Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6619/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 məhkəməyə vermiş olduqları “birbiri ilə əlaqəli işlərin birləşdirilməsi”nə dair vəsatəti müdafiə etdi və vəsatətin təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-6619/2021 saylı mülki işin Zəngilan Rayon Məhkəməsinin icraatında olan 2(034)-201/2021 saylı mülki işin icraatı ilə birləşdirilməsi və mülki işin bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi üzrə 2(006)-6619/2021 saylı mülki iş vardır. Eyni zamanda, iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair 2(034)-201/2021 saylı mülki iş Zəngilan Rayon Məhkəməsində hakim Gülsarə İmanovanın icraatındadır. Hesab edirlər ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bu iki mülki iş bir icraatda birləşdirilərək birgə baxılmalıdır. Belə ki, “Bank VTB (Azərbaycan)" ASC-nin X3 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə və İddiaçı "Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası bir-biri ilə əlaqəlidir. Ona görə də, onların iddia ərizəsi ilkin olaraq məhkəmənin icraatına daxil olduğu nəzərə alınmalı və mülki işlər Zəngilan Rayon Məhkəməsinin icraatında birləşdirilərək baxılmalıdır. Məhkəmə iclasında İddiaçı məhkəmədən vəsatətin rədd edilməsini və hazırda iddiaçı olduğu 2(006)-6619/2021 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin nümayəndəsinin vəsatətini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair 2(006)- 6619/2021 saylı mülki iş Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovnanın icraatında olan iddiaçı ”Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(034)-201/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli, 2(034)-1190/2016 saylı qərardadından (hakim Svetlana Əhmədova) görünür ki, iddiaçı ”Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi 05.09.2016-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 15.09.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(006)-6619/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi 30.09.2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 12.10.2021-ci il tarixə, saat 17:25-yə təyin edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə cavabdehin nümayəndəsinin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Zəngilan Rayon Məhkəməsinin icraatında olan 2(034)-1190/2016 saylı (hazırda 2(034)-201/2021 saylı) mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-6619/2021 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair 2(006)-6619/2021 saylı mülki iş Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovnanın icraatında olan iddiaçı ”Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(034)-201/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-6619/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6619/2021
10.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver