Məhkəmə qərarları › İş №2(006)-815/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-815/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-815/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Göygöl rayonu Dövlət Sığorta filialına qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Gəncə İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək hərbi xidmətdə xidmət edən zaman xəstələndiyinə, Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın HHK-nın xx.xx.2006-cı il tarixli 277 saylı qərarı, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə bu xəstəliyin hərbi xidmət dövründə almağı ilə əlaqədar icbari şəxsi sığortası üzrə sığorta ödənişinin 2-ci qrup əlil kimi ona verilməsi Göygöl Dövlət Sığorta filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-590/2019 qərardadi ilə Göygöl Dövlət Sığorta filialının üzərinə vəzifə qoyulması mümkün sayılmamış, ümumi rayon məhkəməsinə müraciət etməsi izah olunmuşdur. 2006-cı ilin yanvar ayında Göygöl rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, Azərbaycan Respublikasının MNnin tərkibində olan N saylı hərbi hissədə qulluq etmiş, daha sonra N saylı hərbi hissəyə dəyişdirilmişdir. İddiaçı hərbi xidmətdə olan zaman xəstələnmiş və trankvilizatorlar, antidepressantlar, sedativ preparatlar, psixoterapiya diaqnozu ilə DSX hərbi hospitalına yerləşdirilmişdir. Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın HHK-nın xx.xx.2006-cı il tarixli, 277 saylı qərarı ilə Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Müdafiə Nazirliyin xx xxxx 2000-ci il, 95 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 17 “B” maddəsinin İİ qarafasına əsasən dinc dövürdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı, bu xəstəliyin hərbi xidmət dövründə almağını təsdiq etmişdir. İddiaçı həmin vaxtlardan hal-hazıra kimi daima müayinə və müalicə olunmaqdadır. Bu barədə həkim rəyləri və müalicələri barədə aparılmış arayışlar toplamışdır. Bir neçə dəfə Göygöl Mərkəzi rayon Xəstəxanasına müraciət edərək ona forma 88 verilməsini xahiş etmiş, hər dəfə onu yenidən müayinə və müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdir. Nəhayət ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi X7 Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə əlillik və sağlamlıq imkanının məhdudluğu 2-ci qrup təyin edilmişdir. İddiaçı hərbi xidmətdə xidmət edən zaman xəstələnmiş, Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın HHK-nın xx.xx.2006-cı il tarixli 277 saylı qərarı, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə bu xəstəliyin hərbi xidmət dövründə almağını təsdiq etmişdir.Bununla bağlı Göygöl rayon Dövlət Sığorta filialına və Azərbaycan Respublikası Dövlət X4 müraciət edərək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununa əsasən xəstəliyin hərbi xidmət dövründə almağı ilə bağlı sığorta haqqının verilməsini xahiş etmişdir. Lakin həmin aidiyyəti təşkilatlar tərəfindən iddiaçıya sığorta haqqı verilməsindən imtina olunmuşdur. Göstərilənlərə əasasən iddiaçının hərbi xidmətdə xidmət edən zaman xəstələndiyinə, Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın HHK-nın xx.xx.2006-cı il tarixli, 277 saylı qərarı, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006cı il tarixli qərarı ilə bu xəstəliyin hərbi xidmət dövründə almağı ilə əlaqədar icbari şəxsi sığortası üzrə sığorta ödənişinin 2-ci qrup əlil kimi ona verilməsi Göygöl Dövlət Sığorta filialı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdeh Göygöl rayonu Dövlət Sığorta filialının əsl cavabdeh Azərbaycan Respublikası Dövlət X5 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən də göründüyü kimi, İddiaçı xx xxxx 2006-cı ildə hərbi xidmətdən tərxis olunub və hadisədən 12 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxxxx 2018-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Ona görə də İddiaçı İİ qrup əlillik dərəcəsi almağı ilə əlaqədar qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında olan X7 Komissiyasının xx.xx.2018-ci il tarixli cavabında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə şizofreniya paranoid forma, fasiləsiz gedişli diaqnozu qoyulmuşdur. O, 2-ci qrup əlildir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx xxxx 2006-cı ildə hərbi xidmətdən təxris olunub, həmin andan 12 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə 2-ci qrup əllilik dərəcəsi almışdır. Halbuki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinin tələbinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişi verilir. Göründüyü kimi iddiaçıya sonradan təyin edilmiş xəstəlik (şizofreniya paranoid forma, fasiləsiz gedişli) hərbi xidmət vəzifəsinin icrası ilə bağlı deyildir. Bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: -27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; 27.2.2. sərxoş vəziyyətdə olması; 27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi. Göründüyü kimi iddiaçı hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar olmayaraq, 2-ci qrup əllilik almışdır. Belə olan halda, iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sığorta almaq hüququ yoxdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar