Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-873/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 noyabr 2017-ci ildə 3 saylı Bakı şəhər Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından 07 dekabr 2018-ci il tarixdə X8 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri korlandığından iddiaçı cavabdehlə yaşadığı evdən 24 may 2023-cü il tarixində çıxmış və valideyinlərinin yaşadığı Masallı rayonunun Ərkivan qəsəbəsi, Bedirli kəndindəki evinə getmişdir. Valideyinləri Bakı şəhərində hazırda yaşadığı evi aldıqdan sonra azyaşlı övladının təhsili ilə bağlı Bakı şəhərinə gəlmiş və uşağı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən “Qərənfil” körpələr evi, uşaq baxçasının nəzdində olan məktəbəqədər sinifə yerləşdirmişdir. Özünün rəsmi iş yeri olmadığından əsasən valideyinlərinin maddi yardımı ilə dolanır. Uşağın maddi ehtiyyaclarını qarşılamaq ona çox çətindir. Cavabdeh ondan ayrı yaşadığı vaxtdan uşağın və onun dolanışığı ilə mütəmadi maraqlanmır və uşağa ara-sıra cüzi maddi yardım göstərir ki, bu da az yaşlı uşağının maddi ehtiyyaclarını təmin etmir. 17 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatında keçirilən X5 sonra cavabdeh aliment ödəməkdən imtina etdiyindən prosesin davam etdirilə bilməməsi barədə MŞB/3/2023-01155 nömrəli arayış təqdim edilmişdir. Göstərilənlərə əsasən, cavabdeh X2 birgə nikahlarından dünyaya gəlmiş 07 dekabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh X2 hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barəsində məhkəməyə məlumat verməmişlər. 5.Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər 16 noyabr 2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan bir övladları olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, Masallı Rayon Məhkəməsinin 2(050)-817/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı birgə nikahdan doğulan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 239480 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 noyabr 2017-ci il tarixdə 3838 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. 9.Mülki işin materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 251629 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 07 dekabr 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. 10.Mülki işin materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01155 nömrəli X5 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-873/2024 saylı qərardadına əsasən vəsatət təmin edilmiş, hazırki mübahisə üzrə məhkəmə qətnaməsi çıxarılanadək Cavabdeh 28 fevral 2024-cü il tarixdən başlayaraq X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. 12.Mülki işin materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-817/2024 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında bağlanmış 16 noyabr 2017-ci-ci il tarixli, 3838 nömrəli nikah akt qeydinin pozulması, 07 dekabr 2018-ci anadan olmuş X8 anası İddiaçı yanında saxlanılması, 07 dekabr 2018-ci anadan olmuş X6 yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat alimentin alınaraq İddiaçı verilməsi, alimentin ödənilməsinin başlanğıcının 18 mart 2024-cü il tarixdən hesablanması və qətnamənin aliment tələbi ilə bağlı hissədə dərhal icra olunması qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 14.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 15.Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 16.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 17.«Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 18.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 19.Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 20.Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-873/2024 saylı qərardadına əsasən müvəqqəti olaraq hazırki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək, Cavabdeh 28 fevral 2024-cü il tarixdən başlayaraq X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bundan sonra isə tərəflər arasında bağlanmış nikahın pozulması məsələsini araşdıran Masallı Rayon Məhkəməsi həmçinin, aliment məsələsinə də hüquqi qiymət vermiş və həmin məhkəmənin qətnaməsi əsasında Cavabdeh 18 mart 2024-cü il tarixdən başlayaraq alimentin tutulması qət edilmişdir. 21.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməklə, tərəflərin birgə nikahından olan 07 dekabr 2018-ci il təvəllüdlü X1 üçün iddiaçının alimentlə məhkəməyə müraciət etdiyi vaxtdan etibarən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 220 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə 235 manat sabit pul məbləğində aliment (məhkəmənin müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli, 2(006)-873/2024 saylı qərardadı nəzərə alınmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qeyd edildiyi kimi Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə artıq aliment məsələsi bir növ öz həllini tapmışdır, yəni xx.xx.2024-cü il tarixdən etibarən X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulur. Bu isə onu deməyə əsas verir ki, bu hal eyni məsələ üzrə eyni qərar olmamaqla sadəcə alimentin tutulma vaxtı ilə bağlı müxtəlif tarixləri əhatə edir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 dekabr 2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək isə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (məhkəmənin müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli, 2(006)- 873/2024 saylı qərardadı nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-873/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-873/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver