Məhkəmə qərarları › İş №2(006)-889/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-889/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-889/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı "dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı "dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Astara rayonunun Təngərüd kəndində X6 idarə etdiyi ** CD *** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı maşını ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus olan “VAZ-21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı maşını əzdi. Hadisə yerinə polis və sığortanın nümayəndəsi çağırıldı. Polis qəzanın səbəblərini araşdırıb, X6 barəsində inzibati protokol tərtib etdi. Eyni zamanda, “xxxx” ASC-nin nümayəndəsi maşının zədələnmiş hissələrini qeydə aldı. Polis mütəxəssis dəvət edərək maşına yetirilmiş ziyanın miqdarını hesablatdırıb arayış tərtib edilməsini təmin etdi. Məlum oldu ki, iddiaçının avtomobilinə 2263 (iki min iki yüz altımış üç) manat məbləğində ziyan dəymişdir. Sığorta ödənişi edilməsi üçün polis tərəfindən toplanmış materiallar “xxxx” ASC-nin “Lənkəran” filialı vasitəsi ilə baş ofisə göndərildi. “xxxx” ASC bir aydan sonra iddiaçıya məktub göndərərək heç bir konkret səbəb göstərmədən bildirdi ki, müəyyən məsələlərin araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. Bu bəhanə ilə sığorta ödənişi dörd ay yubadıldı. Həmin ərəfələrdə iddiaçının çoxsaylı müraciətlərinə və telefon zənglərinə sığorta şirkəti cavab olaraq bildirirdi ki, Baş Prokurorluqdan cavab gözləyirlər. Nəhayət, xx.xx.2019-cu il tarixdə “xxxx” ASC iddiaçıya üç məktub göndərərək bu dəfə Astara rayon prokuroruna müraciət etdiklərini bildirdi. Bundan sonra məlum pandemiyaya qədər sığorta ödənişini yubatdı. İddiaçı bütün ərəfələrdə Baş prokurorluğa yazdığı şikayətlərə xx.xx.2020-ci il və xx.xx.2020-ci ildə məktub aldı. Məktublardan məlum olur ki, “xxxx” ASC-nin araşdırmaq istədiyi müəyyən məsələlər polisin tərtib etdiyi protokol və mütəxəssisin ziyan aktı ilə bağlıdır. Göründüyü kimi cavabdeh bu məsələni iddiaçıdan gizlətmişdir. Halbuki, bu vəziyyət iddiaçının da maraqlarına toxunur. Digər tərəfdən məktublardan göründüyü kimi Baş Prokurorluq “xxxx” ASC-yə bildirir ki, araşdırma zamanı sənədlərdə heç bir uyğunsuzluq və qanun pozuntusu aşkar edilməmişdir. Bütün bunlardan sonra, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC iddiaçıya sms-lə bildirdi ki, özlərinin araşdırması zamanı məlum olub ki, maşına dəymiş ziyan 2263 manat deyil, cəmi 715 manat təşkil edir. “xxxx” ASC dəymiş ziyanın məbləğindən narazı idisə bunu zərərçəkmiş tərəf kimi əvvəldən iddiaçıya da bildirməli idi və təkrar qiymətləndirmə keçirilməli idi. “xxxx” ASC açıq-aşkar özbaşınalıq edir. İddiaçıya zərərçəkmiş tərəf kimi səbəbini açıqlamadan bütün məktublarında bildirir ki ,o özü üçün müəyyən məsələlər araşdırır. Bu bəhanə ilə bir il vaxt ötürür ki, sığorta məbləğinin azaltmaq üçün şərait yaransın. Deməli, “xxxx” ASC ödənişi azaltmaq məqsədi ilə bilərəkdən müxtəlif bəhanələrlə vaxt ötürür, gözləyir maşın təmir olunsun. Buna görə də sığorta ödənişini bir ildən çox müddətə yubatmaqla heç bir əsası olmadan onun məbləğini üç dəfə azaldır. Bundan əlavə, “xxxx” ASC iddiaçıya bir il ərzində məcburən onun Lənkəran və Bakı ofislərinə sərf etdiyi yol xərclərini, ərizə və şikayətlərin tərtib edilməsi, göndərilməsi, məhkəmə xərcləri, telefon danışıqları üçün sərf etdiyi xərcləri 1500 manat olmaqla, maddi ziyan kimi və bir il ərzində iddiaçıya yetirdiyi mənəvi əzab və iztirablarına görə 10000 manat mənəvi ziyan olmaqla, cəmi 13763 manat pul ödəməlidir. Göstərilənlərə əsasən iddiaçının maşınına dəymiş ziyana görə 2263 manat, maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 10000 manat, cəmi 13763 manat pulun “xxxx” ASC-dən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəməyə teleqramlar göndərərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Astara RPŞ DYPB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, ** CD *** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı avtomobili idarə etmiş X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesablama aktının surətindən görünür ki, “VAZ-21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 715 manat ziyan dəymişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/6045 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Lənkəran “Avtomobilservis və ticarət” müəssisəsinin, “xxxx" ASC-nin təqdim etdiyi qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ-21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1625 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 2263 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, “VAZ-21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1625 manat məbləğində müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, iddiaçının avtomobilinə vurulmuş zərərə görə 2263 manat pul tələb etməsi əsassızdır. Məhkəmə iddia tələbinin “maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 10000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar