Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-802/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «müəyyən edilmiş payın ayrılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müəyyən edilmiş payın ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin ½ hissəsi üzərində tanınmış payının-24758,50 manatın ayrılması və ayrılmış payın verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2016-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızı arasında xx.xx.2016ci il tarixdə Rusiya Federasiyası, Kabardino-Balkariya Respublikası, X7 Yerli İdarəetmə VVAQ şöbəsində 388 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması və birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X8 anası Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının himayəsində qalması qət edilmişdir. Tərəflərin birgə nikah müddətində lizinq verən "xxxx" QSC ilə lizinq alan X9 və Cavabdeh arasında bağlanılmış xx.xx.2016-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair lizinq verən "xxxx" QSC ilə lizinq alan X9 arasında bağlanılmış xx.xx.2016-ci il tarixli, 1074/182/2016-1 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə hüquq və vəzifələr X9 tərəfindən Cavabdeh ötürülmüşdür. Tərəflər həmin ünvanda nikah dövründə yaşayaraq, birgə təsərrüfat aparmışlar. Nikahın pozulmasından sonra iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızı Cavabdeh qarşı "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, o cümlədən lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmışdır. Pay tanındıqdan sonra pul şəklində tanınmış 24758,5 manatın ayrılaraq ona ödənilməsi üçün iddiaçı A.İddiaçıHacıyevə müraciət etməsinə, mübahisənin həlli üçün 12 saylı Mediasiya Təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdehlə razılıq əldə edilməmiş, buna dair xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00263 saylı arayış əldə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsində məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək, İddiaçı daşınmaz əmlaka görə ödənilmiş pulun yarısının tələbinə dair iddiasını həmin maddədə nəzərdə tutulmuş ardıcıllıqla irəli sürməli olduğunu izah etmişdir. Hazırda iddiaçı ödənilmiş məbləğ üzərində müəyyən edilmiş 24758,5 manat payının ayrılaraq, ona naturada-pul şəklində ödənilməsini tələb edir. Sadalananları əsas tutaraq, payın müəyyən ediməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsində İddiaçı birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində payının müəyyən edildiyini əsas tutaraq, hazırda iddiaçı öz payının ayrılaraq, ona ödənilməsini tələb edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi etiraz ərizəsi ilə bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-1271/2023 saylı iş üzrə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı ilə arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmış və həmin nikah xx.xx.2022ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda məhkəmə qaydasında müəyyən edilmişdir ki, birgə nikah zamanı X1 xx.xx.2016-ci ildə lizinq alınmış olan Rüfət Məmmədovla arasındakı razılaşmaya əsasən onun lizinq təşkilatı qarşısında hüquq və vəzifələr özünə ötürülmüşdür. xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək (nikah pozulanadək) tərəfindən lizinq təşkilatına 76973 manat vəsait ödənilmişdir ki, həmin vəsaitdən 49517 manatı iddiaçı ilə birgə nikahda olub faktiki ailə münasibətlərində yaşadıqları dövrə təsadüf edir. İddiaçının tələbi ilə ona qarşı və "xxxx" QSC-yə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi barədə işə baxan məhkəmə hazırki iddiaçının Bakı şəhəri, Yasamal r-nu, H.B.ünvan 3 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi, yəni 24758,5 manat üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmışdır. Həmin qətnamə ilə razılaşaraq şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddia ərizəsində “tətbiq edilməli hüquq normaları” başlığı altında qeyd edilmiş və adı çəkilən normaların heç birində hazırki iddia tələbinin əsası öz əksini tapmır, yəni iddiaçının ondan müəyyən edilmiş payının tələb edilməsinin əsası yoxdur. Belə ki, adı çəkilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq onun tərəfindən ödənilmişdir və həmin məbləğ lizinq təşkilatının əmlakıdır. O isə ödəməkdə davam etsə də, barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi deyildir. Göstərilənləri nəzərə alıb iddiaçının ona qarşı müəyyən edilmiş payın ayrılmasına dair tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, iddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur, belə ki, iddia ərizəsində “tətbiq edilməli hüquq normaları” başlığı altında qeyd edilmiş və adı çəkilən normaların heç birində hazırki iddia tələbinin əsası öz əksini tapmır, yəni iddiaçının məndən müəyyən edilmiş payının tələb edilməsinin əsası yoxdur, adı çəkilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq onun tərəfimdən ödənilmişdir və həmin məbləğ lizinq təşkilatının əmlakıdır və ödəməkdə davam etsə də, barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi deyildir. Cavabdehin nümayəndəsi və vəkili X10 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs lizinq müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirir və ödəmələri vaxtında ödəyir, mənzil hal-hazırda X4 mülkiyyətində deyil və onun mülkiyyətində olubolmayacağı bəlli deyildir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdeh və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-711/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 arasında 02 sentyabr 2016-ci il tarixdə Rusiya Federasiyası, Kabardino-Balkariya Respublikası, X5 Yerli İdarəetmə VVAQ şöbəsinə 388 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X11 anası iddiaçı X2 yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1271/2023 saylı qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, lizinq obyekti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmış, Bakı şəhəri Yasamal rayonu Həəsn bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilində yerləşən qonaq otağı üçün nəzərdə tutulmuş üçlü divan, ikiqat divan, kreslo, televizor altı tumba, jurnal üçün masa, kondisioner, iki çilçıraq, xaça, yataq otağı üçün nəzərdə tutulmuş xalça, kamod, iki yataq masası, çarpayı, mətbəx üçün nəzərdə tutulmuş bütün mətbəx mebeli, Ariston markalı mikrodalğalı soba, paltaryuyan, qabyuyan, soba, aspirator, plitə, Samsung markalı soyuducu, qəhvə maşını, elektrik çaydanı, masa və dördlü stul dəsti, mətbəxdə olan pərdə, 12 nəfərlik qab dəsti, çay dəsti, uşaq otağı üçün nəzərdə tutulmuş yorğan, yastıq, dəhliz üçün nəzərdə tutulmuş mebel (şkaf), şəxsi əşyalar olan çantalar, ixtisas üzrə kitablar, qırmızı çamadan, Babylis markalı qara rəngli fen, tozsoran Cavabdeh alınaraq iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızına verilmişdir. - «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞB/12/2023-00263 saylı arayışdan görünür ki, mediasiya prosesində yalnız İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və 50 manat İMS, 10 manat poçt və kargüzarlıq xərci iddiaçı tərəfindən nağdsız qaydada ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər xx.xx.2016-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2019-cü il tarixdən tərəflər faktiki ayrı yaşamağa başlamışlar və xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər birgə nikah dövründə xx.xx.2016-ci il tarixdə maliyyə lizinqi müqaviləsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 2 saylı mənzili əldə etmiş, həmin mənzilə görə mütəmadi lizinq ödənişləri edilmişdir. Lizinq verənin mülkiyyətində olan sözügedən lizinq obyekti olaraq Cavabdeh istifadəsinə verilmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1271/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə müqavilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 2 saylı mənzili satmaq öhdəliyi ilə bağlanmışdır. Müqavilə müddətində lizinq ödənişləri formasnda ödənilən vəsait müqavilə öhdəlikləri tam icra olunduqdan sonra mahiyyətinə görə mənzilin dəyərinin ödənilməsi kimi qəbul olunmalıdır. Lizinq müqaviləsi birgə nikah vaxtı bağlandığından Cavabdeh Suliddin oğlu ilə bərabər Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının da həmin mənzilə dair mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ yaranmışdır. Birgə nikah dövründə aparılan lizinq ödənişləri tərəflərin birgə mülkiyyəti sayıldığından, mənzil üçün ödənilən həmin pul məbləğinə Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ mövcuddur. Ona görə birgə vəsait hesabına verilmiş lizinq ödənişinə Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmalıdır. Tərəflər arasında birgə əmlakının qanuni rejimi tətbiq olunduğundan onların bu ödənişdəki payları bərabər hesab edilməlidir. Qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, tərəflərin faktiki nikah dövrü xx.xx.2016- cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr hesab olunur. Ona görə də "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 74e nömrəli ödəniş cədvəldə əsaslanmaqla qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019 cu il tarixədək aparılmış 49517 manat lizinq ödənişi birgə mülkiyyət sayılmalı və həmin pul vəsaitinin ½ hissəsi, yəni 24758,5 manat üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququnun olması işin mübahisəsiz halıdır və qarşı tərəf bu faktın artıq mübahisəsiz olmasını inkar etmir, buna dair qətnamə ilə razılaşaraq şikayət verməmiş və həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Lakin cavabdeh tərəf hazırda iddiaçının tələbinin əsası kimi istinad etdiyi normaların (MM-nin 220.1-220.6-cı maddələr) heç birində hazırki iddia tələbinin əsasının öz əksini tapmamasına, yəni iddiaçının cavabdehdən müəyyən edilmiş payının tələb edilməsinin əsasının iddia tələbinin hüqüqi əsasına uyğun olmamasına istinad etməklə iddianın təmin edilməsinə etiraz edir. Məhkəmə cavabdeh tərəfin tələbə etirazının əsası kimi istinad etdiyi halları əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızı Cavabdeh Suliddin oğluna qarşı, "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində cəlb olunmaqla “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərkən tələblərdən biri də lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti ev 190 ünvanında yerləşən 2 saylı mənzil üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 68943 (altmış səkkiz min doqquz yüz qırx üç) manat pulun yarı hissəsi olan 34471 (otuz dörd min dörd yüz yetmiş bir) manat pulun Cavabdeh Suliddin oğlundan alınaraq iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızına verilməsi barədə olmuşdur. Sözügedən qətnamədən görünür ki, məhkəmə tələbin “ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, belə bir tələb (payın ayrılması, payın dəyərinin ödənilməsi) Mülki Məcəllənin 220-ci maddəsinə istinad edilməklə, həmin maddədəki ardıcıllıqla irəli sürülə bilərdi. Həmçinin bildirilməlidir ki, mübahisə predmeti olan mənzil lizinq obyekti olaraq lizinq verənin mülkiyyətindədir və müqavilə münasibətləri davam etdiyindən həmin mənzil Cavabdeh Suliddin oğlunun tam mülkiyyətinə keçməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər Hazırda iddiaçı ödənilmiş məbləğ üzərində müəyyən edilmiş 24758,5 manat payının ayrılaraq, ona naturada-pul şəklində ödənilməsini tələb edir. Məhkəmə cavabdehin lizinq şirkətinə ödədiyi 49517 manat pul vəsaitinin lizinq təşkilatının əmlakı olmasına və Mülki Məcəlləsinin qeyd edilən normalarının mənasına görə iddiaçının tələb etdiyi məbləği ancaq lizinq təşkilatının ödəmələrini tam həyata keçirdikdən sonra yaşayış sahəsinə tam mülkiyyət hüququ əldə edib həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi hesabına ödəyə bilməsinə dair dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, tələb edilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməsinə və müqaviləyə uyğun mənzilə görə digər ödənişlərin də davam etməsinə baxmayaraq, cavabdehin barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi olmamasından və gələcəkdə də onun mülkiyyətində olacağının da bəlli olub-olmamasından asılı olmayaraq qeyd edilən normaların məzmununa əsasən (analoji olaraq) iddiaçının cavabdehdən pay hüququ tanınmış məbləğin tələbi üçün hüququ vardır və öz payını almaq üçün ödəmələrin cavabdeh tərəfindən tam həyata keçirdikdən və yaşayış sahəsinə tam mülkiyyət hüququ əldə etdikdən sonra həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi hesabına ödənilməsini gözləməli olmasına dair hüquqi əsaslar yoxdur. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin məhkəmə qətnaməsi əsasında 49517 manat lizinq ödənişinin birgə mülkiyyət sayılmaqla, həmin pul vəsaitinin ½ hissəsini, yəni 24758,5 manat üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququnu mülkiyyət hüququ kimi qiymətləndirir və bu hüququn da onun qanunla tanınan və qorunan hüquq olmasını da mütləq nəzərə alınmalı olmasını da qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin ½ hissəsi üzərində tanınmış payının 24758,5 AZN ayrılmalı və ayrılmış payın ona verilməsi öhdəliyi Cavabdeh həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin ½ hissəsi üzərində tanınmış payının 24758,5 AZN ayrılsın və ayrılmış payın verilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-802/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-802/2025
11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver