Məhkəmə qərarları › İş №2(006)-89/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-89/2022

20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-89/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, tərcüməçi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətin naturada bölünməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətin naturada bölünməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılır ki, xx.xx.1998-ci ildə iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü X6, xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-2839/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment tələbinə dair» iddia təmin edilərək cavabdeh İddiaçı xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3054/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması tələbinə dair» iddia ərizəsi təmin edilərək, tərəflər arasında nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 761/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi qismən təmin edilərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının üzərində ½ hissədə Cavabdeh və ½ hissədə onun payı müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə ilk iddiaçı Cavabdeh övladları xx.xx.1997-ci il təvəllüdlü X6, xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi 2 saylı evin 72 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə onun qarşılıqlı iddia ərizəsi təmin edilərək Cavabdeh adında qeydiyyatda olan «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə onun və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Məhkəmənin tərəflər arasında payların müəyyən etməsinə baxmayaraq ailə münasibətlərinin pozulması nəticəsində tərəflərin həmin mənzillərdə yaşaması mümkün deyil. Odur ki, iddiaçının nümayəndəsi vasitəsi ilə Cavabdeh paylı mülkiyyətdə payın satılması barədə bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218 və 220-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «NissaBn X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasınla bərabər bölünməsini, əks halda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin diqqətinə çatdırılıb. Cavabdeh tərəfindən payın satılması barədə bildirişə ərizə ilə cavab verilsə də, əmlakların qarşılıqlı razılıq əsasında satılması mümküq olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzillər məhkəmənin qeyd edilən qətnaməsi ilə müvafiq olaraq ½ hissədə paylara bölünüb. Lakin tərəflərin mübahisəli mənzillərdə yaşaması mümkün deyil. Belə ki, cavabdeh münaqişəyə meyilli şəxsdir, eyni zamanda tərəflər arasında nikah pozulub. Bundan başqa, iddiaçı mənzillərin, o cümlədən nəqliyyat vasitəsinin onea aid hissəsini satmaq istəyir. Bununla əlaqədar olaraq cavabdehə bildiriş ünvanlayaraq əmlakların qarşılıqlı razılıq əsasında satılaraq satışdan əldə edilən pulun tərəflər arasında bərabər bölünməsini təklif etmişdir. Lakin, cavabdeh təklifinə müsbət reaksiya verməyib. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində payların naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, ekspert rəyinə etirazları yoxdur və cavabdehlər arasında razılıq yoxdur. Qeyd olunanlara əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 2 saylı evin 72 saylımənzilin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin birgə nikah dövründə birgə vəsait hesabına əldə olunması ilə bağlı etirazı yoxdur və iddia tələbini sözügedən mənzilə münasibətdə qəbul edir, digər əmlaklara münasibətdə qəbul etmir. Belə ki, digər mənzil iddiaçının adına rəsmiləşdirilsə də, o mənzili onun atası öz nəvələrini, yəni onun övladlarına alıb və evin pulunu o özü verib. Bue vin iddiaçıya heç bir aidiyyatı yoxdur. Çıxarışı onun adına almaq onun səhvi olub. Avtomobilə gəldikdə isə onun da iddiaçıya heç bir aidiyyatı yoxdur və hal-hazırda şəxsən özü istifadə edir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2002ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

8. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-761/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia ərizəsinin qismən təmin olunması, İddiaçı adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin İddiaçı adına qeydiyyatdan keçən 1 yaşayış otağının üzərində ½ hissədə ilk iddia üzrə iddiaçı Cavabdeh və ½ hissədə ilk iddia üzrə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh övladları xx.xx.1997-ci il təvəllüdlü X6, 06.12. 2002-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri,Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinə köçürülməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh adında qeydiyyatda olan «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə qarşılıqlı iddia üzrə İddiaçı və ½ hissədə qarşılıqlı iddia üzrə Cavabdeh paylarının müəyyən edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. 9.İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3054/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Fyodrovna arasında xx.xx.1998-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 93 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilməsi, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi qət edilmişdir. . 10.İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış paylı mülkiyyətdə payın satılması barədə bildirişindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-761/2019 saylı qətnaməsi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının üzərində ½ hissədə Cavabdeh və ½ hissədə onun payı müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə Cavabdeh adında qeydiyyatda olan «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə onun və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Lakin buna baxmayaraq ailə münasibətlərinin pozulması nəticəsində onun Cavabdeh ilə eyni mənzildə yaşaması mümkün deyil. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsini təklif edir. Əks halda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 129 saylı evin 27 saylı mənzilin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzil və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. 11.İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaş Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 129 saylı evin 27 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (1 otaqdan ½ hissədə), X7 (2 otaq), Cavabdeh (1 otaqdan ½ hissədə) adlarına daşınmaz əmlakın dövlət ryestrində qeydiyyata alınmışdır. 12.İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 2 saylı evin 72 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissədə), Cavabdeh (½ hissədə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1213 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, - 1-ci sual üzrə: ünvan 2 ünvanında yerləşən 27 saylı mənzilin faktiki olaraq 1 giriş hissə, 1 sanitar qovşaq, 1 mətbəx və sahəsi 17,18 kv.m. olan yaşayış otağından ibarət olmaqla 4 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşdiyi, ünvan 3 ünvanında yerləşən 72 saylı mənzilin isə faktiki olaraq 1 dəhliz, 1 sanitar qovşaq, 1 hamam, 1 mətbəx, 1 balkon və sahələri müvafiq olaraq 17,27 kv.m., 17,12 kv.m. və 11,75 kv.m. olan 3 yaşayış otağından ibarət olmaqla 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşdiyi müəyyən olunur. - 2-ci sual üzrə: mübahisə predmeti olan mənzillərin faktiki fəziyyətini, hər iki mənzilin çoxmərtəbəli yaşayış binalarının 4-cü və 9-cu mərtəbələrində yerləşməsini, mənzillərə yalnız bir giriş-çıxış yolunun olduğunu və tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, hamam, ayaqyolu və s.) yeganə olduğunu nəzərə almaqla, tədqiq olunan mənzillərdən İddiaçı münasibətdə ½ hissə payının naturada ayrılması, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan daşınar və daşınmaz əmlakları tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının, həmçinin Cavabdeh adında qeydiyyatda olan «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Hazırda iddiaçı tərəflərin paylı mülkiyyətində olan daşınar və daşınmaz əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 16.Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 17.Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. 18.Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 19.Göstərilən Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 21.Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 22.Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 23.Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 24.Məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakların naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzillərin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. 25.Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmeti olan avtomobil paylı mülkiyyət olsa da onun naturada bölünməsi faktiki olaraq mümkün deyildir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

27. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

29. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın.

30. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:

1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;

2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

31. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir.

32. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh təklif olunan pul vəsaitinə malik olmamasını və kompensasiya ödəmək imkanında olmamasını bildirərək kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişdir.

33. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması mümkün hesab edilməlidir.

34. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

35. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

36. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınar və daşınmaz əmlakların naturada bölgüsü mümkün olmadığından, bununla da ümumi əmlakların bölünməsi və ya onlardan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı vermək iqtidarında olmadığından, həmin əmlaklar açıq hərracda satılmalı və əldə olunacaq məbləğlər tərəflərin payına mütənasib şəkildə bölünməlidir.

37. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3, mənzil 72, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 129, mənzil 27 və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməlidir.

38. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. ünvan 3, mənzil 72, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 129, mənzil 27 və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar