Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6789/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.800 manat məbləğində sığorta ödənişininin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı Ələsgərov Mübariz Nuru oğlu ilə 03.01.1984-cü ildə rəsmi nikaha daxil olmuşlar. Ələsgərov Mübariz Nuru oğlu Bakı şəhəri, Xətai RHK. tərəfindən 21.11.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 15.09.1994-cü ilədək N saylı hərbi hissədə xidmətdə olmuşdur. 19.10.1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, ‘'Sol böyrəyi, bağırsaqların yaralanması, sağ əl İ barmağın sınması, aşağı və yuxarı ətraf, yumşaq toxumaların zədələnməsi” diaqnozu ilə yaralanmışdır. 19.10.1994-cü ildə təcili əməliyyat olunub. AR MN 260-87 nömrəli əmrinin 55 b və 34 b maddələrinə əsasən 13.09.1994- cü il tarixli Qərarı ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin, Bakı şəhəri, Xətai rayonu TSFK- nin 16.09.1996-cı il tarixli, 2250 nömrəli aktı ilə ‘'kənar şəxsin köməyinə ehtiyacı var” kimi ona “ömürlük” 1-cü qrup əlillik təyin olunmuşdur. Ələsgərov Mübariz Nuru oğlu aldığı yaraların səbəbindən də 17 may 2005-ei ildə vəfat etmişdir. Sağlığında da sığorta ödənişi almamışdır. Onun valideynləri də vəfat etdiklərindən həyat yoldaşının yeganə varisi İddiaçıdır. Hərbçi olaraq qanunla həyat yoldaşına verilməli olan (əlil olduğuna görə) icbari sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etsə də sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin verilməsində ona köməklik göstərilməsi üçün “Qanunun hədəfində” Beynəlxalq, ictimai-siyasi və hüquq qəzeti redaksiyasına ərizə ilə müraciət etdi. Redaksiyanın Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra DSKŞ) ünvanladığı müraciətinə cavab olaraq DSKŞ 03.06.2014-cü il tarixli, 07-07-1501 saylı məktubu ilə bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarını şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci it tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Həyat yoldaşının bu günə qədər sığorta ödənişinin ala bilməməsinin səbəbi xəsarət aldıqdan sonra sağlam mühitə qayıtmağı üçün, illərlə ciddi müalicəyə mənəvi və psixoloji reabilitasiya dövrü keçməli olub. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş 05/Q-907/69 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ələsgərov Mübariz Nuru oğlu 25 fevral 1962-cı il tarixdə Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 02.03.1962-ci il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən 03.01.1984-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 378626 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ələsgərov Mübariz Nuru oğlu ilə İddiaçı 03.01.1984-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada Abbasova soyadı verilmişdir. Ağdam RHK tərəfindən verilmiş НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ələsgərov X3 rayonu istiqamətində gedən döyüşlərdə 21.11.1993-cü il tarixdən 29.04.1994-cü il tarixə qədər N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. Mərkəzi hərbi hospitalı tərəfindən tərtib edilmiş çıxarış epikrizindən görünür ki, Ələsgərov Mübariz Nuru oğlu 17.10.1994-cü il tarixdən 28.10.1994-cü il tarixədək qarın nahiyəsindən odlu silahdan yaralanması ilə əlaqədar əməliyyat olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı şəhəri Xətai rayonu Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ВТЭ-7 seriyalı, 037744 nömrəli arayışın surətindən görünür ki, 1962-ci il təvəllüdlü Ələsgərov Mübariz Nuru oğluna müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X5 birliyi tərəfindən 10.04.2001-ci il tarixdə verilmiş 000585 nömrəli vəsiqənin surətindən görünür ki, Ələsgərov Mübariz Nuru oğlu İ qrup müharibə əlilidir. AZ-İİ seriyalı, 187514 nömrəli ölüm haqqında şəhadənamənin surətindən görünür ki, X4 04.06.2002-ci il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.07.2002-ci il tarixində 35 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, ******* nömrəli ölüm haqqında şəhadənamənin surətindən görünür ki, Ələsgərov Mübariz Nuru oğlu 17.05.2005-ci il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.06.2005-ci il tarixində 572 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 501880 nömrəli ölüm haqqında şəhadənamənin surətindən görünür ki, X2 25.03.2012-ci il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.04.2012-ci il tarixində 05 nömrə ilə qeyd edilmişdir. 30.11.2021-ci il tarixli təsdiq olunmuş ərizənin surətindən görünür ki, X1 anası İddiaçı iddiasının təmin olunmasına, yəni 8.800 manat sığorta məbləğində sığorta ödənişinin İddiaçı xeyrinə ödənilməsinə etiraz etmir. 01.12.2021-ci il tarixli təsdiq olunmuş ərizənin surətindən görünür ki, Ələsgərov Rüstəm Mübariz oğlu anası İddiaçı iddiasının təmin olunmasına, yəni 8.800 manat sığorta məbləğində sığorta ödənişinin İddiaçı xeyrinə ödənilməsinə etiraz etmir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ələsgərov Mübariz Nuru oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaranması faktı təsdiq edilmişdir. Beləliklə Ələsgərov Mübariz Nuru oğlunun həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman yaralanması halı işin mübahisələndirilməyən halıdır. Hazırkı iş üzrə İddiaçı əri Ələsgərov Mübariz Nuru oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Ələsgərov Mübariz Nuru oğlu sağ ikən həqiqi hərbi xidmətdə olduğu zaman xəsarət alması ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş lakin qanunvericilikdə nəzərdə tutulmayan səbəblərdən ona sığorta ödənişinin verilməsindən Şirkət tərəfindən imtina edilmişdir. Qeyd edilməlidir ki, Ələsgərov Mübariz Nuru oğlunun vərəsələri olan X1 və Ələsgərov Rüstəm Mübariz oğlu sığorta ödənişindən ibarət mirasın qəbulundan iddiaçının xeyrinə imtina etmişlər. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Bu Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin "xxxx" bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 8.800 manat sığorta ödənişi verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8.800 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6789/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6789/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver