Məhkəmə qərarları › İş №2(006)-915/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-915/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-915/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və həmin Şirkətin Ləğvetmə Komissiyasına qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakına dəyən 1.500-2.000 manatlıq ziyanın Şirkətin Ləğvetmə Komissiyası tərəfindən iddiaçıya ödənilməsini, Şirkətin Ləğvetmə Komissiyasının Mərkəzi Banka göndərdiyi rəsmi məktubun heç bir hüquqi əsası olmadan ləğv edilməsini və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz hərəkətləri barədə Mərkəzi Banka məlumat verilməsini, bu işdə əli olan təqsirkarların cəzalandırılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024cü ilədək Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayonu üzrə sığorta vasitəçisi X1 vasitəsilə daşınmaz əmlakını sığorta elətdirmişdir. 2024-cü ilin fevralın 10-da iddiaçı evinə dəyən ziyanla əlaqədar olaraq DSKŞ-nin qaynar xəttinə, ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrinə zəng edərək tədbir görmələri barədə məlumat vermişdir. Elə həmin gün aradan 3 saat vaxt keçəndən sonra 2 nəfər Tovuz rayonundan ağ rəngli “Niva” markalı jiquli maşınında iddiaçının evinə gəlmiş, həmin şəxslər tərəfindən iddiaçının evinin divarında olan çatlara, divar sürüşməsinə, millərin aralanmasına və s. hallara baxış keçirilmiş, iddiaçının mobil telefon vasitəsilə görüntülü danışığı çəkilmiş və hadisənin hansı səbəbdən olması öyrənilərək həm iddiaçının, həm də əmlakının şəkli çəkilmişdir. Həmin şəxslər iddiaçının DSKŞ-yə etdiyi zəng əsasında gəldiklərini, iddiaçıya dəyən ziyanın aktlaşdırılıb sənədləşdirilərək DSKŞ-yə göndərilməsini bildirmişlər. Qazax rayonu üzrə sığorta vasitəçisi X2 dəfələrlə deyilməsinə baxmayaraq, o, öz vəzifə borcunu yerinə yetirməyərək bu işlə məşğul olmamış, DSKŞ-nin ləğv olunduğuna görə heç nə edə bilmədiyini, iddiaçının özünün bu işlə məşğul olmasını demişdir. Halbuki, X4 DSKŞ-nin ləğvetmə komissiyası ilə əlaqə saxlamalı, tələbkarın tələbinin ödənilməsinə çalışmalı idi. Sığorta vasitəçisi heç bir köməklik etməmiş, qaynar xəttə, DSKŞ-yə bu barədə məlumat verməyərək məsuliyyətdən uzaq durmuş və onun məsuliyyətsizliyi ucbatından 5 aydır ki, iddiaçı ona dəyən ziyana görə ödəniləcək məbləği ala bilmir. Sual olunur: Sığorta vasitəçisi bəs nə işlə məşğuldur? Nəhayət, aradan 3 gün keçəndən sonra Tovuzdan gələn yoxlayıcılar iddiaçıya zəng edərək tələbinin və evində olan çatların faktiki haqlı olduğunu qeyd edib, DSKŞ iddiaçıya ziyana görə 1500-2000 manat pul ödəyəcəksə, hökmən Qazax fövqəladə hallar komissiyasının DSKŞ-yə rəsmi təsdiqedici məktubu lazım olmasını bildirmişlər. Onlar bu məktubu DSKŞ-yə göndərdikdən sonra iddiaçının haqlı tələbinin ödənilməsini bildirmişlər. xx.xx.2024-cü ildə fövqəladə hallar komissiyasının üzvləri iddiaçının evinə baxış keçirmiş, faktları təsdiqləmiş, xx.xx.2024-cü ildə DSKŞ-yə Qazax RİH-nin birinci müavini Məmməd Alıyevin imzası ilə rəsmi məktub ünvanlanmışdır. İddiaçının haqlı tələbi bu günə kimi həll olunmadığı üçün o, Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinə bu qanunsuzluq barədə məlumat vermişdir. Onlar isə xx.xx.2024-cü ildə 6-1-26/2 M6011-428389/2024 saylı məktubla DSKŞ-nin ləğvetmə komissiyasının sədri cənab Gündüz Əliyevə məktub ünvanlamışdır. İddiaçıya “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsini əldə rəhbər tutaraq guya çökmə olmadığı üçün İddiaçı evinin dəyər ifadəsi ilə 1500-2000 manat ziyanlıq pulunun ödənilməsindən və yaxud təmir edilməsindən imtina etməsi barədə məlumat ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının departament direktoru Murad Məmmədovun imzası olan məktubla imtina vermişlər. İddiaçı onların bu əməli ilə tam razı deyil, onun hüquqları tam pozulub, sığorta etdirən ona dəyən ziyanlığı DSKŞ-dən almalıdır. Sual olunur: 1. İddiaçıya dəyən ziyanlığı ödəməyəcəklərsə, evini niyə sığorta elətdirib?; 2. DSKŞ-nin funksiyası nədən ibarətdir, tələbi ödəmək?; 3) yoxsa vətəndaşı aldadıb pulunu yemək, ziyanlığı ödəməmək? Bu, əsl cinayət, vətəndaşları aldatmaq, hüquqlarını pozmaq, hadisəni gizlətməkdir. Yazılan aktları istədikləri kimi yazdırmaq, pulu ödəməmək, istəmədikləri təqdirdə öz xeyirləri üçün çalışmaqdır. Əgər çökməyə qalmışsa, sənədlərə baxan DSKŞ ləğv olunub. Bunun səlahiyyəti ünvan 2 ünvanında yerləşən DSKŞ-nin ləğv olunma komissiyasının sədri cənab Gündüz Əliyevin sərəncamına keçib. Sual olunur: Vətəndaşa ziyanlıq pulunu niyə vermirlər. İddiaçı 40 ilin müəllimi olmuşdur, 72 yaşı var, təqaüdçüdür, onun pensiyası kommunal xərcləri zorla ödəyir, yeməyə, geyməyə pul tapmır, evinə dəyən ziyanlığı kim ödəməlidir?

3. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Hazırkı iddia tələbi ilə bağlı Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı nə iddia ərizəsində, nə də Mərkəzi Banka ünvanladığı müraciətdə hansı hadisə nəticəsində evinə ziyan dəydiyini bildirmir. İddiaçı Mərkəzi Banka müraciətində 2024-cü ilin fevral ayının ikinci on günlüyündə evinə ziyan dəydiyini, iddia ərizəsində isə 2024-cü ilin fevral ayının 10-da evinə ziyan dəydiyini bildirir. Göründüyü kimi, iddiaçı evinə ziyanın hansı səbəbdən və hansı tarixdə baş verdiyini bildirmir. Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddia ərizəsində qeyd edilən evin sağ yan divarında çökmə və çatlar müşahidə olunduğu qeyd edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinin təsnifatı qeyd edilmişdir. Həmin maddədə "xxxx" sığorta hadisəsi kimi qeyd edilməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən "xxxx" daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilmədiyindən Şirkət tərəfindən iddiaçıya haqlı olaraq sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Həmçinin, praktikada daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə sığorta təminatına aid olan “sürüşmə” ilə sığorta təminatına aid olmayan "xxxx"nin eyniləşdirilməsi hallarına rast gəlinir. Bununla bağlı Şirkətin müvafiq sorğusuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda bu məsələyə münasibət bildirilmiş və çökmənin sürüşmə prosesi olmadığı qeyd edilmişdir. Mövcud qanunvericliyə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsasdır.

5. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasının cavabdehlər siyahısından çıxarılmasını, İddiaçı vurulmuş maddi ziyanın əvəzi olan 2.000 (iki min) manat məbləğində pulun cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz hərəkətləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona dəyən 3.000 (üç min) manat ziyanın, 6-7 dəfə gəlib-getməklə 1.000 (min) manat xərcin, cəmi 4.000 (dörd min) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı vəsatət təqdim edərək, evinə dəymiş ziyanın məbləğini artıraraq, gedibgəlmək üçün əlavə xərcin ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

8. Vəsatət belə əsaslandırılmışdır ki, 2 ildən çoxdur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı dəyən ziyanın aradan qaldırılmasına köməklik edilmədiyindən artıq ziyan 2-3 qat artmışdır. Əvvəlki iddia tələbində göstərilən məbləğ artıq bu işlərin aradan qaldırılmasına kifayət etmir. Əvvəlki və sonrakı verilmiş şəkillər müqayisə oluna bilər. İddiaçının neçə dəfə rayondan Bakıya gəlib-getməsi ona ziyan vurmuş, borc almışdır.

a) Məhkəmə prosesi:

9. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş ünvan 4erləşən fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdur.

13. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4erləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/216 nömrəli məktubuna əlavə edilmiş Hidrogeologiya və mühəndis geologiyası qrupunun baş hidrogeoloqu Bəxtiyar Qaralovun “ekzogen geoloji proseslər haqqında məlumat”ından görünür ki, ekzogen geoloji proseslərə məruz qalmış torpaqlara ərazilərində sürüşmə, sel, su eroziyası (yarğan əmələgəlmə, torpaq qatının yuyulması), külək eroziyası (deflyasiya, eol), uçqunlar, subasma – bataqlıqlaşma, abraziya prosesləri gedən, həmçinin vulkanları (Respublika ərazisində palçıq vulkanlarını) təzahür edən sahələr aiddir. Torpaq sürüşməsi ekzogen geoloji proseslərin çox geniş yayılmış növüdür və torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahələri boyu öz ağırlığının və ya üzərinə yüklənmiş ağırlığın təsiri altında sürüşərək yerini aşağıya doğru dəymişməsidir. Sürüşmələrin xarakteri və onun təhlükəsizlik dərəcəsi yerin geoloji qatının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması, yamacların sərt kəsilməsi və dayanıqlılığının pozulması proseslərində baş verir. Sürüşmələr 100 və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik ərazilərdə isə həddindən artıq nəmişlik olarsa 5÷70 bucaq altında da sürüşmə baş verə bilər. Respublika ərazisində baş verən sürüşmələrin mütləq əksəriyyəti insan fəaliyyətinin nəticəsidir. Torpaq çökməsi isə su eroziyası nəticəsində baş verir. Belə ki, atmosfer çöküntülərinin normadan artıq olması, yağış sularının və digər mənşəli suların (bulaqların, su arxlarının) düzgün idarə olunmaması torpaq qatının alt hissəsinin yuyulmasına, nəticədə isə çökməsinə səbəb olur. Çökmə deformasiyasının 2 növü olur: mexaniki və kimyəvi. Torpaq çökməsi sürüşmə prosesi deyil.

15. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus ünvan 4erləşən sahəsi 112,2 kv.m olan daşınmaz əmlak (yaşayış yeri) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023xx.xx.2024-cü illər ərzində daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. Sığorta riskləri kimi yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; sığorta məbləğinin 15.000 manat olması göstərilmişdir.

16. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (surəti isə İddiaçı) ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4erləşən fərdi yaşayış evinin sahibi İddiaçı Qazax Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətinə əsasən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən İddiaçı yaşadığı evə xx.xx.2024-cü il tarixdə baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Baxış zamanı ünvan 4erləşən 1 (bir) mərtəbəli, ümumi sahəsi 112,2 m2, yaşayış sahəsi 53,8 m2 və yardımçı sahəsi 58,4 m2 olan 2 (iki) otaqlı fərdi yaşayış evinin sağ yan divarında çatlar və uzun müddət atmosfer sularından qorunmadığı üçün həmin divarda çökmə müşahidə edilmişdir.

17. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasının sədri Gündüz Əliyevə (surəti isə İddiaçı) ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti aidiyyəti üzrə baxılması üçün LPO Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasına göndərilmişdir.

18. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, daxil olmuş müraciətə əsasən Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu göndərildiyi, sığortaçının xx.xx.2024-cü il tarixli məktubuna əsasən təqdim edilən sənədlərə əsasən yaşayış yerinin divarlarında çökmə müşahidə olunduğu qeyd edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən "xxxx" “daşınmaz əmlakın icbari sığortası” müqaviləsi üzrə sığorta təminatına daxil edilmədiyindən İddiaçı sığortaçı tərəfindən sığorta ödənişinin icra edilməsi mümkün olmamışdır.

19. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 45 (qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə olunaraq məhkəməyə təqdim edilmiş Qazax RİH başçısının birinci müavini Məmməd Alıyev, Qazax RİH başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri Fərhad İsgəndərov, Qazax RİH başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qazax RİH başçısı aparatında böyük məsləhətçi (mühəndis) Samir Qurbanov və ünvan 4aşayan İddiaçı imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı Qazax Rayon İcra Hakimiyyətinə yazdığı xx.xx.2024-cü il tarixli müraciətinə əsasən, xx.xx.2024cü il tarixdə vətəndaşın yaşadığı ünvanda olub evinə keçirilən baxış zamanı ünvan 4erləşən 1 (bir) mərtəbəli, ümumi sahəsi 112,2 m2, yaşayış sahəsi 53,8 m2 və yardımçı sahəsi 58,4 m2 olan 2 (iki) otaqlı fərdi yaşayış evinin sağ yan divarında çatlar yarandığı və uzun müddət atmosfer sularının evin sağ yan divarının təməlinə axması nəticəsində həmin divarda çökmə müşahidə edildi.

21. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qazax şəhəri, M.Z.Carçıyev küçəsi, ev 17A ünvanına Mərkəzin əməkdaşları tərəfindən baxış keçirilməmiş və müvafiq akt tərtib edilməmişdir.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1265 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli X3 mütəxəssisi Temuraz Ələkbərov tərəfindən verilən rəyin məlumatlarına əsasən, ünvan 6 ünvanında yerləşən evdə təbii və texnogen amillərin birgə təsiri nəticəsində çökmə prosesi müşahidə edilmişdir. Vizual baxış zamanı ərazidə digər ekzogen geoloji (sürüşmə, uçqun, səthi yuyulma və s.) proseslərin təzahürlərinə rast gəlinməmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir. Bu səbəbdən də qoyulmuş sual üzrə tədqiqat aparılmadı.

23. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

24. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Axtarışplanaalma və monitorinq şöbəsinin layihə meneceri Temuraz Ələkbərovun “Qazax şəhəri, M.Z.Carçıyev küçəsi, ev 17A ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndisgeoloji şəraiti haqqında” rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 4erləşən, sahəsi 112,2 m2 olan evdə təbii və texnogen amillərin birgə təsiri nəticəsində çökmə prosesi müşahidə edilmişdir. Vizual baxış zamanı ərazidə digər ekzogen geoloji (sürüşmə, uçqun, səthi yuyulma və s.) proseslərin təzahürlərinə rast gəlinməmişdir. Qeyd: Respublika ərazisində təbii və digər amillərin təsiri nəticəsində tikililərə dəymiş ziyanın hesablanması və dağıntıların araşdırılması X3 fəaliyyət istiqamətlərinə aid deyil. Qeyd etmək lazımdır ki, sürüşmə və çökmə hadisələri ekzogen geoloji proseslərə aid olub, baş verməsi, formalaşması müxtəlif formada fərqli amillərin təsirindən yayınır. Çökmə hadisəsi su ilə islanarkən yük altında gərginlikli vəziyyətdə olan süxurlarda (əsasən qumca, gilcə, gillər) baş verir və onların üzərində tikilmiş qurğuların texniki vəziyyətinin zəifləməsinə, dağılmasına zəmin yaratmış olur. Belə ki, sahənin geoloji quruluşunda iştirak edən, əsasən yer səthinin üst hissəsini təşkil edən, bərkiməmiş, zəif bərkimiş çöküntülərin su ilə doyması, süxurların yükgötürmə qabiliyyətinin, dayanıqlığının zəifləməsi, ilişmə qüvvəsinin azalması və ağırlıq qüvvəsinin təsiri tikinti obyektinin ağırlığından müxtəlif parametrli çökmə (qeyri-bərabər batma və deformasiyası) prosesinin baş verməsinə zəmin yaradır. Qeyd olunan proseslər tikinti obyektlərinin qrunta batmasına və müxtəlif formalı fəsadların yaranmasına səbəb olur. Bu süxurlar quru halda yüksək yükgötürmə qabiliyyətinə, yamaclarda dayanıqlığa malik olsalar da, su ilə islanarkən qruntlarının ilkin strukturu pozulduğundan üstdə yatan layların ağırlığından və ya xarici yükün təsirindən öz həcmlərini kəskin azaldaraq çökür (batır), nəticədə sıxlaşırlar. Yəni quru halda təsir edən yükə qarşı davamlı olduqları halda islanarkən dayanıqsız olurlar. Sürüşmə prosesindən fərqli olaraq batma (çökmə) hadisəsi az maili və ya düzən ərazilərdə baş verə bilir. Lakin maili yamaclarda baş verən batma (çökmə) hadisəsi sürüşmə prosesi ilə əvəzlənə bilər. Ekzogen geodinamik proseslər təbii və texnogen amillərin ayrılıqda və birgə təsiri nəticəsində baş verə bilər. Sürüşmə ekzogen geodinamiki proses olub, ağırlıq, hidrodinamiki təzyiq, seysmik və s. qüvvələrin təsiri altında yamacın ilkin bütövlüyü pozularaq, qrunt kütləsinin yamacboyu yerdəyişməsi şəklində təzahür edir. Yəni yamacı təşkil edən qrunt kütləsinə təsir edən sürüşdürücü və sürüşməyə qarşı qüvvələr arasında mövcud olan təbii-tarazlıq şərti pozulduqda bu hadisə baş verir. Bu zaman yamacı təşkil edən qrunt kütləsinin bir hissəsi qoparaq şaquli və üfüqi istiqamətdə yerdəyişməyə məruz qalır.

25. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən məhkəmənin 2(006)-915/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadının icrası ilə bağlı hazırlanmış və məhkəməyə təqdim edilmiş Hidrometeoroloji tədbirlər mərkəzinin “Qazax rayonu ərazisində 2023-cü ilin noyabr-dekabr ayları və 2024-cü ilin yanvar-fevral ayları ərzində müşahidə edilmiş yağıntı haqqında” arayışından görünür ki: 2023-cü il noyabr dekabr Günlər Yağıntının Yağıntının Yağıntının Yağıntının növü miqdarı, (mm) növü miqdarı, (mm) 1 2 3 4 5 6 yağış 0.7 7 yağış 1.3 8 9 10 11 12 13 yağış 3.4 14 15 16 17 18 yağış 1.5 19 20 yağış 3.8 21 22 23 yağış 3.1 24 25 26 27 yağış 1.2 28 yağış 2.1 29 30 31

2024-cü il Günlər yanvar fevral Yağıntının Yağıntının Yağıntının Yağıntının növü miqdarı, (mm) növü miqdarı, (mm) 1 2 3 yağış 3.0 4 5 6 7 8 9 10 yağış 1.8 11 12 13 14 yağış 0.4 15 16 17 18 yağış 3.3 19 yağış 1.3 20 21 22 sulu qar 3.3 23 qar 14.1 24 qar 18.1 25 yağış 1.5 26 27 28 29 30 31

Qeyd: Qeyd olunan tarixlər aralığında Qazax rayonu ərazisində leysan xarakterli yağıntılar müşahidə olunmamışdır. Yer səthində yığılan atmosfer suları dedikdə, alçaq ərazilərdə yığılma istisna olmaqla, atmosfer yağıntıları zamanı yer səthində toplanan, yağıntı bitdikdən sonra axıb gedən və ya sızan yağıntı suyunun bir hissəsi nəzərdə tutulur (https://library.wmo.int/viewer/35589/?offset=#page=1&viewer=picture&o=bookmark&n=0& q=). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimat”a əsasən qeyd olunan müddətdə Qazax rayonu ərazisində müşahidə edilmiş yağıntılar təhlükəli və ya təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisə hesab edilmir.

26. “X5” MMC-nin 28 sentyabr 2025-ci il tarixli 204 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus ünvan 6 ünvanında təbii və texnogen amillərin birgə təsiri nəticəsində çökmə prosesi müşahidə edilmişdir. Vizual baxış zamanı ərazidə digər ekzogen geoloji (sürüşmə, uçqun, səthi yuyulma və s.) proseslərin təzahürlərinə rast gəlinməmişdir. Aparılmış tədqiqatlar nəticəsində, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən, sahəsi 112,2 m2 olan evə baş vermiş hadisə (torpaq sürüşməsi, çökmə və s.) nəticəsində cəmi 4,000.00 manat ziyan dəymişdir.

27. İş materiallarına, həmçinin, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

28. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 4erləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı xx.xx.2023-cü il tarixdə 1 il müddətinə evini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində daşınmaz əmlakın icbari sığortası növündə sığortalatmış, şəhadətnamədə sığorta məbləğinin 15.000 manat; sığorta risklərinin isə yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi olması göstərilmişdir.

29. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu 2024-cü ilin fevral ayında iddiaçının evinə ziyan dəymişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə Qazax Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən evə baxış keçirilərək tərtib edilmiş aktda evin sağ yan divarında çatlar və uzun müddət atmosfer sularından qorunmadığı üçün həmin divarda çökmə müşahidə edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2024-cü il tarixli məktubla evin divarlarında çökmə müşahidə olunmasını, qanuna əsasən çökmənin isə sığorta təminatına daxil edilməməsini əsas gətirərək, sığorta ödənişinin icra edilməsinin mümkün olmadığını bildirmişdir.

30. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinə dəyən ziyanın ödənilməsini və cavabdehin qanunsuz hərəkətləri barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilmiş etirazda iddiaçının evinə ziyan dəyməsinə səbəb olan hadisənin sığorta hadisəsi olmamaqla, sığorta təminatına daxil edilməməsi, bu səbəbdən ona sığorta ödənişinin edilməsindən imtina edildiyi qeyd edilmiş, iddiaçının hadisənin tarixi barədə ziddiyyətli fikirlərinin olması, dəqiq tarixini özünün belə bilməməsi mübahisələndirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun baş hidrogeoloqunun “ekzogen geoloji proseslər haqqında məlumat”ını məhkəməyə təqdim etmiş, həmin məlumatda torpaq çökməsinin su eroziyası nəticəsində baş verməsi, belə ki, atmosfer çöküntülərinin normadan artıq olması, yağış sularının və digər mənşəli suların (bulaqların, su arxlarının) düzgün idarə olunmamasının torpaq qatının alt hissəsinin yuyulmasına, nəticədə isə çökməsinə səbəb olması, çökmə deformasiyasının mexaniki və kimyəvi olmaqla, 2 növünün olması, torpaq çökməsinin sürüşmə prosesi olmaması göstərilmişdir.

31. İş üzrə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının evində çatların yaranmasına səbəb olan hadisənin nədən ibarət olması və həmin hadisə nəticəsində evə cəmi nə qədər ziyan dəyməsinin müəyyən edilməsi məqsədilə müvafiq qurumların mütəxəssisləri cəlb edilməklə iş üzrə ekspertiza təyin edilmişdir. Qərardadın icrası istiqamətində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Axtarışplanaalma və monitorinq şöbəsi tərəfindən verilmiş rəydə iddiaçının evində təbii və texnogen amillərin birgə təsiri nəticəsində çökmə prosesi müşahidə edilməsi, vizual baxış zamanı ərazidə digər ekzogen geoloji (sürüşmə, uçqun, səthi yuyulma və s.) proseslərin təzahürlərinə rast gəlinməməsi qeyd edilmiş, çökmə və sürüşmənin tamamilə fərqli proseslər olması, onların xarakterik xüsusiyyətləri ətraflı şəkildə izah edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi də həmin rəyə əsasən tərtib olunaraq eyni məzmunda olmuş, ziyanın məbləği ilə bağlı hissədə qərardad icra edilməmişdir.

32. İş üzrə müəyyən edilməsi zəruri olduğundan, məhkəmənin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən 2023-2024-cü illərin qış aylarında iddiaçının evinin olduğu əraziyə atmosfer yağıntılarının yağıb-yağmaması, həmin yağıntıların hansı qrup yağıntılara aid olması (leysan, çiskin və s.), onların miqdarının nə qədər olması, evin bünövrəsi ətrafında yığılan atmosfer suları dedikdə, konkret hansı suların nəzərdə tutulması barədə ətraflı məlumatın, həmçinin, həmin atmosfer yağıntıları nəticəsində fərdi yaşayış evinin divarlarında çat əmələ gəlməsinin, divarların çökməsinin, eyni zamanda hər hansı bir şəkildə evə ziyan dəyməsinin mümkün olub-olmaması barədə əsaslandırılmış mütəxəssis rəyinin təqdim edilməsi tələb edilmiş, həmin qurumun Hidrometeoroloji tədbirlər mərkəzinin “Qazax rayonu ərazisində 2023-cü ilin noyabr-dekabr ayları və 2024cü ilin yanvar-fevral ayları ərzində müşahidə edilmiş yağıntı haqqında” arayışında yanvar ayında 1 gün sulu qar və 2 gün qar, qalan qış aylarında isə cəmi 14 gün yalnız yağış yağdığı, həmin tarixlər aralığında Qazax rayonu ərazisində leysan xarakterli yağıntıların müşahidə olunmadığı, yer səthində yığılan atmosfer suları dedikdə, alçaq ərazilərdə yığılma istisna olmaqla, atmosfer yağıntıları zamanı yer səthində toplanan, yağıntı bitdikdən sonra axıb gedən və ya sızan yağıntı suyunun bir hissəsinin nəzərdə tutulması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimat”a əsasən qeyd olunan müddətdə Qazax rayonu ərazisində müşahidə edilmiş yağıntıların təhlükəli və ya təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisə hesab edilmədiyi qeyd edilmişdir.

33. Həmin qərardadla iş üzrə təyin edilmiş qiymətləndirmə nəticəsində Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan “X5” MMC tərəfindən məhkəməyə verilmiş 28 sentyabr 2025-ci il tarixli qiymətləndirmə rəyində iddiaçının evinə dair baş vermiş hadisə nəticəsində cəmi 4,000.00 manat ziyan dəyməsi müəyyən edilmişdir.

c) Məhkəmənin mövqeyi:

34. Məhkəmə işdə olan bütün materialları tərəflərin izahatları və müvafiq qanunvericilik normaları ilə birgə tədqiq edərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Hazırkı iş üzrə tərəflər arasında daşınmaz əmlakın icbari sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən sığortalanmış fərdi yaşayış evinə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Mübahisəli məsələ isə evə zərər dəyməsi ilə nəticələnən hadisənin nədən ibarət olması, bu hadisənin sığorta hadisəsi hesab edilib-edilməməsi, cavabdeh tərəfindən sığorta ödənişinin həyata keçirilməsindən imtina edilməsinin qanuni və əsaslı olub-olmaması ilə bağlıdır. Bununla bağlı aparılmış araşdırma nəticəsində aidiyyəti qurumlardan əldə edilmiş mötəbər sübutlarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçının evinə zərər dəyməsi ilə nəticələnən hadisə çökmə olmuşdur. Çökmə prosesini yaradan amilin su eroziyası olması, belə ki, atmosfer çöküntülərinin normadan artıq olması, yağış sularının və digər mənşəli suların (bulaqların, su arxlarının) düzgün idarə olunmamasının torpaq qatının alt hissəsinin yuyulmasına, nəticədə isə çökməsinə səbəb olması barədə iş materiallarında olan mötəbər sübutu nəzərə alan məhkəmə hadisənin baş verdiyi iddia edilən vaxtda və ondan əvvəlki tarixlərdə evin yerləşdiyi ərazidəki yağıntıların hansı qrup yağıntılara aid olması və onların miqdarının nə qədər olması barədə mötəbər məlumatın verilməsi məqsədilə Milli Hidrometeorologiya Xidmətinə müraciət etmişdir. Xidmətin Hidrometereoloji Tədbirlər Mərkəzi tərəfindən verilmiş arayışla həmin ərazidə yanvar ayında 1 gün sulu qar və 2 gün qar, qalan qış aylarında isə 14 gün yalnız yağış yağdığı, həmin yağıntıların leysan xarakterli olmadığı, o cümlədən təhlükəli və ya təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisə hesab edilmədiyi müəyyən edilmişdir. Araşdırma nəticəsində o da müəyyən edilmişdir ki, zərərə səbəb olan çökmə sığorta hadisəsi hesab edilən torpaq sürüşməsi ilə fərqli proseslərdir və sığorta hadisəsi hesab edilmir. O cümlədən, yuxarıda qeyd edildiyi kimi, çökməyə gətirib çıxaran yağıntıların sığorta hadisəsi hesab edilən leysan xarakterində olmamaqla, təhlükəli və ya təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisə hesab edilməməsi mübahisəsizdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının evinə ziyan vurulması ilə nəticələnən təbiət hadisəsi sığorta hadisəsi hesab olunmadığından və sığorta şəhadətnaməsində sığorta riski kimi göstərilmədiyindən, hazırkı iş üzrə sığorta hadisəsi baş verməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçı qarşısında daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır.

36. Yuxarıda qeyd olunan hallara istinadən məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilməməlidir.

37. Burada qeyd edilməlidir ki, cavabdehin etirazında göstərilən hallar mötəbər sübutlarla öz təsdiqini tapdığından, etiraz məhkəmə tərəfindən haqlı hesab edilmişdir. Bununla belə, cavabdeh iddiaçının özünün belə hadisənin dəqiq tarixini bilmədiyini mübahisələndirsə də, çökmə hadisəsinin sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə baş verməsini mübahisələndirməmiş, iş materiallarında sığorta hadisəsi sayılmayan bu hadisənin dəqiq tarixi ilə bağlı məlumat olmasa da, məhz şəhadətnamənin qüvvədə olduğu vaxtda baş verməsini təsdiqləyən kifayət qədər material olmuşdur. Buna görə də işin nəticəsinə təsir etməsə də belə, məhkəmə tərəfindən həmin dəlil formal və əsassız mülahizə kimi qiymətləndirmişdir.

38. İddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə isə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardad qəbul edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, bu vəsatətin olub-olmamasından asılı olmayaraq, məhkəmə öz xidməti vəzifəsinə görə belə qərardadın qəbul edilməsinə əsas verən halı müəyyən etdikdə öz təşəbbüsü ilə bunu edir, bu məsələdə məhkəmə tərəflərin vəsatətlərindən asılı deyildir. Lakin qeyd edildiyi kimi, iş üzrə belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə vəsatəti əsassız hesab edərək təmin edilməməsinin məqsədə müvafiq olması qənaətinə gəlir.

39. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

40. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 922-ci maddə. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

43. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0, 115.0.1, 115.0.4. Ekspertlərə verilməli olan məbləğlər, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

46. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Bununla belə, iddiaçı vəsatət verərək, məhkəməyə gediş-gəlişlə bağlı xərclərinin də cavabdehdən tutulmasını tələb etmiş, lakin bu xərclərin çəkilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Sübut təqdim etmiş olsaydı da belə, məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar