Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-719/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Cavad Elşad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla LPO Cavabdeh ASC-nin Sumqayıt filialı və X5 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi (zaminlik müqaviləsinin qüvvədə olma müddətinin bitməsi əsası ilə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO "Cavabdeh" ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən kreditora illik 25 % olmaqla, 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliyin icrasının təminatı kimi zamin İddiaçı, LPO "Cavabdeh" ASC-nin Sumqayıt filialı ilə xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 №-li zaminlik müqaviləsini imzalayaraq, borcalanın öhdəliklərinin təminatı kimi ona tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, məhəllə 26, 70/40 nömrəli evdə yerləşən 3 otaqlı 24 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 №-li zaminlik müqaviləsinin 6.1-ci bəndində təsbit edilmişdir ki, bu müqavilə 36 (otuz altı) ay müddətinə bağlanılır. Həmin müqavilənin 6.2-ci bəndində isə qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam yerinə yetirilənə qədər qüvvədə qalır. Bildirmək istəyir ki, istinad etdiyi zaminlik müqaviləsinin 6-cı bəndindəki bu iki müddəa, yəni "bu müqavilə 36 (otuz altı) ay müddətinə bağlanılır" və "öhdəlik tam yerinə yetirilənə qədər qüvvədə qalır" müddəaları bir biri ilə daban-daban ziddiyyət təşkil edir və mülki qanunvericiliyin tələbləri və əsas prinsipləri ilə ziddiyyət təşkil edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində birmənalı şəkildə təsbit edilmişdir ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Yuxarıda qeyd edildiyi kimi, zaminlik müqaviləsi xx xxxxxxxx 2014-cü il tarixdə bağlanıb, bağlandığı andan da qüvvəyə minib. Bu müqavilənin özündə də qeyd edildiyi kimi onun qüvvədə olduğu 36 ay müddəti 2017-ci ilin 24 sentyabrında bitib qurtarıb. İndi isə artıq 2020-ci ildir və zaminlik müqaviləsinin qüvvədə olması müddətinin bitməsindən 6 il keçməsinə 2 ay qalıb. Başqa sözlə, kreditor X2 LPO "Cavabdeh" ASC-nin Sumqayıt filialı qarşısındakı öhdəliyinə görə o, tam mülkiyyət hüququ üzrə ona məxsus olan Sumqayıt şəhəri, məhəllə 26, 70/40 nömrəli evdə yerləşən 3 otaqlı 24 nömrəli mənzilinə əsassız yerə 6 ilə yaxındır ki, zamin qalmışdır. Bu isə kobud qanun pozuntusudur, yəni onun konstitusion hüquqlarını əsassız yerə məhdudlaşdırır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazı müdafiə edərək, çıxışında bildirdi ki, ləğv prosesində olan Cavabdeh ASC-nin X3 və İddiaçı qarşı eyni kredit və zaminlik müqavilələri üzrə yaranmış mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair qərarında yer almış müddəaya əsasən eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-cı il tarixli Qərarında yer almış müddəaya əsasən “Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Qeyd edilənlərə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə İddiaçı və üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2014cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən X3 36 ay müddətinə illik 25% dərəcəsi ilə 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 0058/11 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı məxsus ünvan 1 m.24 ünvanında yerləşən daşınmaz əmlak bankla X5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, B-0031/11 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti qiymətləndirici şirkətin qoyduğu qiymətə əsasən 50.000 manat dəyərində qiymətləndirilmişdir. X2 bank qarşısında öhdəliyinin icrası məqsədilə Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə, zaminlik müqaviləsi bağlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-12823/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli İS- 1331-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1 və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.518 manat əsas, 4.882 manat faiz borcu, 100 manat cərimə, cəmi 20.500 (iyirmi min beş yüz) manat məbləğində borcun tutulması, tutmanın ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən 20.500 (iyirmi min beş yüz) manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər X1 və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-1110/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh N.F.Allahverdiyevin verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-12823/2017 saylı qətnaməsi - «cavabdehlər X1 və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.882 manat faiz borcunun tutulması, ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin» hissəsində dəyişdirilməsi, faiz borcunun 3812,45 (üç min səkkiz yüz on iki manat qırx beş qəpik) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilin ilkin satış qiymətinin 100.000 (yüz min) manat müəyyən edilməli, qətnamənin qalan hissələrində dəyişdirilmədən saxlanılması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pulun 113,15 (yüz on üç manat on beş qəpik) manat hissəsi cavabdehlər X5 və İddiaçı müştərək qaydada, 6,85 (altı manat səksən beş qəpik) manat hissəsi isə iddiaçı “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi, qətnamə - Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X4 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1 və İddiaçı müştərək qaydada iddiaçı "Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.518 (on beş min beş yüz on səkkiz) manat əsas borc, 100 (bir yüz) manat cərimə, tutma ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, qalan vəsaitin İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehlər X1 və İddiaçı “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 2198/2020 saylı qərarı ilə cavabdeh X5 və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-1110/2019 saylı qətnaməsinin cavabdeh X3 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı LPO Cavabdeh ASC qarşısında zamin kimi məsuliyyət daşımamalı olduğuna əsaslanaraq, zaminlik müqaviləsinə xitam verilməsini xahiş edir. İddiaçı zaminlik müqaviləsi üzrə ona qarşı iddia tələbinin irəli sürülməsi üçün LPO Cavabdeh ASC tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyünü hesab edir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, İddiaçı LPO Cavabdeh ASC qarşısında cavabdeh kimi tanınmış və digər borclu ilə yanaşı, İddiaçı zaminlikdən irəli gələn öhdəlikləri ilə əlaqədar borc məbləğinin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-719/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-719/2021
04.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver