Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6411/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”BakıSığorta” ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ”BakıSığorta” ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 220,00 manat sığorta ödənişi və 20,40 manat dövlət rüsumu alınaraq iddiaçı ”BakıSığorta” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ”BakıSığorta” ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, 15.03.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu ərazisində ”BakıSığorta” ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortanmış “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 idarə etdiyi “Vaz 21703” (Priora) markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN Bakı Şəhəri RPİ-nin DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı Qərara əsasən, “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Bakı Şəhəri Sabunçu RPİ tərəfindən “Chevrolet Cruze” ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan və inzibati tənbeh haqqında TP ******* saylı qərardan məlum olurki, o, hadisə baş verən anda hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş 15.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 16.03.2021-ci il tarixdə (hadisədən 1 gün sonra) Bakı şəhəri Sabunçu RPİ DYPŞ verdiyi izahatında hadisə baş verən anda tələsdiyi üçün hadisə yerində dayanmadığını, hadisə yerindən yayındığını etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə ”BakıSığorta” ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, 06.04.2021-ci il tarixli zərərin hesablanması aktlına əsasən hadisə nəticəsində “Vaz 21703” (Priora) markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 110.00 (iki yüz iyirmi manat) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 103/21 saylı sığorta aktına və 09.04.2021-ci il tarixli, №AZ0001508 saylı ödəniş tapşırığına əsasən 220,00 manat məbləğində sığorta ödənişi hadisəsi nəticəsində zərər dəymiş “Vaz 21703” (Priora) markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 "xxxx" ASC-də olan AZ37NABZ******************** saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş 17.05.2021-ci il tarixli, BS-C-21/0962 saylı və 29.07.2021-ci il tarixli, BS-C-21/1920 saylı geriyə tələb (subroqasiya) məktublarından görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 220,00 (iki yüz iyirmi manat) məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlər tərəfindən geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AR DİN Bakı Şəhəri RPİ-nin DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından və AD №845300 saylı X1 şəhadətnaməsindən göründüyü kimi hadisə anında “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş, "xxxx" MMC-yə məxsus 26.02.2021-ci il tarixli 01 saylı yol vərəqəsindən görünür ki, “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 26.02.2021-ci il tarixdən saat 19:30-dan 10.03.2021-ci il tarixə saat 19:30-dək idarə etmək hüququ verilmişdir. Xüsusilə nəzərinizə çatdırlır ki, "xxxx" MMC tərəfindən Cavabdeh3 Valeh oğluna verilən yol vərəqəsinin etibarlılıq müddəti yol nəqliyyat hadisəsi baş verən anda bitmişdir. Lakin bununla bağlı AR DİN Sabunçu RPİ-nin DYPŞ tərəfindən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə hüquqi qiymət verilməmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.04.2021-ci il tarixli zərərin hesablanması aktından görünür ki, hadisə nəticəsində “Vaz 21703” (Priora) markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 110.00 (iki yüz iyirmi manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 103/21 saylı sığorta aktından görünür ki, 220,00 manat məbləğində sığorta ödənişi hadisəsi nəticəsində zərər dəymiş “Vaz 21703” (Priora) markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 "xxxx" ASC-də olan AZ37NABZ******************** saylı hesabına köçürülmüşdü. İş materiallarında olan AR DİN Bakı Şəhəri RPİ-nin DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından görünür ki, hadisə anında “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 15.03.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu ərazisində ”BakıSığorta” ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortanmış “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 idarə etdiyi “Vaz 21703” (Priora) markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan TP ******* saylı qərarından görünür ki, “Chevrolet Cruze” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ”BakıSığorta” ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 429.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600-cı maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ”BakıSığorta” ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış müqavilə üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 220,00 manat sığorta ödənişi və 20,40 manat dövlət rüsumu alınaraq İddiaçı ”BakıSığorta” ASC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 367.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 220,00 manat sığorta ödənişi və 20,40 manat dövlət rüsumu alınaraq İddiaçı ”BakıSığorta” ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6411/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6411/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver