Məhkəmə qərarları › İş №2(006)-934/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-934/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-934/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Əlı̇ yev Camal Ramazan oğlunun, cavabdeh Əlı̇ yeva Rəna Pərvı̇ z qızının iştirakları ilə İddiaçı Əlı̇ yev Camal Ramazan oğlunun cavabdeh Əlı̇ yeva Rəna Pərvı̇ z qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Camal Ramazan oğlu cavabdeh Əlı̇ yeva Rəna Pərvı̇ z qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Camal Ramazan oğlu izahat verərək bildirmişdir ki, özü ilə bağlı heç bir iddia tələbi yoxdur, yalnız oğluna vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Belə ki, cavabdeh ilə aralarında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi il pozulmuşdur. Bundan sonra oğlu Bilal Əliyev anasının himayəsinə verilmişdir. Daha sonra səhhəti ilə bağlı yaranmış problemlərlə bağlı aparılan tibbi xarakterli tədbirlərlə əlaqədar olaraq oğlu Bilal Əliyev 2021-ci ilin dekabr ayından etibarən onun himayəsində qalmalı olmuşdur. Ancaq buna baxmayaraq cavabdeh onun bank hesabından hər ay tutulan alimenti mənimsəmiş, oğlu üçün sərf etmək yerinə özü üçün xərcləmiş və həmin pulları mənimsəmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə oğlu onun himayəsinə verilmişdir. Bundan sonra cavabdeh həmin alimentin onun kart hesabına keçirilməsi ilə bağlı iş yerinə müraciət etməkdən belə çəkinməmişdir. Birgə nikahdan doğulmuş övladlarına ana kim heç vaxt lazımi qayğı və diqqət göstərilmədiyi halda, onun ehtiyaclarının ödənilməsi üçün hər ay ondan tutulan alimenti mənimsəməklə oğlunun hüquqları onun anası tərəfindən tapdalanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əlı̇ yeva Rəna Pərvı̇ z qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı qismində Bilal Əliyev(yetkinlik yaşına çatmış) çıxış etməli olduğu halda, iddia onun atası İddiaçı tərəfindən verilmişdir ki, bu da kobud pozuntudur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur. Birinci hissə hazırki iddiaçı tərəfindən cavabdehə ödənilmiş aliment pullarının qaytarılması, ikinci tələb isə oğluna vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi olmuşdur. Belə ki, birinci tələb olan ödənilmiş alimentin qaytarılması olsa da, iddiaçı bunu özünə yox, oğlu Əliyev Bilala (yetkinlik yaşına çatmış) qaytarılmasını xahiş etmişdir. Bu tələb isə iddiaçının özünə aid tələb olmadığından baxılması da qeyri-mümkündür. İddiaçının tələbinin ikinci hissəsi olan Əliyev Bilala (yetkinlik yaşına çatmış) vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi olsa da, ona iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklifi irəli sürülsə də buna razılıq verməmiş və yenə də vurulmuş ziyan məbləğini oğluna ödənilməsini bildirmişdir. Həmçinin iddiaçı hər iki iddianı bir iddiada birləşdirməklə ona verilən vaxtda nöqsanları aradan qaldırmaq üçün vaxt verilsə də bundan imtina etmişdir. Halbuki, AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Əvvəlki iclaslarda mülki iş üzrə iddiaçıya iddiaçının əsl iddiaçı ilə əvəz olunması təklif olunsa da, o, bundan imtina etmişdir. Daha sonra məhkəmə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə (yəni özünə qarşı cavabdehdən tutulması olan məbləğə dair iddia verilməsi) təklif etmiş, lakin iddiaçı bununla bağlı ona vaxt verilməsinə ehtiyacının olmadığını və mülki işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Əlı̇ yev Camal Ramazan oğlunun cavabdeh Əlı̇ yeva Rəna Pərvı̇ z qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar