Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1129/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-824/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” MMC-yə, Cavabdeh3 və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi iddiaçıya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair QR-2324 saylı xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın nəticələrini əks etdirən 54/01 saylı xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməklə qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilərək hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-824/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəii daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə almamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Əmlakı dəyərindən dəfələrlə aşağı dəyərdə qiymətləndirilməsi mülkiyyətçi kimi ipoteka qoyanın hüquqlarını pozmuşdur. Beləliklə, Cavabdeh1 MMC tərəfindən, həmçinin “X1” MMC tərəfındən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, icra və probasiya şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmiş və bank tərəfindən likvid qiymətindən də xeyli aşağı qiymətə mənimsənilmişdir. İpoteka predmetinin hərracda ilkin satış qiymətinin düzgün müəyyən edilməsinin mühüm hüquqi əhəmiyyəti vardır. Düzgün qiymətləndirmə əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini təmin etməklə artıq qalmış vəsaitin ipoteka qoyana qaytarılmasını təmin edir ki, bu da ipoteka qoyanın mülkiyyət hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. İpoteka predmetinin hərracda real bazar dəyərindən kəskin fərqlənən ucuz qiymətə satılması borclunun əmlak vəziyyətini daha da pisləşdirməklə yanaşı hərracın nəticələrini, başqa sözlə alqısatqı müqaviləsini də şübhə altına alır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri, 38 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydi əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh3 12235 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməlidir. Həmin icra sənədinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli əmlakın hərraca çıxarılması sifariş edilmişdir. “xxxx” MMC tərəfindən qeyri-yaşayış sahəsinin hərraca çıxarılması prosesinə başlanılmışdır. Bu zaman Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi aparılmış və həmin əmlakın xx.xx.2019-cu il tarixə bazar dəyəri 21.000 manat müəyyən edilmişdir. İddiaçı bu qiymətlə razılaşmadığından həmin qiymətləndirmə rəyinin ləğv edilməsini və daşınmaz əmlaka dair yenidən qiymətləndirmə aparılmasını tələb etmişdir. Cavabdeh1 MMC tərəfindən həmin əmlaka qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, əmlakın ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə Cavabdeh1 MMC tərəfindən qoyulan qiymət arasında kəskin fərqin yaranmadığı, hətta bu qiymətin daha yüksək göstərildiyi müəyyən olunur. Belə olan halda «xxxx» MMC tərəfindən müəyyən edilmiş əmlakın ilkin satış qiyməti əmlakın real qiymətini əks etdirməklə düzgün qiymətləndirilmiş və əmlak hərracda həqiqi dəyərinə uyğun satılmışdır. Bundan başqa, iddiaçı tərəf əmlakın istər qiymətləndirilməsi zamanı, istərsə də həmin əmlakla əlaqədar hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin və hərracın düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə məhkəmə araşdıması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, istər qiymətləndirmə, istərsə də hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, qiymətləndirmə və hərrac qanunauyğun şəkildə həyata keçirilmişdir. Eyni zamanda iddiaçı keçirilmiş hərraclar zamanı məlumatlandırılmadığını qeyd etsə də, işdə olan sənədlərdən görünür ki, adıçəkilən hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana lazımi qaydada bildirişlər göndərilmişdir. Məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq qeyd edir ki, nəqədərki, əmlakın qiymətləndirilməsinin və hərracın keçirilməsinin barədə yekun protokolun etibarsızlığı məhkəmə tərəfindən rədd olunduğundan digər tələblərdə yəni çıxarışın etibarsızlığı, mülkiyyət hüququnun bərpa edilməsi və yenidən qiymətləndirmə keçirməklə hərracın keçirilməsi qeyd olunan prinsipin normasının təsir dairəsinə düşdüyündən əlavə araşdırılma aparılmamalı və həmin hissələr də rədd olunmalıdır. “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[72] «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə İddiaçı müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin qeyri-yaşayış sahəsini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Üçüncüsü, iş üzrə ipoteka predmeti olmuş qeyri-yaşayış sahəsinin qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən yeni rəy alınmış və əmlakın bazar dəyəri bu dəfə 19950(on doqquz min doqquz yüz əlli) manat müəyyən edilmişdir. Hər iki rəydə qiymətləndirici ipoteka predmeti olmuş əmlakın likvid dəyərini deyil, bazar dəyərini müəyyən etmişdir. Baxmayaraq ki, ipoteka predmeti olmuş əmlak hərraca bazar dəyəri ilə deyil, likvid dəyəri ilə çıxarılmalı idi, ancaq iddiaçı yenə də qeyri-yaşayış sahəsinin daha yüksək olduğunu bəyan edir və buna dair özü də məhkəməyə heç bir sübut təqdim etmir. Şikayətində yalnız ümumi fikirlərini göstərir. Bu hal da iddia tələbinin bu hissəsinin də açıq-aşkar əsassız olduğuna dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 824/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1129/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1129/2021
15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver