Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-800/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeḣ qızına qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Topçubaşova Sevinc Cümşüd qızına, Cavabdeh Bayramalı qızı, X16 və X11, X14 və qeyrilərinə qarşı «müqavilələrin ləğv edilməsi tələbi»nə dair ilk, X10 X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı X8 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, “xxxx” MMC ilə cavabdehlər Topçubaşova Sevinc Cümşüd qızı ilə bağlanmış xx.xx.2010-cu il tarixli, X19 ilə bağlanmış xx.xx.2016-cı il tarixli, Cavabdeh Bayramalı qızı ilə bağlanmış xx.xx.2014-cü il tarixli X16 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X8 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsi, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 130№- li müqavilənin və onun əsasında xx.xx.2014-cü il tarixdə verilmiş 163№-li kassa mədaxil orderinin etibarsız hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsini, “xxxx” MMC ilə X17 arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142№- li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin etibarsız hesab edilməsini, X17 ilə X6 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə dair X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarışın ləğv edilməsini və cavabdeh X2 həmin mənzildən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, 30 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdehlər X14 və qeyrilərinə qarşı «müqavilələrin ləğv edilməsi tələbi»nə dair ilk, X10 X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-95/2020 saylı mülki iş üzrə “Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin (3 otaqlı mənzil üzrə) ləğv edilməsi” tələbinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçı X4 Cavabdeh qarşı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, D.Əliyeva küç. 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140.6 kv.m. olan 31 saylı mənzilin “xxxx” ilə bağlanmış xx.xx.2010cu il tarixli müqavilə ilə 113.183 manata iddiaçı X1 halda, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə sözügedən mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 130№- li müqavilə bağlanaraq onun əsasında xx.xx.2014-cü il tarixdə verilmiş 163№-li kassa mədaxil orderi verilmişdir. Bununla da iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin maraqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmuşdur. Vəzifə səlahiyyətlərindən sui istifadəyə görə MMC-nin vəzifəli şəxsləri X22 və X9 Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham verilmiş, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Cavabdeh həm Azərbaycan Respublikası Prokurorluğu, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq edilən cinayət işi üzrə verdiyi ifadəsində qeyd edilən mənzilin ondan əvvəl iddiaçıya satılmasının ona məlum olmasını göstərmişdir. Lakin cavabdeh qeyd edilən mənzillərin “xxxx” MMC-nin vəzifəli şəxsləri tərəfindən təkrar satılmaları ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının davam etməsinə baxmayaraq mübahisəli mənzildə təmir işləri aparmaqda və oradan istifadə etməkdə davam edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələblərinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeḣ qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeḣ qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4727/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh “xxxx” MMC-nə qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, xx.xx.2014-cü il tarixli 130 saylı müqaviləyə əsasən, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzil üzərində Cavabdeh sahiblik və istifadə hüququnun bərpa edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzildə təmin işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin Cavabdeh təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində “xxxx” MMC-dən Cavabdeh xeyrinə 10 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-cı il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4727/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı Cavabdeh “xxxx” MMC-yə qarşı xx.xx.2014-cü il tarixli 130 saylı müqaviləyə əsasən, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 salyı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzil üzərində Cavabdeh sahiblik və istifadə hüququnun bərpa edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin Cavabdeh təhvil verilməsi vəzifəsinin “xxxx” MMCnin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-778/2019 saylı qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-cı il tarixli, 2(103)-8734/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-150/2018 saylı hökmündən görünür ki, X12 Azərbaycan Respublikasının CM-nin 178.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək ümümilikdə 10 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Məmmədov İsa Əli oğlu Azərbaycan Respublikasının CM-nin 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-150/2018 saylı hökmü həmçinin zərərçəkmiş şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək hökm ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə «xxxx» MMC tərəfindən inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cumərtəbəsində, sahəsi 140,6 kv.m olan 3 otaqlı 31 №-li mənzildən ibarətdir. Həmin mənzilə dair 2 müqavilə bağlanmışdır. Birinci müqavilə xx xxxxx 2010-cu il tarixdə «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış və həmin müqaviləyə əsasən icraçı «xxxx» MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa olunan 1 saylı çoxmənzilli yaşayış binasının 10- cu mərtəbəsində, 140,6 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 31 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 113183 manat icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixli 02 saylı kassa mədaxil orderinə əsasən sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. İkinci müqavilə isə xx xxxxxxxx 2014-cü il tarixdə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və həmin müqaviləyə əsasən icraçı «xxxx» MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa olunan 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində, 140,6 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 31 saylı mənzili payçı Cavabdeh təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 185000 manat pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli AXU 163 saylı kassa mədaxil orderinə əsasən sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh onunla bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli müqaviləyə istinad edərək,mübahisəli mənzilin onun sahiblik və istifadəsinə verilməsi tələblərini irəli sürmüş, onun tələbi Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)- 4727/2018 nömrəli qətnaməsi ilə təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya instansiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdeh ilə «xxxx» MMC arasında xx xxxxxxxx 2014-cü il tarixli 130 saylı müqavilə bağlanılan zaman həmin müqavilənin predmetinitəşkil edən və inşa edilməli olan mübahisəli mənzil cavabdeh «xxxx» MMC-yə məxsus olmamış və onun həmin mənzilə dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə müqavilə bağlanmamışdan təxminən 4 il 5 ay əvvəl, yəni xx.xx.2010-cu il tarixdə «xxxx» MMC ilə üçüncü şəxs İddiaçı arasında həmin mənzilin tikintisi haqqında müqavilə bağlanmış və o, həmin mənzilin dəyərini tamolaraq ödəmişdir. Həmin işlə bağlı kassasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli ittiham aktı ilə də müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh istinaq dövründə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa olunan 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində, 140,6 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 31 saylı mənzilinin ondan əvvəl İddiaçı satılması məlum olmuş, “xxxx” MMC tərəfindən aldadılması ilə əlaqədar o, zərərçəkmiş şəxs qismində işə cəlb edilmiş, istintaq dövründə bu barədə məlumatlı olduğu halda, həmin dövrdə də qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X12 və Məmmədov İsa Əli oğlu barədə olan, xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-150/2018 saylı hökmü ilə həmçinin təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən olan həmçinin Cavabdeh Azərbaycan Respublikasının CPM-nin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatında qaydasında vermək hüququnun olması da izah edilmişdir. Sözügedən hökmlə müəyyən edilmişdir ki, X13 «xxxx» MMC-nin direktoru vəzifəsində işləyərkən, «xxxx» MMC ilə Alyans-Z MTK arsında bağlanmış xx.xx.2006-ci- il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının tikintisini aparmaqla onu vaxtında və keyfiyyətli tikinti qaydalarına əməl etməklə başa çatdırmaq, mənzillərin satışını həyata keçirmək və sair öhdəlikləri yerinə yetirilməsinə səlahiyyətli məsul şəxs olmaqla qeyd edilən Cəmiyyətin təsisçisi-faktiki rəhbəri Məmmədov İsa Əli oğlu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və sui-isdifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə, həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 31 nömrəli mənzilin «xxxx» MMC ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə ilə 113 183 manata İddiaçı satdığını bildiyi halda göstərilən mənzili yenidən xx.xx.2014-cü il tarixində Cavabdeh 185 000 manata qanunsuz satıb, Cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisində həmin pul vəsaitini alıb öz aralarında bölməklə özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Cavabdeh adına satılması haqqında məzmuna bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-xx.xx.2014-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və 185 000 manat ödəməyi barədə həmin tarixli mədaxil qəbzini tərtib edib, imzası möhürü ilə təsdiq edərək sonuncuya verib tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, İddiaçı mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarını və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Qanuni qüvvəsni almış hökmdən daha sonra görünür ki, istintaq zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maliyyə xidmətinə təhvil verilmiş, iş üzrə vurulmuş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə X7 təqdim etdiyi ümumilikdə 668.000 manat məbləğində pul vəsaitindən həmçinin Cavabdeh 70.961 manat məbləğində pul vəsaiti olmaqla vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq icra vərəqəsi də verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə də müəyyən edilmişdir ki, mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan 31№li mənzil İddiaçı məxsus olmuş, onun mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ yaranmış, lakin buna baxmayaraq sonradan «xxxx» MMC-nin direktoru və təsisçisi tərəfindən qanunsuz olaraq artıq MMC-nin mülkiyyəti sayılmayan həmin mənzili Cavabdeh satılmışdır. Halbuki, “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi mənzilin sahibi (mülkiyyətçisi) olması sübuta yetir və iddiaçı tərəfindən iddia tələb edilən anda mənzil cavabdehin sahibliyində olmuşdur. Nəhayət, cavabdehin əşyaya sahiblik hüququnun qanunsuz olması da işin araşdırılmış sübutları ilə öz təsbdiqini tapmışdır. Məhkəmə hazırki işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 130№- li müqavilə və onun əsasında xx.xx.2014-cü il tarixdə verilmiş 163№-li kassa mədaxil orderi etibarsız hesab edilməklə Cavabdeh həmin mənzildən çıxarılmalı, İddiaçı sözügedən mənzilə sahiblik, istifadə hüquqları bərpa edilməklə mənzil naturada ona təhvil verilməli və o həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 130№- li müqavilə və onun əsasında xx.xx.2014-cü il tarixdə verilmiş 163№-li kassa mədaxil orderi etibarsız hesab edilsin və Cavabdeh həmin mənzildən çıxarılsın. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə sahiblik, istifadə hüquqları bərpa edilsin, mənzil naturada ona təhvil verilsin və o, həmin mənzilə köçürülsün. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən 1 ay müddətində Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-800/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-800/2021
23.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver