Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-698/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxslər X2, X4 və X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «məcburi sığorta haqqının alınması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrini əldə rəhbər tutaraq işdə adıgedən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabından onun İİİ qrup Qarabağ müharibəsi əlili olmuş 05 noyabr 2015-ci ildə vəfat etmiş mərhum əri X3 indiyə kimi ödənilməmiş icbari şəxsi sığorta məbləğinin qanunla nəzərdə tutulan məbləğdə hesablanaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X9, X12 və X14 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «məcburi sığorta haqqının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərini əldə rəhbər tutaraq işdə adıgedən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabından 3-cü qrup müharibə əlili olmuş mərhum X3 qanuni varislərinin hesabına indiyə kimi ödənilməmiş 4.400 manat sığorta haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri 21.06.1972-ci il təvəllüdlü X1 Sovet Ordusu sıralarında 1990-1992-ci illərdə həqiqi hərbi xidmətini tam başa vurmuşdur. Məlum Qarabağ müharibəsi ilə əlaqədar 1992-ci ilin iyun ayından 26.01.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış və İİİ qrup Qarabağ müharibəsi əlili dərəcəsi almışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra, yəni 05.11.2015-ci ildə ağ ciyərinin xəstəliyindən vəfat etmişdir. Mərhum əri ilə rəsmi nikahlarından bir qız övladları vardır. Hal-hazırda o, mərhum ərinin qanuni varisidir. Qeyd edir ki, Qarabağ müharibəsi əlillərinin icbari sığorta haqqlarının müvafiq Dövlət Sığorta Kommersiya Şirkətindən alınması barədə mövcud qanunvericilik normalarına əsaslanaraq adıgedən icra orqanına ərizə ilə müraciət etmişdir. Lakin təəssüflər olsun ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona bununla bağlı imtina cavabı verilmişdir. Hesab edir ki, Şirkətin hərəkətləri qeyri-qanunidir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X9, X12 və X14 iddia ərizələrini onunla əsaslandırmışlar ki, 21.06.1972-ci il təvəllüdlü X1 Sovet Ordusu sıralarında 1990-1992-ci illərdə həqiqi hərbi xidmətini tam başa vurmuşdur. Məlum Qarabağ müharibəsi ilə əlaqədar 1992-ci ilin iyun ayından 26.01.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış və İİİ qrup Qarabağ müharibəsi əlili dərəcəsi almışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra, yəni 05.11.2015-ci ildə ağ ciyərinin xəstəliyindən vəfat etmişdir. Mərhum ailəli olmuşdur və bu nikahdan bir qız övladları vardır. O, da iddia ərizəsi üzrə iddiaçıdır. Mərhumun hal-hazırda qanuni vərəsəsi onun həyat yoldaşı İddiaçı və eyni zamanda onlar hesab olunurlar. Mərhum öldükdən sonra onlar işdə adıgedən Dövlət Sığorta Kommersiya Şirkətinə onlara düşən sığorta haqqının ödənilməsi barədə rəsmi məktubla müraciət etmişlər. Lakin onlara imtina cavabı verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X17 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi qismən, habelə müstəqil tələb irəli sürən 3-cü şəxslər X2, X4 və X7 iddia tələbləri qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onların hər birinə 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi tutularaq ödənilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mərhum X3 arvadı, X14 anası, X12 atası və X9 doğma qızıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin 27.09.2018-ci il tarixli, 261 saylı arayışından görünür ki, X10 həiqətən keçmiş Sovet ordusu sıralarında 1990-1992-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Sonra 06.1992-ci il tarixdən 26.01.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış və İİİ qrup Qarabağ “Müharibə Əlili dir”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərinin Bərpa Mərkəzinin 283 №li xəstəlik tarixindən çıxarışından görünür ki, X5 “Sol əlin çoxsaylı qəlpə yaralanmasından sonrakı qalıq əlamətləri. İ-İİ barmaqlarının kontrakturası. Sol orta sinirin posttravmatik nevropatiyası. Sol əlin periferik tip monoparezi. Hər iki sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı qəlpə çapıqları” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı TSEK-in 07.05.2014-cü il tarixli, 292932 saylı aktı ilə X5 İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X10 03.11.2015-ci il tarixdə “sağ ağciyərin Cr-i” xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən verilmiş 31.08.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 03.11.2015-ci il tarixdə vəfat etmiş X3 - anası X14, - atası X12, - arvadı İddiaçı, - qızı X9 vərəsələri qismində tanınmışlar. Mərhumun arvadı İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 04.10.2018-ci il tarixli 07-07-935 saylı məktubundan görünür ki, İddiaçı ərizəsinə qeyri-məqbul cavab verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. X3 İİİ qrup Qarabağ əlili olması faktı aşkardır, iddiaçıya və müstəqil tələb irəli sürən 3-cü şəxslərə (qanun üzrə vərəsələrinə) müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X2, X4 və X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «məcburi sığorta haqqının alınması» tələbinə dair iddiaları qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq X6, 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq X8, 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq X11 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq İddiaçı ödənilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X2, X4 və X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «məcburi sığorta haqqının alınması» tələbinə dair iddiaları qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq X6, 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq X8, 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin ¼ hissəsi olan 1.100 (bir min yüz) manat tutularaq X11 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-698/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-698/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver