Məhkəmə qərarları › İş №2(006)-940/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-940/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-940/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, iddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında axxxxıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən 7500 (yeddi min beş yüz) manat məbləğində sığorta ödənişinin tutularaq ona verilməsi barədə qətnamə xxxxıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu müddətdə gövdə, aşağı və yuxarı ətraf nahiyələrinin dəri örtüyündə intensiv qabıqlanma və qaşınma əlamətləri ilə kəskin dəri quruluğu ilə müşayiət olunan yayılmış səpkilərin olması xəstəliyindən əziyyət xxxxəkmişdir. xx.xx.2012 xx.xx.2012-ci il tarixlərdə N saylı hərbi hissədə "Ənsə nahiyəsinin ateroması" diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Müalicədən sonra Hərbi Həkim Komissiyasına təqdim olunmuşdur. Sonradan xəstəliyi, yəni səpgilər sürətlə gövdə, yuxarı və aşağı ətrafının digər hissələrinə yayılmış və baxış zamanı aşkarlanaraq dərhal N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədə iki həftə müalicə olunsa da müalicə effektsiz olduğundan "Yayılmış vülqar psoriaz, proqressiv dövr" diaqnozu ilə yüksək ixtisaslı müayinə, müalicə və tibbi şəhadətləndirmək üxxxxün BKH-ya köxxxxürülmüşdür. Aparılmış stasionar müalicənin hexxxx bir nəticəsi olmamışdır. Bundan sonra Silahlı Qüvvələrdə 8 ay qulluq edəndən sonra Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmrinə əsasən hərbi xidmətə yararsız olduğu müəyyən edilərək xx xxxxxx 2013cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrdən hərbi xidmətə yararsız kimi ehtiyata buraxılandan sonra "Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli qanuna əsasən sığorta ödənişini almaq üxxxxün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Müraciətinə əsasən ona 7500 manat məbləğində sığorta ödənişi verilməli olduğu halda xx xxxxxx 2013-cü il tarixdə Kürdəmir rayon Dövlət Sığorta filialı tərəfindən ona 2750 manat məbləğində sığorta ödənişi verilmişdir. O, qalan sığorta məbləğinin verilməsi ilə bağlı müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də hexxxx bir nəticə olmamışdır. Sonra Dövlət Sığorta Kommersiya Şitkəti ona xx.xx.2020-ci il tarixdə məktub göndərərək onun hərbi xidmətdən buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda qalan sığorta məbləğinin ödəniləcəyi və qanunla nəzərdə tutulmuş müddət buraxıldığından həmin sığorta məbləğinin ödənilməsinin mümkün olmayacağını bildirmişlər. O, hərbi xidmətə yararsız kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılandan sonra uzun illər ərzində müxtəlif müalicə müəssisələrinə müraciət etsə də 2019-cu ilin dekabr ayında 2-ci qrup əlillik dərəcəsi almış və hazırda 2-ci qrup əlil kimi 130 manat məbləğində pensiya alır. Göründüyü kimi onun əlillik dərəcəsini vaxtında ala bilməməyi onun günahı ucbatından olmayıb, bu müxtəlif müalicə müəssisələrinin və həkim komissiyasının günahı üzündən olmuşdur. Hesab edir ki, əlillik dərəcəsinin vaxtında verilməməsindən asılı olmayaraq "Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununa əsasən ödənilməyən 7500 manat sığorta ödənişi ona ödənilməlidir. Cavabdeh tərəfində sığorta ödənişi ona ödənilmədiyinə görə o, məcburiyyət qarşısında qalıb hüquqlarının məhkəmə müdafəsindən istifadə etmək qərarına gəlmişdir (AR MPM-nin 4-cü maddəsi). İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinə dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaxxxxı İddiaxxxxı iddia ərizəsi ilə müraciət edərək üxxxxüncü qrup əlillik dərəcəsi alması ilə əlaqədar cavabdehə qarşı 7500 (yeddi min beş yüz) manat sığorta ödənişi tələbi irəli sürmüşdür. İddiaxxxxı iddia tələbini onunla əsaslandırır ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi zaman xəstələnmişdir. İş materialarında olan sənədlərə əsasən İddiaxxxxı hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik 2019-cu ilin dekabr ayında təyin edilmişdir. Həmin arayışdan görünür ki, İddiaxxxxı təyin edilən İİ qrup əlillik hərbi xidmətdən tərxis olunandan 6 il sonra verilmişdir. Həmxxxxinin bildirirlər ki, xx.xx.2013-cü il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin Kürdəmir rayon filialı tərəfindən İddiaxxxxı xəstəliyi ilə bağlı 2750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişi ödənilmişdir. Yəni, əliliyinə səbəb olmuş hadisə xidmət edərkən (xidmət dövründə) baş vermiş hər hansı bir hadisə (xəsarət) və ya haldır (xəstəlikdir). Hadisənin sığorta hadisəsi hesab olunması üxxxxün əlilliyin 3 il müddətində təyin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət kexxxxdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Göründüyü kimi əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üxxxxün bu müddətin gözlənilməsi zəruridir. Qanunun yuxarıda istinad edilən müddəasından göründüyü kimi sığorta ödənişinin həyata kexxxxirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Beləliklə, iddiaxxxxı İddiaxxxxı əlillik istefaya buraxıldığı gündən 3 il kexxxxdikdən sonra təyin edildiyi üxxxxün sığorta ödənişinin verilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaxxxxı İddiaxxxxı iddiasının rədd olunmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş iddiaxxxxı İddiaxxxxı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2(006)-940/2021 saylı mülki iş üzrə məhkəmə baxışı iclasını onun iştirakı olmadan kexxxxirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaxxxxının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hexxxx bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Laxxxxın rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Laxxxxın rayon Xırmanlar kənd sakini İddiaxxxxı ƏƏSMN yanında DSMF-nin Laxxxxın rayon şöbəsindən hərbi xidmət dövründə xəstələnməklə 2-ci qrup əlilliyə görə 130 manat sosial müavinət alır. Azərbaycan Respublikası SHXxxxxDX-nın Laxxxxın rayon bölməsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaxxxxı hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə xxxxağırılmış və xx.xx.2012-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası MN-nin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmri əsasında ehtiyata buraxılmış, MN Mərkəzi HHK qərarı ilə xx.xx.2012-ci il tarixli 483 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən xəstəliklər cədvəlinin İİ qrafasının 62b maddəsinə əsasən dinc dövr üxxxxün hərbi xidmətə yararsız, müharibə dövrü üxxxxün məhdud yararlı hesab edilmişdir. xx.xx.2012-ci il tarixli 483 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, HHK-nın qərarına əsasən İddiaxxxxı “Yayılmış vulqar psoriaz, stasionar mərhələdə” diaqnozu qoyulmuş xəstəlik hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaxxxxı xx.xx.2020-ci il tarixli, 08/c-76 nömrəli cavabından görünür ki, onun səhhəti ilə əlaqədar hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası üzrə ona sığorta ödənişinin verilməməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsi aidiyyəti üzrə Dövlət Sığorta Şirkətinə daxil olmuşdur. Cavab olaraq bildirilir ki, Şirkətin elektron informasiya bazasının məlumatlarına əsasən ona xx xxxxxx 2013-cü il tarixdə Kürdəmir rayon Dövlət Sığorta filialı tərəfindən Qanunda nəzərdə tutulmuş 2750 (ikimin yeddi yüz əlli ) manat sığorta məbləği ödənilmişdir. Eyni zamanda “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığoıta məbləğini almaq hüququna malikdir. Əgər hərbi xidmətdən buraxıldığı gündən üxxxx il müddətində TSEK tərəfindən əlillik qrupu təyin edilsəydi, o halda ona əlavə olaraq sığorta ödənişi verilə bilərdi. Məlum olduğu kimi, o, 2013-cü ilin yanvar ayında həqiqi hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmuş və bundan 6 ildən artıq müddət kexxxxdikdən sonra, 2019-cu ilin dekabr ayında əlillik dərəcəsi almışdır. Buna görə də ona əlavə olaraq qanunda nəzərdə tutulmuş sığorta ödənişinin veriİməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş müayinə barədə məlumatın surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaxxxxı İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. Növbəti müayinə tarixi xx.xx.2024-cü ildir. Beləliklə işin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaxxxxı hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə xxxxağırılmış və xx.xx.2012-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2012-ci il tarixli 483 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən ona “Yayılmış vulqar psoriaz, stasionar mərhələdə” diaqnozu qoyulmuş, xəstəliyin hərbi xidmət dövründə alındığı şəhadətləndirilmişdir. Bununla əlaqədar İddiaxxxxı MN Mərkəzi HHK qərarı ilə “Xəstəliklər cədvəli”nin İİ qrafasının 62b maddəsinə əsasən dinc dövr üxxxxün hərbi xidmətə yararsız, müharibə dövrü üxxxxün məhdud yararlı hesab edilmişdir. Kürdəmir rayon Dövlət Sığorta filialı tərəfindən 2750 (iki min yeddi yüz əlli ) manat məbləğində sığorta ödənişinin xx xxxxxx 2013-cü il tarixdə iddiaxxxxıya ödənildiyi halı işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üxxxxün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaxxxxı “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqxxxxuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət kexxxxməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqxxxxular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqxxxxulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «xxxx» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxxxxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üxxxx il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkexxxxmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqxxxxuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqxxxxu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət kexxxxərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata kexxxxirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə iddiaxxxxı İddiaxxxxı hərbi qulluqxxxxu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaxxxxının iddia ərizəsində də qeyd etdiyi kimi ona ödənilmiş 2750 manat, İİ qrup əlilliyə görə ödənilməsi nəzərdə tutulan 6600 manat məbləğində sığorta ödənişindən xxxxıxılmalı, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaxxxxı 3850 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3850 (üxxxx min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq İddiaxxxxı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay kexxxxdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar