvanında yerləşən 423 nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İnqilab Nəzərov kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Qanuni qüvvəyə minmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh ASC-nin iddiaçı X5 qarşı "kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, cəmi 65697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın X2 alınaraq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməsi, tələbin X5 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 423 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 65.697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh ASC-yə yönəldilməsi, qalan məbləğin X5 verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində X4 fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.
17. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh ASC-yə qarşı «kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.
18. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, əri İnqilab Nəzərov tərəfindən kredit götürülməsindən xəbəri olsa da, onun ipoteka müqaviləsindən xəbəri olmamışdır. Bu səbəbdən iddiaçı həmin ipoteka müqaviləsinin və razılaşmanın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli 4/715 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli 112918-NRDVİJ-1230 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013-cü il tarixli 7E/10-8023 reyestr saylı razılıq ərizəsində «İmza» qrafasındakı imza və «Nəzərova» soyadı – İddiaçı tərəfindən icra olunmuşdur.
20. Məhkəmə qeyd edir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Yəni əqd o halda etibarsız hesab edilə bilər ki, onun bağlanmasında iştirak edən subyektlərin tərkibi qanuna uyğun olmasın, əqdin qanunla tələb olunan bağlanma formasına riayət olunmasın, əqdin bağlanmasında iradə ifadəsi olması müəyyən edilməsin və əqdin məzmunu qanunun tələblərinə zidd olsun. Mülki Məcəllənin 6-cı maddəsində müəyyənləşdirilmiş mülki qanunvericiliyin prinsipləri sırasında birbaşa nəzərdə tutulub ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Göründüyü kimi mülki hüquqların əldə edilməsi şəxsin iradəsinə və mənafeyinə uyğun olmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
23. Göstərilən Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2).
24. Qanunvericiliyin tələblərinə əsasən əqdlər yazılı və şifahi olur. Əqdin etibarlı hesab edilməsi əsaslarından biri həmin əqdi bağlayanın buna iradə ifadəsi olmasıdır. Hazırki iddia üzrə iddiaçı məhz bu əsasla çıxış edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəli predmeti olan əqd yazılı formada bağlanan kredit xətti müqaviləsidir və həmin müqavilədə iradə ifadənin olması onu bağlayan şəxs tərəfindən imzalanması ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
26. Məhkəmə qeyd edir ki, iddiaçı ipoteka müqaviləsindən xəbəri olmadığını iddia etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013cü il tarixli razılıq ərizəsində imza iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın ipotekaya qoyulmasına dair razılıq ərizəsindəki imza iddiaçıya aiddirsə, iddiaçının ipoteka müqaviləsindən xəbəri olmuşdur.
27. Göründüyü kimi, iddiaçı istinad etdiyi faktların heç birinə dair lazımi dəlilləri məhkəməyə təqdim etməmişdir.
28. Halbuki, məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Beləliklə məhkəmə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaçının gətirdiyi dəlillərin təsdiq olunmaması və bununla da irəli sürülmüş tələbin həmin hissədə əsassız olması müəyyən edildiyindən, iddia tələbi xx.xx.2013-cü il tarixli 112918-NEDVİJ- 1230 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
30. İddianın ikinci hissəsi, yəni xx.xx.2016-cı il tarixli razılaşmanın etibarsız hesab edilməsi hissəsi ipoteka müqaviləsinin etibarsızlığı ilə birbaşa bağlı olduğundan, prosessual qənaət prinsipi baxımından həmin iddia da təmin edilməməlidir.
31. Məhkəmə həmçinin iddiaçının nümayəndəsi və vəkilinin mülki işə yeni qoşulması və bunun səbəbindən iclasın təxirə salınması halı ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkiliin etirazı əsassızdir.
32. Belə ki, hazırki mülki iş üzrə məhkəmə iclaslarından iddiaçının özü şəxsən iştirak edərək imza nümunələri təqdim etmiş, hazırki vəkilindən əlavə əvvəlki məhkəmə iclaslarında onun digər vəkilinin (səlahiyyətlidir) iştirakı təmin olunmuş, lakin hazırki nümayəndə və vəkil Eldəniz Quliyev isə iddiaçı ilə etibarnaməni məhkəmə iclasından daha əvvəl bağlamış və kifayət qədər məhkəmə iclasından əvvəl mülki işin materialları ilə tanış olmaq üçün vaxtı olmuş, hətta sonuncu məhkəmə iclasında isə ona mülki işin materialları ilə tanış olmaq üçün müəyyən qədər vaxt da verilmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipoteka müqavilənin etibarsız hesab edilməsi və s» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.
36. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyrmi altı) manat İddiaçı tutularaq VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipoteka müqavilənin etibarsız hesab edilməsi və s» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyrmi altı) manat İddiaçı tutularaq VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov