Məhkəmə qərarları › İş №2(006)-6819/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6819/2021

27.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6819/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 qarşı «zaminlik müqaviləsinin ləğv olunması və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 qarşı «zaminlik müqaviləsinin ləğv olunması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər "xxxx" ASC ilə Cavabdeh2 arasında 12.06.2019-cu il tarixli kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh2 illik 20 faiz olmaqla 60 ay müddətinə 5000 manat məbləğində kredit verib. Cavabdeh2 iddiaçının mərhum həyat yoldaşının iş yoldaşı olub. İddiaçının həyat yoldaşı baş leytenant X2 Qarabağ Müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuşdur. İddiaçı isə X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yeganə vərəsəsi hesab olunur. Kredit götürdükdən bank tərəfindən zamin tələb edildiyindən Cavabdeh2 ondan zamin durmağını xahiş edib. Yaxın münasibətləri olduğundan onun təklifini qəbul etmişdir. Beləliklə "xxxx" ASC ilə X11 arasında 12.06.2019-cu il tarixli BPM **********40 saylı zaminlik müqaviləsi imzalanıb. Cavabdeh2 kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Odur ki, "xxxx" ASC tərəfindən mərhum həyat yoldaşının əmək haqqısından tutulmalar həyata keçirilib və onun əmək haqqısından 2039,82 manat pul tutulmuşdur. Aşağıda göstərilənlərə əsasən "xxxx" ASC ilə X11 arasında bağlanmış 12.06.2019-cu il tarixli BPM**********40 saylı zaminlik müqaviləsi ləğv edilməli, Cavabdeh2 2039,82 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2069,82 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh2 kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Bununla əlaqədar olaraq bank tərəfindən X6 əmək haqqısından 2039,82 manat pul tutularaq "xxxx" ASC-yə ödənilib. Göründüyü kimi, Cavabdeh2 kredit öhdəliyini lazımınca icra etməməsi səbəbindən kreditora onun əvəzindən 2039,82 manat pul ödənilmişdir. Göstərilənlərə əsasən X11 ilə cavabdeh "xxxx" ASC-nin arasında bağlanmış 12.06.2019-cu il tarixli BPM**********40 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 2039,82 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2069,82 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq öz izahatında göstərmişdir ki, o, iddiaçının mərhum həyat yoldaşını tanıyırdı. Onları aldatmışlar. Mərhumun Allahyar adlı iş yoldaşı var idi, ona pul lazım idi, mərhum da onun üçün bankla öz adına kredit müqaviləsi bağlamışdı, o, da ona zamin durmuşdur. Sonradan o pulu Allahyar heç birinə qaytarmamışdır. Nəticədə əziyyət çəkən onlar olmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə X11 arasında bağlanmış 12 iyun 2019-cu il tarixli BPM**********40 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan Cavabdeh2 arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində illik 20 faiz olmaqla 60 ay müddətinə verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş üzrə X6 hesabdan çıxarışından görünür ki, 13.04.2020-ci il tarixdə 400 manat, 18.05.2020-ci il tarixdə 760 manat, 17.06.2020-ci il tarixdə 266 manat, 17.08.2020-ci il tarixdə 266 manat, 18.09.2020-ci il tarixdə 347,82 manat məbləğində pul silinmişdir. İş üzrə 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.12.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X11 07.10.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.12.2020-ci il tarixdə 1153 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «Bədənin bir neçə nahiyyələr, əhatə edən digər müştərək açıq yaralar, Döyüş meydanı» göstərilmişdir. İş üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-88 reyestr nömrəli, 30.01.2021ci il tarixli şəhadətnamənin kserosurətindən görünür ki, 07.10.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri – arvadı İddiaçı və qızı X9r və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin X5 əldə edilmiş çıxarışa əsasən 11.000 manat sığorta məbləğindən ibarətdir. İş üzrə X10 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 28.04.2021-ci il tarixli pretenziyadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 12.06.2019-cu il tarixli kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh2 illik 20 faiz olmaqla 60 ay müddətinə 5000 manat məbləğində kredit verib. Cavabdeh2 onun mərhum həyat yoldaşı X6 iş yoldaşı olub. Kredit götürülərkən bank tərəfindən zamin tələb edildiyindən Cavabdeh2 X4 ona zamin durmasını xahiş edib. Yaxın münasibətləri olduğundan X11 onun təklifini qəbul etmişdir. Beləliklə, X11 ilə "xxxx" ASC arasında 12.06.2019-cu il tarixli BPM**********40 saylı zaminlik müqaviləsi imzalanıb. Cavabdeh2 kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Odur ki, "xxxx" ASC tərəfindən X6 əmək haqqından tutulmalar həyata keçirilib və X6 əmək haqqısından 2039,82 manat pul tutulmuşdur. Odur ki, "xxxx" ASC ilə X11 arasında bağlanmış 12.06.2019-cu il tarixli BPM**********40 saylı zaminlik müqaviləsinin ləğvi zəruridir. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC ilə X11 arasında bağlanmış 12.06.2019-cu il tarixli BPM**********40 saylı zaminlik müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 12.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik 20 faiz olmaqla, 60 ay müddətinə 5000 manat kredit verilmiş, zamin X11 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, borclu Cavabdeh2 banka olan borcunu vaxtında ödəyə bilməmiş, nəticədə bank tərəfindən zamin X1 hesabından cəmi 2039,82 manat məbləğində pul tutulmuş, zamin X2 Qarabağ Müharibəsində qəhrəmancasına döyüşərək 07.10.2020-ci il tarixdə şəhid olmuş, hazırda X6 qanun üzrə vərəsəsi həyat yoldaşı İddiaçı zaminlik müqaviləsinin ləğv edilməsini və Cavabdeh2 2039,82 manat məbləğində pulunu geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən,ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. Məhkəmə qeyd edir ki, zamin 07.10.2020-ci il tarixdə şəhid olmuş və qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən onun vərəsəsi həyat yoldaşı iddiaçı X7r. Zamin borclunun bank qarşısında olan öhdəliyini icra etdiyindən və buda mirasın passivinə daxil olduğundan, bankın borcludan tələb etdiyi 2039,82 manat məbləğində kreditor tələbi iddiaçıya keçmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəmədə çıxış etməyə subyektiv hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi pulun tutulması hissəsində əsaslı hesab edilməli və Cavabdeh2 2039,82 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" ASC ilə bağlanmış 12.06.2019-cu il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, zaminlik müqaviləsi qüvvədə olduğuna görə iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 zaminlik müqaviləsi üzrə ödənilmiş 2039,82 (iki min otuz doqquz manat, səksən iki qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2069,82 (iki min altmış doqquz manat, səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 zaminlik müqaviləsi üzrə ödənilmiş 2039,82 (iki min otuz doqquz manat, səksən iki qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2069,82 (iki min altmış doqquz manat, səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar