Məhkəmə qərarları › İş №2(006)-6432/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6432/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6432/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka ilə yüklü edilməyən hissələrin ayrılması və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka ilə yüklü edilməyən hissələrin ayrılması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Cavabdeh1 ASC) ilə "xxxx" MMC arasında 01 fevral 2008-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh1 ASC-dən 1.000.000 ABŞ dolları məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı kimi digər ipoteka predmetləri ilə yanaşı iddiaçının mərhum həyat yoldaşı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi ipoteka İlə yüklü edilmişdir. Bundan sonra, "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında növbəti 22 dekabr 2008-ci il tarixli kredit müqaviləsi imzalanmış və Bank "xxxx" MMC-yə 2.200.000 ABŞ dolları kredit ayırmışdır. Həmin kredit məbləğinin bir hissəsi "xxxx" MMC-nin 01 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Daha sonra, Bankla "xxxx" MMC arasında uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Mülkiyyət hüququ ilə iddiaçının həyat yoldaşına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi məqsədilə iddiaçının mərhum həyat yoldaşı Banka getmiş X5 vasitəsilə Bankın hüquqşünası X13 ilə danışıqlar aparmışdır. Bankın əməkdaşları Sabirə təklif etmişlər ki, pul məbləği ödəsin və ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi girovdan azad ediləcəkdir. Bu səbəbdən Sabir müxtəlif vaxtlarda, yəni 23.07.2015-ci il tarixdə - 111250 manat, 24.07.2015-ci ildə 105500 ABŞ dolları, 01.10.2015-ci il tarixdə - 1000 manat və 30.10.2015-ci il tarixdə - 2272 ABŞ dolları pul vəsaiti, ümumilikdə - 112250 manat və 107772 ABŞ dolları pulu ödəmiş və bu barədə ona bankın əməkdaşları çek vermişlər. Bundan sonra İmanov Sabir dəfələrlə Bankın əməkdaşlarının yanına gedərək üzərinə düşən öhdəliyi, yəni 112250 manat və 107772 ABŞ dolları ödədiyini bildirərək artıq Bankın öz öhdəliyini icra etməsini tələb etmiş, lakin bankın əməkdaşı ona bildirmişdir ki, əlavə olaraq 70.000 (yetmiş min) manat məbləğ ödənilməli və bir az vaxt istəmişlər. Bu səbəbdən İmanov Sabir 70.000 (yetmiş min) manat məbləği X6 vermişdir. X1 Sabirxan Hüseyn oğlu tərəfindən 112250 manat və 107772 ABŞ dolları ödədiyini bildikdə təəccüblənmiş və həmin çeklərin həqiqiliyinin şübhəli olduğunu bildirmiş və onları saxlamağı tövsiyyə etmişdir. Bütün bunlara baxmayaraq, iddiaçının evi ipoteka yüklülüyündən azad edilməmişdir. İmanov Sabir bankın əməkdaşlarını razılaşmaya əməl etmələrini tələb etdikdə onlar bundan boyun qaçırmışdır. Bu səbəbdən Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş və X1 Sabirdən 70.000 (yetmiş min) manat məbləğin alınmasını yazdığı izahatında təsdiq etmişdir. Bankın işçilərinin hərəkətləri nəticəsində nə iddiaçının mərhum həyat yoldaşının evi girovdan azad edilib, eyni zamanda 112250 manat və 107772 ABŞ dolları vəsaitləri mənimsənilib. İddiaçıya məlum olmuşdur ki, evləri Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış məhz 01 fevral 2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilərək ipoteka müqaviləsi bağlanmış, lakin həmin kredit tam olaraq bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında növbəti 22 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının evi ipoteka ilə yüklü edilməmişdir. Halbuki, bunun üçün qanunvericiliyin tələblərinə görə sonrakı ipoteka müqaviləsi bağlanmalı, əgər əvvəlki öhdəlik tam bağlanarsa ipotekaya xitam verilməli və yeni ipoteka müqaviləsi bağlanmalı idi. Lakin, bunların heç biri olmamışdır. Bunun nəticəsi olaraq evləri ipoteka yüklülüyündən “İpoteka haqqında” Qanunun tələbinə görə yüklülükdən azad edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Halbuki, bankın işçiləri bunu bilə-bilə iddiaçıdan gizlətmiş və 112250 manat və 107772 ABŞ dolları pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər. Qeyd etmək olduqca vacibdir ki, hətta ev girov qoyulsa da, onun yalnız bir hissəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, 13.04.2004-cü il tarixli, FM seriyalı, 027125 nömrəli qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi 3 otaqlı olması göstərilsə də, və fərz etsək ki girov qoyulub, həqiqətdə ev 3 mərtəbəli və təxminən 1000 kvadrat metr ümumi sahədən ibarətdir. Göründüyü kimi, evin fərz etsək ki, yalnız 1-ci mərtəbəsi girov qoyulmuş, 2-ci və 3-cü mərtəbələr ümumiyyətlə girov qoyulmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, Sabirlə bank arasında ipoteka müqaviləsi 01 fevral 2008-ci il tarixdə bağlanmışdır, kredit müqaviləsi isə, 22 dekabr 2008-ci il tarixdə bağlanmışdır. “İpoteka haqqında” qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə, İmanov Sabirlə bank arasında bağlanmış ipoteka müqaviləsi etibarsız ola- ola, yəni bankın buna hüququ olmaya-olmaya əmlakı ələ keçirmişdir. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2010-cu il tarixli, 2(014)- 624/2010 saylı qətnaməsində də öz əksini tapmışdır. Bundan əlavə, bankın işçiləri və məhkəmə bunu bilə-bilə iddiaçıdan gizlətmiş və evi də ələ keçirmişlər. Göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin bütünlüklə iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, bildirdi ki, iddia tələbi ilə razı deyildir. İddia ərizəsi əsassızdır. İddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, mübahisəli mənzilin 2-ci və 3-cü mərtəbəsi ipoteka ilə yüklü edilməyib. Qarşı tərəf həmin mərtəbələrlə bağlı heç bir çıxarış təqdim edə bilmədiyi üçün iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 24.04.2007-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi X2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 52 saylı reyestr kitabının 4636 nömrəli vərəqində, **********39-10301 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2008-ci il tarixli, K-4036 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən "xxxx" MMC-yə 2.200.000 ABŞ dolları məbləğində krediti birinci il üçün illik 21, ikinci il üçün 22, üçüncü il üçün 23 faizlı kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC və X7 arasında bağlanmış 01 fevral 2008-ci il tarixli, İ-3670 saylı ipoteka müqaviləsindən görünür ki, X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evi banka ipoteka qoyulmuşdur. İpoteka predmeti 800.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-624/2010 saylı, 01.10.2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2008-ci il tarixli, K-4036 saylı kredit müqaviləsi üzrə yaranmış 2.146 760 ABŞ dolları məbləğində əsas borc, 789 726 ABŞ dolları faiz borcu, ümumi olaraq 2 936 486 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Nizami rayonu, Abbasov Tofiq küçəsi, istifadədə olan 0.15663 ha torpaq sahəsində yerləşən 23/1 nömrəli 1870,3 kv.m ümumi, 808,4 kv.m əsas, 1061,9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 4 saylı mağazanın 4/3 saylı filialına, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində istifadədə olan 0.1041 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 31 nömrəli mənzilinə, Bakı şəhəri, Əzizbəyov r-nu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində istifadədə olan 0.03039 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,5 kv.m yaşayış, 394,7 kv.m köməkçi sahəsindən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, Abbasov Tofiq küçəsində istifadədə olan 0.15663 ha torpaq sahəsində yerləşən 23/1 nömrəli 1870,3 kv.m ümumi, 808,4 kv.m əsas, 1061,9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 72 ünvanında yerləşən 4 saylı mağazanın 4/3 saylı filialı, Bakı şəhəri, Yasamal r-nu, Yeni Yasamal-1 küçəsində istifadədə olan 0.1041 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 31 nömrəli mənzili, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində istifadədə olan 0.03039 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,5 kv.m yaşayış, 394,7 kv.m köməkçi sahəsindən ibarət 1 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun "xxxx"MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin X8 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2012-ci il tarixli, 2(103)-77/2012 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin direktoru H.B.Həsənovun apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli qətnaməsi, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2008-ci il tarixli K-4036 saylı kredit müqaviləsi üzrə yaranmış 2.146.760 ABŞ dolları məbləğində əsas borcun, 789.726 ABŞ dolları faiz borcun, ümumi olaraq 2.936.486 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanması, ekspertiza xərci - 300 (üç yüz) manatın "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı VÖEN ********** kod 805250 m/h **********944 H/h COR 328518 AZN 3201- 01 S.W.İ.F.T. Bik: İBAZAR 2X hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2012-ci il tarixli, 2(102)-2877/2012 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2012-ci il tarixli, 2(103)-77/2012 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2014-cü il tarixli, 2(103)-549/2014 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli qətnaməsinin borcun tutulması hissəsində dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manatın "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı VÖEE ********** kod 805250 m/h **********944 H/h COR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik: İBAZAR 2X hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2014cü il tarixli, 2(102)-3577/2014 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 21.02.2017-ci il tarixli, AZ-İ № 857198 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13.02.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə X7 arasında ipoteka müqaviləsi bağlanmış, X7 13.02.2017-ci il tarixdə vəfat etmiş, hazırda X2 həyat yoldaşı İddiaçı ipoteka predmeti olan fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin ipoteka yüklülüyündən azad edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi 22 dekabr 2008-ci il tarixli, K-4036 saylı kredit müqaviləsi üzrə öhdəlik tam olaraq yerinə yetirilməmiş, həmin kredit müqaviləsi üzrə banka öhdəliyin qalması müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən ipoteka müqaviləsinin predmetini təşkil edən mənzil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 1 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka ilə yüklü edilməyən hissələrin ayrılması və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın ipoteka ilə yüklü edilməyən hissələrin ayrılması və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar