Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-645/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzası zamanı dəymiş 4140 manat ziyanın, həmçinin hüquqi yardımın göstərilməsi üçün 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “D” yaşayış massivində mülkiyyətində olan “BMW” markalı ** HE *** dövlət qeydiyyat nişanı olan avtomobili ilə hərəkətdə olduğu zaman qarşına çıxan ** EB *** dövlət qeydiyyat nişanı olan HYUNDAİ ACCENT markalı minik avtobili “Yol hərəkəti haqqında qanununun” 327.1-ci maddəsinin tələblərini pozaraq onun idarə etdiyi avtomobili öz tərəfdən vurmuşdur. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərara əsasən ** EB *** dövlət qeydiyyat nişanı HYUNDAİ ACCENT markalı minik avtobilinin mülkiyyətçisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir ki, xx.xx.2023-cü il tarixli "X10” tərəfindən verilmiş qüsur aktına əsasən 4140 manat qiymətləndirilmişdir. Avtomobilinin mülki məsuliyyəti AR-sı Dövlət Sığorta Kommersiya şirkəti edildiyindən sığorta ödənişinin edilməsi üçün müraciət etsə də, cavabdeh sığorta ödənişinin məbləğini 450 manat təyin etmişdir. Yaranmış vəziyyətlə bağlı cavabdehə etdiyi müraciətlər heç bir müsbət nəticə verməmişdir. Belə ki, hadisə zamanı avtomobilinin hər iki fara zədələnmiş və qırılmış (qiyməti bir fara üşün 1 700 x 2 = 3 400) manat, park radar zədələnmiş (qiyməti 80 azn), ön barmaqlıqlar qırılmış (hər birinin qiyməti 90 azn), ön barmaqlıqların rezini yararsız vəziyyətə düşümüş (qiyməti 130 azn). Usta xərcləri ilə birlikdə, cəmi 4140 azn maddi ziyan dəymişdir. Beləliklə iddianın predmeti 4140 azn təşkil edir. Həmçinin bir halı da qeyd etmişdir ki, göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 60 manat pul xərclənmişdir. Buna görə də hüquqi yardım üçün ödədiyi 60 manatında cavabdeh tərəfindən tutulmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğvetmə prosessində olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində, saat 12.00-da Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkət tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında sığortalanmış, İddiaçı məxsus olan və onun tərəfindən idarə olunan "BMW 4281” minik markalı, 99HE011 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Şirkət tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş qüsur aktına əsasən əmlaka dəymiş zərər 450 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı qeyd edilən məbləğlə razılaşmamışdır. “İcbari Sığortalar” haqqında AR Qanununun (bundan sonra - Qanun) 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Qanunun 16.2-ci maddəsində qeyd olunan qayda gözlənilməmiş, sığortaçı tərəfindən zərər müəyyən olunduqdan sonra müstəqil ekspert tərəfindən zərərin qiymətləndirilməsi üçün tələb irəli sürülməmişdir. Hadisə baş verdikdən (xx.xx.2023-cü il) dərhal sonra avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün iddiaçının təşəbbüsü ilə "Avto klub” servis tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə aktı tərtib olunmuşdur. Həmin akta əsasən avtomobilə dəyən zərər 4140 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan TP ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00-da X1 Accent markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan X10 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4140 manat ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək “BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı Əlli oğlunun mülki məsuliyyəti icbari sığortalanmışdır. İş materiallarında olan «F/Ş X4 VÖEN: **********» tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qüsur aktından görünür ki, BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 450 manat hesablanmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, məhkəmə yolnəqliyyat hadisələri ekspertizası üzrə nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X10» tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "BMW 428" markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2670,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materallarında olan «F/Ş X4 VÖEN: **********» tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “BMW 428” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 450,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən əsasən 2014-cü il buraxılışlı “BMW 428“ markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 100 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddianın “cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4140 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığortalanmışdır. Odur ki, dəymiş zərər sonuncudan tutulmalıdır. Məhkəmə vurulmuş zərərin məbləğini müəyyən edərkən iş materiallarında rəyi əsas götürərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində BMW 428İ markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2670 manat müəyyən edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2670 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzi olaraq 60 manatın ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 60 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı ödənilən pula görə onun xeyrinə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 60 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Beləliklə, dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 47.3 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 manat cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi zərərə görə 2670 manat, hüquqi xidmətlərin göstərilməsinə görə 60 manat, cəmi 2730 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 47.3 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 manat cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-645/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-645/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver