Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-914/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağrılmış, 190 saylı hərbi-hissədə xidmətə başlamışdır. xx xxxxx 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanmışdır. Üzün, alın nahiyəsinin hər iki yuxan ətrafin çoxlu sayda kor qəlpə yaraları və hər iki çiyin, sol bazunun yad cismi (qəlpə), beyin sirkələnməsi diaqnozu ilə müalicə olunmuşdur. Ordada ona ilk tibbi yardım edilmiş və 890 saylı hərbi-hissəyə evakuasiya olunmuşdur. xx xxxxx 1994-cü il tarixdən- xx xxx 1994-cü ilə qədər 004 saylı hərbi-hissədə müayinə və müalicə olmuşdur. ı arnäae- ' -a .994-cü ilə qədər 004 saylı hərbi-hissədə müayinə və müalicə olmuşam. Sonradanbarəsində cinayətişibaşlanmış və rəddedilmişdir. O, Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən yenidən xx xxxxx 2002-ci il tarixdə hərbi xidmətə yararlı bilinib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 777 saylı hərbi xidmətə göndərilmişdir. xx xxxxxxx 2003-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 404 saylı əmri ilə, ordu sıralarından təxris olunaraq ehtiyata buraxılmışdır. xx xxxxxxx 2003-cü ildə, Xaçmaz RHK-da qeydiyyata girmişdir. Evə gəldikdən sonra mütəmadi müalicə olunurdu. İllər keçdikcə xəstəliyi ağırlaşdı və müalicəyə tabe olmadı.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mərkəzi Hərbi Həkim Komissiyasın xx xxxxxxx 2013-cü il tarixli, 673 saylı Qərarı ilə ona “Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” rəyi verilmişdir.Bildirir ki, o, hərbi xidmət vəzifəsini yerinə yetirərkən yaralanmış, xx xxxxxx 2017-ci ildə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin, TSEK-ı tərəfindən ona 2-ci qrup əlillik təyin edilmiş və həmin vaxtdan 2-ci qrup hərbi əlil kimi pensiya alır. Ona “Kəllədaxili travmaların nəticələri, keçirirlmiş kəllə beyin travmasnın qalıq əlamətləri. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, tez baş verən vegetativ krizlərlə. Ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, hipertoniya xəs-yi İİİ mərhələ, hipertonik krizlərlə. 120.8 Stenokardiyanın digər formaları, ÜİX-yi stabil stenikardiyası İİ f.s Hipertoniya xəstəliyi tez-tez təkrarlanma hipertonik krizlərlə. 163.6 Beyin venalarının trombozu nəticəsində qeyri-piogen beyin infaktı. Sol orta beyin arteriyaları diaqnozu qoyulmuşdur. Bundan əlavə etiologiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması diaqnozu qoyulmuşdur. Bundan sonra o, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununa əsasən, sığorta almaq üçün Azərbaycan Respublikası Dövlət X4 müraciət etmiş, lakin Dövlət X3 xx xxxxxxxx 2019-cu il tarixli, 07-07-864 saylı məktubu ilə ona sığorta ödənişi edilməkdən imtina edilmişdir. Odur ki, sığrta ödənişinin alınması üçün, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 manat icbari sığorta məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AO № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmişdir. Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli 290 nömrəli əmri ilə ordu sıralarından təxris olunaraq ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının XT saylı, 3156 nömrəli epikriz çıxarışına əsasən İddiaçı qoyulan diaqnoz: keçirilmiş kəllə-beyin travması və sol orta beyin arteriyası hövzəsində keçirilmiş insultdan sonrakı tez-tez baş verən vegetativ damar krizlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş X5 Tibbi Mərkəzinin X/T saylı 12085 nömrəli epikriz çıxarışına əsasən İddiaçı qoyulan diaqnoz: hipertoniya xəstəliyi İİİ mərh. Hipertonik krizlərlə sol orta beyin arteriya hövzəsində keçirilmiş beyin infarktının və kəllə-beyin travmasının qalıq əlamətləri.Tez-tez baş verən vegetativ krizlərlə ÜİX Gərginlik stenokardiyası ES İİ dər. Xroniki hepatit. Xroniki xolesistit. OU-Hipertonik angiopatiya. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tibbi-Sosial Ekspertiza müayinəsindən xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı 2-ci qrup əlildir, əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqəli yaranmışdır. TSEK-in diaqnozu: kəllədaxili travmaların nəticələri, keçirilimiş kəllə beyin travmasının qalıq əlamətləri. Veqativ sinir sisteminin somatoform disfunksiyası, tez baş verən vegedativ krizlərlə. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ mər.hipertonik krizlərlə. Stenokardiyanın digər formaları, ÜİX-yi stabil stenikardiyası İİ f.s. Hipertoniya xəst-yi tez-tez təkrarlana hipertonik krizlərlə. Beyin venalarının trombozu nəticəsində yaranan qeyri-piogen beyin infarktı, sol orta beyin arteriyaları. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli, 179616 nömrəli vəsiqədən görünür ki, İddiaçı İİ-ci qrup əlildir, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar. İşin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 56 nömrəli arayışından görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixində keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağrılmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Milli Ordu sıralarında xidmət keçmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 673 nömrəli Qərarına əsasən “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 07-07-864 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda o, sığorta məbləğini almaq hüququna malikdir. İddiaçı isə hərbi xidmətdən tərxis olunduqdan 13 ildən artıq müddət keçdikdən sonra əlillik dərəcəsi almışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, iddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmətdə xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin müddətlə bağlı mövqeyinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğni almamış hərbi qulluqçulara və ya onların vərəsəlirən bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təinatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Göründyüy kimi, iddiaçıya münasibətdə müddətin tətbiq edilməsi onun Konstitusiya ilə təsdiq olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 manat icbari sığorta məbləğinin tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 manat icbari sığorta məbləği və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-914/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-914/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver