Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-925/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsi, Cavabdeh2 MMC, Cavabdeh3 BOKT ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi Dairəsinə qarşı “Hərracın nəticələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş xx xxxxxxx 2018-ci il tarixli, 146 nömrəli hərracın yekunlarına dair protokolun, Cavabdeh3 BOKT ASC ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alqı-satqı barədə müqavilənin və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 188/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh3 BOKT ASC-nin xeyrinə 2015/00046-01 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 29735 (iyirmi doqquz min yeddi yüz otuz beş) ABŞ dolları 75 (yetmiş beş) sent əsas, 1837 (min səkkiz yüz otuz yeddi) ABŞ dolları 85 (səksən beş) sent faiz borcu, cəmi 31573 (otuz bir min beş yüz yetmiş üç) ABŞ dolları 60 (altmış) sent məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutuması, Cavabdeh3 BOKT ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və 01 (bir) manat bank xidmət haqqı tutulması, tutmanın 2015/00046-01İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilsməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdeh İddiaçı Cavabdeh3 BOKT ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4373/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X2 və X1 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş, İddiaçı, X2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh3 X7 X4 Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli gec almaqları ilə əlaqədar olaraq, qətnamədən apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsi barədə ərizə verilmiş, xx xxxxxxx 2019-cu il tarixli qərardadla apelyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4373/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən də apellyasiya qaydasında şikayət verilmiş, mülki işin materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-188/2018 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş xx xxxxxxx 2018-ci il tarixli, 146 nömrəli protokol və əmlakın xx xxxxxxx 2018-ci il tarixli alqısatqısı barədə müqaviləyə əsasən Cavabdeh3 X7 X4 Cəmiyyətinə satılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4373/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, bina 62, mənzil 15 Cavabdeh3 BOKT ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır, mübahisəli mənzil hal-hazırda Cavabdeh3 BOKT ASC-nin mülkiyyətindədir. Halbuki, hərracın keçirilməsinə dair İddiaçı heç bir məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilməmiş, iddiaçı hərracın keçirilməsinə dair məlumatlandırılmamışdır. Hal-hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilməsi halında icra vərəqəsinin icra olunması əsassızdır. Bununla da, mənzilin mülkiyyətçisinin, yəni İddiaçı məlumatı və iştirakı olmadan, ona hərracın yeri və vaxtı barədə məlumat verilmədən, onun mənzilinə dair hərrac keçirilmiş, alqı-satqı müqaviləsi tərtib olunmuş, mənzil Cavabdeh3 BOKT ASC-nin mülkiyyətinə keçirilmiş və ona müvafiq dövlət orqanı tərəfindən mülkiyyət hüquqlarına dair reystrdən çıxarış verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış və hərracın nəticələri ləğv olunmalıdır. Bundan əlavə, hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş mənzilin satılması AR Konstitusiyasının 13; 152.1; 157.1-ci maddələrinin; “İcra haqqında” AR Qanununun 21.1; 21.2-ci maddələrinin, “İpoteka haqqında” AR Qanununun 42.1; 43.4; 43.8-ci maddələrinin və AR Mülki Məcəlləsinin 415.2-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh3 BOKT ASC tərəfindən “ipoteka haqqında” AR Qanununun 43.9-cu və 43.8-ci maddələrinin tələbləri də pozulmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıdakı qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş xx xxxxxxx 2018-ci il tarixli, 146 nömrəli hərracın yekunlarına dair protokolun və Cavabdeh3 BOKT ASC ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alqı-satqı barədə müqavilənin və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 146 nömrəli hərracın yekunları barədə protokol və Cavabdeh3 BOKT ASC ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair Cavabdeh3 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4373/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi icra mərhələsində olarkən hərracın keçirilmiş olduğundan xəbərləri olmuşdur. Hal-hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsini gec almaqları ilə əlaqədar olaraq, qətnamədən apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsi barədə ərizə verilmiş, xx xxxxxxx 2019-cu il tarixli qərardadla apelyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh3 BOKT ASC-nin xeyrinə 2015/00046-01 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 29735 (iyirmi doqquz min yeddi yüz otuz beş) ABŞ dolları 75 (yetmiş beş) sent əsas, 1837 (min səkkiz yüz otuz yeddi) ABŞ dolları 85 (səksən beş) sent faiz borcu, cəmi 31573 (otuz bir min beç yüz yetmiş üç) ABŞ dolları 60 (altmış) sent məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, İddiaçı Cavabdeh3 BOKT ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və 01 (bir) manat bank xidmət haqqının tutulması, tutmanın 2015/00046-01İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, Cəfərov İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdeh İddiaçı Cavabdeh3 BOKT ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-987/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-188/2018 saylı qətnaməsinin əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı “Cavabdeh3" BOKT ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 21957,98 (iyirmi bir min doqquz yüz əlli yeddi ABŞ dolları, 98 sent) ABŞ dolları, cəmi borcun isə 23795,83 (iyirmi üç min yeddi yüz doxsan beş ABŞ dolları 83 sent) ABŞ dolları müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4373/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X2 və X1 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, İddiaçı, X2 və X1 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya (Cavabdeh3 BOKT ASC-yə) təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 MMC-nin Hərracın yekunları barədə 146 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişi (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-188/2018 saylı icra vərəqəsi), Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzil ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin hərrac qiyməti 95.000 manat qiymətləndirilmiş və 25% endirimlə 60562 manat olmaqla Cavabdeh3 BOKT ASC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzil hərracın nəticələri barədə yekun protokoluna əsasən 60562 manata alıcı Cavabdeh3 BOKT ASC-yə satmışdır. Cavabdeh2 MMC tərəfindən sifarişçi Nəsimi rayon İcra şöbəsinə, tələbkar Cavabdeh3 BOKT ASC-yə, borclu İddiaçı ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 03/89 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzil üzrə xx.xx.2018-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 95.000 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. Bildirişin İddiaçı çatdırılması barədə qəbz əlavə edilmişdir. Cavabdeh2 MMC tərəfindən sifarişçi Nəsimi rayon İcra şöbəsinə, tələbkar Cavabdeh3 BOKT ASC-yə, borclu İddiaçı ünvanlanmış Açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 03/89-1 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzil üzrə xx.xx.2018-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 95.000 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. Bildiriş İddiaçı çatdırılması barədə qəbz əlavə edilmişdir. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilin (ilkin satış qiymətinin 95.000 manat olmaqla) açıq hərraca çıxarılacağına dair müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilin (ilkin satış qiymətinin 80750 manat olmaqla) açıq hərraca çıxarılacağına dair müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. xx.xx.2019-cu il tarixli, 2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh3 BOKT ASC tərəfindən Nəsimi rayon icra şöbəsinin bank hesabına 6556,88 manat məbləğində pul köçürülməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 188/2018 saylı qətnaməsinə əsasən hərrac yolu ilə əldə olunan əmlakın satış qiyməti ilə İddiaçı borcu arasındakı fərq ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il 4/613 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(006)-925/2020 nömrəli mülki işin 129-cu vərəqəsində olan Cavabdeh2 MMC tərəfindən göndərilmiş məktubun alındığını göstərən F.119 saylı xəbərnamədə “Şəxsən (soyadı, imzası)” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlığı aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyəni verirlər: imza qrafasında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilin satılması ilə əlaqədar 2 dəfə xx.xx.2018-ci il tarixdə birinci və xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Birinci və təkrar hərracların keçirilməsi ilə bağlı “Kaspi” qəzetinin müxtəlif tarixli saylarında elanlar dərc olunmuş, ipoteka qoyana (iddiaçıya), ipoteka saxlayana və sifarişçiyə hərracın keçiriləcəyinə dair bildirişlər göndərilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli hərracın keçirələcəyi barədə bildirişin xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixli hərracın keçirələcəyi barədə bildirişin xx.xx.2018-ci il tarixdə çatdırılması barədə qəbzlər iş materiallarına əlavə edilmişdir. Hazırda iddiaçı hərrac keçirən təşkilat tərəfindən yaşadığı ünvanına göndərilmiş bildirişlərin çatdırılması barədə qəbzlərin onun tərəfindən imzalanmamasına və bununla da hərracların keçirilməsi barədə qanunvericiliklə nəzərdə tutulan qaydada məlumatlandırılmamasına istinad etməklə məhkəmədən xx.xx.2018-ci il tarixdə baş vermiş hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. İddiaçının istinad etdiyi halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il 4/613 saylı nömrəli ekspert rəyinə əsasən “mülki işin 129-cu vərəqəsində olan Cavabdeh2 MMC tərəfindən göndərilmiş məktubun alındığını göstərən F.119 saylı xəbərnamədə “Şəxsən (soyadı, imzası)” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Beləliklə cavabdeh tərəfin hərracın keçirilməsi barədə iddiaçının məlumatlı olmasına dair istinad etdiyi sənədlərin sübutedici qüvvəsinin olmaması müəyyən edildiyindən, məhkəmə tərəfindən bu sənədlər sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Bu Qanunun 42.5-ci və 42.6-cı maddələrinə görə ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlarla bildirişlərin çatdırılmasını təsdiq edən qəbzlərin İddiaçı tərəfindən imzalanmadığı və bununla da iddiaçının hərracın keçirilməsi barədə qanunvericiliyə uyğun formada məlumatlandırılmadığı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka haqqında qanunvericiliklə müəyyənləşdirilən qaydalar pozulduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməli, yəni həmin mənzilə dair 146 nömrəli, xx.xx.2018-ci il tarixli Hərracın Yekunları barədə Protokol, bu protokola əsasən tərtib edilmiş xx.xx.2018-ci il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" müqavilə etibarsız hesab edilməli, həmçinin adları çəkilən sənədlərin etibarsızlığının nəticəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 BOKT ASC-nin adına tərtib edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair onun mülkiyyət hüququnu təsdiq edən “Çıxarış” ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə həmçinin Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən qeyd etməyi zəruri sayır və qeyd edir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin qaytarılmasını ehtiva edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzil Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə yekun protokoluna əsasən 60562 manata alıcı Cavabdeh3 BOKT ASC-yə satılmışdır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh3 BOKT ASC tərəfindən borcun bağlanması məqsədi ilə hesaba köçürülmüş 60562 manat məbləğində pul vəsaiti Cavabdeh3 BOKT ASC-yə qaytarılmalıdır. Məhkəmə, əqdin etibarsızlığına dair iddia tələblərinə kəsici müddətin tətbiqi üzrə zərurətin olub-olmamasını nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Lakin Mülki Məcəllənin 354.1-ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı bir illik kəsici müddətin ötürülməsi məsələsini həll etmək üçün məhkəmə ilk öncə sözügedən əqdin bilavasitə icrasına başlanıldığı günü müəyyən etməlidir. Belə ki, məhkəmə iddiaçı Cavabdeh3 BOKT ASC-nin cavabdehlər İddiaçı və q. qarşı “mənzildən çıxarılması və s.” tələblərinə dair 2(006)-4373/2019 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra evin satıldığı barədə iddiaçının xəbərdar olduğunu, hazırkı iş üzrə isə onun hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəməyə xx.xx.2019-cu ildə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı əqdin etibarsız sayılması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair tərtib edilmiş 146 nömrəli, xx.xx.2018-ci il tarixli Hərracın Yekunları barədə Protokol, bu protokola əsasən tərtib edilmiş xx.xx.2018-ci il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" müqavilə etibarsız hesab edilməli və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair Cavabdeh3 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış ləğv edilməlidir. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh3 BOKT ASC tərəfindən borcun bağlanması məqsədi ilə köçürülmüş 60562 manat məbləğində pul Cavabdeh3 BOKT ASC-yə qaytarılmalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcinə görə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 126 manat cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul isə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-dən müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 146 nömrəli Hərracın Yekunları barədə Protokol və xx.xx.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə dair Cavabdeh3 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış ləğv edilsin. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh3 BOKT ASC tərəfindən borcun bağlanması məqsədi ilə köçürülmüş 60562 manat məbləğində pul Cavabdeh3 BOKT ASC-yə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 126 manat cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-925/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-925/2020
12.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver