Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-686/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə, 3-cü şəxs X2 və maraqlı şəxs Azərbaycan Kredit Bürosu ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx xxxxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsinin zaminlik təminatı olan cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə, həmin zaminlik müqaviləsi üzrə zaminliyə, onun cavabdeh "xxxx" KB ASC qarşısında zaminlik öhdəliklərinə xitam verilməsi, bu barədə onun Mərkəzləşdirilmiş Kredit Reyestrindəki kredit tarixçəsinə müvafiq qeydlər aparılması, bu öhdəliklərin onun zamin olduğu aktiv öhdəliklər sırasından çıxarılması; cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə əsasən bu müqavilə məhz "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatı kimi bağlandığından həmin zaminlik müqaviləsinin X3 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərə münasibətdə bağlanmamış hesab edilməsi, həmin əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin zaminliklə təmin edilmiş öhdəliklər kimi qiymətləndirilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "X5" Açıq Səhmdar Cəmiyyəti ilə üçüncü şəxs X3 arasında xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi bağlanmış, həmin əsas kredit müqaviləsinə əsasən 1 000 000 manat məbləğində 60 ay müddətinə kredit xətti açılmışdır. "xxxx" KB ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə əsasən bu zaminlik müqaviləsi "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatı kimi bağlanmışdır. Bir sözlə sözügedən zaminlik müqaviləsi yalnız "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatıdır. "xxxx" KB ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə əsasən bu zaminlik müqaviləsi isə ilə X3 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin deyil, yalnız "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatı kimi bağlanmışdır. Həmçinin, o, X3 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərə dair hər hansı bir zaminlik məsuliyyətini öz üzərinə götürməmiş və bu barədə tərəflər arasında hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Ona görə də "xxxx" KB ASC əsassız olaraq X3 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun müştərək qaydada ondan tutulmasına dair tələbləri irəli sürür. Başqa sözlə, o, X3 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi bağlanaraq həmin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin şərtlərinə əhəmiyyətli dəyişikliklər edilsə də həmin kredit xətti müqaviləsi üzrə zaminlik məsuliyyətini öz üzərinə götürmüş onun bu barədə yazılı razılığı alınmamış və onun yazılı razılığı ilə hər hansı bir zaminlik müqaviləsi və ya zaminlik müqaviləsinə əlavə bağlanmamışdır. Başqa sözlə cavabdeh "xxxx" KB ASC ilə üçüncü şəxs X3 arasında bağlanmış kredit müqavilələri mövcud olmuşdur: xx.xx.2014-cü il tarixli 09QB/14 saylı əsas kredit müqaviləsi – ipoteka təminatı qismində xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və zaminlik təminatı qismində xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi; xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi; xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi; xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinin zaminlik təminatı olmadığından həmin kredit müqavilələri üzrə borclar həmin zaminlik üzrə zamindən müştərək qaydada tutula bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X3 izahatında bildirdi ki, onunla "xxxx" KB ASC arasında bir neçə müqavilə bağlanmışdır. İş üzrə iddiaçı İddiaçı zamin kimi məsuliyyət daşıyandır. Odur ki, işin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh «xxxx» KB ASC-nin və maraqlı şəxs Azərbaycan Kredit Bürosu ASC-nin nümayəndələri məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan «xxxx» KB ASC ilə borcalan X3 və zamin İddiaçı arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 09QB/14Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən «xxxx» KB ASC-dən kredit götürmüş borcalan X1 borcverən qarşısında götürdüyü öhdəliyi tam şəkildə icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, «xxxx» KB ASC ilə borcalan X3 və zamin İddiaçı arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 09QB/14Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin İddiaçı xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən «xxxx» KB ASC-dən kredit götürmüş borcalan X1 borcverən qarşısında götürdüyü öhdəliyi tam şəkildə icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bundan başqa iddiaçı qyed edir, xx.xx.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərə dair hər hansı bir zaminlik məsuliyyətini o, öz üzərinə götürməmiş və bu barədə tərəflər arasında hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Lakin iddiaçı həmin mübahisələndirdiyi müqavilələri iş materiallarına əlavə etmədəyindən, iddiaçı öz iddiasını sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə, 3-cü şəxs X2 və maraqlı şəxs Azərbaycan Kredit Bürosu ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə, 3-cü şəxs X2 və maraqlı şəxs Azərbaycan Kredit Bürosu ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-686/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-686/2021
16.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver