Məhkəmə qərarları › İş №2(006)-753/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-753/2021

16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-753/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, "xxxx" MTK qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-də yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə olunan pul dövriyyəsinə əsasən X2 38% təsisçilik payı hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən təsisçilik payı birgə nikah dövründə onun puluna alınaraq formal olaraq həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. X1 arasında nikah 26.02.2019-cu ildə pozulmuşdur. Tikinti başa çatdığından məhkəmə prosesi getdiyindən və əmlakın üzərində həbs olduğundan bölgü aparılmışdır. "xxxx" MTK-nin balansında 23.05.2006-ci il tarixli 000102 saylı və 29.09.2006-ci il tarixli 000494 saylı şəhadətnamələrinə əsasən ümumilikdə 8645.4 m2 torpaq sahəsi olmuşdur. Bu torpaq sahəsi 18.10.2007-ci ildə Konsalting MMC tərəfindən QF-743 saylı ekspert rəyi ilə 4 mln. Manat dəyərində qiymətləndirilmişdir. 2007-ci ildə bu torpaq sahəsinin sahəsi 90.000 m2 yaşayış sahəsi 76800 m2, qeyri-yaşayış sahəsi 4500 m2 , 200 yeraltı qarajdan ibarət yaşayış kompleksi inşa edilmişdir. MTK-nın pul dövriyyəsi (2007-2018) 11 may 2016-cı il tarixli 8962 saylı ekspert rəyinə və "xxxx" MTK 11.12.2018-ci il tarixli, 138 saylı məktubuna əsasənhesablanmışdır. Rəyə əsasən 2007-2011-ci illər ərzində 484 yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti 26.319463 manat olmuş və bu məbləğə əlavə hesablanmışdır. Cavabdehlər Cavabdeh1, "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx" MTK-nin iddia ərizəsinə etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-da yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə olunan pul dövriyyəsinə əsasən X2 58% təsisçilik payı hesablanması və MTK-da Cavabdeh1 38 % təsiscilik payının (pul şəklində) birgə nikah dövründə əldə olunduğunu nəzərə alaraq, bu payın üzərində əmlak (pul) bölgüsü aparılmasını" xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində özü tərəfindən tərtib edilmiş cədvəllərə istinad dərək MTK-nın ümumi dövriyyəsini çıxartmağa cəht etmişdir və həmin dövriyyədən Məmmədova Mananm və ona düşən payı pul şəklində hesablanmasını xahiş etmişdir. Lakin nədənsə iddiaçı qanunvericiliyin maddələrinin sadalayaraq əmlak bölgüsünü qeyd etsə də, təsisçilərin müəssisənin ümumi dövriyyəsindən ox məsh mənfəətindən divident götürməli oddağlannı qeyd etmir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Bakı Ağır Cinayətlə Məhkəməsinin 1(101)-77/2013 saylı, 01 iyul 2013-cü il tarixli hökmü ilə "xxxx" MTK-nm təsisçilərindən birinin həyat yoldaşı olan İddiaçı Aslan oğlu, MTKya məxsus mənzillər tam satıldıqdan sonra 28 ədəd mənzili təkrar sataraq dələduzluq etmiş və qeyd edilən məsələləri örtbasdır etmək üçün digər təsisçi Piriyev Ərə stun Yasin oğlunun tamah niyyəti ilə sifariş verərək qəsdən öldürülməsində iştirak et miş və ömürlük azadlıqdan məhrum edilmişdir. Həmin cinayət işi üzrə hökm qəbul edilərkən zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün artıq Cavabdeh1 məxsus və birgə nikah dövründə əldə edilmiş əmlaklar müəyyən edilərək İddiaçı payı yən edilmiş və üzərinə yönəldilmişdir. Qeyd etmək istərdi ki, "xxxx"-da olan təsis paylarıda buraya daxildir. Bundan sonra hökm icra edilməsi üçün Binəqədi Rayon İcra probasiya Şöbəsinə göndərilmiş, bu günədək icra şöbəsinin icrasındadır və icra Məmmədova Mananın və İddiaçı MTK-da nizamnamə paydan əlavə əmlakı müəyyən edilməmişdir. Nəzərinizə çatdırmaq istərdi ki, MTK-da 2014-cü ildə aparılmış səyyar vergi yoxlaması aktına əsasən, vergidən yayınmaya görə 21 iyun 2015 - 03 oktyabr 2016-ci il tarixində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması departamentində icraatda ********** saylı cinayət işi olmuşdur və cinayət işi üzrə ibtidai istintaq bitərək iş Nərimanov Rayon Məhkəməsinə verilmiş və cinayət işi üzrə hökm elan edilmişdir. Qeyd edilən hökmə əsasən, səyyar vergi yoxlama aktı əsasında başlanılmış cinayət üzrə İddiaçı Həsən oğlu və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsini girərək, MTK-nın qeydiyyatda olduğu vergi orqanına təqdim etdikləri ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil edib satış dövriyyəsini gizlədərək 4697747.50 manat məbləğində ƏDV-nin və 2007-ci ilin 1ci rübü 2009-cu ilin 1- ci rübləri üzrə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim edilmədiyindən 771405 manat MTFSV-ni dövlət büdcəsinə ödəməkdən yayındıqlarına görə A.R.C.M-sinin 213.2.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdirlər. Buradan da məlum olur ki, İddiaçı özü şəxsən MTK-ya rəhbərlik edib, vergidən yayınıb və MTK-nın əmlakım faktiki idarə edib və gəlirlərin xərclənməsinə və bölüşdürülməsinə nəzarət etmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, İddiaçı 2018-ci ildə eyni məzmunlu iddia ərizəsi ilə MTK-nın təsis payında 2% təsis payı olan Rusiya Federasiyasında qeydiyyatdan keçmiş olan "xxxx" MMC-nin 50% həmtəsisçisi kimi Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(005)-4661/2018 saylı qətnaməsinə əsasən iddia ərizəsi rədd edilmişdir və apelyasiya irəli verilmədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə də yuxanda qeyd edilən faktlar əks olunub və Qətnamənin 8-d səhifəsi 3-cü abzasında məhkəmə istənilən halda İddiaçı subyektiv hüququ olduğu təqdirdə belə iddiasının əsassız olduğu qənayətinə gəlmişdir. Belə ki, faktiki olaraq İddiaçı rəhbərlik etdiyi dövrdə satışa nəzarət etmişdir, satışdan əldə edilmiş vəsaiti idarə edərək vergidən yayınmışdır. Bundan əlavə onun rəhbərlik dövründə MTK-nin ziyanına edilmiş qanunsuz hərəkətlər, alınmış kredit, ödənməmiş vergi və işçilik borcuna (barterə) görə satılmış əmlaklardan əlavə əmlaklar tələbkarların borcunun ödənilməsi üçün təhvil verilmişdir və binanın inşası 9 il sonra tamamlanmışdır. Bununlada "xxxx" MTK əmlak satışından mənfəət əldə etməmiş və bu itkisinə böyük həcmdə vergi, kredit və digər dövlət orqanlarına olan borcların ödənməsini təmin edə bilmədiyindən tam olaraq müflis vəziyyətdədir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində məsul vəzifələri tutma hüququndan məhruç edilməklə ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.07.2013-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 120.2.1-ci, 120.2.5, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələri ilə təqsirli bilinib qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.12.2018-ci il tarxili qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1, "xxxx" MTK qarşı əmlak bölgüsünə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası MM-nin 220.1, 220.2 və 220.3-cü maddələrinə əsasən «Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər», «Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər», «Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına və yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 amal qızına, "xxxx" MTK qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi təmin edilməmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, "xxxx" MTK qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar