Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-816/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-615 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-615 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020ci il tarixə 1.436,15 manat gecikdirilmiş əsas, 452,4 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 654,65 manat dəbbə pulu, ümumilikdə 2.543,20 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnam çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı" MMC ilə Əbdürrəhmanov Zöhrab Musa oğlu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-615 saylı "Daxili lizinq” müqaviləsinə əsasən Əbdürrəhmanov Zöhrab Musa oğlunun sifarişi ilə 2012-ci il buraxılışlı, "Renault Tondar” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1190011 ban nömrəli, ağ rəngli avtomobil 10.600 manat məbləğinə "İddiaçı" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Əbdürrəhmanov Zöhrab Musa oğlu illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377.92 manat, ümumilikdə isə 13.605 manat məbləğində pulu “İddiaçı" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13.605 manatın 10.600 manatını əsas məbləğ təşkil edir. xx xxx 2019-cu il tarixdə Əbdürrəhmanov Zöhrab Musa oğlu, X3 və "İddiaçı" MMC arasında MAS-615 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və xx xxxxxx 2019-cu il tarixli MAS-615 saylı "Daxili lizinq" müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxx 2020-ci il tarixdə X3, Cavabdeh və "İddiaçı" MMC arasında MAS-615 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və xx xxxxxx 2019-cu il tarixli MAS-615 sayli "Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "İddiaçı" MMC-nin mülkiyyətində olan "Renault Tondar" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2020-ci il tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxx 2020-ci il tarixdə 378 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-615 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 1.436,15 manat gecikdirilmiş əsas, 452,4 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 654,65 manat dəbbə pulu, ümumilikdə 2.543,20 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi X2 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AD seriyalı 360888 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Tondar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan İddiaçı MMC (Lizinq verən) ilə Əbdürrəhmanov Zöhrab Musa oğlu (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-615 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin 1 saylı əlavəsində göstərilən əmlakı - bir ədəd 2012-cu il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1190011 ban nömrəli, ağ rəngli avtomobili lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə 10600 manat məbləğində borcu illik 17% hesablanmaqla 36 ay müddətində lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC (şirkət), Əbdürrəhmanov Zöhrab Musa oğlu (öhdəlikləri ötürən) və X3 (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx xxx 2019-cu il tarixli, MAS-615 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC ilə “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019 il tarixli, MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürməyi, “öhdəlikləri qəbul edən" isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bır tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC (şirkət), X3 (öhdəlikləri ötürən) və Cavabdeh (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, MAS-615 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC ilə “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019 il tarixli, MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürməyi, “öhdəlikləri qəbul edən" isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bır tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan X3 ilə Cavabdeh arasında xx xxxxx 2020-ci il tarixdə bağlanmış təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, tərəflər aralarında İddiaçı MMC-nin mülkiyyətində olan və X3 “Renault Tondar” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1768 №-li maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019 il tarixli, MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1436,15 manat əsas borc, 452,40 manat mükafat borcu, 654,65 manat cərimə borcu olmaqla, cəmi 2543,20 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlığın (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi, əks təqdirdə yaranmış borcun, lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Əbdürrəhmanov Zöhrab Musa oğlu xx.xx.2019-cu il tarixli, MAS-615 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətindən olan lizinq obyekti sayılan “Renault Tondar” markalı, **- PK-*** qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə lizinqə götürmüş və lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. X3 xx xxx 2019cu il tarixdə bağlanmış MAS-615 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Nəhayət, Cavabdeh xx xxxxx 2020-ci il tarixdə bağlanmış MAS-615 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-615 saylı daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəliklərini lazımınca yerinə yetirməməsi, nəticədə onun lizinq şirkətinə 1436,15 manat əsas, 452,40 manat mükafat, 654,65 manat cərimə borcu olmaqla, cəmi 2543,20 borcunun qalması təsdiq olunduğundan, iddia təmin edilməli, daxili lizinq müqaviləsi ləğv edilməli və yaranmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsümu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli, MAS-615 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MAS-615 saylı daxili lizinq müqaviləsi üzrə 1436,15 (min dörd yüz otuz altı manat, on beş qəpik) manat əsas, 452,40 (dörd yüz əlli iki manat, qırx qəpik) manat mükafat borcu, 654,65 (altı yüz əlli dörd manat, altmış beş qəpik) manat dəbbə pulu olmaqla, cəmi 2543,20 (iki min beş yüz qırx üç manat, iyirmi qəpik) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-816/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-816/2021
25.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver