Məhkəmə qərarları › İş №2(006)-7190/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7190/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7190/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC ilə xüsusi mülkiyyət hüququ ilə 31.07.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ipotekadan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh İddiaçı ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, 90-BM533 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi bank qarşında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31.07.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsi üzrə 2646,93 ABŞ dolları əsas, 1537,56 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 1020,30 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014cü il tarixli qərarına əsasən hesablanan 397,01 ABŞ dolları faiz borcunun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə 1590,61 ABŞ dolları əsas, 924,01 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 522,75 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014- cü il tarixli qərarına əsasən hesablanan 236,06 ABŞ dolları faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Tanrıverdiyev sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2944/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-981/2020 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bildirir ki, 12 iyul 2021-ci il tarixində ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipotekadan çıxarılmasını xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu onun əmlakının ipotekadan çıxarılmasından imtina etmişdir. Həmin zaman Əmanətlərin Sığortalanması Fondu ona məhkəməyə müraciət etməyini bildirmişdir. Halbuki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsi MK-nın 29 yanvar 2021-ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2944/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun ona qarşı iddiası rədd edilmişdir. Lakin buna baxmayaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininin ipotekadan çıxarmamışdır. Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 15 iyul 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininin ipotekadan çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə bu müddət ərzində məktubumu cavablandırmamışdır. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli Qərarı ilə LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdi. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər; 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinə əsasən avtomobil alınması məqsədi ilə 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 4000 ABŞ dollarıməbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsinə əsasən krediti müqaviləsi ilə verilən kreditin qaytarılmasının təminatı kimi cavabdehə məxsus “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** avtomobil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunla müəyyən olunan iddia müddəti ötürüldüyü üçün iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə iddia müddəti ötürülmüş, bu səbəbdən də LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilməmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməli, İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** avtomobil 31 iyul 2015-cu il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ddia tələbi təmin edilməli, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilsin. İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar