Məhkəmə qərarları › İş №e-2(012)-448/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-448/2023

02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-448/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə “X3” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixinə saat 10:10-a, xx.xx.2022-ci il tarixinə saat 10:20-yə, xx.xx.2022-ci il tarixinə saat 10:20-yə, xx.xx.2022-ci il tarixinə saat 15:20-yə təyin olunmuş hazırlıq məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili iştirak etmiş, xx.xx.2022-ci il tarixinə saat 11:30-a təyin olunmuş hazırlıq məhkəmə iclasında tərəflər iştirak etməmiş, xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak etməməsinin üzrlü sayılmasına dair ərizə təqdim etmiş, lakin xx.xx.2023-cü il tarixinə saat 15:40-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar