Məhkəmə qərarları › İş №2(006)-6321/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6321/2020

11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6321/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkəti”nə qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkəti”nə qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarına əsasən ASC “xxxx” Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(l13)-l575/2020 saylı qətnaməsinə əsasən ASC “xxxx” Sığorta Şirkəti müflis elan olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən borclu müflis elan olunarkən: -bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; -borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; -qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Qeyd edilən qərara əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mövcud məhkəmə təcrübəsi, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qnunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi, müflis elan olunmuş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinin tələbinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkəti”nə qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152.1, 152.2, 152.3, 152.4, 152.1.6 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkəti”nə qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar