Məhkəmə qərarları › İş №2(006)-790/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-790/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-790/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaxxxxının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında axxxxıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaxxxxı İddiaxxxxı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2000-ci ildə Azərbaycan Respublikası Ali Hərbi Məktəbə daxil olmuş. 2004-cü ildə hərbi məktəbi bitirmiş və həmin tarixdən Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi hərbi xidmətə başlamış və xx xxxx 2012ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 27,07.2007-ci il tarixli 1401 nömrəli arayışına əsasən “hər iki ayağın xroniki məhdud, tez-tez residivləşən ekzeması. natamam remissiya mərhələsində, hər iki bazu oynaqlarının bağ aparatının zəifliyi nəticəsində qeyri-stabilliyi, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozu qoyulmuş və həmin xəstəliklərin hərbi xidmət dövründə aldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiayasının xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaxxxxı yuxarıda qeyd olunan xəstəlikləri hərbi xidmət dövründə almışdır. Tibbi-Sosial Ekspert Komissiayasının apardığı müayinələrə əsasən İddiaxxxxı xx xxxxx 2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilməklə, həmin əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olduğu göstərilmişdir. İİ qrup əlillik dərəcəsi almağına görə ona sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə etdiyi müraciətə, Şirkət tərəfindən baxılaraq xx xxxxxx 2018-ci il tarixli, 07-07-633 nömrəli məktubla ödənişin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinaya səbəb kimi xx.xx.2012-ci il tarixdə hərbi xidmətdən təxris olunduğundan 3 il kexxxxdikdən sonra müraciət etməyi göstərilmişdir. Beləliklə, işin faktiki halları ilə mübahisəsiz qaydada İddiaxxxxı hərbi xidmət zamanı yuxarıda qeyd olunan xəstəliklərin alındığı və xəstəliklə əlaqədar olaraq ona ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Belə ki, əlillik dərəcəsinin 3 il müddətində alınmadığı barədə dəlillə əlaqədar bildirirlər ki, İddiaxxxxı Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2016-cı il tarixdə həbsdən azad edilmişdir. Beləliklə, Dövlət Sığorta Kommersiya Şirkətinin əsas gətirdiyi 3 illik müddət İddiaxxxxı tərəfindən üzürlü olaraq buraxılmışdır ki, buna səbəb qeyd etdiyi kimi onun 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi olmuşdur. Belə olduğu halda isə iddia təmin edilməli və cavabdehdən 6.600 manat məbləğində sığorta ödənişi iddiaxxxxının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaxxxxı İddiaxxxxı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaxxxxının nümayəndəsi X3 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə xxxxıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, İddiaxxxxı iddia tələbini onunla əsaslandırır ki, o, 2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi zaman xəstələnmişdir. İş materialarında olan sənədlərə əsasən İddiaxxxxı hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik xx.xx.2018-ci ildə təyin edilmişdir. Həmin arayışdan görünür ki, ona təyin edilən İİ qrup əlillik hərbi xidmətdən tərxis olunandan 6 il sonra verilmişdir. Baş vermiş hadisə nəticəsində hərbi qulluqxxxxu həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmalıdır. Yəni ehtiyata və ya istefaya buraxılmasının səbəbi hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə aldığı xəsarət və ya xəstəlik olmalıdır. Ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar sığorta olunana əlillik üxxxx il müddətində təyin olunmalıdır. Yəni, əlilliyinə səbəb olmuş hadisə xidmət edərkən (xidmət dövründə) baş vermiş hər hansı bir hadisə (xəsarət) və ya haldır (xəstəlikdir). Hadisənin sığorta hadisəsi hesab olunması üxxxxün əlilliyin 3 il müddətində təyin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət kexxxxdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Göründüyü kimi əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üxxxxün bu müddətin gözlənilməsi zəruridir. Qanunun yuxarıda istinad edilən müddəasından göründüyü kimi sığorta ödənişinin həyata kexxxxirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Beləliklə, iddiaxxxxı İddiaxxxxı əlillik istefaya buraxıldığı gündən 3 il kexxxxdikdən sonra təyin edildiyi üxxxxün sığorta ödənişinin verilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaxxxxı İddiaxxxxı iddiasının rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaxxxxı xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 057 saylı, xx.xx.2012-ci il tarixli əmrinə əsasən (158-ci maddənin “a” bəndinə - törətdiyi cinayətə görə) Azərbaycan Respublikasının SQ-dən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası tərəfindən tərtib edilmiş 1401 saylı arayışdan görünür ki, 1982-ci il təvəllüdlü İddiaxxxxı xəstəliyini hərbi xidmət dövrünə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 1055 saylı qərarından görünür ki, İddiaxxxxı “hər iki ayağın xroniki məhdud, tez-tez residivləşən ekzeması, natamam remissiya mərhələsində. Hər iki bazu oynaqlarının bağ aparatının zəifliyi nəticəsində qeyri-sabitliyi, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Elektron Hökumət Portalından xxxxıxarışdan görünür ki, İddiaxxxxı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixli, 07-07-633 nömrəli cavabından görünür ki, İddiaxxxxı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə təqdim etdiyi sənədlərə baxılaraq bildirirlər ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxxxxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üxxxx il müddətində sığorta olunana əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, o, xx xxxx 2012-ci ildə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət kexxxxdikdən sonra, yəni xx xxxxx 2018-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Ona görə ona İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür, Belə ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üxxxxün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaxxxxı “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqxxxxuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət kexxxxməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqxxxxular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqxxxxulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «xxxx» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxxxxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üxxxx il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkexxxxmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqxxxxuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqxxxxu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət kexxxxərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata kexxxxirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə iddiaxxxxı İddiaxxxxı hərbi qulluqxxxxu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən xxxxərxxxxivələrə salınmasına gətirib xxxxıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi xxxxıxış etmir, həmxxxxinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üxxxxün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaxxxxı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaxxxxı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay kexxxxdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar