Məhkəmə qərarları › İş №2(006)-6309/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6309/2021

30.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6309/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Viktoriviçə, Cavabdeh2, Cavabdeh3 və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 103 saylı evin, 58 saylı mənzilinə dair X9 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin Cavabdeh2ovun adına verilmiş ********* qeydiyyat nömrəli 12.10.2017-ci il tarixli çıxarış ləğv edilməsi, Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 103 saylı evin, 58 saylı mənzilinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 103 saylı evin, 58 saylı mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 izahatında bildirdi ki, İddiaçı MTK onun üzvlərinin ümumi yığıncağının qərarı ilə yaradılmış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103 onun payçılarının vəsaiti hesabına inşa edilmiş, payçılara mənzillər verilmiş və evin altında yerləşən qeyri-yaşayış sahəsi kooperativin ümumi mülkiyyətində saxlanmışdır. İddiaçı MTK onun üzvlərinin ümumi yığıncağının qərarı ilə X10 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin payçısı hesab edilmişdir. Q.İvanov ölmüş və bundan sonra X11 ərizə ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, X1 xalası oğlu olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, 13 aprel 1955-ci il təvəllüdlü X4 ərizəçi - 1948-ci il təvəllüdlü X3 xalası oğlu olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi qət edilmişdir. İddiaçı MTK Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi həmin qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı MTK Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, ərizəçi X3 ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. Həmçinin X9 maraqlı şəxs Bakı şəhər İcra Hakimyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X5 vəsiyyət üzrə vərəsəsi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-9881 /2016 saylı, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-9881/2016 saylı, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1 (81 )-4498/2017 saylı, 01 avqust 2016-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin X6 adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1 (81 )-4498/2017 saylı, 01 avqust 2016-cı il tarixli qərarı icra edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin mənzilə dair Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra X13 və X11 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)- 4498/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarının ləğv olunmasını və üçüncü şəxs qismində işə cəlb olunmalarını xahiş etmişlər. 01 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 11 sentyabr 2016-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)- 4498/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarı ləğv edilərək, X13 və X11 məhkəmə icraatına üçüncü şəxs qismi ndə cəlb olunmuş və iş üzrə icraat təzələnmişdir. 01 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2l(81)-39/2019 saylı, 23 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Göstərilənlərə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmadığından, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin Cavabdeh1 adına qeydə alınmasına əsas olmuş hal aradan qalxmışdır. Buna görə də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin Cavabdeh1 adına aparılmış qeydiyyatı ləğv olunmalıdır. Buna görə də İddiaçı MTK Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adma aparılmış qeydiyyatının ləğv edərək həmin mənzilin İddiaçı MTK-nın adma qeydə alınması vəzifəsinin Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4442/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə göstərilən iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4442/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması əsası kimi ona istinad olunmuşdur ki, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan ərizə nəzərdə tutulur. Odur ki, məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah etmişdir ki, İnzibati Posessual Məcəllənin 71.1 -ci maddəsinin tələbinə əsasən məhkəməyə ərizə ilə müraciət edə biər. Buna görə də, İddiaçı MTK ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeydiyyatının ləğv edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə təmin edilmiş və qərardad 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeydiyyatı ləğv edilmişdir. Sonradan məlum olmuşdur ki, X9 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2ovun adına ********** qeydiyyat nömrəli 12.10.2017-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sonuncunun adına qeydiyyatdan keçmiş və Cavabdeh3 adına çıxarış verilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeydiyyat ləğv edildiyindən; həmin mənzilə dair X9 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bunun əsasında Cavabdeh2ovun adına verilmiş ********** qeydiyyat nömrəli 12.10.2017- ci il tarixli çıxarış ləğv edilməlidir. Həmçinin Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında əsasında Cavabdeh3 adına verilmiş çıxarış ləğv edilməlidir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilini Cavabdeh2 qanuni əsaslarla almış və müqavilənin ləğvi üçün heç bir əsas yoxdur. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmələrin qərarları var. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 21.11.2018-ci il tarixli, 2(103)-12064/2018 saylı qərardadından görünür ki, ərizəçi X3 “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxslər X9 və İddiaçı MTK tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. İzah edilmişdir ki, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanması, maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli, 2(103)- 4288/2018 saylı qərardadından görünür ki, maraqlı şəxs X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9881/2016 saylı mülki iş üzrə qəbul etdiyi 29.09.2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli 2-1(81)-39/2019 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı MTK-nin ərizəsi təmin edilmiş, 01 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarının icrasına dönüş edilməsi, 01 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydlər ləğv edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli 2-1(112)-444/2021 saylı qərardadından görünür ki, İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeydiyyatının ləğv edilərək həmin mənzilin İddiaçı MTK-nin adına qeydə alinması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzilin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdərəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdərəsinin 11.10.2017-ci il tarixli, **********93 nömrəli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı icra edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 11.09.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı 01.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, X13 və X11 iş üzrə məhkəmə icraatına 3-cü şəxs kimi cəlb edilmiş və iş üzrə icraat təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4077/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinə qarşı 3-cü şəxslər X13 və X11 işə cəlb edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzilin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə 2-1(81)- 4077/2018 saylı inzibati işin icraatı Nəsimi Rayon Məhkəməsinin 04.07.2016-cı il tarixli 2(006)-5922/2016 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli, 2(103)-4288/2018 saylı qərardadından X9 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılıb qurtaranadək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(102)-168/2019 saylı qərarına əsasən, ərizəçi Malaxov Vitaliy Viktoroviç maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı vəsiyyət üzrə vərəsə kimi tanınma tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum İvanov Qeorqiy Qeorqiyeviçin vəsiyyəti üzrə vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 20146-cı il tarixli 2(004)- 9881/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X6 mərhum X5 vəsiyyəti üzrə vərəsə kimi tanınması qət edilmişdir. Maraqlı şəxs X11 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli 2(103)-4288/2018 saylı qərardadı ilə maraqlı şəxs X7 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9881/2016 saylı iş üzrə 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. X9 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı ilə kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli qərardadı dəyidirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-39/2019 saylı, 16 aprel 2019-cu tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-39/2019 saylı, 23 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı X6 iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 19.03.2021-ci il tarixli, **********89 nömrəli məktuba əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4498/2017 saylı, 01.08.2017-ci tarixli qərarı əsasında X6 adına daşınmaz əmlakın dövlət rəyestrində 24.11.2017-ci il tarixdə qeydə alınmış, sonra alqı-satqı müqavilələri əsasında satılaraq hazırda Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı cavabdehlər arasında bağlanmış müqavilələrin və reyestrdən çıxarışların ləğv edilməsini tələb etməsinə baxmayaraq, hazırki iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24.11.2017-ci il tarixdə qeydə alınmış, sonra alqı-satqı müqavilələri əsasında satılaraq hazırda Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi hazırki iş üzrə İddiaçı alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların tələb etməyə subyektiv hüquqa malik deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında xüsusi qeyd etmişdir ki, “əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Qanunverici MM-in 157.5 – 157.7-ci maddələrində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyri-mümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.5 – 157.7-ci maddələrinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması çox ciddi hüquqi nəticələr yaradır. Buna görə də, dövlət qeydiyyatının aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin dəqiq və düzgün tərtib edilməsinin son dərəcə böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə yüksək tələblər şəraitində aparılan dövlət reyestrinin məlumatlarının etibarlılığına inam da olmalıdır. Məhz bu baxımdan göstərilən maddədə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən edilmişdir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdə aparılmış qeyd bir qayda olaraq həqiqi hesab edilir. Cavabdeh3 digər Cavabdeh2 mübahisəli mənzili notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında alan zaman mənzili mülkiyyət hüququ olan şəxsdən əldə edilmiş (həmin vaxtı Cavabdeh2 adına olan çıxarış hüquqi qüvvəsini itirməmişdir), qanuna uyğun olaraq müvafiq arayışlar alınmış (forma 1, 2), mənzil boş olmuş, üzərinə həbs qoyulmamış və sair formada yüklü edilməmişdir. Buna görə də Cavabdeh3 həmin mənzillə bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdi. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin ləğvi tələbi onu ehtiva edir ki, müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmiş, lakin hazırda şəraitin dəyişməsi nəticəsində həmin müqavilənin icrası qeyri-mümkün olmuşdur. İş materiallarından da göründüyü kimi iddiaçı qeyd olunan müqavilələr üzrə tərəf deyildir, eyni zamanda, digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə hansı halda pozduğu sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Viktoriviçə, Cavabdeh2, Cavabdeh3 və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Viktoriviçə, Cavabdeh2, Cavabdeh3 və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar