Məhkəmə qərarları › İş №2(006)-702/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-702/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-702/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: iddiaçı X3 Cavabdeh qarşı “əmlak” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sarı brilliant qaşlı komplekt dəst 01 ədəd 2000 (iki min) manat, sarı qızılgül üzük 01 ədəd 200 manat, ağ brilliant tək qaşlı nişan üzüyü 01 ədəd 400 manat, sarı enli kaliso üzük 300 manat, sarı tək qaşlı üzük 01 ədəd 200 manat, beş ulduz qaşlı sırqa 01 ədəd 200 manat, bilərzik 01 ədəd 200 manat dəyərində olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan pulu alınıb İddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, o, Cavabdeh ilə xx xxxx 2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahın pozulmasına dair Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mövcuddur. Ailə qurduqdan sonra münasibətləri normal olsa da sonralar münasibətləri soyumuş, cavabdehlə faktiki olaraq ayrı yaşamağa başlamışlar. Hal-hazırda nikahları məhkəmə qaydasında pozulması üçün aralarında məhkəmə çəkişməsi gedir. Ailə qurduqdan sonra ona verilən qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 29 saylı evə gətirmişdir və münasibətləri pozulana qədər həmin ünvanda yaşamışlar. Hal-hazırda həmin mənzildə yaşayır, atasına məxsus evə qayıtmışdır. Lakin cehiz apardığı qızıl-zinət əşyaları hal-hazırda da əvvəllər yaşadıqları evdə qalmış, cavabdehin qanunsuz sahibliyindədir. Qızıl-zinət əşyalarına aşağıdakı predmetlər daxildir: sarı brilliant qaşlı komplekt dəst 01 ədəd 2000 (iki min) manat, sarı qızılgül üzük 01 ədəd 200 manat, ağ brilliant tək qaşlı nişan üzüyü 01 ədəd 400 manat, sarı enli kaliso üzük 300 manat, sarı tək qaşlı üzük 01 ədəd 200 manat, beş ulduz qaşlı sırqa 01 ədəd 200 manat, bilərzik 01 ədəd 200 manat dəyərində olan qızıl-zinət əşyalarıdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı X3 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə qiyabi icraat qaydasında baxıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 241-ci maddənin 1-4-cü bəndlərinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər xx xxxx 2016-cı ildə rəsmi nikaha girmiş və el-adəti ilə toy məclisi keçirib ər-arvad münasibətlərinə daxil olmuşlar. İddiaçı tələb etdiyi qızıl-ziynət əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf həmin əşyaların toy ərəfəsində iddiaçıya hədiyyə edildiyini etiraf etsə də, sonradan əşyaların iddiaçının özü tərəfindən aparıldığını iddia edir. Lakin, cavabdeh qızıl ziynət əşyalarının iddiaçı tərəfindən aparıldığına dair məhkəməyə heç bir sübut təqdim etmir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Məhkəmə hesab edir ki, sarı brilliant qaşlı komplekt dəst 01 ədəd 2000 (iki min) manat, sarı qızılgül üzük 01 ədəd 200 manat, ağ brilliant tək qaşlı nişan üzüyü 01 ədəd 400 manat, sarı enli kaliso üzük 300 manat, sarı tək qaşlı üzük 01 ədəd 200 manat, beş ulduz qaşlı sırqa 01 ədəd 200 manat, bilərzik 01 ədəd 200 manat dəyərində olan qızıl-zinət əşyaları həqiqətəndə cavabdeh tərəfindən ona hədiyyə edildiyini və hazırda həmin əşyaların cavabdehdə olduğunu məhkəmədə sübuta yetirə bildi. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, sözügedən qızıl-zinət əşyaları cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1- cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV-cü bəndlərinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan qanun normalarına əsaslanaraq, hazırkı mübahisə üzrə dəlilləri və tərəflərin münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının iradəsinə zidd əmlakını verməyib, istifadəsində saxlaması qanuna ziddir. Cavabdehin qanunsuz istifadəsinə saxladığı əmlakın geri tələb edilməsi ilə bağlı iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh sarı brilliant qaşlı komplekt dəst 01 ədəd 2000 (iki min) manat, sarı qızılgül üzük 01 ədəd 200 manat, ağ brilliant tək qaşlı nişan üzüyü 01 ədəd 400 manat, sarı enli kaliso üzük 300 manat, sarı tək qaşlı üzük 01 ədəd 200 manat, beş ulduz qaşlı sırqa 01 ədəd 200 manat, bilərzik 01 ədəd 200 manat dəyərində olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan pulu alınıb İddiaçı X2 qaytarılsın. Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X1 xeyrinə ödənilsin. Cavabdehə izah olunsun ki, qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar