Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-833/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını dinləyib hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İş üzrə ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Hazırkı qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-833/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-833/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver