Məhkəmə qərarları › İş №2(006)-924/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-924/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-924/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Cavad Elşad oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 447,00 manat sığorta ödənişi məbləğinin, 1.600,00 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2.077,00 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, '‘xxxx” ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PA A********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 220” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyal vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-ci il tarixdə “Mercedes Benz 220" markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Lexus RX 450” markalı, H 8** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 447,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yasamal RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 091-39727-1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyətə təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 220” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 tərəfindən Cavabdeh avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt cavabdeh X3 “Mercedes Benz 220” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə, Cavabdeh tərəfindən idarə etdiyi “MERCEDES BENZ 220” minik markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh qeyd edilən avtomobili idarə etməsinə dair etibarnaməni təqdim etməmişdir. Bakı şəhəri Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli “hesablama aktı”ndan görünür ki, X4 məxsus “LEXUS RX 450” markalı H 8** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 447,00 manat müəyyən edilmişdir. “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X6 arasında 1996-cı il buraxılışlı, “MERCEDES BENZ 220” minik markalı, **-UN- *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə sığortalanması barədə xx xxxx 2019-cu il tarixli, PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 19-08720/09/AA-7192/19 saylı “sığorta aktı”ndan görünür ki, "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 447,00 manat sığorta ödənişi zərərçəkən X4 ödənilmişdir. xx.xx.2019-cu il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yarandığı və bu səbəbdən onun 447 manat sığorta ödənişi etməli olduğu barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən 1996-cı il buraxılışlı, “MERCEDES BENZ 220” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə sığortalanması razılaşdırılmışdır. Bakı şəhəri Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna və Bakı şəhəri Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli əmlaka dair hesablama aktına əsasən zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin dəyəri 447 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 19-08720/09/AA-7192/19 saylı sığorta aktına görə "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 447 manat sığorta ödənişi zərərçəkən X4 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinin tələblərinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinin tələblərinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 926.2-ci maddəsinin tələblərinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcələsinin 927.1-ci maddəsinin tələblərinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci və 23.1.6-cı maddələrinin tələblərinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüquqlarından biridir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələblərinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bundan başqa məhkəmə iddianın “1.600,00 manat işlərin görülməsi xərcinin ödənilməsi” hissəsi ilə əlaqədar olaraq qeyd edir ki, iddiaçı iddia tələbində “1.600 manat işlərin görülməsi xərcinin ödənilməsi”ni tələb etsə də, bu tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia “1.600,00 manat işlərin görülməsi xərcinin ödənilməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur,-Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən tələblərini, həmçinin Bakı şəhəri Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunu və Bakı şəhəri Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını nəzərə alaraq qeyd edir ki, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək həmin sığorta hadisəsinin törədilməsində təqsirli hesab edildiyindən iddiaçı ona qarşı subroqasiya qaydasında hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 447 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia digər hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 447 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar