Məhkəmə qərarları › İş №2(006)-824/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-824/2020

28.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-824/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızının katibliyi İddiaçı və Cavabdeh3 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 sayl Ərazi İdarəsini işə cəlb etməklə cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3 və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı qarşı “əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və s...” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 sayl Ərazi İdarəsini işə cəlb etməklə cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3 və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı qarşı “əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və s...” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 38 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydlərinə əsasən xx.xx.2017-ci il tarixli, 3M/1248 reyestrli kredit müqaviləsi üzrə X1 xeyrinə iddiaçıdan 12.235 ABŞ dollarının tutulması həmçinin xx.xx.2017-ci il tarixli, 3M/1249 reyestrli ipoteka müqaviləsi üzrə ipoteka saxlayan Cavabdeh3 tələbi iə ipoteka qoyana yəni iddiaçıya məxsus ipoteeka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət əmlaka (sonradan mübahisəli əmlak) tutmanın yönəldilməsi qərara alınmışdır. Həmin icra qeydi icraya yönəldilmiş və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 848335861/19522 saylı müraciətinə əsasən qiymətləndirici dəvət edilmiş və Cavabdeh1 MMC tərəfindən xx.xx.2019-cu il tarixə bazar qiyməti 21.000 manat müəyyən edilmişdir. Dəfələrlə müüraciət etməsinə baxmayaraq həmin qiymətləndirmə rəyi ona təqdim edilməmişdir. Adıçəkilən qiymətləndirmə rəyi ilə İcra şöbəsində tanış olmuşdur. Hesab edir ki, qiymətləndirmə rəyi real bazar qiymətini özündə əks etdirmir. Həmin qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş qiymətlə açıq hərracda satışa çıxarılmış lakin heç bir alıcısı olmamışdır. Belə görünür ki, icra qeydi icra edilərkən formal olaraq hərrac keçirilmişdir. Belə ki, keçirilmiş hərraclar barədə ona məlumat verilməmişdir. Lakin buna baxmayaraq həmin əmlak dəyərindən dəfələrlə aşağı qiymətə Cavabdeh3 satılmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC tərfindən tərtib olunmuş tutmanın yönəldildiyi iddaçıya məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair QR-2324 saylı xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın nəticələrini əks etdirən 54/01 saylı xx.xx.2019-cu il tarixli həraacın yekunları barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməklə qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilərək hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək iddianı qəbul etmədiyini bildirdi və onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan Bakı şəhəri 38 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-991 reyestr nömrəli icra qeydindən görünür ki, xx.xx.2017-ci il tarixli, 3M/1248 reyestrli kredit müqaviləsi üzrə Cavabdeh3 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 12235 ABŞ dolları tutulması qeyd olunmuşdur. İş materiallarında olan 38 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-992 reyestr nömrəli icra qeydindən görünür ki, xx.xx.2017-ci il tarixli 3M/1249 reyestrli ipoteka müqaviləsi üzrə ipoteka saxlayan Cavabdeh3 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan mübahisəliqeyri-yaşayış sahəsindən ibarət əmlaka tutmanın yönəldilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə ünvanladığı QXM/2324 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, mübahisəli əmlak bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixə bazar dəyəri 21.000 manat müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, (iddia ərizəsi, məhkəmə yazışmaları, icra qeydi) İddiaçı ünvan 4 mənzil 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin hərracın keçirilməsinə dair bildirişlərinin surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli borclu İddiaçı hərracların keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Həmin bildirişlərdə hərracın Nəsimi rayon İcra Şöbəsinin sifariş məktubu əsasında təşkil ediləcəyi göstərilmişdir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli, H/01PLS saylı mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin real bazar qiyməti 19950 manat təşkil edir. Xidmətin dəyəri 300 (üç yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən Bakı şəhəri, 38 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydi əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh3 12235 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməlidir. Həmin icra sənədinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli əmlakın hərraca çıxarılması sifariş edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən qeyri-yaşayış sahəsinin hərraca çıxarılması prosesinə başlanılmışdır. Bu zaman Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi aparılmış və həmin əmlakın xx.xx.2019-cu il tarixə bazar dəyəri 21.000 manat müəyyən edilmişdir. İddiaçı bu qiymətlə razılaşmadığından həmin qiymətləndirmə rəyinin ləğv edilməsini və daşınmaz əmlaka dair yenidən qiymətləndirmə aparılmasını tələb etmişdir. İddianın hüquqi tərəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir; Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; Eyni Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur; 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə tərəfindən iddianın əsaslılığının müəyyən edilməsi məqsədi ilə əmlakın yenidən qiymətləndirilməsinin aparılması üçün ekspertiza təyin edilmişdir. Həmçinin məhkəmə hərracın keçirilməsi ilə bağlı hüquqi əsaslara aid qeyd edir ki,İpoteka haqqında qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Bu maddənin mənasından da görünür ki, qanunverici yalnız hərrac təçkilatının üzərinə bildirişin verilməsi (gönədərilməsi ) nəzərdə tutur. Tərəflərin məlumatı faktiki almasını deyil. Nəticədə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən həmin əmlaka qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, əmlakın ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə Cavabdeh1 MMC tərəfindən qoyulan qiymət arasında kəskin fərqin yaranmadığı, hətta bu qiymətin daha yüksək göstərildiyi müəyyən olunur. Belə olan halda Cavabdeh1 MMC tərəfindən müəyyən edilmiş əmlakın ilkin satış qiyməti əmlakın real qiymətini əks etdirməklə düzgün qiymətləndirilmiş və əmlak hərracda həqiqi dəyərinə uyğun satılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəf əmlakın istər qiymətləndirilməsi zamanı, istərsə də həmin əmlakla əlaqədar hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin və hərracın düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə məhkəmə araşdıması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, istər qiymətləndirmə, istərsə də hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, qiymətləndirmə və hərrac qanunauyğun şəkildə həyata keçirilmişdir.Eyni zamanda iddiaçı keçirilmiş hərraclar zamanı məlumatlandırılmadığını qeyd etsə də, işdə olan sənədlərdən görünür ki, adıçəkilən hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana lazımi qaydada bildirişlər göndərilmişdir. Məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq qeyd edir ki, nə qədərki, əmlakın qiymətləndirilməsinin və hərracın keçirilməsinin barədə yekun protokolun etibarsızlığı məhkəmə tərəfindən rədd olunduğundan digər tələblərdə yəni çıxarışın etibarsızlığı, mülkiyyət hüququnun bərpa edilməsi və yenidən qiymətləndirmə keçirməklə hərracın keçirilməsi qeyd olunan prinsipin normasının təsir dairəsinə düşdüyündən əlavə araşdırılma aparılmamalı və həmin hissələr də rədd olunmalıdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3 və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 sayl Ərazi İdarəsi mübahisə premeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilmsi və digər” tələbinə dair iddiası təmin edilməməlidir. «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin VÖEN: **********, hesab № AZE 65UBAZ**********0060AZN001, bank «Unibank» KB-nin 11 saylı Dərnəgül Filialı, VÖEN: **********, hesablaşma hesabı AZ46NABZ********************, SWİFT: NABZAZCC hesabınaköçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 sayl Ərazi İdarəsini işə cəlb etməklə cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3 və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı qarşı “əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi, hərracın nəticələrini əks etdirən xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpasi və qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirərək hərracın keçirilməsi” tələbinə dair iddia iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin VÖEN: **********, hesab № AZE 65UBAZ**********0060AZN001, bank «Unibank» KB-nin 11 saylı Dərnəgül Filialı, VÖEN: **********, hesablaşma hesabı AZ46NABZ********************, SWİFT: NABZAZCC hesabınaköçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar