Məhkəmə qərarları › İş №2(006)-6458/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6458/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6458/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.000 manat maddi ziyan və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, tam səmimiyyətlə bildirir ki, vaxtilə onun müəllimi olmuş X4 vasitəsilə tanış olduğu, Azərbaycan Tibb Universitetinin “daxili xəstəliklər” kafedrasında dosent vəzifəsində işləyən Cavabdeh onun etibarından suiistifadə edərək, dələduzluq yolu ilə ondan əmi nəvəsinin oxuduğu Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış problemini çözmək üçün 20.000 ( iyirmi min ) manat pul almış və aldığı pula dair qəbz yazıb imzası ilə təsdiq etmişdir. Lakin deyilən vaxt-vədə yetişəndə Cavabdeh müxtəlif bəhanələr söyləmiş, yalanlar danışmış, hətta yaxın dostu olan, o vaxtlar Milli Məclisin deputatı olan X2 boynuna atmaqla vəziyyətdən çıxmaq istəsə də, ona inanmamış, verdiyi 20.000 ( iyirmi min) manat pulunu xahiş və tələb etməyə başlamışdır. Cavabdeh verdiyi 20.000 (iyirmi min) manat pulunu əldə etmək üçün bütün sivil vasitələrdən istifadə etməyinə baxmayaraq bu mümkün olmamışdır. Belə ki, əvvəlcə cavabdehin Fəzail adlı qudası ilə danışmış, sonra İslam adı oğlu ilə görüşmüş, danışmış, daha sonra yaşadığı ünvana gedərək Gülbikə adlı həyat yoldaşı ilə saatlarla söhbət eləmiyinə baxmayaraq halal pulunu əldə edə bilməmişdir. Bu ərəfələrdə ona məlum olmuşdur ki, Cavabdeh barəsində Bakı Şəhər Nəsimi Rayon İcra və Probasiya Şöbəsində 4-icra işi vardır, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 04.12.2016-ci ildə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində hökm qəbul etmişdir. Digər tərəfdən isə Cavabdeh ondan savayı başqa vətəndaşların da etibarlarından sui-istifadə etməkə, dələduzluq yolu ilə pullarını ələ keçirib mənimsəməyi üçün barəsində dəstə-dəstə adamlar hüquq-mühafizə orqanlarına müraciət edirlər, qəbullara gedərək başlarına açılan oyunlarla bağlı əlaqədar qurumlardan kömək istəyirlər. Bütün bunlardan sonra o da hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar vermişdir və sonda onun etdiyi şikayət ərizələri araşdırılmaqdan ötrü aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və baş müstəntiq Ceyhun Rzayevin icraatına daxil oldu. Baş müstəntiq Ceyhun Rzayev tərəfindən aparılan istintaq zamanı bütün qeyd etdiklərini özünü doğrultdu, üzləşmə zamanı cavabdeh səmimi etiraf etdi, hətta 02.04.2021-ci il tarixdə ona olan borcundan cavabdeh ümumi dostu olan X3 vasitəsilə ona 1.000 (bir min) manat pul da göndərdi. İstintaq zamanı barəsində onunla yanaşı digər vətəndaşların da şikayət ərizələrindəki göstərdikləri faktlar öz təsdiqini tapdığı üçün Cavabdeh 29.06.2021-ci il tarixdə ATU-nun Rektorunun 292/k əmrinə əsasən işdən qovulmuşdur. Cavabdeh halal pulunu əldə etmək üçün 200-dən çox şikayət ərizələri, teleqramlar, açıq məktublar aidiyyatı qurumlara ünvanlamış, ümumi dostlarılarından X5 və X7 da ona qoşularaq ərizə ilə əlaqədar orqan rəhbərlərinə müraciət ediblər, amma müsbət nəticə əldə olunmamışdır. Hətta Cavabdeh əvvəlcə ondan aldığı pula dair qəbzləri, iltizamları imzalamasına baxmayaraq sonradan yazıb imzası ilə təsdiq etdiyi Qəbzlərdə, iltizamlarda, açıq məktublarda dostu sabiq deputat Rəfael Cəbrayılovun adını qeyd etməklə özünü müdafiə etmək cəhdində bulunsa da, xeyiri olmamış, onun etibarından suiistifadə etməsi, dələduzluq yolu ilə aldadaraq külli-miqdarda pulunu ələ keçirib mənimsəməsini dərk edib anlamışdır. Məhz buna görə də məhkəmədən cavabdeh barədə xüsusi qərardad qəbul edilməsini rica edəcək ki, qanunun sərt üzü cavabdehə tətbiq edilsin. Baxmayaraq ki, müraciət etdiyi bütün əlaqədar təşkilat rəhbərləri ona cavabdeh barəsində məhkəməyə müraciət etmək cavabını vermişlər. Bütün bunlardan sonra da Cavabdeh ona pul qaytarmamış və qaytarmaq fikrində də deyil. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsas vardır. Yuxarıda göstərilənlərdən əlavə olaraq Cavabdeh artıq 30-aydır ki, onun pulunu 20.000 ( iyirmi min ) manat pulunu özündə saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmiş və ona xeyli-miqdarda zərər vurmuşdur. Belə ki, həmin vəsaitdən hər ay ən azı 2.000 manat gəlir əldə edə bilərdi. Bundan əlavə bu 30 ay ərzində yol, telefon, ərizə mətnlərinin yığılması və göndərilməsi, poçt məsrəfləri, hüquqi nümayəndə üçün etibarnamə və digər xərcləri 1.000 ( bir min ) manat, dövlət rüsumu 30 ( otuz) mana olmuşdur. Beləliklə, bu günə kimi Cavabdeh tərəfindən ona əsas vəsaitdan əlavə olaraq vurduğu zərər: 20.000=30 ay x 2.000=60.000+1.000+30= 61.030 (altmış bir min otuz ) manat təşkil edir. Cavabdeh tərəfindən Qanunun tələbləri bu gün də kobud surətdə pozulur və həmən şəxsin ( cavabdehin) bu qanunsuz hərəkətləri zərərin miqdarını daha da artırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. İddiaçı ilə Cavabdeh arasında 20.000 manat borc olduğunu bilirdi. Mirələsgər Əsgərov ona zəng etmiş, ondan hissə-hissə ödəniş üçün vaxt istəmişdir. Mirələsgər Əsgərov demişdir ki, o pulları Rafael Cəbrayılova vermiş, geri ödəmir. Yeni Yasamalda “Şuşa” restoranında Mirələsgər Əsgərov onunla görüşmüş, 1000 manat yox, 6000 gətirməli idi, 1000 manat vermiş, o da öz növbəsində İddiaçı vermişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 09.07.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Tibb Universitetin rektoruna ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, Universitetinin rektoruna ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, Universitetin rektorunun 292/k nömrəli 29.06.2021-ci il tarixli əmri ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə 09.07.2021-ci il tarixində xitam verilmişdir. Hal-hazırda Cavabdeh Universitetlə heç bir əlaqəsi yoxdur. Əgər Sizin Cavabdeh qeyri-qanuni fəaliyyəti və hüquq pozuntuları haqqında məlumatınız varsa, bu barədə hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan 03.03.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh uzun illər dostluq etdiyi İddiaçı Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “semaşka” xəstəxanasının qarşısında 20 manat pulu bu gün, yəni 03.03.2019-cu il tarixdə almışdır. İş materiallarında olan 14.12.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5000 manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Əsgərov X1 Bəhruz Əfruz oğlundan Bakı şəhəri Nəsimi rayonu ərazisindəki «Semaşko» xəstəxanasının qarşısında 20000 manat pulu 03.03.2019-çu il tarixdə aldım. İş materiallarında olan 10 iyun 2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh dostu İddiaçı borc kimi 03.03.2019-cu ildə aldığı 20000 manat pulu bu günə kimi qaytara bilmədiyim üçün, növbəti dəfə söz verirəm ki, həmin məbləği 20 iyun 2019-cu il tarixdə qaytaracaqdı. Bu onun son xahişi, axırıncı möhlət istədiyidir. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh artıq 3-cü dəfədir ki, İddiaçı möhlət istəyir ki, aldığı 20000 manat pulu qaytaracaq, amma qaytara bilmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 20000 manat məbləğində borc pul almış, həmin məbləğdən 1.000 manatını qaytarmış, qalan 19000 manat məbləği isə bu günədək iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, 19000 manat məbləğində pul cavabdehdən alinaraq, iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən 61030 manat vurduğu zərərin tutulması barədə hissədə qeyd edir ki, iddiaçı həmin məbləğdə ona ziyan vurulmasını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrimə ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar